Qənirə Paşayeva Aliment Fondunun yaradılmasını təklif edir
Oxunub: 1658
26 Sep 2016 | 13:37
Qənirə Paşayeva Aliment Fondunun yaradılmasını təklif edir

Moderator.az millət vəkili, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qənirə Paşayeva ilə müsahibəni təqdim edir:

- Qənirə xanım, sizcə, Azərbaycanda qadınların zorakılığa məruz qalmasının, qətlinin və intihara meyllənməsinin səbəbləri nədir və bu səbəbləri necə aradan qaldırmaq olar?

- Ən vacib səbəb cəmiyyətdə qadına olan münasibətdir. Biz qadın münasibətimizi qiymətləndirməyə elə ana bətnindən başlamalıyıq. Çox təəssüf ki, hamiləlik dövründə cinsi seleksiya halları artmaqdadır. Biz bununla bağlı SOS siqnalı çalmalıyıq. Çünki problemin böyüməsi gələcəkdə genefondumuzun zədələnməsinə gətirib çıxaracaq. Bir çox ailələr var ki, az övlad dünyaya gətirmək istəyirlər. Bu az övlad içərisində də oğul övladlarının olmasını istəyirlər. “Oğul nəslin davamçısıdır” anlayışı var bizim cəmiyyətdə və sair. Qız övladın ana bətnində abortlarla məhv edilməsi prosesi artıb. Biz bu məsələni Milli Məclisdə də qaldırdıq və bəzi qanunlara əlavə və düzəlişlər də gündəmə gəldi. Həkimlərə ciddi şəkildə çağırış oldu ki, bu məsələyə artıq fərqli yanaşma ortaya qoymaq lazımdır. Artıq məsələyə bu şəkildə yanaşmalıyıq ki, buna yol verənlər ciddi şəkildə cəzalandırılmalıdır. Uşaqların ana bətnində cinsiyyətinin məlum olduğu zamandan sonra məhv  edilməsi beynəlxalq təcrübədə də yolverilən hal deyil. Bir çox ölkələrdə də hamiləliyin cinsiyyətin bəlli olduğu ayı var, o vaxtdan sonra aborta yol verilmir. Ancaq çox təəssüf ki, bizdə bu proses gedirdi və ana sağlamlığını da məhv edirdi. Bu qadınlara qarşı zorakılığın başlanğıc nöqtəsidir. Qanunvericiliyimizdə müəyyən dəyişikliklərin edilməsi gündəmdədir. Ancaq əsas məsələ odur ki, cəmiyyətlə iş aparılmalıdır. Əsas məqsəd övladın qız və ya oğlan olması deyil, məqsəd yaxşı övlad yetişdirmək olmalıdır. Bu selektiv abortlar demoqrafik göstəricilərə də yansıyıb. Son illərin statistikasına baxsaq, oğlanların sayı artır, qızların sayı azalır. Bu statistika elə bu istiqamətdə də davam etsə, problemin gələcəyini düşünmək mümkündürmü? Biz bəzi ölkələrin bu sahədəki təcrübəsindən dərs çıxartmalıyıq və buna yol verməməliyik.

- Xüsusən regionlarda yaşayan ailələrdə qızların başqa bir problemi də təhsillə bağlıdır. Təhsildən yayındırılan yeniyetmə qızların ərə verilməsi hallarının qarşısını necə almaq olar?

- Qızların təhsilinə çox ciddi yanaşılmalıdır. Söhbət formal təhsildən, məktəbə gedib-gəlməkdən getmir. Bu məsələdə ən böyük əngəllərdən biri erkən nikah problemidir. Bu cəmiyyəti ən çox narahat edən problemdir. Artan tendensiya bizi çox narahat edir. Bu problem sonrakı mərhələdə insan alverinə, qadın alverinə , məişət zorakılığına qədər aparıb çıxarır. Zorakılığın qurbanları daha çox kimlər olur? Təhsilsiz, savadsız, işi olmayan qadınlar daha çox zorakılığın qurbanına çevrilir. Təhsilli, savadlı, hüquqlarını bilən, işləyən, maddi baxımdan öz ayaqları üzərində duran qadınlar arasında zorakılığa  məruz qalma halları daha azdır. Ona görə də, erkən nikahlar məsələsi bizi narahat edirdi və bundan sonra nikah üçün yaş həddi qaldırıldı. Ümid edirəm ki, bununla bağlı aidiyyəti qurumlar da ciddi çalışacaqlar. Nikah üçün yaş həddi 18 olduğundan bu, rəsmi nikahdan kənar evliliklərə yol açır və nikahdan kənar uşaqlar doğulur. Sonradan boşanma olarsa, qadının heç bir hüququ olmur. Ona görə də, qızlar normal şəkildə təhsil almalı və erkən nikahların qurbanına çevilməməlidirlər. Çalışmalıyıq ki, qızlarımız ali təhsil arxasınca getsinlər. Ali təhsil ala bilməyən gəncləri isə biz peşə təhsilinə yönəltməliyik. Bu məsələsə qızları xüsusilə vurğulayıram. Heç bir təhsili və peşəsi olmayan qadına biz kömək etmək istəsək də, edə bilmirik. O insanlara iş tapmaq mümkün deyil. Halbuki, dərzilik, zərgərlik,  toxuculuq və sair kimi peşəsi olsa ən azı maddi baxımdan özünü və övladlarını təmin edə bilər.

 - Qənirə xanım, nikahsız evliliklərdə boşanma zamanı problemlərin, qadının və uşaqların hüquqlarını  təmin etməyin hüquqi yollarını tapmaq mümkün deyilmi?

- Bu cəmiyyətin yaralı yeridir. Mən sizin vasitənizlə bütün qızlara və  onların valideynlərinə səslənirəm, rəsmi nikah kəsilmədən qızlarınızın ər evinə köçməsinə icazə verməyin. Bəzən deyirlər ki, toy olsun , bir ay ərzində kəsdirərik. Ancaq bizim rastlaşdığımız hadisələr göstərir ki, o ailələr iki il, üç il nikahsız yaşayır. Uşaqlar nikahdankənar doğulur, qadının nikahı və yaşadığı yerdə qeydiyyatı yoxdur. Ailələr və qızlar özləri gərək buna yol verməsin. Ailə qurduqdan sonra qadın həyat yoldaşının evində qeydiyyata düşməlidir. Buna çox ciddi önəm vermək lazımdır. Problemlərin çoxu bundan yaranır. Qadın tanıyıram ki, 15 yaşlı övladı var, bu gün boşanırlar, ancaq hələ də atası evində qeydiyyatdadır. Halbuki yaşadığı evi həyat yoldaşı ilə bərabər zəhmət çəkib tikib. Bundan sonra çətin vəziyyətdə qalır. Bu cür qadınların sayı yüzlərlədir.

- Nikah zamanı tərəflər arasında əmlak müqaviləsinin bağlanmasına münasibətiniz necədir?

- Mən bunu dəstəkləyirəm. Düzdür, bunu qınayanlar da var. Biz nikaha girənlərin tibbi müayinədən keçməsini deyəndə də eyni reaksiyanı verirdilər ki, insan haqlarına ziddir və sair. Ancaq biz o insanlara sonradan evlənməyi qadağan etmirdik, sadəcə onları və övladlarını gözləyən xəstəliklərdən xəbərdar olmalarını təmin edirdik. Artıq bunun nəticələrini görürük ki, nə qədər insanda QİÇS, siflis xəstəlikləri, talassemiya daşıyıcılığı var. Bəzi cütlüklərin hər iki talassemiya daşıyıcıdır, biz  onları gələcəkdə xəstə övlad dünyaya gətirməmək üçün xəbərdar etmiş olduq. Çünki övladları potensial risk daşıyır. Mən nikaha girən tərəflərin əmlak müqaviləsi bağlanmasını da dəstəkləyirəm və bu fikrin tərəfdarıyam. Bunu məcburi şəkildə tətbiq etmək lazımdır. Çünki könüllü şəkildə bunu etmirlər. Bu gün əmlak müqaviləsini bağlamağı ayıb hesab edənlər, sabah məhkəmə qapılarında bir birinə nələr demirlər... Bunu zamanında sivil şəkildə həyata keçirmək ən doğrusudur. 

- Əmlakla yanaşı, boşanmalar zamanı qadınların alimentin alınması ilə bağlı çətinlikləri də problemlərdən biridir. Boşanan qadınların böyük əksəriyyəti bundan əziyyət çəkir. Bu problemin həlli yolu nədir, sizcə?

-  Birinci problem odur ki, boşananların sayı artır və əsasən övlad anada qalır. Bəzən körpə uşaqla tək qalan anaya həyat yoldaşı kiçik məbləğdə alimenti belə vermir. Çıxılmaz vəziyyətdə olan qadınlar çoxdur. Alimentlərin ödənməsi ilə bağlı çox ciddi problemlər var. Məsələ sadəcə ödəmək imkanı olmamaqla bağlı deyil. Bəzilərinin imkanı da var, ancaq aliment  verməməklə qadını, əslində isə həm də uşağını cəzalandırır. Biz bu məsələnin həlli kimi, Aliment Fondunun yaradılmasını təklif edirik. Bir çox  ölkələrin bununla bağlı təcrübəsi var. Əgər kişi qadına aliment ödəməkdən imtina edirsə, bu qadına aliment məbləğini Aliment Fondu  verəcək. Dövlət isə həmin pulu ödəməli olan atadan inzibati qaydada alır. Əgər o ata işsiz olmasını əsas gətirirsə, fond məşğulluq idarələri vasitəsilə ona iş yeri təklif edir. Ata bundan da imtina edirsə, məsuliyyətə cəlb olunur. Dövlət qadınlarımızın və uşaqların düşdükləri çətinlikdən çıxması üçün belə bir mexanizmlə dövriyyəyə girir. Buna ölkəmizdə həddindən artıq ehtiyac var. Biz qanunlarda da dəyişiklik etdik, alimenti ödəməkdən uzun müddət imtina etməyin məsuliyyəti həbsə qədər gedib çıxa bilər. Ancaq bu  da məsələni tamamilə həll edə bilmir. Alimentlə bağlı keçmiş ərindən şikayət edən qadınlara qarşı da bölgələrdə güclü ictimai qınaq var. Ancaq bu qınaq qadınlara qarşı yönəlməməlidir. Bütün bunları nəzərə alaraq, Aliment Fonunun yaradılmasını və ya hansısa müvafiq qurumların içərisində belə bir qurumun yaradılmasını vacib hesab edirəm. Parlamentdə də bu problemi qaldırdım, bəzi həmkarlarım da dəstəklədilər.

- Boşanmış qadınlarla bağlı ictimai rəy də birmənalı deyil. Ən çox da bu səbəbdən bəzi qadınlar üzləşdikləri zorakılığa rəğmən boşanmaq istəmirlər.

- Biz cəmiyyət olaraq bu məsələlərə baxışımızı dəyişməliyik. İnsanlar boşananda bunu mədəni şəkildə etməyi bacarmırlar, halbuki ortada uşaqlar var. Əksər ailələrdə uşaq anada qalırsa, ata tərəfinə nifrət aşılanır. Atada qalırsa, mütləq anaya bir “əxlaqsız” damğası vurulur. Hər iki tərəf bir-birindən intiqam almaq üçün uşaqdan alət kimi istifadə edirlər. Bu mənəvi bir məsələdir və əziyyətini də uşaqlar çəkir. Biz ictimai qınağı da bu istiqamətdə yönəltməliyik. Bu məsələləri həll etmək üçün hamımız birləşməliyik, parlament, dövlət qurumları, KİV, ziyalılar - hər kəs bu problemlərin həlli üçün çalışmalıdır. Bu yaxınlarda qadın sığınacağında oldum. Uşaqlar var ki, ataları təhdid edir deyə məktəbə gedə bilmirlər, sığınacaqdan çıxa bilmirlər. Qadın  var ki, əri qumar oynayıb, külli miqdarda pul uduzub, sonra qadının adına bankdan pul götürüb, ödəmədikdə isə qadının həbsxanaya düşməsinə səbəb olub. Sonra isə övladlarına analarının əxlaqsız olduğu üçün həbsə düşdüyünü bildirib. Hər gün çox ağrılı həyat hekayələri eşidir, görürük. Cəmiyyət olaraq biz bunlara imkan verməməliyik.


- Bu maarifləndirməni necə qurmaq olar ki, ictimai rəydə bəzi məsələlər yerinə otursun?

- Televiziyalarda ailə bağlı proqramlar olmalıdır. Ancaq indiki bəzi proqramlar  ailələrə xeyir verməkdənsə, ziyan vurur. Bu proqramlar şou vasitəsinə çevrilməməlidir. Təkcə mənfi nümunələr yox, yaxşı ailə modelləri də efirə çıxarılmalıdır, gənclərə örnək olmalıdır.  Qadınlara qarşı zorakılığa “artıq yetər!” deməyin zamanı gəldi. Qadına qarşı zorakılıqla bağlı cəzalarımız da sərtləşdirilməlidir. İctimai qınaq da öz yerində. Bu artan aqressiyanın səbəbləri də araşdırılmalıdır. Artıq intihar xəbərləri də adiləşib. Bu intiharlar isə bizim, ətrafımızın, cəmiyyətimizin laqeydliyindən yaranır. Bu laqeydlikdən qurtulmalıyıq. Həmin insanın intihar edənə qədərki vəziyyətini yəqin ki, ailəsi də, ətrafı da görür. Lakin laqeyd yanaşdıqları üçün zamanında əl uzatmırlar. Bir insan çarəsizlik yaşayırsa, sonunda psixoloji böhran yaşayır. Ona görə də, özəlliklə qadınların çarəsizliyinin intihara qədər gedib çıxması məni çox narahat edir. Hər qadın intiharının sonunda da anasız övladlar qalır. Bir az daha həssas toplum olmalıyıq, başqalarının dərində yanmalıyıq, sadəcə özümüzü düşünməməliyik.(musavat.com)

Oxşar xəbərlər
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
01 May 2024 | 14:55
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
GÜNLÜK
01 May 2024 | 00:26
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
01 May 2024 | 00:53
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
01 May 2024 | 00:42
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 00:26
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
01 May 2024 | 00:53
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
01 May 2024 | 00:42
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB