“Heydər Əliyev məni təkidlə icra başçısı göndərmək istəyirdi...”
Müsahibə
Oxunub: 11432
14 Feb 2017 | 23:26
“Heydər Əliyev məni təkidlə icra başçısı göndərmək istəyirdi...”
Moderator.az saytında “Heydər Əliyev Hacı Əbdül haqqında: “Meymuna oxşayan adam...”” başlıqlı yazıdan (moderator.az/news/168174.html) sonra “Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdül  bizə telefon açaraq həmin yazıda haqqında səsləndirilənlərə kəskin etirazını bildirdi və qarşı tərəf kimi öz rəyini bildirmək haqqından yararlanaraq məqalədəki bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə geniş müsahibə vermək istəyini ifadə etdi. Əməkdaşımız Hacı Əbdüllə görüşərək ona mövzunun əsas məqamlarıyla bağlı maraqlı suallar ünvanlayıb:

“Məni Xalq Cəbhəsi həbs etdi, Heydər Əliyev isə azad etdirdi...”

-Hacı, sizin kəskin etirazınıza səbəb olmuş  məlum yazıda mərhum eks-prezident Heydər Əliyevin 1991-ci ilin sentyabrında, hələ Naxçıvan MR Ali Sovetinin sədri olduğu günlərdə etdiyi çıxışlardan birində sizin  barənizdə söylədiyi kəskin ifadələri əks etdirən video-görüntüyə istunad edilir. Eyni zamanda qeyd edilir ki, siz 1991-ci ildə prezident seçkilərində yuxarı yaş senzinin götürülməsi ilə bağlı Heydər Əliyev tərəfdarlarının parlament binası qarşısında keçirdiyi aksiyaya hücum çəkən dəstəyə başçılıq etmisiniz. Həmçinin, parlamentdə H.Əliyevə qarşı çıxışlar etmisiniz. Bir sözlə, ona qarşı müxalif mövqedə olmusuz. Heydər Əliyevin sizin adınızı çəkdiyi sözügedən çıxışı olub. Bu, faktdır. Bəs sizin bütün bu deyilənlərə qarşı arqumentləriniz nədən ibarətdir?

- Bismillahir rəhmanir rəhim! Əvvəla, onu deyim ki, mən 1993-cü ilədək Heydər Əliyevi yaxından görməmişəm, görüşməmişəm. Həm də mənim Heydər Əliyev əleyhinə çıxış etməyim də yadıma gəlmir. Və onu da vurğulayım ki, mən o illərdə Heydər Əliyevə qarşı müxalifətdə ola da bilməzdim. Nəyə görə? Çünki mən onun o vaxtkı hadisələrdə hər hansı fəaliyyətinin şahidi olmamışam axı, ona qarşı da çıxış edim. Mən AXC rəhbərlərinin fəaliyyətlərinin şahidi olmuşam və onların bəzi xoşagəlməz hərəkətlərinə qarşı çıxışlar etmişəm. Özü də onlara qarşı mən saxta yox, həqiqi müxalifətdə olmuşam. Özləri də bunu gözəl bilirdi. Odur ki, cəbhəçilər hakimiyyətə gələn kimi məni  qondarma bir “əsas”la həbs etdilər. Məhkəməsiz-filansız bir ildən çox zindanda yatdım. Hətta qaldığım kameraya qaz buraxaraq məni öldürtmək də istədilər. Alınmadı, amma ağır xəstələndim... Bəs məni həbsdən kim azad etdirdi? Heydər Əiyev. Məntiqlə düşünək. Mən Heydər Əliyevə qarşı necə müxalif olmuşam, lap tutaq ki, necə düşmən olmuşam ki, o, hakimiyyətə gələn kimi məni azad etdirdi?..

“Heydər Əliyev məni Moskvaya müalicəyə göndərdi...”

- Bildiyimə görə, sizi müalicəyə də göndərib Heydər Əliyev?

- Bəli, Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə gələn gününün, səhv etmirəmsə, ertəsi günü məni həbsdən azad etdirdi və dərhal Moskvaya müalicəyə göndərtdi. Əgər mən ona müxalifətdə olsaydım, heç məni azad etdirməzdi.

“Lalə Şövkət dedi ki, Heydər Əliyevlə sənin parlamentdəki çıxışlarını bir kasetə yığıb təkrar-təkrar baxmışıq...”

- Bəs Moskvadan müalicədən qayıdandan sonra Heydər Əliyevlə münasibətləriniz necə olub?

- Moskvadan qayıdan kimi o vaxt deputat olan mərhum Rafael Allahverdiyev mənimlə görüşüb dedi ki, dövlət katibi Lalə Şövkət Hacıyeva səni qəbul etmək istəyir. Lalə xanımın qəbuluna getdim. O, məni hörmətlə qarşıladı. Və söhbət zamanı dedi ki,  Hacı, biz Heydər Əliyevlə sənin parlamentdəki bütün çıxışlarını bir kasetə yığıb bəlkə 10 dəfə təkrar baxmışıq. Və həmin çıxışlarında qərəzli bir fikrə rast gəlməmişik. Odur ki, Heydər müəllim belə qərara gəlib ki, səni Xızı rayonuna icra başçısı göndərsin. Qalx yuxarı,  kabinetində səni gözləyir. Lalə xanım, yaşayır bu gün, Allah şahididir... 

“Heydər Əliyev 3 dəfə təkid etdi ki, səni Xıziya icra başçısı göndəririk...” 

Mən getdim Heydər Əliyevin qəbuluna. Gördüm ki, mənim şəxsi işim masasının üstündədir. Heydər müəllim ədəb-ərkanla dedi ki,  bəs belə məsləhət olub ki, səni Xızıya icra başçısı göndərək. Dedim, vallah, Heydər müəllim, mən xəstəyəm, inciməyin, gedə bilmərəm. Cavab verdi ki, xəstəsənsə, hələlik müavinlərin işləsin, sonra özün çıxarsan işə. Yenə dedim ki, inciməyin, mənim üçün işləmək  çətin olacaq. Boğazımdan əməliyyat olmuşam. Səsim tutulub, zorla danışıram.

“Bu barədə Əli Ömərovdan, Məhərrəm Əliyevdən soruşun...”

Sizi inandırıram ki, bu məsələ ilə bağlı Heydər Əliyev məni düz 3 dəfə qəbula çağırdı. Ancaq hər dəfə imtina etdim. Çünki həqiqətən xəstə idim və o vəziyyətdə rayonu idarə edə bilməzdim. Xülasə, bunları söyləməkdə  məqsədim odur ki, mənim guya Heydər Əliyevə müxalifətdə olmağım barədə söz-söhbət əsassız, mənasız və məntiqsizdir. Heydər Əliyevin Hacı Əbdülə münasibətinin necə olması barədə o dövrün deputat və hökumət adamlarından soruşmaq lazımdır. Məsələn, Əli Ömərovdan, Məhərrəm Əliyevdən...

- Bəs 1991-ci ildə necə olub ki, Heydər Əliyev sizin haqqınızda elə ifadələr işlədib?

“Yadınızda, 1990-cı illərdə Maştağada da başqa bir Hacı Əbdül vardı...”

- Hesab edirəm ki, o vaxt Heydər Əliyevin Naxçıvanda mənim barəmdə kəskin ifadələr işlətməsinə səbəb haqqımda ona kimlərinsə yanlış məlumatlar çatdırması olub. Əvvəla, mən maştağalı Hacı Əbdül deyiləm, mən Xızı rayonundanam. Heydər Əliyev orda deyir ki, o, yəni Hacı Əbdül Maştağada göysatandı. Yadınızda, 1990-cı illərdə Maştağada da Hacı Əbdül adında siyasi proseslərdə fəal iştirak edən bir şəxs vardı. Yadınızdadırmı?

”Tövbə” Cəmiyyəti Rafael Allahverdiyevin “Ayıqlar” Cəmiyyətinin bazasında yaranıb...

-Bəli. Yadıma düşdü. Həmin Hacı Əbdül rəhmətə gedib.Yəni, deyirsiz, məlum çıxışında onu nəzərdə tutub Heydər Əliyev?

- Xeyr. Deyə bilmərəm onu nəzərdə tutub. Ancaq bəllidir ki, mənim barəmdə ona yanlış məlumat veriblər. Mən 1980-ci illərdən SSRİ-də ilk dəfə alkoqolizmə, narkomaniyaya qarşı mübarizə, insanları dinə-imana gətirmək məqsədilə “Tövbə” Cəmiyyəti yaratmışam. Mənə bu işdə  o vaxt Heydər Əliyevin ən yaxın adamlarından olan, sonradan Bakının meri olan mərhum Rafael Allahverdiyev çox kömək etmişdi. Onun indiki Sahil bağının yanında “Ayıqlar” Cəmiyyəti var idi. Həmin qurumun iqamətgahını, öz xidməti avtomobilini vermişdi bizim cəmiyyətə. Eləcə də Azərbaycanın bütün rayonlarındakı şöbələrinin mülkünü də ixtiyarımıza vermişdi ki, Cəmiyyəti yaratmaqda çətinlik çəkməyək. 
Ümumiyyətlə, mən Heydər Əliyevlə münasibətlərim barədə çox danışaram. Sadəcə, istəmirəm xalq bunu başqa cür başa düşsün. Qoy özləri bayaq dediyim kimi, o vaxt işləmiş dövlət adamlarından soruşsunlar... 

“Bizim əsas məqsədimiz Xocalı faciəsinin sirlərinin açılması idi...”

- Bəs sizin 1991-ci ildə yuxarı yaş senzinin götürülməsi ilə bağlı parlament qarşısında aksiya keçirən Heydər Əliyev tərəfdarlarına hücum edən dəstəyə başçılıq etməniz barədə nə deyə bilərsiniz? Bu da olmayıb?

- Bu da yanlış  məlumatdı. Əvvəla, bu hadisə 1991-ci ildə yox, 1992-ci ildə baş verib. Xocalı soyqırımından sonra biz də bütün xalq kimi tələb edirdik ki, bununla bağlı yaradılmış komissiya faciənin sirlərini və günahkarlarını açsın- xalq  gerçəyi bilsin. Ona görə də Ali Sovetin qarşısında çadırlar qurub mitinqlər keçirirdik. Bir gün də eşitdim ki, kimlərsə gəlib oraqa çıxış edib tamam başqa mövzulardan, seçkidən-filandan danışır. Ona görə də göstəriş verdim ki, onları oradan uzaqlaşdırsınlar. Daha mən bilmədim ordakılar, kimdi, haralıdı, kimin tərəfdarlarıdı. Kim olsaydı, qovacaqdıq. Çünki o zaman xalqın əsas tələbi Xocalı faciəsinin açılması idi. Biz də buna çalışırdıq. Və bu səbəbdən də meydanlarda xalqın fikrini əsas məqsəddən yayındıracaq çıxışlara imkan verməməyə çalışırdıq...

Hacı Əbdül 1918-ci ildə Bakını daşnak-bolşevik birləşmələrindən azad etmiş Qafqaz İslam Ordusu və onun komandanı Nuru Paşa barədə ASDP sədri, deputat Araz Əlizadənin əksinə olaraq hansı fikirləri söylədi? 

Hacı Əbdülün rəhbərlik etdiyi, 2013-cü ildə prezident seçkiləri öncəsi yaradılmış “Vətən Naminə Xalq Birliyi” Hərəkatı hazırda hansı istiqamətdə fəaliyyət göstərir?

Moderator.az-ı izləyin!

Sultan Laçın 
Oxşar xəbərlər
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
12:28, Bu gün
DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək
12:27, Bu gün
Anar Bağırov: "Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür"
12:24, Bu gün
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
12:22, Bu gün
İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışladı
GÜNLÜK
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill