“Şillə vurub, qadını özünə gətirmək lazımdır” ”“ Müğənni Yaşardan qalmaqallı müsahibə
Müsahibə
Oxunub: 1739
07 Jan 2018 | 17:14
“Şillə vurub, qadını özünə gətirmək lazımdır”  ”“ Müğənni Yaşardan qalmaqallı müsahibə
Moderator.az xəbər verir ki, müğənni Yaşar Cəlilov “Yeni Müsavat”-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik

- 2017-ci ili yola saldıq, 2018-ci ilin ilk günlərini yaşayırıq. Ötən il Yaşar üçün necə keçdi? 

- 2017-ci il mənim üçün uğurlu il olub. İstər şəxsi, istər iş həyatımda bol-bol uğur qazanmışam. Allahın yaratdığı hər gün, ay, il gözəldir. Amma mənə düşərsiz olan il 2016-cı il oldu. 

- Dindar insansınız. Adətən dinə bağlı insanlar düşərli-düşərsiz məsələlərinə, gözə-nəzərə, nəfsə inanmır, onları xurafat adlandırır. Siz necə inanırsınız?

- Göz-nəfis var. Bunlardan sığortalanmaq üçün dua oxumaq lazımdır. Amma bürc və illərə inanmıram. İlan ili, oxatan bürcüyəm. 

- Hər il, bürc üçün müəyyən xarakter siyahısı hazırlanıb. Bəzi insanlar deyirlər ki, il və bürclərinin xarakterini daşıyır. Sizdə vəziyyət necədir? Öz bürcünüzün xarakterini daşıyırsınız?

- İlanlıq məndə var. Mənə dəyənə dəyərəm. Kinli biri deyiləm. Nadirən kiməsə kin saxlayaram. Amma qarşımdakı insan səhvini başa düşmürsə, ömür boyu onu bağışlamaram. Gəlib, səhvini etiraf edən insana isə əvvəlki hörmətim, mehribanlığım davam edər. 

- 2018-ci illə bağlı planlarınız nələrdir? 

- Əsasən, sənətə vaxt ayıracağam, yeni mahnılar yazdıracağam. Kliplər də olacaq. Şəxsi həyatımızın enişi-yoxuşu var. Ailə də qura bilərəm, subay da qala bilərəm. Arzum budur ki, canım sağ olsun, əzizlərim yanımda olsun, ruzi-bərəkətim də olsa, dünyanın xoşbəxt insanı olaram. 

- 11 ildir ki, sənətdəsiniz. Amma böyük konsert verməmisiniz. Səbəb nədir?

- Müğənni olaraq, Heydər Əliyev Sarayında konsert vermək ən böyük arzumdur. Sarayda konsert vermək mənim üçün bir dönüş olacaq. Mən ona gəlir mənbəyi kimi baxmıram, sırf yaradıcılıq işi kimi yanaşıram. Sevənlərimə bir hesabat konserti vermək istəyirəm. İnşallah, gələcəkdə yaxşı pul qazanaram və konserti reallaşdıraram. Şirkətlər sponsorluq etsə, gözəl konsert proqramı ilə çıxış edərəm.

- Tez-tez kişi müğənnilər dilə gətirir ki, qadın müğənnilər sponsor tapmaq cəhətdən şanslıdır. 

- Mənə sənət fəaliyyəti üçün sponsor lazım deyil. Sırf 1 konsert üçün lazımdır. Elə adamlar var ki, “Sənin səsini bəyənirəm, çıx səhnəyə oxu, amma məndən qonorar istəmə” deyir. Mən təmənnasız Heydər Əliyev Sarayında konsert verməyə hazıram. 

- Prodüseriniz Vüsalə Kərimova da, siz də tez özünüzdən çıxan insanlarsınız. İş birliyiniz necə uğurlu alınır?

- Bu yaxınlarda müsahibə verib ki, Yaşara deyirəm, ayrılaq, ayrılmır. İkimiz də çətin insanlarıq, ikimiz də ilan iliyik. Bizdə acıdillilik var, eyni zamanda çox mehribanıq. Aramızda ancaq işdə problem yaranır. Toya gedirik, 6 saat toy aparıram, problem olmur. Deyir, filan telekanalda veriliş danışmışam, gedərsən. Mən deyirəm ki, o aparıcıdan xoşum gəlmir. Və ya yuxudan oyana bilmirəm, gecikirəm. Aramızda başlayır problemlər. Mən icazə vermirəm, mənimlə verilişə getsin. Demişəm kişiyəm, yanımda da menecerim Natiq var, gəlmə. Amma o olmayan verilişdə də dalaşmışam. Həmişə məndən əvvəl verilişə gedir, mövzu ilə tanış olur, qonaqları tanıyır. Vüsaləsiz işim getmir.

- Bəs işbirliyinizə son qoymağı düşünmüsünüz?

- Mənə işimdə heç vaxt çətinlik yaratmayıb. Şəxsi həyatımda yaradıbsa, o da düzələndir. Heç vaxt Vüsalədən ayrılmağı düşünməmişəm. Bir işdəki yalan, əliəyrilik yoxdur, uğur olacaq. Vüsalə olmasa, ayda bir dəfə efirə çıxaram, müsahibə vermərəm, fəaliyyətimdəki uğurları paylaşmaram, sosial şəbəkədə aktiv olmaram.

- Dostluğunuza paxıllıq edənlər varmı?

- Çoxdur. Mən bilirəm ki, çoxları bizim ayrılmağımızı gözləyir. Bunu dəqiq bilirəm. Deyirlər ki, görəcəyik ayrılandan sonra necə olacaq. Indi bir-birilərinə canım, ürəyim, ulduzum deyirlər. Görək, o zaman nə deyəcəklər. Mən heç vaxt Vüsalədən ayrılmaram, mənə problem yaratmayıb. Amma mən ona çox problem yaradıram. Tez-tez tənbəlliyimdən gileylənir. Rahat insanam, qazancım az da olsa, rahatlıq axtarıram. Vüsalə isə deyir ki, işləmək lazımdır. O deyir ki, elə işlə, mahnı oxu, klip çəkdir, gündəmdə ol. Bizim ayrılmağımızı gözləyənləri sevindirməyəcəm. Bəzi müğənnilər də deyir ki, Yaşar evlənəndən sonra işləyə bilməyəcəklər. 

- Hətta siz nişanlınızla ayrılanda da, deyirdilər ki, Vüsalə ayırıb. 

- Allah hər kəsə bildirəcək ki, günah, səhv kimdədir. Vüsalə bu işdə yanımda olan adamdır. Şüurlu insan düşünər ki, Vüsalə məni ayırsaydı, nişanlanmağa qoymazdı. Nəinki, Vüsalə atam da işimə qarışa bilmir. Atam məsləhət verər, amma işimə qarışmaz. Mən nişanımı qaytarmaq istəyəndə də valideynlərim dedilər, öz seçimindir. Allah onu da xoşbəxt etsin, onun da öz qisməti var, Allah insanı yaradanda öz qismətini də yaradır. Biz bir-birimizin qisməti deyildik.

- 2018-ci ildə yenidən xeyir iş gözlənilirmi?

- Ola bilər toy olsun. Amma dəqiq deyil.

- Sevib-seçdiyiniz xanım şou-biznesə yaxındırmı?

- Nə şou-biznes üzvüdür, nə jurnalistdir. Bir də o səhvi etmərəm. Bu sahədə olan xanım ömür boyu mənimlə yaşaya bilməz, sıxılar. Mən müğənniyəm, rejimim başqadır. Ailə müqəddəsdir. Mən hər adamı ailəyə sala bilmərəm.

- Sevdiyiniz xanım Vüsalə ilə işbirliyinizi qısqanmır?

- Sevdiyim xanım işlərimə qarışmır. Indiyə kimi həyatımda çox xanım olub. Sevdiklərim də, aldatdıqlarım da olub. Amma onlar məni qısqanmayıb. Məni sevən mənə və işimə hörmət etməlidir. Mən sevdiyim zaman sadiq biriyəm. Həyat yoldaşım işimə qarışmamalıdır. Əgər, şübhə yaradacaq hərəkət etsəm, telefonumda mesaj, köynəyimdə dodaq boyası ləkəsi görsə, o zaman işimə qarışmağa haqqı var. Amma ümumi olaraq deyə bilməz ki, niyə Röya səni qucaqladı? Niyə Səidə qoluna girdi? Niyə Vüsalə sənə ürəyim dedi. Hər şeyi yozmaq lazım deyil. 

- Bir neçə il öncə sevdiyiniz xanıma əl qaldırmağınız barədə açıqlama vermişdiniz və böyük səs-küy yaratmışdı. Xarici ölkələrdə isə ictimai insanlar adi insanlara örnək olmağa çalışır, şiddət kimi amillərin aradan qaldırılması üçün təbliğatlar aparır.

- Şiddətə qarşıyam. Qadına əl qaldırmazlar, qadın incə məxluqdur. Amma baxır kimə. Həmişə demişəm ki, Allah mənə o günü yaşatmasın, mənim üçün namus-qeyrət önəmlidir. Namus üstə həbsdə yatan qardaşlarımız var. Həyat yoldaşım mənə xəyanət edirsə, başı kəsilməlidir. Allah o günü yaşatmasın. 

- Bilirsiniz də bu sözləriniz də yenidən səs-küy yaradacaq.

- Bu mənim fikrimdir. Bu yaxınlarda bir videoya baxdım, kişi namus üstə arvadını öldürmüşdü. O videoya bir pis şərh yazılmamışdı. İnsan öldürmək olmaz. “Quran”da da bununla bağlı hissə var. Qadın ağ vərəqdir, tez ləkə götürür. Kişi bir qızla görüşsə, ona “babnik” deyəcəklər. Deyəcəklər ki, saxladığı var. Amma evli qadın bir kişi ilə əl-ələ tutsa, fahişə adlandırılacaq. Mən iki dəfə qadına əl qaldırmışam, o da onu haqq edib. Mən saçını yolub, asfalta vurmamışam. Bir şillə vurub, qadını özünə gətizdirmək lazımdır. Kişi gedib gəzsə, kişidir. Qadın isə namusdur, qeyrətdir, ana-bacıdır. Qadını başqa kişi ilə düşünmək faciədir. 

- Tez-tez deyirlər ki, şou-biznes bataqlıqdır, burada səmimiyyət yoxdur. Müğənni olmağınıza peşman olmusunuz?

- Düz, deyirlər. Çox vaxt buraya nifrət edirəm. Konsertlərdə oxuyub çıxıram, məclislərdə həmişə adam az olan yerdə dayanıram. Sevmirəm şou aləmdəki ab-havanı. Peşman olmuşam, amma oxumağı, sənətimi sevirəm. Şou-biznesdə çoxu sünidir. Mən saxtalığı bacarmıram, soyuq münasibəti göstərirəm.

- Küsülü olduğunuz şəxslər var?

- Üç xanımla danışmıram. Çaşıblar, qulaq burması vermişəm. Mən küsdüyüm adamlar haqqında danışsam, biabır olarlar. Həyatlarındakı oğlanlar yox, ataları gəlsə, heç nə edə bilməz. Danışmadığım 3 qadın da tərbiyəsiz qadındır. Onlar öz qadınlığına hörmət etmirlər, kişi ilə necə davranmalıdırlar, bilmirlər.

- Sizi nə özündən çıxara bilər?

- Haqsızlıq. Allah deyir ki, haqqını heç kimə yedirmə. Haqlısansa, heç kim bata bilməz. Mən səhv edəndə üzr istəyən adamam. Atam həmişə deyərdi ki, düz ol, nə olsa, yanındayam. Mən o sözlə böyümüşəm. Övladıma da onu aşılayacağam. Haqqımı qoruya bildiyim üçün cəmiyyətdə hörmət qazanmışam. Pik tanınmış olmasam da, özümü sevdirməyi bacarmışam.

- 11 ildir ki, səhnədəsiniz. Niyə pik həddə tanınmış deyilsiniz? Özünüz istəməmisiniz, yoxsa bacarmamısınız?

- İstəmişəm, olmayıb. Çünki sırtıq deyiləm. Bu sözümə görə üzr istəyirəm. Amma məndə elə xüsusiyyət yoxdur. Pik həddə tanınmaq üçün gərək incə oğlanlarla oturub durardım, qadın-kişi satanlarla ünsiyyət qurardım. Kiməsə şillə-təpik atmalıydım, saçımı uzadıb, qaşımı almalı, sinəmi açmalı, şalvarımı cırmalıydım. 11 il öncə sadaladıqlarım dəbdə idi. Mən bunları bacarmıram. Düşünürəm ki, 10 il sonra daha tanınmış, sevilən olacağam. Çox populyar olub, hörmət görməyən biri olmaq istəmirəm. Dövlət tərəfindən də dəyər görürəm. Hazırda istədiyim yerdəyəm. Yaşarlığımı itirmək istəmirəm. Bəziləri nazir, deputat oğlu ilə dostluq edirlər ki, hörmətli olsunlar. Mənim də nazir oğlu dostum var, amma nümayiş etdirmirəm, mənfəət güdmürəm. Özümə görə hörmət qazanmağı sevirəm.

- Toylar necə azalmayıb?

- Çox şükür hər şey qaydasındadır. Yanvarda 3-4 toyum var. Müğənnini axırı toydur. “Youtube” ilə sənət nümayiş, ailə saxlamaq olmaz. Müğənnisənsə, efirdə də, el şənliyində də oxumalısan. Toydan gələn gəlirlə sənət nümayiş etdiririk.

- Vergini vaxtında ödəyirsiniz?

- 1 dəfə məni cərimə etdilər. Razı olmasam da, 2700 manat ödədim. 2010-cu ildən vergi ödəyicisiyəm. nə qazansam, ödəyirəm. 

- Əlavə biznesiniz var?

- Gözəllik salonum var, Vüsalə xanımla ortaq işlədirik. “Moyka” və başqa obyektlərim də var. 
Oxşar xəbərlər
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 11:33
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
03 May 2024 | 11:31
Lənkəranda inəyi vuran avtomobil yanıb
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 11:37
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 12:04
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 11:47
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 11:33
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
03 May 2024 | 11:31
Lənkəranda inəyi vuran avtomobil yanıb
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 11:37
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 12:04
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 11:47
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?