"Ölkəmizdə Moskvanın əlində alət olan şəbəkə var və kifayət qədər böyükdür"
Oxunub: 3029
26 May 2017 | 01:07
Müsavat Partiyasının lideri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər son günlərin ən aktual məsələləri ilə bağlı bakupost.az-a maraqlı müsahibə verib. 

Moderator.az həmin müsahibəni öz oxucularına təqdim edir:

”“ İsa bəy, gündəmin baş mövzusu Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvidir. Sizcə, nə baş verdi ki, Rusiya Azərbaycana qarşı bu addımı atdı?

”“ Son vaxtlar ictimaiyyətin və medianın diqqətini cəlb edən, regionda və Azərbaycanda baş verən hadisələri təhlil etmək üçün ümumi baxış lazımdır. Ümumi mənzərə ondan ibarətdir ki, ölkə dərin böhran içərisindədir və ciddi dəyişikliklər qaçılmazdır. Güman edirəm ki, bu ilin ikinci yarısı və 2018-ci il dəyişikliklərin ən ehtimal olunan zaman müddətidir. Soruşduğunuz məsələ də bundan kənarda ola bilməzdi. Azərbaycan hakimiyyəti bütün dünyada maliyyə resursları axtarır ”“ həm Qərb maliyyə mərkəzlərindən, həm ərəb maliyyə dairələrindən. Və belə bir vaxtda müxtəlif qüvvə mərkəzləri öz mövqelərini ortaya qoymağa çalışırlar.

Təbii ki, bu qüvvə mərkəzlərindən biri kimi, Rusiya hakimiyyət dairələrini qeyd etmək lazımdır. Rusiya azərbaycanlıların ən böyük diaspor təşkilatının qeydiyyatını ləğv etməklə mesaj göndərir ki, bizim maraqlarımızı təmin etməlisiniz.

”“ Rusiyanın Azərbaycanda təmin olunmayan hansı maraqları qalıb ki, indi onları tələb edirlər?

”“ Azərbaycanda və bir sıra postsovet ölkələrində olan rejimlər Rusiyanın avtoritar idarəçiliyinin, müstəmləkəçilik siyasətinin nəticələridir. Amma Rusiya sovet dövründə olduğu kimi, bu ölkələrdə tam hökmran deyil. Çünki müəyyən həddə qədər həm Rusiya, həm də bu ölkələr Qərblə, beynəlxalq birliklə hesablaşmalı olurlar.

Azərbaycanda Rusiyanın nəzarətində olan və böhrana görə müəyyən mənada Qərblə hesablaşan bir hakimiyyət var. Üstəlik, hakimiyyətdaxili proseslər gedir. Əslinə qalsa, son referendum və I vitse-prezident təyinatı İlham Əliyevin hakimiyyəti istədiyi şəkildə dəyişməsi deməkdir. Burda müəyyən qüvvələr İlham Əliyevə mesaj verirlər ki, hakimiyyətin yeni konfiqurasiyası bizim üçün əvvəlkindən pis olmamalıdır. İdealda əvvəlkindən yaxşı olmalıdır, ən pis halda əvvəlkindən pis olmamalıdır. Bax, belə bir mesaj Rusiyadan və başqa mərkəzlərdən gəlir. Çox təəssüf ki, bu cür ölkələrdə hakimiyyət çox vaxt xalqın iradəsi ilə deyil, kənar qüvvələrin təsiri ilə formalaşır. Önəmli olan odur ki, Azərbaycan xalqı iradəsini ortaya qoyaraq bu tendensiyanın qabağını almalıdır.

”“ Yəni, fikrinizcə, baş verənlər Rusiya-Azərbaycan gərginliyi yox, hakimiyyət-Rusiya qarşıdurmasıdır?

”“ Azərbaycan hakimiyyəti daxili və xarici siyasətində hər zaman şəxsi maraqlardan, qrup maraqlarından çıxış edir. Ona görə də xarici münasibətlərdə gərginlik də müxtəlif ölkələrlə Azərbaycan arası deyil, həmin ölkələrlə Azərbaycan hakimiyyəti arasında problem şəklində ortaya çıxır.

”“ Bu sualı ona görə soruşdum ki, siz siyasətçi olmaqla bərabər, tanınmış ictimai xadimsiz, ağsaqqalsız. Bəlkə müxalifət-iqtidar münasibətlərini bir kənara qoyub, Rusiya ilə bağlı yaranmış vəziyyətdə ümummilli maraqlar naminə dialoq təklifi irəli sürəsiniz?

”“ Hələ 2016-cı ildə Azərbaycanda sosial-iqtisadi böhran dərinləşməyə başlayanda Milli Strateji Düşüncə Mərkəzi olaraq bir "Yol xəritəsi” hazırlayıb, "Böhrandan imkana yol xəritəs” adlanan bu sənədi ictimaiyyətə və eyni zamanda hakimiyyətə təqdim etdik. Həmin "yol xəritə”si ölkəni sosial-iqtisadi böhrandan çıxarıb, düzgün inkişaf magistralına yönəltməklə bağlı konkret təkliflər paketi idi. Eyni zamanda bildirdik ki, təkliflər mütləq biz deyən şəkildə həyata keçməyə bilər. Yəni, istər hakimiyyət, istərsə digər qüvvələr məqsədəuyğun sayardısa, "yol xəritəsi”nin müzakirəsinə başlana, müəyyən dəyişikliklər oluna, ümummilli bir sənəd halına gətirib çıxarıla bilərdi, o cümlədən haqqında danışdığınız dialoqun da mövzusu ola bilərdi.

Dialoq üçün mövzu olmalıdır. Dialoq barədə söhbətlər yorucu məşğuliyyətdir, daha doğrusu, bizim sevmədiyimiz məşğuliyyətdir. Ancaq xeyli zaman itirilsə də, bu sənəd aktuallığını itirməyib.

Həmçinin, sonrakı müddətdə də müxtəlif ciddi siyasi mərkəzlər tərəfindən bir neçə təşəbbüslər edilib və heç biri təkliflərimizə zidd olmayıb. Məsələn, bu yaxınlarda Müsavat Partiyasının tədbiri oldu. Tədbirdə seçki sistemini təkmilləşdirmək, islahatlar aparmaq üçün referendum keçirilməsi təklif edildi. Bu təklif də bizim təqdim etdiyimiz "yol xəritəsi”nə nəfəs qazandıran addım idi. Bu baxımdan mövzu aktuallığını saxlayır.

”“ İsa bəy, necə bilirsiz, Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik səngiyib, yenidən öz axarına düşəcəkmi, yoxsa proses uzun çəkə bilər?

”“ Əgər tərəflərin münasibətlərindəki gərginliyin bir konkret səbəbi olsaydı, əlbəttə, bunu yoluna qoya bilərdilər. Amma bir neçə problemlər var. 2013-cü ildə "Milyarderlər ittifaqı” adı ilə bir qüvvə meydana çıxmışdı, amma o zaman danışdılar, bazarlaşdılar. İndi isə hər iki ölkədə ciddi sosial-iqtisadi böhran var. Ona görə də bütövlükdə ciddi dəyişikliklər labüddür. Elə Rusiyanın özündə də dəyişikliklər qaçılmazdır.

”“ Həmin "Milyarderlər ittifaqı”nın 5 il sonra ”“ 2018-ci ildə dirilməsi mümkündürmü?

”“ Yuxarıdakı suallarınıza cavablarımda bu məsələyə müəyyən işarələr edildi. Fakt budur ki, tərəflər arasında gərginlik var və hər biri öz mövqeyini ortaya qoymağa çalışır. Rusiya azərbaycanlıların diaspora təşkilatını ləğv edir, Azərbaycan tərəfi, guya, erməniyə (əslində Rusiyaya) casusluq edən şəbəkənin həbsi ilə ehtiyatlı şəkildə olsa da, düşünürəm ki, Rusiyaya bir cavab vermiş oldu.

”“ Yeri gəlmişkən, "Milyarderlər ittifaqı”nın müxalifət kartından istifadə etməsi mümkündürmü? Çünki 2013-də bu qurumu Milli Şuraya bağlayırdılar, hətta Müsavat da bu məsələdə bir yaxınlıq gördüyü üçün oradan ayrılmışdı”¦

”“ 2013-cü ildə müxtəlif mərkəzlər hakimiyyətlə bazarlıq etmək üçün, eyni zamanda Müsavatın prezident seçkilərində bilavasitə iştirak etməməsi, demokratik qüvvələrin seçkiləri boykot etməsi üçün planlar qururdular. Biz o mərhələdə Azərbaycan üçün ən uyğun, gerçək variantı seçdik və demokratik düşərgənin seçkidə iştirakını təmin etməyə nail olduq.

2018-ci ildə bu manevrlər mümkün olmayacaq. Ancaq Azərbaycanı öz nəzarətində saxlayan Moskvadakı dairələrin 2018-ci ildə hakimiyyətin xalqın nəzarətinə keçməməsi üçün əllərindən gələni edəcəyi gözləniləndir. Əfsus ki, ölkəmizdə Moskvanın əlində alət olan şəbəkə var və kifayət qədər böyükdür. Bu şəbəkə yenə müəyyən oyunlar oynayacaq, artıq ilkin əlamətləri də görünür, qarşıdakı dövrdə isə proses daha da intensivləşəcək. Azərbaycanı sevən ləyaqətli qüvvələr bu təhlükəni görüb qiymətləndirməlidir.

”“ 2013-cü ildən bu yana işini davam etdirən Milli Şuranın fəaliyyətini necə qiymətləndirirsiz?

”“ Mənim üçün bu mövzu maraqlı deyil.

”“ İsa bəy, müxalifət qüvvələri uğursuzluqlarına görə həmişə bir-birini ittiham ediblər. Hər qrup özündə yox, qarşı tərəfdə günah görüb. Bu proseslərin yekununda, artıq illər də keçib, özünüzdə müəyyən günah görürsüzmü ki, hansısa mərhələdə güzəştə getmək lazım idi?

”“ Hələ ki, yekundan danışmaq tezdir və mübarizə davam edir. Müsavat tarixi boyunca Azərbaycan xalqının və dövlətinin maraqları naminə mümkün olan-olmayan nə varsa edib, yenə edəcək. O baxımdan digər siyasi qüvvələrlə münasibətlərdə partiyanın yanlışlığını görmürəm. Amma fərqli fikirlər ola bilər, kiminsə sualı, qeydi varsa, müzakirə edə bilərik.

”“ 2018-ci il prezident seçkilərində iştirak nə şəkildə olacaq, namizədliyinizi irəli sürəcəksizmi?

”“ Yaşayarıq, görərik”¦ Bayaqkı sualınıza əlavə olaraq deyim ki, 25 illik müstəqillik dönəmində Müsavat Partiyası yalnız bir dəfə prezident seçkilərində öz namizədi ilə iştirak edib, o da 2003-cü ildə. Yəni, aparıcı müxalifət partiyası cəmi bir dəfə öz namizədi ilə çıxış edib. Bundan böyük nə güzəşt ola bilər? Hesab edirəm ki, bu, digər siyasi partiyalara ciddi güzəştdir.

”“ Gələn seçkidə də güzəşt ola bilərmi?

”“ Onu zaman göstərər. Söhbət güzəştdən deyil, Azərbaycanın maraqlarına xidmətdən getməlidir. Azərbaycanın maraqları nəyi tələb edirsə ona uyğun addımlar olacaq.

”“ İsa bəy, gündəmdə olan digər məsələ MTN işi üzrə məhkəmədə agenturanın kod adlarının açılmasıdır. Hətta bir sabiq nazir və bir siyasətçinin Eldar Mahmudovun adamı olması haqda iddialar açıq şəkildə yazıldı. Bu olayların da Rusiyaya bir mesajı ola bilərmi?

”“ Mən buna əmin deyiləm. Amma versiya kimi qəbul etmək olar. Əslində, bu qalmaqalı hakimiyyətdaxili mübarizənin təzahürü kimi qiymətləndirirəm. Məhkəmədə müəyyən qapalı proseslər keçirilir və o zaman jurnalistlərin məlumat əldə etmək imkanı olmur. Deməli, həmin məlumatların sızmasını hakimiyyətdə hansısa qrup təşkil edib ki, digər qrupu gözdən salsın. Ümumilikdə, ciddi yenilik görmürəm.

”“ İddialardan görünür ki, MTN həm də müxalifətçilərə təzyiq edib. Müsavat üzvləri və ya rəhbərliyi haçansa Mahmudov şəbəkəsinin şantajı ilə üzləşibmi?

”“ İndi konkret bir fakt yada salmaq çətindir. Amma olmamış olmaz. Xatırlayırsınızsa, 2010-cu il parlament seçkilərində bizə efirdə çıxış üçün 4-5 dəqiqə vaxt ayrılmışdı. Mən o zaman İlham Əliyev, Ramiz Mehdiyev və Eldar Mahmudovun adını çəkmişdim. Çoxları təccübləndilər ki, ilk iki şəxsi başa düşdük, ölkə rəhbərliyidir, bəs Eldar Mahmudov niyə? Yəni, biz o vaxt da bilirdik ki, ölkə daxilində cəmiyyəti, qüvvələri parçalamaqda MTN kifayət qədər önəmli rol oynayır. O baxımdan Mahmudovun adını çəkmişdim.

”“ İndi Milli Strateji Düşüncə Mərkəzindəki fəaliyyətdən əlavə nə edirsiniz? Oxuculara maraqlıdır ki, Müsavatın eks-başqanı İsa Qəmbər indi nə ilə məşğuldur?

”“ Siz Milli Strateji Düşüncə Mərkəzinin işini az hesab edirsiz? İş kifayət qədər çoxdur, vaxt çatdırmaq olmur. İdeyalarımız, proyektlərimiz var, resurslarımız isə məhddudur. Yeri gəlmişkən, mayın 26-da Elçibəy hakimiyyətinə həsr olunmuş "Cümhuriyyət: 2-ci cəhd” adlı tədbirimiz olacaq. Elçibəy hakimiyyətində yüksək vəzifə tutmuş şəxslər, tanınmş ictimai-siyasi xadimlər, ciddi ekspertlər tədbirdə iştirak edəcək. Hamıya açıq bir tədbirdir. Yəni, işləyirik, çalışırıq, ölkə üçün, xalq üçün ən önəmli mövzuları müzakirə edirik, təkliflər, sənədlər hazırlayırıq. Bütün bunlar vaxt, enerji tələb olunan məsələlərdir. Ümumiyyətlə, ciddi araşdırma mərkəzlərinə çox ehtiyac var. Mərkəzlərin əksəriyyətinin adları var, işləri isə məhddudur. İstisna olaraq Bütöv Azərbaycan Ocaqlarını qeyd edə bilərəm. BAO-da ciddi mövzular müzakirəyə çıxarırlar. Ən qlobal geopolitik məsələlərdən lokal daxili hadisələrə qədər müxtəlif mövzular araşdırılır. Belə mərkəzlər çox azdır. Cəmiyyətin inkişafı üçün bu mərkəzlərinm olması əhəmiyyətlidir və onların sayını, gücünü artırmaq lazımdır.

”“ Niyə bu mərkəzlər azdır?

”“ Hər bir sahədə strukturların sayı ilk növbədə tələbatdan asılıdır. Cəmiyyətdə bu mərkəzlərə tələbat yox dərəcəsindədir. İndiyə qədər olan mərkəzlərin tövsiyyələrindən istifadə edilməyib. Çünki hakimiyyət araşdırma mərkəzlərindən qorxur. Siz bəlkə xatırlamazsız, yaşlı nəslin yadındadır, 1995-ci ildə ASAM deyilən təşkilat var idi. Azərbaycan Strateji Araşdırma Mərkəzi üzvlərini o dövrün daxili hərbi toqquşmalarına aid edib tutdular. Ondan sonra ekspertlər də qorxub çəkindilər. Ümumiyyətlə, hakimiyyət cəmiyyətin, vətəndaşın düşünməsini istəmir.

”“ Hakimiyyətin vətəndaşların düşünməsini istəmədiyini dediniz, yəqin ki, müşahidə edirsiz ”“ ölkə boşalır. Müxalifətçilər də, adi adamlar da ölkədən gedir. Məsələn, siz getməmisiz, yəqin ki, getmək şansınız həmişə olub. Bu axının qarşısını necə almaq olar?

”“ Bir faktı deyim: 1994-cü ildə məhkəmə prosesimiz gedirdi. 1994-cü ilin dekabrın sonunda məhkəmə yekunlaşdı, prokuror bizə 7 il iş tələb etdi. Onda həbsdə deyildik, amma məhkəməmiz gedirdi. Hakim dedi ki, hökmü Yeni ildə verəcək və nəticədə 7 illik həbs tələbilə bizi yeni ili qarşılamağa göndərdi. Həmin vaxt jurnalistlər məndən soruşdular ki, sizi 7 il həbs təhlükəsi gözləyir, ölkəni tərk etməyi düşünürsüzmü? Dedim ki, siyasətçinin zamanda və məkanda 4 yeri var: hakimiyyət, müxalifət, həbsxana və mühacirət. Mühacirətdən başqa hər üçünə hazıram. İndi də bu sözümə sadiqəm. Bu, özümlə bağlı hissədir.

Ümumən isə haqlısız ki, axın var. Ölkənin perspektivli gəncləri, işləmək istəyən insanları, təşəbbüskar- biznes quracaq insanları gedirlər. Azərbaycan üçün ciddi bir itkidir. Ancaq bunun qarşısını hansısa dahiyanə sözlə almaq mümkün deyil. Yeganə yol ölkədə iqtisadi və siyasi azadlıqları bərqərar etməkdir ”“ iqtisadi imkanlar olanda, iş qurmaq və iş tapmaq mümkün olanda, fərqli düşünənlərin normal fəaliyyəti mümkün olanda kütləvi axın dayanacaq.

”“ Köhnə siyasətçilərdən ”“ Pənah Hüseyn, Lalə şövkət və başqaları ilə əlaqə saxlayırsızmı?

”“ Görüşdüklərimiz də var, görüşmədiklərimiz də.

”“ Qəzetləri, məsələn "Yeni Müsavat”ı oxuyursuzmu?

”“ Saytları oxuyuram. Elə informasiya varmı ki, saytda olmasın qəzetdə olsun?

”“ Yəni çap mediasına ehtiyac qalmayıb?

”“ Bunu indi demək çətindir, amma reallıq var. 2002-ci ildə Yaponiyada böyük qəzetlərdən birinin rəhbəri mənə dedi ki, 10 milyon tirajla çıxırıq. Mən təəccüblə soruşdum ki, 10 milyon? O da utana-utana dedi ki, bəli, keçən il 11 milyon idi, internetə görə 1 milyon azalıb. Son illərdə Almaniyada olanda isə nüfuzlu qəzetlərdən birinin rəhbəri dedi ki, artıq qəzeti bağlamalı olub, internet imkan vermir. Ümumdünya prosesdir. Azərbaycanda isə bu daha bərbad hal alıb, çünki qəzet satışına imkan verilmir.

”“ İsa bəy, ümumən media, partiyalar, QHT-lərin vəziyyəti yaxşı deyil. Kənardan Müsavat partiyası da əvvəlki kimi görünmür. Çiyinlərinizi yenidən Müsavatın altına verib gücləndirmək zərurəti hiss edirsizmi?

”“ Yox. Müsavat partiyası 2014-cü ildə təkcə Azərbaycana deyil, bütün postsovet məkanına nümunə göstərdi. Eyni şəxsin iki dəfədən artıq partiya sədri olması ənənəsinə son qoydu. Müsavatçılar qurultayda azad, ədalətli, şəffaf seçki keçirərək yeni başqan və yeni rəhbərliyi seçdilər. Təbii ki, indi müəyyən çətinliklər var, amma bu, ümumi vəziyyətin yaratdığı çətinliklərdir. Mən hesab edirəm ki, yeni rəhbərlik çətin və şərəfli missiyanı ləyaqətlə həyata keçirir, bu rəhbərliyin daha ciddi gələcək uğurlarına inanıram.

”“ Amma gedişinizdən sonra başqanlığa üç namizəddən ikisi getdi və yanlarındakı adamları da apardılar”¦

”“ Hər bir müsavatçının getməsi itkidir. Amma Müsavat ayrı-ayrı şəxsləri itirirsə, həmin şəxslər də Müsavat Partiyasını itirirlər. Hansı itki daha böyükdür? Bunu düşünməyə dəyər. Məncə, heç birimiz Müsavatdan böyük deyilik.
Oxşar xəbərlər
17:43, Bu gün
İranda zəlzələ olub
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO