Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
Oxunub: 2302
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
“Kino işçiləri olaraq dövlətimizdən o vəziyyətdə pul istəməyə üzümüz gəlmirdi. Hər şey müharibə üçün idi. Daha vacib işlərimiz vardı”.
 
Bu sözləri xalq artisti Rasim Balayev Teleqraf.com-un suallarını cavablandırarkən deyib.
 
Müsahibəni təqdim edirik:
 
- Azərbaycanda yeni yaradılan kino birliyinin - Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədrisiniz. Fəaliyyətiniz necə davam edir? Bu sahədə nə kimi dəyişikliklər edəcəksiniz?
 
- Azərbaycan Kinematoqrafçılar İttifaqının öz nizamnaməsi var və indiyə qədər onunla fəaliyyət göstəririk. Bizim işlərimiz onda daha parlaq, gözəl və canlandırıcı görünər ki, yeni filmlər çəkilsin. Çox təəssüf, bu gün kino sahəsi yaxşı vəziyyətdə deyil. Mən Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, sonra isə sədri seçildim. Bizim çoxlu tədbirlərimiz olub, filmlərimizin premyeraları baş tutub, onlar haqqında rəylər səsləndirilib, müzakirələr keçirilib. Gənclərin kinoya cəlb olunmasını həmişə prioritet hesab etmişik və bu tendensiya indi də davam edir. Təəssüflər olsun ki, indi filmlər çəkilmir. Film çəkilsə, işlərimiz daha böyük vüsət alar. Ancaq ümidlə yaşayırıq.
 
 
- Rasim müəllim, niyə film çəkilmir? Kino sahəsində çatışmayan cəhət nədir?
 
- Biz bir ictimai formasiyadan başqasına keçdik. Yəni sovet dövründə pis-yaxşı bir struktur, bir nizam vardı. O istiqamətdə işlərimizi qururduq. Əvvəlki struktur dağıldı, yenisi yaranmadı. Təsəvvür edin, Azərbaycanda 6-7 il film çəkilmədi. Kinostudiyada 1200 əməkdaş işləyirdi, həmin şəxslər işsiz qaldılar. Dünyasını dəyişənlər, səhhətində problem yarananlar, başqa sahəyə gedənlər oldu. 90-cı illərdə Qarabağ problemi ortaya çıxdı. Kino işçiləri olaraq dövlətimizdən o vəziyyətdə pul istəməyə üzümüz gəlmirdi. Hər şey müharibə üçün idi. Daha vacib işlərimiz vardı. Sənətkarlarımızın da çoxu dünyasını dəyişdi. Köhnə kino məktəbindən az adam qaldı. Yeni nəsil isə yetişmədi. Bizə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu yer verirdi, bir rejissor, bir operator, bir ssenarist yetişdirirdi. Bu da ləğv olundu. Düzdür, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorlar, operatorlar hazırlayırdılar, amma, bu istədiyimiz səviyyədə deyildi və indi də deyil. Çünki universitetin yüksəksəviyyəli bazası yoxdur. Məsələn, Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alan tələbəyə kurs işi zamanı maliyyə ayrılırdı. Burada isə belə ənənə və büdcə yoxdur. Çox təəssüf ki, Azərbaycan kinosuna toyları çəkən operatorlar gəldi.
 
- Bildiyimiz qədər bir çox operatorların ali təhsili də yoxdur...
 
- Doğrudur, çoxunun ali təhsili də yoxdur. Mən həmişə deyirəm ki, Aşıq Ələsgər təhsil görməyib, amma Allah ona istedad verib. Bədahətən şeir demək, şeir qoşmaq olar. Kino kollektiv sənətdir. Burada texniki məsələləri dəqiq bilmək lazımdır. Bizdən asılı olan və olmayan səbəblərə görə, tamaşaçı auditoriyamızı itirdik. Hazırda kino sahəsi üçün çox çətin bir dövrdür. Tamaşaçıları geri qaytarmaq lazımdır. İnsanlarda bu sahəyə inam itib, Azərbaycan kinosu ağır vəziyyətdədir. Bizim ali məqsədimiz isə budur ki, bu işi sahmana salaq və Azərbaycan tamaşaçısının zövqünə uyğun filmlər çəkək.
 
- Rejissor Emil Quliyevin filmlərini izləmisinizmi?
 
- Xeyr, izləməmişəm. Bir var, tamaşaçı, bir də var, bu sahədə 50 il çalışan peşəkar kimi filmləri izləyirsən. Yaxşı aktyorlarımız var. Amma ən böyük problemimiz ssenari məsələsidir. Ümumiyyətlə, ədəbiyyat, kino, teatr, musiqi sahələrində müəllifin tamaşaçıya həmişə mesajı olur, tamaşaçıya nəsə ötürməli və düşündürməlisən. Təəssüf ki, Azərbaycanda filmlər tamaşaçıya mesajı verə bilmir. Nə qədər detektiv janrdan istifadə etmək olar?! Bir-birini vurmaq, kiminsə ailəsini dağıtmaq və sair kimi mövzular nə qədər olar?! Biz insanlara ruh verməli, onların zövqlərinin formalaşmasına kömək etməliyik. İnanırsınız, tamaşaçı zövqü o qədər korlanıb ki, keyfiyyətli işlərə baxa bilmirlər. İstəyirlər ki, orada boş-boş hırıltı olsun. Artıq düşünüb-düşündürən əsərləri unudublar. Biz də istəyirik ki, elə filmlər çəkilsin ki, tamaşaçıya müəyyən qədər zövq versin, xeyri olsun. Məsələn, öz həyatımdan nümunə göstərim. Bir yetkin insan kimi formalaşmağımda məktəbin, universitetin, mütaliə etdiyim əsərlərin, teatrın, kinonun çox köməyi olub. Oxuduğum əsərlərdə baş qəhrəmanın yerinə özümü qoymuşam və düşünmüşəm ki, bu situasiyada mən nə edərdim... Ondan ibrət götürmüşəm. Təəssüf ki, hazırda belə ənənə yoxdur.
 
- İTV, “Xəzər” və ATV kanallarında seriallarımız yayımlanır. Seriallarımıza münasibətiniz necədir?
 
- Heç kim inciməsin, heç bir serialımıza baxa bilmirəm. Hər sənətin öz xüsusiyyəti var. Kino sahəsi böyükhəcmli mətnləri sevmir, çünki təsviri sənətdir. Kino lakonik olmalıdır. Aktyor isə obrazı ilə üzərinə düşəni tamaşaçıya çatdırmalı və onu düşündürməlidir. Bu yoxdursa, nə faydası var?!
 
 
- Son vaxtlar televiziyalarımızın səviyyəsi çox tənqid edilir. Bu kimi məsələləri həll etmək üçün siz nə tövsiyə edərdiniz?
 
- Hamı narazıdır. Bir müddət əvvəl televiziya rəhbərləri bir araya gəlmişdilər. Onlara öz fikrimi bildirdim. Mənə cavab verdilər ki, televiziyaya reytinq lazımdır. Bu söz mənim xoşuma gəlmədi. Reytinq naminə insanların zövqünü niyə korlayırsınız? Efirə layiq olmayan insanları verilişlərə ailəvi dəvət edirlər, sonra da milli mənəvi dəyərlərimizə zidd olan mövzuları müzakirə edirlər. Aparıcıların çoxu ləhcə ilə danışır. Azərbaycan dili çox gözəl dildir. Dilimizi korlamağa, vulqar danışıqlara isə yol verilməməlidir. Mən Orta Asiya, Türkiyə, Almaniya və bir çox ölkələrdə filmlərə çəkilmişəm. Mənə həmişə deyirdilər ki, Azərbaycan şeiri səsləndirim. İmadəddin Nəsiminin qəzəllərini, Mikayıl Müşfiqin şeirlərini səsləndirirdim. Deyirdilər ki, Azərbaycan dili necə gözəldir, dilin nə gözəl ahəngi var. İndi dilimizi də pis vəziyyətə salıblar, hərə öz ləhcəsində danışır, belə olmaz. Ədəbi dildə danışılmalıdır, demirəm ki, Azərbaycan dilinin qrammatikasından dərs keçsinlər. Məhkəmə hadisələrini “Səni axtarıram”, “Bizimləsən” verilişlərində yayımlayırlar. Kişi həyat yoldaşı ilə birləşib anasını evdən qovur və s. kimi hadisələri efirdə təqdim edirlər. Bu hadisəni televiziyada niyə təbliğ edirsən, nə demək istəyirsən? Gənc nəsil bundan nə tərbiyə götürəcək?! Düzdür, Rusiya və Türkiyə telekanallarına da baxıram, orada da bayağı verilişlər var. Amma səviyyəli, maraqlı verilişlərin də sayı az deyil. AzTV və bir az da İTV kanalı xoşuma gəlir. Nə təqdim edirsən et, nümunəvi olmalıdır, izləyicilər nəsə götürməlidirlər. Əvvəllər televiziyaya hər adamı buraxmırdılar, nümunəvi insanlara icazə verirdilər. Hətta televiziyaya çıxan adamın bioqrafiyası ilə maraqlanırdılar. 
 
Torpaqlarımız 30 il işğalda idi. Müharibə başlayanda gördük necə oğullarımız cəbhəyə yola düşdülər, xalqın içində, genində qəhrəmanlıq var. Niyə o hissləri öldürürsünüz? Nə qədər oxuyan olarmış? Musiqi sahəmizi nə günə salıblar! Güman edirəm ki, bu məsələlərə bir əncam çəkiləcək.
 
- Xalq artisti Oqtay Mirqasımov kino ittifaqlarının birləşməsinin əleyhinə çıxdı və səsvermə zamanı zalı tərk etdi. Hazırda onunla münasibətiniz necədir?
 
- Oqtay Mirqasımovla dostam, iki filminə çəkilmişəm. Əvvəlcə o, birləşməyin tərəfdarı idi. Sonra onu anlaya bilmədim. Bir neçə ay əvvəl bir yerə yığışmışdıq, danışdıq ki, iki ittifaqın mövcudluğu kənardan yaxşı görünmür. Azərbaycan Yazıçılar Birliyi, Bəstəkarlar, Rəssamlar ittifaqları var, bu da bir ittifaq olsun. Müəyyən səbəblər vardı, ayrıldılar, amma indi bir olmalıyıq. O da bunun tərəfdarı idi. Sonra nə oldusa... Biz həmişə bir-birimizə hörmətlə yanaşmışıq. Başım çıxmadı. Dedi ki, AKİ dağıdıcı qurum olacaq. Biz nəyi dağıdırıq? Sən də hörmətli ağsaqqalsan, gəl, bizə məsləhət ver. Onun “Rasim idarəçiliyi bilmir” sözü xoşuma gəlmədi. Məni bir az aşağıladı. Axı, Rasim 23 il Azərbaycan Kinematoqrafçılar İttifaqında birinci katib olub, iki il də sədr... Bəli, İqtisadiyyat Nazirliyinin idarəçiliyini, kənd təsərrüfatını bilməyə bilərəm. Amma 25 il burada işləmişəm. Sadəcə bir az yumşaq adamam, bəziləri də düşünür ki, sədr zəhmli olsun, onu görəndə hamı gizlənsin. Belə adamlar bizdə olub, amma mən hamıya bərabərhüquqlu, dostcasına münasibət bəsləməyə çalışmışam. Vəzifə gəldi-gedərdi. Kino sahəsinin tanınmış simaları bir araya gəlib bu vəziyyətdən çıxmağın yollarını axtarmalıyıq. Bir-birimizi təqsirləndirmək yolu ilə yox...
 
- Sizin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməyinizi istəməyənlər də olub?
 
- Yəqin ki, olub. Əvvəl deyirdilər ki, sənin paxıllığını çəkirlər. Paxıllıq hissi mənə yaddır. Cavab verirdim ki, vallah, heç nə hiss etməmişəm. Çünki ildə azı iki-üç filmə çəkilirdim, dublyaj edirdim, başım o qədər qarışıq olurdu, heç bu işlə maraqlanmırdım. Allah hər kəsi bir cür yaradıb, hər kəsin də bir qisməti var. Orada-burada işə yararlı söhbət danışırlarsa, gəlsinlər birgə edək. Qurultayda elan olundu ki, kim istəyir öz namizədliyini versin, sədrlik səsvermə ilə oldu. Düzü, əvvəllər bura gəlmək istəmirdim. Söhbət 1990-cı illərdən gedir. O vaxtadək kinostudiyada aktyor kimi çalışmışam. Məni dəvət edəndə dedim ki, aktyoram, o vaxt filmlər çəkilirdi. Sonrakı illərdə düşündüm, yaxşı ki, bu iş oldu, yoxsa nə edəcəkdim? Filmlər də çəkilmirdi. O vaxt Rüstəm İbrahimbəyova dedim ki, mən kabinet adamı deyiləm. Cavab verdi ki, heç kim anasının qarnında kabinet işçisi olmur, gəlib öyrənəcəksən. Bu sahədə 25 ildir işləyirəm, mənə deyirlər, idarəçiliyi bilmir... Mənə şübhə ilə yanaşırlar. Səbəbini isə konkret açıqlayan yoxdur, çünki tutarlı arqument tapmaqda acizdirlər.
 
- Siz sədr seçiləndən sonra tanınmış kino xadimləri arasında qarşılıqlı ittihamlar başladı, Ayaz Salayev, Əbdül Mahmudbəyov haqqınızda xoşagəlməz fikirlər səsləndirdilər.
 
- Mən həmişə demişəm ki, kimin yaxşı təklifi varsa, gətirsin, biz də öz işimizdə nəzərə alaq. Mən hamıya dostcasına baxmışam, vallah. Paxıllıq etməyə vaxtım olmayıb. Nə içimdə elə xasiyyət olub, nə də buna vaxtım qalıb. Bir də ayılırdım ki, yeni ildir, deyirdim bir il necə keçdi... Daşkənddə, Almaniyada çəkilirdim, dublyaj, ailə qayğıları və s. Bir də görürdüm il başa çatdı. Səbəbsiz olaraq ünvanıma xoşagəlməz sözlər söylədilər. Məndən əvvəlki AKİ sədri, mərhum Rüstəm İbrahimbəyov dünyasını dəyişəndən sonra kollektiv məni çağırdı. Onlara bildirdim ki, mən bu vəzifəni istəmirəm. Cavab verdilər ki, bu vəzifənin icrası üçün tanınan adam lazımdır. Sonra yazıçı Anar Rzayev gəldi. Hərəsinin öz çəkisi, öz yeri var. Amma Əbdül dedi ki, “Azərbaycan kinosuna Rasim Balayev xəyanət edib”. Haqqımda dedilər ki, guya mənim Azərbaycan kinosunda heç bir xidmətim olmayıb. Mən Əbdüllə 57 il dostluq etmişəm, ailəvi yaxın idik. Çox heyif ki, belə lazımsız söhbətlər oldu. Düzdür, Əbdül əl verdi, barışdıq. Amma mən daxilimdə barışmıram. Mən Ayaz Salayevlə də işləmişəm. Haqqımda elə söz dedi ki... Dedi, Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədr olmasının heç bir əhəmiyyəti olmayacaq. Mən də ona cavab verdim, ən böyük səhvlərimdən biri odur ki, sənin filminə çəkilmişəm. Amma bir rejissor-aktyor kimi çox səmərəli iş görmüşdük. “Yarasa” filmi Fransada baş mükafat aldı. Yəni birlikdə ümumi işlərimiz olub. Bunu niyə yerə vurursunuz? Sədr olmaq istəyirsən, namizədliyini ver və gəl burada otur. Deyirlər ki, oturub orada kef edir. Nə kef etmək?! İnsanlar gəlirlər, onların problemi ilə məşğul oluruq, imkanımız daxilində müəyyən adamlara sosial köməklər edirik. Bu idarədə bir qəpik yeyinti ola bilməz. Qətiyyən! Çünki mən belə tərbiyə almışam.
 
- Rasim müəllim Azərbaycanın ən xarizmatik aktyorlarından biridir. Həyat yoldaşınızla münasibətinizdə hər hansı qısqanclıq olubmu? Ailənizi necə qoruyub saxlamısınız?
 
- Qısqanclıqlar olub. Yaxşı ki, məşhur olmazdan əvvəl evlənmişdim və iki övladım vardı. 22 yaşımda ailə qurmuşam. Mən “Nəsimi” filminə çəkiləndə iki övladım vardı. Ailəmi də çəkiliş meydançalarına aparırdım. Əvvəllər həyat yoldaşımla küçədə gedəndə insanlar mənə baxmırdılar. Sonra həyat yoldaşımla harasa gedəndə hamı mənə baxanda qəribə olurdu. Ona deyirdim ki, “ay qız, onlar mənə aktyor kimi baxırlar, sənətimi sevən insanlardır”.
 
- Hətta bir çox xanımlar sizi seviblər, məktublar yazıblar...
 
- Bəli, bu kimi hallar olub. Amma artıq ailəm vardı və ailə mənim üçün müqəddəs idi. Onun naminə müəyyən şeylərdən vaz keçmişəm. Qısqanclığa görə həyat yoldaşımla davamız da olub. Amma sonradan vərdiş etdi ki, sənətin qaydaları belədir. Mən mühəndis, müəllim olsaydım və küçədə gedəndə mənə baxan olmazdı. Aktyor kimi baxırdılar, amma bu o demək deyil ki, hamı mənimlə sevgi yaşamaq istəyirdi. Mənə çoxlu məktublar gəlirdi…
 
- Həyat yoldaşınız da məktubları oxuyurdu?
 
- Bəli, oxuyurdu. Heç bir məktuba cavab vermirdim.
 
- Sizə məktub yazanlar sırasında aktrisalarımız da olub.
 
- Bir neçə aktrisa var, deyirlər ki, biz sizi filmdə gördük və bu sənətə sevgimiz yarandı. Firəngiz Mütəllimova, Mehriban Zəki və başqaları. Yadımdadır ki, 2000-ci ildə Rusiyanın Arxangelsk şəhərinə festivala getmişdik. O zaman küçədə bir xanım uşağı ilə gedirdi. Mənə yaxınlaşıb dedi ki, “siz “Nəsimi” filminə çəkilmisiniz? Məktub da yazmışdım sizə. Mən sizi gözünüzdən tanıdım”.
 
- Zamanla bu hal sizin üçün adiləşdi?
 
- Əlbəttə, daxilimdə fərəh hissi keçirirdim, bununla yanaşı məsuliyyət. Düşünürdüm ki, işimdə həmişə səviyyəmi saxlamalıyam. Son 10-15 il idi ki, filmlərə çəkilmirdim. Sonuncu filmim 2012-ci ildə çəkilən “Sübhün səfiri” oldu. Evdə otururdum, işləmirdim. Seriallardan çox dəvət alırdım, amma ekran əsərlərimiz xoşuma gəlmirdi. Sonra düşündüm ki, sən öz işini normal et, evdə oturmusan. Həmişə insanların əhatəsində olan insan idim, bu boşluq məndə depressiya yaratdı. Doqquz il evdə oturdum. Düşündüm ki, mən Azərbaycan kinosunda heç kimə lazım deyiləm. Sonra məni seriallara dəvət etdilər, bir az əvvəl dediyim kimi, düşündüm ki, ümumi seriala deyil, öz roluma cavabdehəm. Öz rolumu peşəkar oynayaram. Beləliklə, seriala çəkildim. Oradakı ab-havanı gördüm və xoşuma gəlmədi. Ondan sonra serial təkliflərini qəbul etmədim.
 
- Ailə üzvlərinizlə Şuşaya da getmişdiniz...
 
- Şuşaya 1976-cı ildə getmişdim, uşaqları da aparmışdım. Onda Şuşa azad idi. Bir dəfə də 2021-ci ildə Şuşa azad olunduqdan sonra getdik. Ailəmlə eyni məkanda eyni pozada şəkil çəkdirdik. Ondan sonra Şuşaya bir dəfə tədbirə getdim. Mənim və kino ilə böyüyən insanların amalı birdir, Azərbaycan kinosu inkişaf etsin. Başqa niyyətimiz yoxdur. Aktyor kimi isə arzum budur ki, yaxşı ssenari olsun, filmə çəkilim. Mənə elə gəlir ki, daxilimdəki potensialı tam göstərməmişəm. Nə qədər sağam təcrübəmi kino sahəsində göstərim. Mən kino aktyoruyam, bu sahəyə möhkəm tellərlə bağlıyam.
 
 
- Necə bir obraz oynamaq istərdiniz?
 
- Dərin psixoloji obraz canlandırmaq istərdim. Hətta tragikomik obraz da canlandıra bilərəm. Mən özüm yumor hissini çox sevən insanam. Çalışmışam ki, düşünüb, düşündürəm. Yüksəksəviyyəli ssenari və ürəyimcə bir rol olmalıdır. Teatrda da rol oynaya bilərəm, əvvəl də oynamışam. Akademik Milli Dram Teatrında klassik əsərlərdə oynaya bilərəm.
 
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama