“Deyirlər Qorxmaz sənətdən nə qanır ey...”
Müsahibə
Oxunub: 15678
26 May 2016 | 21:20
“Deyirlər Qorxmaz sənətdən nə qanır ey...”

Moderator.az sənətşünas alim, aktyor, Azərbaycanın ilk şoumeni Qorxmaz Əlili-Canzadə ilə həmsöhbət olub. Q.Əlili-Canzadə efirlərdə görünməməyinin, seriallara çəkilməməyinin səbəblərindən danışıb, sənət, mədəniyyət haqqında fikirlərini bölüşüb.


Seriallara dəvət edən yoxdur...


Ola bilərdi ki, özüm serial çəkərdim. Ancaq bir-iki dəfə ssenari apardım, gördüm elə adamların yanına düşürəm ki, belə çıxır mən onların yanında savadsızam, gətirdiyimin nə olduğunu bilmirəm, gətirdiyim mənasızdır, bu işi qanmıram. İndi sənət düşüb allah saxlamış cavanların əlinə, ixtiyarı veriblər onlara, biz də oturub efirlərdən onlara baxırıq, aktyor olmağı, necə oynamağı onlardan öyrənirik. Biz bu yaşımızda öyrənməyə başlamışıq, indi heç kimə lazım deyilik... Mən incimirəm bunlardan. Bu yaşımda əsəbləşən vaxtım deyil, sakit oturmuşam evdə, öz işimi görürəm, yazımı yazıram. Çağırsalar da sağ olsunlar, çağırmasalar da. Onlar heç məni o qədər maraqlandırmır. Nə vaxt başa düşərlər ki, göstərdikləri sənət peşəkar deyil, zəifdir və ya qeyri peşəkardır, artıq peşəkarlara ehtiyac var, o zaman bizi də çağırarlar. Peşəkarlara ehtiyacları olmayacaqsa, deməli ya biz bu sənətdə lazım deyilik, ya da bunlar bizdən çox bilirlər. Yenə də biz də onlara baxıb öyrənməkdə davam edəcəyik. Deyirlər insan qəbr evinədək öyrənməlidir, biz də qəbr evinədək öyrənəcəyik.


Danışmağın nə mənası...


Danışmağın mənası yoxdur. Bir məsəl var: “Dəyirman bildiyin edər, çax-çax baş ağrıdar”. İndi bizim danışmağımızın da mənası yoxdur. Danışdıqca daha da onların ayaqları yer alır, deyirlər ki, bizi sıxışdırırlar, bizi qabağa getməyə qoymurlar. Maşallah, onsuz da qabaqdasınız, Allah canınızı sağ eləsin. Əgər reytinq qazandırırlarsa, buyursunlar, davam eləsinlər. Necə tamaşaçılar, eləcə də aktyorlar. Bir dəfə rus deputatlarını tənqid edirlər, onda belə cavab verirlər ki, deputatları da siz seçmisiniz axı, “Kakoy narod, takoy deputat”. İndi xalqımız bunları bəyənirsə, demək ki, artıq xalqımızın da səviyyəsi onların səviyyəsinə düşüb. Bəyənməyələr də var düzdür, bu fikri bütün xalqa şamil etmək olmaz. Ancaq reytinq verirlərsə, demək bəyənən daha çoxdur. Danışanda da mənasız çıxır,  hörmətsiz olur adam, heç qulaq asan belə yoxdur deyilənlərə, o ki, qaldı nəticə çıxaran ola.

 

Biz peşəkarlar heç kimə lazım deyilik...


Vaxtında oynadıq, sonra müharibə vaxtına düşdük, müharibə zamanında belə xalqın rifahını yüksəltməyə çalışdıq. Müstəqil Azərbaycanın ilk şoumeni, ilk prodyuseri oldum, ilk şou proqram yaradan mən olmuşam. Bacardığımızı, əlimizdən gələni etdik zamanında, ancaq indi elə dövrana gəlib çıxdıq ki, heç kimə lazım olmadıq. Görək bu nə vaxtacan davam edəcək. Mənim 60 yaşım var, amma məndən də böyükləri var, Ağaxan Salmanov, Yasin Qarayev, İlham Namiq Kamal, Ramiz Məmmədov, Atabala Səfərov, Cəfər Namiq Kamal, Novruz Qartal. Bunlar hamısı 65-70-i haqlamış sənətkarlarımızdır. Ancaq bu sənətkarların heç biri indi meydanda yoxdur. Meydan indikilərin əlinə düşüb, qoy oynasınlar, nə deyirik ki. Biz neyləmişiksə, indi qismətimiz bu olub. Yəqin ki, zaman qiymət verər, imkan verərsə, yenə də oyanayarıq. Yox əgər olmazsa, şəxsən mənim mübarizə aparmaq fikrim yoxdur. Teatra ona görə getmədim ki, intriqa, mübahisə xoşlamıram. Sakit həyatı xoşlayıram, yaşamaq istəyirəm. Ömrümü rəqabətlərə qurban vermək istəmirəm. Əsasən kinoda öz yerimi bir qədər tapmışam, 7-8 filmə çəkilmişəm, qismət olsa, yenə də çəkiləcəyəm.


Heç kimə deyə bilmərəm ki, pul lazımdır...


İndikilərə savadlı adam lazım deyil. Bunlar oxumamış, məktəb görməmiş adamlar istəyirlər. Məktəb sözünə irad bildirilər, gülürlər. Bizi köhnə “pakaleniya” sayırlar, dəbdən düşmüş, yumoru bacarmayan, artıq reytinqi olmayan adamlar hesab edirlər. Halbuki “Qaynana” serialının ilk serialarından reytinqdə birinci mən oldum, Tünzaləylə birlikdə. Əgər Türkiyədə belə reytinq olsaydı, reytinq verən obrazı qabağa çəkərdirlər. Ancaq bizdə əksini elədilər, bizi sıxışdırdılar, özlərinin qruplarını yaratdılar. Ssenarini yazan adamlara söz deyəndə, məsləhət verəndə də inciyirdilər, qəbul etmirdilər, “biz-biz” deyirdilər. “Biz-biz” deyən adamlar dramaturgiyanı, yumorun səviyyəsini bilib-bilmədən komediya yazırdılar. Onlara özfəaliyyət deyəndə əsəbləşirlər, özfəaliyyət sözünü var-yox söyüşü kimi qəbul edirlər. Özfəaliyyət, yəni özü fəaliyyət göstərir, nə bacarırsa, onu göstərir. Bunların qabağına peşəkar rejissor bir iş qoymur axı. Amma maşallah çəkirlər, pul da tapırlar. Mənimsə ssenarim əlimdə qalıb, çəkməyə pul tapa bilmərəm, heç kimə deyə bilmərəm ki, pul lazımdır, heç verməzlər də. Ancaq onlara pul verirlər, bir günlük çəkilişlərinə görə min manat pul istəyirlər, kinoya dəvət olunanda 20 min tələb edirlər. Bu, yaxşıdır, qədrlərin bilirlər. Dövran bunlarındır, qoy qazansınlar, mən paxıl deyiləm. Mollaya deyirlər ki, aş gedir, deyir mənə nə var, deyirlər sizə gedir, deyir sizə nə var. İndi məni də kimin nə qazandığı maraqlandırmır, Allah hamının ruzisini versin.


Ləhcələrimizi ələ salırlar...


Ləhcələrimizi ələ salırlar, bu olmaz. Sovet vaxtında bizə bunu etməyə icazə verilmirdi. Bizə deyirdilər ki, ümumiləşdirilmiş bir azərbaycanlı obrazı yaradın. Məkan vacib deyil, əsas obraz dəqiq çatdırılmalıdır. Bir var ləhcəni şirinləşdirmək, bir də var ələ salmaq. Bunlar nə vaxtacan ləhcələrlə oynamağa, ələ salmağa davam edəcəklər? Televiziyadakı diktorların, aparıcıların, jurnalistlərin səviyyəsi nə vaxtacan belə davam edəcək? Neçə ildir sübut edə bilməmişəm ki, musiqidə prodyuser olmur, prodyuser kinoda, teatrda, televiziyada olur. Elə hey deyirlər ki, filan oxuyanın prodyuseri. Bu insanların savadları çatmır. Neçə müddətdir deyirəm ki, “sizlər”, “bizlər” sözü yoxdur. Özlərindən sözlər çıxardırlar, başa sala bilmirsən ki, Azərbaycan dilində “olacaydır”, “olacam” sözləri yoxdur. Əksinə, mənə sübut etməyə çalışırlar ki, yox e “camdır”. Nə deyirəm ki, canları sağ olsun, “cam-cam” deyə-deyə getsinlər. Bir dəfə biri mənə dedi ki, “甝 kobud səslənir, “ts” yaxşıdır. Dedim sən düz deyirsən, bizim dədə-babalarımız düz danışmayıblar. Nədə kömək əlini uzatmaq istəyirsənsə, səhvlərini göstərmək istəyirsənsə, o dəqiqə odlanırlar. Deyirlər ki, filankəs gəlib yerimizi dar elədi. Elə çıxır ki, güya mən onların çörəyinə bais oluram, ondansa elə mənim çörəyimə bais olsunlar, məni uzaqlaşdırsınlar.


Azərbaycan muğamı ölür...


Bu, hər sahədə belədir, musiqidə də. Görürsən ki, müsabiqədə çıxış edən şəxs münsiflər heyətində oturandan qat-qat yaxşı oxuyur. Amma münsif onu bəyənmir. Deyirsən ki, axı sən özün ömür-boyu belə oxuya bilməmisən, həmişə xaric oxumusan, sənin səsivi kompyuterlə düzəldirlər, bir sətri 15 dəfəyə oxuyursan, amma indi təmiz oxuyanı, yaxşı oxuyanı bəyənmirsən. Şikayət etmək olmur, şikayət edəndə də deyirlər ki, filankəs deyinir. Bizim danışmağımız əslində işin xeyrinədir. Çünki bizi də danlayıblar, bizə də peşəkarlar doğrunu göstəriblər. Biz birinci kursa gələndə, televiziyada çıxış etməyə qoymurdular, deyirdilər hələ sən nə öyrənmisən ki, televiziyada da çıxış edəsən. Hələ bir dördüncü kursa çatın, sənət öyrənin sonra bir addım qabağa gedin. İndi amma birinci kursa getməmiş artıq televiziyalara qaçırlar, verilişlər aparırlar. Onların da məqsədi ancaq hansı yolla olursa olsun pul qazanmaqdır.

İndi musiqi yazanda da sənət əsəri yazmırlar artıq. Çalışırlar ki, toy mahnıları yazsınlar, toy tutsunlar, hər oxuyanın bir məqsədi var, toyda moda düşsün. Yaxşı sənət əsəri yazan, oxuyan yoxdur ki, xaricdən gələnlər də “ay allah, bu necə gözəl musiqidir, necə gözəl oxuyurlar”desinlər. Cahangir Cahangirov, Tofiq Quliyev, Rauf Hacıyev səviyyəsində yazmaq istəmirlər, oxuduqları üç badam, bir qozdur. Muğamatımız da hörmətdən düşüb. Muğam ifaçılarında diksiyalar düz deyil, vurğular düz deyil, əruzu bilmirlər. Muğamı şablon kimi əzbərləyirlər, o formada da bir-birirlərinə ötürürlər. Yəni, ustadım necə oxuyubsa, mən də elə oxuyacağam. Bir dənə dəyişiklik, yenilik yoxdur. Çox yad boğazlar gətiriblər muğama. Əvvəl muğama fars boğazları qatırdılar, təzəlikcə də başlayıblar ərəb boğazları etməyə. Azərbaycan muğamı ölür!


Qorxmaz sənətdən nə qanır...


Mən elmlər doktoruyam, Azərbaycanın ilk sənətşünas alimiyəm. Bunlarla alim kimi danışanda da deyirlər ki, bu nə vaxtın alimi oldu. Deyirəm, ay bala, sən əvvəlcə dediklərimə qulaq as, gör mən savadsız danışırammı, bir səhvimi tuta bilirsənmi. Deyirlər yox e, Qorxmaz sənət nə qanır, Qorxmaz musiqi nə qanır, muğam nə qanır, əruz nə qanır, necə oldu e, sənin hər şeydən başın çıxır. Deyə bilmirsən ki, gəl söhbət edək, məndən üstün olsan, qarşında baş əyərəm. Biz ömür boyu belə görmüşük. Xanəndəyə deyirsən ki, sözü aydın deyin, deyirlər yox e, əsas zəngulədir, söz ikinci plandadır. Belə düşünən müğənniylə nə danışasan, nə deyəsən. Müəlliminin ritmi yoxdur, oxuduğu muğamı dəqiq bilmir, sözün mənasını düzgün bilmir. Hələ indiyəcən bilmirlər ki, əlsində “Araz axar lil ilə, asta-asta lil ilə, Yarım məni dindirsin şirin-şirin dil ilə” oxunmalıdır. Bunlarsa oxuyurlar ki, “Araz axar lil ilə, dəstə-dəstə gül ilə”. Ay balam, Araz güllə necə axar ki, hər gecə Araza gül tökürlər? Oxuduqlarının mənasına baxmırlar ki, nə oxuyurlar, fikir tamamlanırmı, məna düz gəlirmi. Əvvəllər televiziyada bunlara nəzarət edən var idi, amma indi nə istəyirlər, necə istəyirlər, oxuyurlar.

Yenə də deyirəm ki, danışmağın mənası yoxdur. Bunlara sənət lazım deyil, ancaq pul qazanmaq lazımdır. Çəkdikləri kinoda söyüş söyürlər, kinoda söyüşmü olar? Kinoda bu qədər açıq-saçıqlıqmı olar? Axı biz Azərbaycanlıyıq, Avropaya meyl etmək doğru deyil. Avropada başqa həyatdır, onlarda qız gərək 10-15 oğlanla yatıb dursun. Ondan sonra ərə getsin. Biz də onlar kimi olmayıq? Məqsədləri də nədir bilmək olmur. Bir neçə dəfə dedim, cavanlar az qaldılar mənimlə dava edələr. Mənə dedilər ki, siz qocalmısız, heç nə bilmirsiz.

 

Azərbaycan incəsənəti kökündən dəyişilməlidir...


Bir 20-30 nəfər peşəkar yığıb hər şeyi kökündən dəyişmək lazımdır. Mənasız proqramları bağlayıb, təzə yönümlü proqramlar açmalıdırlar. Seriallarımızın nə kökdə olduğu göz qabağındadır. Deyərlər ki, özü oynamır deyə serialları bəyənmir, yox, mənim oynamağım vacib deyil, oynadıqlarım göz qabağındadır. Serial çəkirlər ki, qardaş bacıyla eşq yaşayır, güya bir-birlərini tanımırlar və yaxud ata qızına təcavüz elədi. Bizim ekranda simamız görünməlidir. Bizdə əxlaqsızlıqla, narkomaniyayla, sərxoşlulqa mübarizə lazımdır, əksinə, bunlardan mövzu düzəldib reklam edirlər. Belə əcaib ssenarilər yazmaqla camaatı qeybətə qızışdırılar. Bir dəfə Səməd Vurğuna məzəli əhvalat danışırlar, gülməkdən uğunur. Sonra soruşurlar ki, bu mövzunu komediya kimi yazmaq olarmı. Cavab verir ki, yaxşıdır, amma fəlsəfəsi yoxdur. Bunlar həmin fəlsəfə sözünü bilmirlər. komediya deyəndə də deyirlər ki, tamaşaçı düşünmək istəmir. Necə yəni düşünmək istəmir, hansı tamaşaçı gəlib qapıvı döyüb deyib ki, bir də məni düşündürsən ciyərivi deşərəm. Bu alınası söhbət deyil, necə yəni məni düşündürmə? Bəs biz həyatda niyə yaşayırıq, elə ondansa la-la-la oxuyaq da. Belə çıxır ki, Füzuli, Seyid Əzim nahaq yazıb. Görün biz nə qədər cılızlaşmışıq ki, qəzəl janrında yazan yoxdur, olanlar da zəif yazır, güclülər də yazdıqların ortaya çıxara bilmir.

 

Hər sahəmiz bu gündədir...


İki oxuyan bir-biriylə dalaşanda ancaq geyimlərindən, etdiyi hərəkətlərindən danışırlar. Çünki özlərində sənət yoxdur, bilirlər ki, elə eyni səviyyədədirlər. Bir dəfə rəhmətlik Məmmədbağırdan soruşdum ki, sən görümrsənmi muğamı səhv oxuyurlar, mən onlara səhv tutsam, deyərlər ki, Qorxmaz kimdir, amma sən deməlisən axı. Cavab verdi ki, bir-iki dəfə dedim, gördüm inciyirlər, salam vermirlər, məndən qaçırlar. Dedim axı, rəhmətlik Hacıbaba Hüseynov, Əlbaba Məmmədov üstünüzə qışqıranda, sizin niyə səsiniz çıxmırdı? Dedi, biz başqaydıq, başqa tərbiyyə görmüşdük. İndi cavanlarda bir səhvi tutan kimi səninlə düşmən olur, sənin dalınca danışmağa başlayır, aşağılamağa çalışır. Çox pis vəziyyətə gəlmişik indi, ipin ucu itib. Barmaqla sayılacaq qədər korifeylərimiz qalıb. Çarli Çaplinə gülə bilmiyənlərə, Əliağanı, Lütvəlini bəyənməyənlərə də nəsə deməyin mənası yoxdur. Hər aşığın bir dövranı olduğu kimi, indi də dövran bunlarındır. Neyləmək olar?!

 

Rumiyyə MİRASLAN

  

Oxşar xəbərlər
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO