Aprel döyüşlərindən bəhs edən rəsm ikinci yeri tutdu- İSPANİYADA
Mədəniyyət
3711
17 Jan 2017 | 11:43

Aprel döyüşlərindən bəhs edən rəsm ikinci yeri tutdu- İSPANİYADA


İspaniyanın Madrid şəhərində keçirilən  6-cı Beynəlxalq Yumor Müsabiqəsi başa çatıb. Müsabiqənin final mərhələsinə 77 əsər vəsiqə qazanıb. Həmyerlimiz, bir  çox beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı, rəssam Soltan Soltanlı sözügedən yarışmada 2-ci yeri tutub. 

Soltan
Bu haqda Moderator.az-a rəssamın özü  məlumat verib: “Yarışmada ötən ilin yayında işlədiyim “Kalva ətrafında döyüş” əsərim ikinci yerə layiq görülüb. Bu əsəri öncə yağlı boya ilə kətan üzərində yaratmışdım (60x90 sm). Sonradan əsərin qrafik variantını kağızda işlədim və fotosunu müsabiqəyə göndərdim. Sözügedən əsəri keçən ilin aprel döyüşlərindən sonra yaratmışam. Əsərdə səngəri ənənəvi biçimdə yox, hər əsgərin ayrıca qəbri kimi təsvir etmişəm. Yəni hər əsgər səngəri öz məzarı kimi qazaraq döyüşə atılıb, yağıya qarşı öz səngər-məzarından döyüşür.”
Bildirək ki, adıçəkilən müsabiqədə birinci yeri Monteneqrodan Darko Drkjevic, üçüncü yeri isə Taylanddan Tawan Chuntraskawvon qazanıblar. 
Müsabiqənin final mərhələsinə adlayan 77 əsərdən ibarət sərgi yanvarın 17-dən fevralın 26-na kimi nümayiş etdiriləcək.  

Elmin Nuri


Soltan









Link kopyalandı!
Son xəbərlər