Bakıda böyüyən yazıçının Avropada bestsellər olan romanı - O, rus çarına niyə \"dünyanın ən bədbəxt adamı\" deyirdi?
Oxunub: 1970
02 Jul 2020 | 18:33
Bakıda böyüyən yazıçının Avropada bestsellər olan romanı  - O, rus çarına niyə \
Nicat Kazımovun "Qurban Səid və Çar II Nikolay : İnqilab Qarşısında" yazısını təqdim edirik.

Rusiyanın ən qaranlıq illəri yaxınlaşmaqdadır.
Qızıl tac Çarın ayaqları altında yuvarlanır.
Azadlıq eşqi alovlarla sona çatır.
Çoxlarını aclıq və bədəxtlik gözləməkdədir.
Vəba tərk edilmiş kəndlərdən keçəcək.
İnsanlar xarablıqlardakı evlərindən qaçacaqlar.
Və aclıq bir çox ac insanı öldürəcək.
Göllər yanğın alovlarının işıltısı ilə parlayacaq.

Lermontov hələ İnqilabdan bir əsr qabaq 1829-cu ildə ''Peyğəmbərlik'' adlı poemasında belə yazırdı. Onun şeirindəki təsviri Məhəmməd Əsəd bəy yüz il sonra bütün dünyaya tarixi kitab halında yazdı. Amma bu dəfə hamısı tarixin gerçək üzü idi.

"Çar uşaqları ilə oynamalı, çiçəklərinin qayğısına qalmalı, ancaq İmperiyanı idarə etməməlidir" – çar ailəsinin qeyri-rəsmi baş vəziri Rasputin belə deyirdi.

***

Əsəd bəy obyektiv bir araşdırma etdi və bütün Avropanın böyük maraqla oxuduğu bestselleri – müəllifin dili ilə desək ''dünyanın ən bədbəxt insanı'' Çar II Nikolay haqqında bioqrafik kitabı yazdı.

Öncə bir imperatora - dünyanın ən zəngin insanına, sərvətinin və dövlətinin ucu bucağı olmayan Çara ''dünyanın ən bədbəxd insanı'' deməsinə görə onu qınasaq da, bu qəddar gerçəkliyi Əsəd bəy ''İnqilab qarşısında'' əsəri ilə sübuta yetirdi.

İndiyə kimi Nikolay haqqında bütün dünya ölkələri proqramlar hazırlayıb, tarixçilər kitab yazıb. Qısası, bu mövzu yeni deyil. Bizim mövzumuz Nikolayın həyatını bütün dünyaya çatdıran öz yazıçımız gələcəkdə özünə Qurban Səid ləqəbini götürəcək Əsəd bəydir. Onun yazdığı kitabdır.

Gallery

Bu gördüyünüz kitabı alman dilindən fransız dilinə Moris Tenin tərcümə edib. 1935-ci ildə tanınmış “Payot” nəşriyyatı tərəfindən nəşr olunub. Fransız oxucu Əsəd bəyi artıq uzun zamandır tanıyır, oxuyur və təqdir edirdi. Bu kitab ilə bir daha Əsəd bəy Avropadaki oxucuları üçün yeni bir böyük iş görmüşdü.

Əsəd bəy bir rəssamın fırçasından çıxan sehrli rənglər kimi Çar II Nikolayın psixoloji portretini çəkə bilmişdi. Çünki ancaq o, çar və sıravi insanın arasındakı uçurumdan, uğursuzluğa düçar olmuş çardan, lakin eyni zamanda ideal bir atadan bu səviyyədə gözəl kitab yaza bilərdi. O, tək Nikolayın portretini Avropalı oxuculara çatdırmırdı. Əsəd bəy 15 yaşınadək Çar Rusiyasında yaşadığından, ölkəyə və əhaləsinə bələd idi, keçmişi onun yaddaşına hopub qalmışdı. Buna görə o, Qızıl Meydanı, altun rəngli qübbələri olan kilsələri, sarayları, opera və balet teatrlarını, amma eyni zamanda dar ağacları qurulan küçələri, şimalın qarlı çöllərini, Kırımın günəşli sahillərini, dumanlı meşələri, generalları, rahibləri, polisləri və inqilabçıları doğru təsvir edə bilirdi. Kitabın strukturunu da gözəl və məntiqli qurmuşdu.

O, kitaba II Aleksandırın dinamitlər vasitəsi ilə törədilən sui-qəsdin nəticəsində öldürülməsi ilə başlayır, daha sonra taxta keçməsi ilə uzun həyəcan verici və keşməkeşli bir Çar həyatından bəhs edir, sonda içə Çar və onun ailəsinin İpatievin evinin zirzəmisində qətliamı ilə bitirir.

Mövzu çox böyükdür. Çünki Əsəd bəy, bəlkə də öz iradəsinə qarşı olsa da, möhtəşəm tarix kitabını yazdı. 1868-ci ildən 1918-ci ilə qədər bütün Rusiyanı, bütün tarixin ən böyük sosial transformasiyasını II Nikolayın timsalında göstərə bilmişdi. Avropalı tarixçilər kitabın bir məqamını tənqid edir: Əsəd bəyin əminliklə mühakiməsini. Yəni, Əsəd bəy bu kitabda ''bəlkə'', ''ya da'' sözlərinə yer buraxmır, dəqiq yazdığını hesab edir. Bu da, təbii ki, mütləq mühakimə etməkdən daima çəkinən tairxçiləri bir az narahat edir. Çünki, Əsəd bəy heç vaxt Çarı görməmişdi və bu səbəbdən psixoloji halını, Nikolayın əhval ruhiyyəsini dəqiq yazmaq qeyri-mümkün idi.

Gallery

Bəzi tarixçilər Əsəd bəyin Nikolayın şəxsiyyətinə obyektiv yanaşmayacağından da narahat idi. Buna səbəb birinci yazımda danışdığım Əsəd bəyin anasının kommunist olması məsələsi idi. Çünki Əsəd bəyin kitabları dünyaca bestseller olduğunda onun şəxsi həyatı ilə maraqlanan çox insanlar olurdu və o dövrdə Əsəd bəyin verdiyi müsahibələri, yazdığı köşə yazılarını oxumaq Avropalı tarixçilər, romançılar və sıravi oxucular üçün fantastik bir şey idi. Belə ki, artıq Avropalı oxucular çox yaxşı bilirdi ki, Əsəd bəy neft milyonçusu ailəsində doğulub, anası inqilabçıların dostu radikal kommunist olub, özü Qafqazlı mühafizəkar olub. Bütün bunlara görə Əssəd bəyin bu əsərin obyektivlikdən uzaq hesab oluna bilərdi. Lakin zaman keçdikcə hər kəs anlamışdır ki, bu kitab tam bioqrafik tarixi bir əsərdir. Amma o dövrdə Nikolayın hisslərini necə təsvir etməsi daima sual altında qaldı.

Mən bu kitabı oxuyanda və Əsəd bəyin də şəxsi həyatı ilə tanış olduğumda əslində hiss etmişdim ki, Nikolayın timsalında Əsəd bəy öz hisslərindən yazaraq dahiyanə ədəbi bir manevr etmişdir. Amma bunu dilə gətirməyə çəkinirdim. Çünki belə bir şeyə əmin olmaq qeyri mümkün idi.
Məsələn bir məqamda Əsəd bəy II Nikolayın babası II Aleksandrın amansız suiqəsdi nəticəsində öldürülməsi ilə bağlı onun zehnində və ürəyində qalan hisslər ilə bağlı yazır:
“Nikolayın gənc ağlı, sarayın çölündə bombaların, suiqəsdlərin və ölümün olduğuna inanmağa başlamışdı. Babasının suiqəsd ilə amansızca öldürülməsi, özünün də az yaşı olmasına baxmayaraq şahid olduğu intriqalar əlbəttə uşaq ruhunda və şüuraltında sirr dolu izlər buraxacaqdı”.

Bu cümlələr olduqca təsirlidir. Çünki bu II Nikolayın deyil, Əsəd Bəyin özünün hissləri idi. Əsəd bəy həmin vaxt 9 dilə tərcümə olunmuş, beynəlxalq bestseller olduğu üçün məşhurlaşmışdı və bioqrafik əsərlər yazırdı. Amma kitabda üstüörtülü bir tərzdə öz portretini çəkmişdi. Özünü yəhudi bir mühacirdən göstərişli bir müsəlman yazıçı və macəraçı kimi təqdim etsə də, əslində Nikolay ilə öz arasındakı oxşarlıqları dərinləşdirirdi.

Əsəd bəyin bir məktubunda - artıq bu fikirlərin bir mülahizə yox, dəqiq olduğunu görə bilirik. Belə ki, Əsəd bəyə heyran olan bir qadın var idi. O, yarı alman, yarı italyan Mussolini ailəsinə yaxın birisi idi. Şəkildə gördüyünüz qadın elə Pima Andreadır.

Gallery

Biz Əsəd bəyi araşdırdığımızda Pima Andrea ilə aralarında intellektual bir sevgi münasibəti olduğunu görürük. Aralarındakı münasibət çox yaxın olmasına baxmayaraq, Əsəd bəy öz əsl kimliyini, yəni yəhudi olduğunu, əvvəllər adının Lev Nissimbaum olduğunu ona belə bildirmirdi. Əsəd bəy ölənə kimi öz kimliyini hətta ona dəlicəsinə aşiq olan qadından da gizlətmişdi.

Gördüyünüz məktub Əsəd bəyin nadir əl yazmasıdır. Əsəd bəyin kolleksiyaçısı, dostum alman naşir Hans Jurgen Maurerin arxivindən bu məktubu, həmçinin Əsəd bəyin nadir şəkillərini tapa bildim və şəxsən ilk dəfə Əsəd bəyin öz əlyazması ilə yazılmış məktubu görə bildim.

Gallery

Gələk məktubumuza. Əsəd bəyin 1940-cı ildə Pima Andreaya yazdığı məktubda deyilirdi:

“Çar ilə mənim xarakterim eynidir. Mən də olsam, onun kimi edərdim”.

Sizinlə paylaşdığım məktubdan bu kiçik fraqmentdən də artıq məlum olur ki, Əsəd bəyin II Nikolay haqqında yazdığı bioqrafik kitab ona görə çox böyük uğur qazanıb ki, o öz xarakterini Nikolayda yazmışdı. Hər ikisi əzab çəkirdi, hər ikisi zənginlikdən yoxsulluğa düçar olmuşdu, hər ikisinin canında xəstəlik var idi, hər ikisi suiqəsdlərə şahid olurdu. Əsəd bəy Bakının kapitalist mədəniyyətinin sarsılması ilə başladığı 1905-ci ilin oktyabr ayında anadan olmuşdu. Həmin ayın 17-də isə Çar II Nikolay artan inqilabçı tələblərin qarşısını almaq üçün xalqına konstitutsion bir sistemə keçəcəyi ilə bağlı saxta söz verir. Ölkənin hər küncündə üsyanlar, yağmalar və qətliamlar yaşanmaqdaydı. Robert Tuckerin yazdığı “Stalin as Revolutionary” kitabından da tanış oluruq ki, Bakı küçələrində Kazaklar at sürür, guya ictimai asayişi qoruyacaqlar deyə Bakı xalqına divan tuturdular. Hələ təzə təzə göz oxşamağa başlayan Bakıda tikilən yeni vilallar əgər arxası zəif olan varlı bir şəxsin idisə, rahatlıqla yağmalanılırdı. Əsəd bəy elə bir anda andan olmuşdu ki, Bakının hər küçəsindən barıt qoxusu gəlirdi, hər addım başı qətliamlar törədilirdi. Bu şərtlər altında qoca neft milyonçusu Nuissimbaum oğlu balaca Əsədi ən yüksək səviyyədə qoruyur və təhsilindən geri qoymurdu. Eyni ilə Nikolayın böyüldüldüyü kimi. Əsəd bəy özünü Nikolay ilə eyni səviyyədə hiss edirdi. Buna görə ən məhrəm hisslərini belə Nikolayın timsalında göstərərək Avropalı oxucuları əsərə heyran buraxmışdı və dövrün tarixçilərini bu əsərlə mat qoymuşdu.

Araşdırdığımızda görürük ki, elə Moris Tenin kimi avropalı ziyalılar bu kitabın təbliğatı ilə məşğul olur ki, I Dünya müharibəsindən sonra monarxları əvəz edən diktatorlar bu kitabdan dərs çıxarsın. Bizim tariximizi dünyaya çatdıran Əsəd bəyin kitabı dövrün dövlət başçılarını belə maarifləndirirdi.

Dostlar bu kitabı da Fransanın arxivindən ona görə əldə etmişdim ki, Fransada yenidən nəşr edim. Bunun üçün kitabın üzünü köçürmək lazım idi. Belə bir faydalı və gözəl işi öz həmyerlilərim ilə etmək istəmişdim. Bu səbəbdən sosial şəbəkədə üz köçürmə ilə bağlı status yazdım və qısa zamanda 30 nəfər könüllüdən müsbət cavab aldım. Bu yoldaşlar Azərbaycan Xarici Dillər Universitetinin, Gəncədəki fransız dili fakültəsinin tələbələləri və müəllimləri idi. Kitabı 7 hissəyə böldüm və səhifə-səhifə skan prosesindən keçirib könüllülərə göndərdim. Onların hamısı kitabın üzünü köçürüb mənə göndərdilər. Bu faydalı işdə öz əməyini əsirgəməyən, heç vaxt tanımadığım dəyərli şəxslərə təşəkkür edirəm. Kitabın üz qabığı belə hazırdır. “Post Covid” dövründə artıq nəşri proqramlaşdırılıb.

Yenidən mövzumuza qayıdaq. Əsəd bəy Nikolayın və ailəsinin qətliamı səhnəsini sənədlərə əsasən yazıb və bu səhnəni ədəbi peşəkarlıqla elə təsvir edib ki, yəqin yazarkən özü də təsir altında olub. Hətta onun qələmi o anda necə tutmasını belə düşünə bilmirəm. Maraqlı gəldi ki, həmin dövrdə fransız qəzetlərində bu kitab haqqında nələr yazılıb. Bunun Fransadakı qəzetlərin toplandığı arxivə, Qallicaya baş vurdum və 1935-ci il 23 noyabr tarixli - dövrün ən çox oxunan “Les Nouvelles Litteraires” - yəni ədəbi xəbərlər qəzetində tənqid bölməsində Əsəd bəyin bu əsərinin fransız tənqidçilər tərəfindən məqalə yazıldığını tapa bildim. Tənqid müsbət idi və bir neçə cümlə də sirli yazıçının həyatından yazmışdılar.

Nikolay haqqında çox filmlər çəkilib, amma bunlardan ən çox bəyəndiyim “Netflix”də yayınlanan ''The Last Tsar'' versiyası oldu. Mən kitabı oxumuş, həmçinin həmin 6 hissəli mini seriala baxan birisi kimi ehtimal edirəm ki, filmin ssenaristləri Əsəd bəydən Çar II Nikolay haqqında yazdığı kitabdan bəhrələniblər. Belə deyim, hadisələrin axarı ilə bağlı qurğu eynidir. Otaqlar eynən Əsəd bəyin yazdığı kimi bəzədilib və filmdəki qətliam səhnəsində, qan damcılarına kimi Əsəd bəyin kitabda təsvir edildiyi kimi verilib. Həmin seriala baxmağınızı tövsiyə edirəm.

Bu yazı ilə bağlı sualınız olarsa, şərhə yazmağı unutmayın. Dostlar, bu kimi mövzularda hazırda “YouTube” kanalımda videolar hazırlamaqdayam. Azərbaycan ədəbiyyatını, tarixini, həm öz dilimizdə, həm də fransız dilində alt yazılı “YouTube” kanalıma yerləşdirirəm. Bu səbəbdən yazımı oxuyan yoldaşları kanalımla da tanış olmağa dəvət edirəm.

Növbəti yazıda və videoda Əsəd bəyin həyatı üzrə araşdırma etmiş, alman ekspertlə müsahibəmi oxuya və eləcə də "YouTube" kanalımdan baxa bilərsiniz.

Şəkillər və məktub Hans-Jurgen Maurerin kolleksiyasına aiddir.(kulis.az)

Oxşar xəbərlər
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR