Qubad İbadoğlu: “Seçkilər hakimiyyətin istədiyi və xalqın da gözlədiyi kimi keçdi”
Müsahibə
Oxunub: 2199
24 Nov 2015 | 19:32
Qubad İbadoğlu: “Seçkilər hakimiyyətin istədiyi  və xalqın da gözlədiyi kimi keçdi”
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, tanınmış iqtisadçı, Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu son zamanlar ölkəmizdə və Müsavat Partiyasında baş verənlərlə bağlı pia.az-a müsahibə verib. 

Moderator.az həmin müsahibəni oxucuları ilə bölüşür:

-Qubad bəy, uzun illər boyu Müsavat Partiyasına əmək vermisiz. Belə demək mümkünsə ömrünüzün qızıl illərini bu partiya ilə keçirmisiniz. Son qurultaydan sonra Müsavat Partiyasına verdiyiniz əməklərə görə peşman deyilsiz ki?

 -Qətiyyən, mənim  azad və demokratik Azərbaycan uğrunda verdiyimiz mücadilənin çətin, amma şərəfli  dövrünün böyük hissəsi Müsavatla bağlıdır.  O dövrün çətinliklərinə və  min cür əziyyətlərinə baxmayaraq,  həmin günləri  həmişə xoş hisslərlə  xatırlayıram. O  Müsavat  bir qrupun  deyil,  xalqın marağına  xidmət  edirdi. Bütün zamanların, tariximizin ən şərəfli partiyası olan bu partiyada qərarları indiki kimi  özünün yox,  xalqın  gələcəyini düşünən insanlar qəbul edib.  Elə ona görə  Müsavat həmişə öndə idi, hətta son  zamanlaradək  bu partiya Azərbaycan xalqının böyük bir hissəsinin ümid yerinə çevrilmişdi.  Çünki, əsl müsavatçıların mübarizəsi mənafe deyil, məfkurə mübarizəsi idi.  Lakin, gərəksiz eqolara  və çürük ittihamlara  görə zaman-zaman  partiyanı zəki  və nüfuzlu insanlar tərk etdi. Bu qəbilədən olan axırıncı  qrup isə son qurultaya qədər gözlədilər. Görəndə ki, qurultay işinə haram qatıldığına görə,  illərlə yığılıb qalmış problemləri həll etmək əvəzinə  partiyaya əlavə problemlər gətirdi,  onlar da partiyadan ya istefa verdi, ya da xaric olundu. 

Beləliklə də Şərqin ən qədim partiyası  boşaldı və dərnəyə çevrildi. İllərlə misqal-misqal qazandıqlarımızı nə yazıq ki,  qurultaydan sonra fərqinə varmadan, zalımcasına batman-batman xərclədilər, partiyadaxili demokratiyanı boğmaqla onu gözdən saldılar.  Bunu əvvəlcədən görürdüm, bilirdim ki,  ictimai rəy Müsavatın parçalanmasını qəbul etməyəcək. Ona görə də son qurultaydan sonrakı  dövrdə  dostlarımızla bərabər çox çalışdıq ki, partiyanın bütövlüyünü qoruyaq, dialoq təklif etdik, qarşı tərəflə görüş keçirdik, partiyadan çıxmaq istəyənlərə dur, gözlə dedik. 

Lakin Arif Hacılı əlcəyini geyən İsa Qəmbər əli buna imkan vermədi və qərəzli çıxışları ilə vəziyyəti daha da gərginləşdirdi, on illərlə hakimiyyətin haqsızlıqlarına sinə gələn üzvlər olmazın ədalətsizliklər etdi, onları xəyanətkar,  satqın adlandırdı. O, hər vəclə çalışırdı ki, mən və mənim  yaxın tərəfdarlarım partiyadan getsin, bu baş verməyəndə  də bizləri nizamnamə pozuntusu ilə partiyadan uzaqlaşdırdılar. Çünki onlara güclü və böyük deyil, kiçik və idarəolunan Müsavat lazım idi. Ona görə də bizim orda qalmağımızı özlərinə təhlükə hiss etdilər. Nəticədə  Müsavatı indiki ağır duruma saldılar. Odur ki, ömrümün ən məhsuldar 18 ilini verdiyim  partiyanın düşdüyü vəziyyət məni çox məyus edir. 

Qubad İbadoğlu: “ Arif Hacılı əlcəyini geyinən İsa Qəmbər əli buna imkan vermədi və qərəzli çıxışları ilə vəziyyəti daha da gərginləşdirdi, on illərlə hakimiyyətin haqsızlıqlarına sinə gələn üzvlərə olmazın ədalətsizliklər etdi”.

- İsa Qəmbərlə şəxsi münasibətləriniz qorunurmu, yoxsa bütün körpülər yanıb?

- İsa Qəmbərlə münasibətlərim şəxsi deyil, işgüzar  müstəvidə partiya çərçivəsində qurulmuşdu və onunla da bitdi. Çünki İsa Qəmbər şəxsən mənə deyil, bütövlükdə Müsavatın dəyərlərinə və prinsiplərinə xəyanət etdi.  

- Keçmiş ideyadaşlarınızdan ən çox kimdən incik düşmüsünüz? Sizi Müsavat Partiyasından xaric etdikdən sonra ABŞ-a üz tutdunuz. Azərbaycanı tərk etmənizdə siyasi inciklik rol oynadımı?

-Kimlərdənsə  incik düşmək, kin saxlamaq  mənim xarakterimə  uyğun davranış deyil. Həyatım boyu çox haqsızlar görmüşəm və həmişə də onları sakitliklə qarşılayaraq, sonda da  təmkinlə dəf etmişəm.  Amma xəyanəti  bağışlamıram, çünki, onun mənbəyində  yalan  və riyakarlıq var. İnanıram ki,  xəyanətkar fəaliyyətə başqasını aldatmaqla başlasa da, bu son nəticədə   özünü aldatmaqla bitəcək.

ABŞ-a səfərə gəlincə, onun siyasi incikliklə əlaqəsi yoxdur, ola bilər ki, proseslərin  zaman ardıcıllığı belə qənaətə gəlməyə əsaslar yaradır. Lakin bu təsadüfi və texniki məsələdir. Çünki  ABŞ-a səfər porqramlarım  hələ Müsavat qurultayından əvvəl təşkil olunmuşdu. Qurultaya görə onu   təxirə saldım və qurultaydan sonra  yenə də dəvətlər gəldi. Bu dəfə  ötən ilin oktyabrında başlamalı olan proqramı marta ertələdim. Bura da gələndən sonra 5 aylıq  səfər proqramına malik idim. Onu da bitirəndən sonra  məşhur  Duke Universitetindən dəvət gəldi. Hazırda bu universitetin professoru olaraq  akademik fəaliyyətlə məşğulam.  

- Azərbaycanda baş verən son hadisələrlə bağlı nə deyə bilərsiniz? MTN ətrafındakı həbsləri necə qiymətləndirirsiniz? Eldar Mahmudovun və dəstəsinin siyasi prosseslərə təsir etmək imkanlarının ortadan qalxması Azərbaycanda yeni siyasi şərtlərin yaranmasına yol aça bilərmi?

- Milli Təhlükəsizlik  və Rabitə Nazirliklərində baş verənlərləri diqqətlə izləyirəm. Korrupsiya və dövlət vəsaitini mənimsəmə kontekstində  hər iki nazirlikdə baş verənlərdə  qeyri-adi bir şey görmürəm. Çünki  Milli Təhlükəsizlik  və Rabitə Nazirliklərində baş verənlər bir az fərqli qaydada digərlərində də müşahidə olunur. Bu gün nəinki mərkəzi, hətta yerli icra hakimiyyəti orqanlarının çoxunda sifarişlər dövlət orqanlarının rəhbərlərinin  özünə və yaxınlarına  məxsus  şirkətlər vasitəsilə icra edilir. Bu zaman layihələr şişirdilir və külli miqdarda  büdcə vəsaiti mənimsənilir.  Bu məsələnin  yeni siyasi şərtlər yaradacağı  ehtimalı aşağıdır. Bu hadisənin  ölkədə  mövcud siyasi  mühitin formalaşmasında  hakimiyyətin hökmran mövqeyini  ciddi şəkildə zəiflədəcəyinə inanmıram.

- Beynəlxalq Bank ətrafında yaşanan maliyyə qalmaqalı barədə bir iqtisadçı kimi nə deyə bilərsiniz? Faktiki olaraq dövlət bankının bank rəhbərliyi tərəfindən xortumlanması baş verib. Bu xortumlamanın Azərbaycan iqtisadiyyatına hansı fəsadları olub?

- Beynəlxalq Bankda baş  verənlərdə dövlət orqanlarını da məsuliyyətli hesab edirəm. Çünki Maliyyə Nazirliyi bankın əsas səhmdarıdır və səhmlərin 50.2%-i  ona məxsusdur.  Bu bank  səhmdarları ilə yanaşı, həmçinin Mərkəzi Bank qarşısında da hesabatlı olub. İllərlə formalaşmış və son nəticədə ümidsiz borclara çevrilmiş hesablaşmalar  və ödənişlər barədə ən azı hər iki dövlət qurumu məlumatlı olub və zamanında qərar verməyib. Hesab edirəm ki, bu bankla  bağlı vaxtında  və düzgün qərarlar qəbul edilərdisə, onun iqtisadiyyata, xüsusilə də bank sektoruna  neqativ təsirləri xeyli azala bilərdi. Fəsadlara gəlincə, bu bankın   maliyyə “xərcləri”ni  əsasən dövlət  çəkir. Mərkəzi Bank Beynəlxalq Banka 3 milyard manatını ayırıb. Bu vəsaitin 2 milyard manatı artıq banka daxil olub, amma problemlər hələ də tam həll olunmayıb. 


Qubad İbadoğlu: “Hökümətin Azərbaycan iqtisadiyyatının gələcəyinə yönələn kompleks siyasəti yoxdur”


- Azərbaycanın tanınmış iqtisadçılarından birisiniz. Yeri gələndə hökümətdən kimlərsə sizinlə məsləhətləşmələr aparırmı? Yoxsa Azərbaycan hakimiyyəti tamamilə qapalı fəaliyyət göstərir?

  - Azərbaycanın  yox, başqa dövlətlərin  hökümətlərindən belə müraciətlər almışam. Onların dəvəti ilə Ukraynada, Qırğızıstanda, Gürcüstanda və Qazaxıstanda müzakirələrə qoşulmuşam. Hətta ötən ilin birinci 6 ayını Bişkekdə Maliyyə  naziri, İqtisadiyyat naziri, parlamentlə, xüsusilə də hakim partiyanın fraksiyası  və baş nazirin ofisi ilə   sıx  işlədim və həmin ölkədə büdcənin islahatlarına, xüsusilə də onun  proqramlar üzrə təsnifatına  və büdcə məcəlləsinin hazırlanmasına məsləhətlərimlə dəstək oldum.  Azərbaycan hakimiyyətinə gəlincə, rəhbərlik etdiyim İqtisadi Tədqiqatlar Mərkəzinin adından müxtəlif istiqamətlər üzrə  hökümətə tövsiyyələr təqdim etmişik, əvvəllər belə  məsləhətləşmələrə ehtiyac yarananda da mən özüm birbaşa olmasam da, Mərkəzin əməkdaşları müzakirələrə qoşulublar. 

- Azərbaycan hakimiyyətində yaxın münasibətlərdə olduğunuz və xüsusi hörmətlə yanaşdığınız biriləri varmı?

- Yaxın münasibətdə olduğum yüksək vəzifəli şəxslər yoxdur, amma orta və aşağı  səviyyəli məmurlar arasında  xeyli tanışlarım vardır ki, onlarla  da  tez-tez informasiya  və fikir mübadiləsi edirik. Yüksək vəzifəli şəxslər arasında xüsusi hörmətə layiq olanlar yox, başqaları ilə müqayisədə daha proqressiv sayılanları fərqləndirmək mümkündür, amma onların isə adlarını sadalayıb problem yaratmaq istəməzdim. 

- Son il yarımda neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində Azərbaycan iqtisadiyyatında böhran işartıları görünməkdədir. Bu ölkə prezidentinin çıxışlarında da dəfələrlə vurğulanıb. Son bir ildə Azərbaycan hökümətinin iqtisadi fəaliyyətini necə dəyərləndirirsiz?

- Hökümət  hələ də son 1 ildəki  cari siyasətini  mövcud ehtiyatlar üzərində qurmaqla vəziyyətdən çıxmağa çalışır. Eyni yanaşma biznes və istehlakçı cəmiyyətində də müşahidə olunur. Təəssüf ki,  hökümətin  Azərbaycan iqtisadiyyatının gələcəyinə yönələn  kompleks siyasəti yoxdur. Hələ də çoxları  hesab edirlər ki, neft qiymətləri yenidən bahalaşacaq və əvvəlki tək ölkəyə çoxlu və yüngül pullar gələcək.  Çünki onların əlavə maliyyə qaynaqları axtarmaq üçün səyləri görsənmir, gizli iqtisadiyyat  və korrupsiya yenə  də çiçəklənməkdədir. Hətta Milli Təhlükəsizlik  və Rabitə Nazirliklərində baş verənlərdən sonra da məmurların gəlirlərinin deklarasiyası istiqamətində siyasi iradə yoxdur, tenderlər də həmişəki kimi korrupsiya mənbəyi olaraq qalır.

- Prezident son aylar, xüsusən də "MTN işi"ndən sonra sahibkarları faktiki olaraq öz müdafiəsi altına götürüb. Necə bilirsiniz, bu sahibkarların sərbəst fəaliyyəti üçün zəmin yarada biləcək və Azərbaycanda normal, monopoliyadan, məmur müdaxiləsindən kənar iqtisadiyyat formalaşmasına yol açacaqmı?

- Sahibkarlara  ilk növbədə  iqtisadi azadlıq və müstəqil məhkəmə lazımdır. Onların hər ikisi  üçün lazım ilkin  şərtlər belə formalaşdırılmayıb. Son zamanlar bəzi kosmetik addımlar atılsa da, onlar gec olduğuna görə ciddi effekt verə bilməyəcək.  Ã–lkədə sahibkarların fəaliyyətinə haqsiz müdaxilələr və yersiz yoxlamalar çox kütləviləşdiyindən, onlar əsassız  olaraq vergi cərimələri ilə  yükləndiyindən vəziyyətdən çıxışın yeganə yolu bütün təsərrüfat subyektlərinə  ümumi vergi amnitsiyası vermək  və  rəqabəti dəstəkləyən, bazarlarda inhisarçıların hökmran mövqeyini zəiflədən liberal iqtisadi islahatlara başlamaqdır.

- Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda əsas inkişaf prioreti olaraq hansı sahələri görürsünüz və sizcə bu sahələrin inkişafı üçün hansı addımlar atılmalıdır?

- Hazırkı şərtlərlə nəqliyyat sektoru daha perspektivli görsənir, xüsusilə də dəmiryol nəqliyyatı. Hesab edirəm ki, Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryol xətti  və Ələt dəniz limanı tam gücü ilə işə düşəndə  milli iqtisadiyyat bunun müsbət təsirlərini  hiss edəcək və Azərbaycanın transit gəlirləri qat-qat artacaq. Digər sahələr arasından isə kimya və metallurgiya sahələrinin  də perspektivi yüksəkdir.  Kənd təsərrüfatının və turizmdən  yaxın gələcəkdə ciddi  nəticələr gözləmirəm. İnşaat və rabitə sektorunda isə mövcud vəziyyətin ciddi dəyişəcəyinə inanmıram.

Qubad İbadoğlu: “Seçkilər hakimiyyətin istədiyi  və xalqın da gözlədiyi kimi keçdi”.


- Müstəqil ekspertlər davamlı olaraq yeni devalvasiyanın qaçınılmaz olduğunu vurğulayırlar. Hökümət və Mərkəzi Bank isə bunun əksinə yaxın zamanlarda devalvasiyanın olmayacağını söyləyirlər. Sizin bu barədə fikirləriniz nədir?

- Devalvasiya manatın probemini həll etmək üçün yetərli deyil. Lakin ona  olan təzyiqi yumşaltmaq məqsədi güdə bilər və  yaxud ondan üzən məzənnə kursuna keçid istiqamətində  bir mərhələ olaraq  istifadə etmək olar.  Nəzərə alsaq ki, yaxın illərdə ölkəyə valyuta daxil olması azalmaqda davam edəcək və eyni zamanda ölkəyə valyuta  gətirən  məhsul və xidmət ixracatında ciddi artım olmayacaq, o halda devalvasiya hələ də  gündəmdə qalacaq. Hazırda bir tərəfdən Mərkəzi Bankın, digər tərəfdən də Neft Fondunun ehtiyatlarının daxili bazarda manata dəyişdirilməsi vəziyyəti nəzarətdə saxlamağa imkan verir, amma bu sonsuzluğa qədər davam edə bilməz. Odur ki, hesab edirəm ki, hökümət manatın məzənnəsi ilə bağlı siyasətinə bir daha yenidən  baxmalı olacaq. Sadəcə onun zamana ehtiyacı vardır. Dekabrın 18-də ABŞ-da  Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin artırılması ilə bağlı qərarından sonra devalvasiya ehtimalı daha da  güclənəcək. 

- Hazırda ölkənin bank sektorunda ciddi tənəzzül müşahidə olunmaqdadır. Digər tərəfdən, Azərbaycanda banklar ən yüksək kredit faizləri ilə fəaliyyət göstərir və bəzən də faktiki olaraq müştərilərinə qarşı rəsmən reket olaraq çıxış edirlər. Azərbaycanda effektli və müştəri məmnuniyyətinə söykənən bank sektorunun formalaşması üşün hansı islahatlar aparılmalıdır?

- İlk növbədə bank sektorunda rəqabətli mühit təmin edilməli, bank və sığorta bazarı xarici investorlara açıq olmalıdır. Əgər xarici  banklar və onların filialları üçün sərbəst imkanlar yaradılarsa və bazara  stabil mövqeli, tanınmış Avropa və ABŞ bankları buraxılarsa, bu həm kredit faizlərinin aşağı düşməsini və həm də müştəri məmnuniyyətinin artımını şərtləndirə bilər. 

Qubad İbadoğlu: “Azərbaycan iqtisadiyyatının ən böyük problemi azadlıqların olmamasıdır”

- Sizcə, Azərbaycan iqtisadiyyatının ən böyük problemi nədir və iqtisadi islahatların aparılması üçün ilk olaraq hansı addımlar atılmalıdır? İndiki hökümət islahatlar aparmaq üçün yararlıdırmı?

- Azərbaycan iqtisadiyyatının ən böyük problemi azadlıqların olmamasıdır. İqtisadi islahatları aparmaq üçün hökümət  ilk növbədə liberallaşdırmanı, rəqabət  və şəffaflığı dəstəkləməlidir. Hökümətin indiki tərkibi ilə də bu islahatları aparmaq mümkündür. Əsas odur ki, ortalıqda siyasi iradə olsun. 

- Fantastik olsa da, Azərbaycan iqtisadiyyatında "Sinqapur möcüzəsi" yaratmaq mümkündürmü? Mümkündürsə necə? 

- İndiki şərtlərlə təəssüf ki, yox. Amma ölkə iqtisadiyyatını indikindən daha güclü, dayanıqlı və eyni zamanda sosial baxımından ədalətli qurmaq mümkündür. 

- Rusiya və Çin iqtisadiyyatlarında yaşanan böhran Azərbaycan iqtisadiyyatına nə qədər təsir göstərir və bu təsir Azərbaycanda iqtisadi böhrana yol aça bilərmi?

- Rusiya iqtisadiyyatında yaranmış böhranın əhəmiyyətli təsiri olacaq. Çinə gəlincə, onun təsirindən ehtiyatlanmağa dəymir. Çünki, bizim iqtisadiyyatımız, xüsusilə də istehlak bazarımız və sosial təminatımız Rusiyaya daha sıx bağlıdır. 

- Azərbaycanın Qərblə münasibətləri hər gün daha da pozulur və gərginlik açıq şəkildə hiss olunur. Gərginləşən münasibətlər ABŞ-da necə hiss olunur və ABŞ-dan görünən Azərbaycan çoxmu kiçikdir?

- Təəssüf ki, hazırda mövcud olan Suriya, Rusiya, İran, Çinlə  bağlı problemlərin fonunda ölkəmiz nisbətən arxa plandadır. Amma Azərbaycanın cografi mövqeyi ABŞ və digər böyük dövlətləri bizi maraq dairəsində saxlamağa məcbur edir. Məlum hadisələrdən sonra terror və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarının artırılması  yaxın gələcəkdə  Azərbaycanın önəmini daha da artıracaq. 

- Son seçkilərlə bağlı fikirləriniz? Bu seçki sizcə Qərblə münasibətlərə necə təsir edəcək?

- Seçkilər hakimiyyətin istədiyi  və xalqın da gözlədiyi kimi keçdi. Bu seçkinin daxildə önəminin az olması, onun beynəlxalq miqyasda da dəyərini aşağı saldı. Ona görə də  onun nəticələrinin Qərblə münasibətlərdə əhəmiyyətli dəyişiklərə  təsir edəcəyini gözləmirəm. 

- Azərbaycan müxalifətinin gələcəyi ilə bağlı nə düşünürsünüz? Müxalifətin gəncləşmək və yeni dəyərlərlə çıxış etmək imkanları varmı?

- Hazırkı  müxalifətin gələcəyi  indikindən də  tutqun görsənir, onun gəncləşməsi ehtimalı da, qocalması  ehtimalından  çox aşağıdır.  

- Azərbaycana nə zaman dönməyi düşünürsünüz və döndükdən sonra siyasətlə məşğul  olacaqsınızmı?

- Azərbaycana gələn ilin əvvəlində dönəcəm və indiyə qədər məşğul  olduğum işlərimi davam etdirəcəm. Əsas ağırlığı ictimai fəaliyyətin üzərinə qoyaraq, vətəndaş cəmiyyətinin qurulması, azadlıqların genişlənməsi və ölkənin demokratikləşməsi  istiqamətində çalışmalarımı davam etdirəcəm.  
Oxşar xəbərlər
20:41, Bu gün
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
20:40, Bu gün
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
20:33, Bu gün
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
20:27, Bu gün
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
20:23, Bu gün
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
19:56, Bu gün
Putinlə Tokayev arasında kritik zəng
19:50, Bu gün
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
19:49, Bu gün
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
GÜNLÜK
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
AYLIQ
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün