Dünyanın bir nömrəli ordusu hesab edilən ABŞ ordusu hərbi video oyunlarından istifadəni genişləndirəcək.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, məqsəd ABŞ ordusunun hazırlığını yüksəltmək üçün simulyatorlardan geniş istifadəyə nail olmaqdır.
Hazırda quru qoşunları da daxil olmaqla ABŞ-ın Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində 6 video oyunundan – hərbi simulyatordan istifadə edilir.
ABŞ komandanlığı hesab edir ki, müasir hərbi simulyatorlar hərbi təlimçi funksiyasını bacarıqla yerinə yetirir. Hansı ki, bu, canlı hərbi təlimlərin məhdudluğu şəraitində ordunun döyüş hazırlığını yüksək səviyyədə qoruyub saxlamaq üçün vacib hesab edilir.
Son illər müasir hərbi oyunlara 100 milyon dollarla vəsait xəcləndiyini bildirən ekspertlər, nəticədə bu oyunların real hərbi əməliyyatların ekvivalenti kimi formalaşdığı qənaətindədir. Bundna başqa, lazım gəldikdə ordu rəhbərliyinin qərarı ilə oyunların bəzi hissələri dəyişdirilir ki, bu da orduya real hərbi əməliyyatlara daha yaxşı hazırlaşmağa imkan verir.
Hərbi oyunlar içərisində dağ və dəniz əməliyyatları ilə yanaşı, daha böyük diqqət və dəqiqlik tələb edən şəhər əməliyyatları da var ki, bu da müasir dövr üçün bütün digər əməliyyatlardan daha mühüm hesab edilir. Hərbi mütəxəssislərin fikrincə, “şəhər cəngəlliklərində” terror qruplarının müəyyən edilərək zərərsiləşdirilməsi, bu zaman mülki şəxslərin, günahsız insanların təhlükəsizliyinin təmin edilməsi ABŞ ordusu və xüsusi xidmət orqnaları qarşısında duran prioritet məsələlərdən biridir.
Seymur ƏLİYEV