Bizə qulaq asın...
Köşə
Oxunub: 3503
02 Sep 2015 | 18:14
Bizə qulaq asın...
Sağlamlığın bir vacib qanunu var: xəstəliyin yaranmasının qarşısını almaq sonradan onu müalicə etməkdən daha asandır. Təəssüf ki, biz bunun fərqinə ancaq xəstələndikdən sonra varırıq. Vəd etdiyimiz kimi, bu söhbətimizdə fibromiomaların profilaktikasından danışacağıq. Bir incə məqamı da nəzərinizə çatdırım ki, əgər siz dediklərimizə əməl etsəniz, yalnız fibromiomalardan deyil, süd vəzinin mastopatiyasından da özünüzü qorumuş olacaqsınız. Çünki qadın orqanları bir-biri ilə sıx əlaqəlidir və hər iki halda eyni profilaktik tədbirlər tələb olunur. Mastopatiyanın əlamətləri, müayinə və müalicəsi barədə isə yaxın gələcəkdə ayrıca söhbətimiz olacaq. İndilikdə mövzumuza qayıdaq.

Doğrudur, hələlik elmdə miomaların yaranma səbəbləri barədə vahid nəzəriyyə yoxdur. Lakin əksər xəstəliklər kimi, bu xəstəliyin də əmələ gəlməsinin qarşısını almaqçün mütləq sağlam həyat tərzi sürmək lazımdır. Özü də miomaların profilaktikası yalnız düzgün qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaqla məhdudlaşmır. Xəstəliyin qarşısını vaxtında almaq üçün konkret tədbirlər görmək lazımdır. Sözümüzə diqqət edin, xəstəliklərdən yan keçməyə çalışın. Axı, siz həmişə şux və gümrah olmalısınız.

- Çoxunuz bilirsiniz ki, vaxtında hamilə qalmaq və cavankən uşaq doğmaq qadını bir çox ginekoloji xəstəliklərdən, o cümlədən fibromiomalardan qoruya bilər. Belə ki, birinci doğuşun 22 yaşında, ikincinin 25, sonrakı doğuşların 35 yaşına qədər olması tövsiyə edilir. Əlbəttə bu, yalnız tövsiyədir. Çünki uşaq dünyaya gətirməyi konkret sxemə uyğunlaşdırmaq qeyri-mümkündür. Gerçək həyatda uşaq məsələsi bir çox mühüm amillərdən asılı olur.

-Yadda saxlamaq lazımdır ki, mioma ən çox 30-35 yaşlarında ikən inkişaf edir. Məhz bu dövrdə qadının həyatında arzu edilməyən hamiləliklərin pozulması, iltihabi ginekoloji xəstəliklər, psixoemosional stresslər daha çox baş verir. Sağlamlığa neqativ təsir göstərən həmin hallar tədricən cəmlənir.

Ona görə də, bu yaşlarda xoşagəlməz təsirlərdən (daxili və xarici) uzaq durmağa çalışın. Müasir kontraseptiv vasitələrdən ağıllı istifadə edərək abortdan mümkün qədər qorunun. Hormonal pozğunluqları sistematik korreksiya edin. İltihab mənşəli ginekoloji xəstəlikləri qulaqardına vurmayın, həkimlə məsləhətləşib dərhal çarəsini qılın.

- Hamilə qalan zaman əks göstərişlər yoxdursa, ümumi sağlamlığınız naminə uşağı saxlayın. Çünki abort mikroskopik ölçüdə olan miomatoz düyünün sürətli inkişafına səbəb ola bilir.

-Nəzərə alın ki, xüsusilə 30 yaşından sonra həddən artıq günəş şüalanmasından və yüksək temperaturdan qorunmaq lazımdır.

-İrsi miomaların 5-10 il daha tez (20-25 yaşlarında) inkişaf etdiyini nəzərə alaraq birinci hamiləliyin saxlanması vacibdir.

-Doğuşdan sonra körpəni ən azı 4-6 ay özünüz əmizdirin. Bu həm ananın və körpənin psixoemosional vəziyyətinə müsbət təsir göstərir, həm də qadın orqanizmində hormonları tənzimləyir. Əvvəlki söhbətlərimizdən siz artıq bilirsiniz ki, hormonal pozğunluqlar miomanın yaranmasının əsas səbəblərindən biri sayılır.

-Normal cinsi münasibətlər (ər-arvad münasibətlərində harmoniya) bir çox cinsi xəstəliklərin, o cümlədən miomaların profilaktikasında vacib rol oynayır.

Hə, əziz qadınlar. Yuxarıda sadaladığımız bütün hallarla yanaşı yemək-içməyinizə də xüsusi fikir verməlisiniz. Çünki bir sıra elmi tədqiqatların nəticəsi bunu tələb edir. Məsələn, Boston Universitetində maraqlı bir tədqiqat aparılıb. 30 yaşlarında olan 23 min qadın üzərində araşdırmaların nəticəsi göstərib ki, daha çox meyvə yeyən və A vitamini qəbul edən qadınlarda miomanın əmələ gəlmə ehtimalı digərlərinə nisbətən xeyli azdır. Alimlər müşahidə ediblər ki, gündə 4 porsiya meyvə yeyənlərdə 1 porsiya meyvə yeyənlərə nisbətən 10% daha az mioma əmələ gəlir.

Bədən tərbiyəsi ilə məşğul olmaq da mühüm əhəmiyyət daşıyır. İdman ümumiyyətlə endokrin hormonal sistemə və cinsiyyət vəzilərinin funksiyasına müsbət təsir göstərir. Müxtəlif vəziyyətlərdə ayaqların elementar hərəkəti, qarın əzələlərinin məşğələləri kiçik çanaq orqanlarında durğunluğu aradan qaldırır.

Bir vacib məsələni də diqqətinizə çatdırım. Çox vaxt, xüsusilə gənc yaşlarda gözəl görünmək üçün qızlarımız soyuq havalarda nazik paltarlar (qısa ətəklər, nazik corablar və s.) geyinirlər. Nəticədə sistit, yumurtalıqların iltihabı və s. yaranır. Ona görə də, geyim mövsümə uyğun olmalıdır. Xüsusilə diqqət yetirmək lazımdır ki, ayaqlar, dizlər və sağrı nahiyəsi islanmasın, soyuqlamasın. Ayağınıza

isti corab geyinib isti ayaqqabılarla gəzsəniz bu cür “qadın soyuqlamasından” qoruna bilərsiniz. Yayda da, qışda da sağlamlığınızın qeydinə qalın. İstilərə aldanıb heç yayda da nəm torpaqda və daşda oturmayın. Dənizdə, yaxud hovuzda çiməndən sonra yaş paltarları əyninizdə saxlamayın, dəyişin. Onu da bilin ki, sintetik alt paltarları və çox dar şalvarlar qadın sağlamlığına ciddi ziyan vurur. Onlar dərini nəfəs almağa qoymur, hava dövriyyəsinin qarşısını alır və zərərli bakteriyaların inkişafına münbit şərait yaradır. Təəssüf ki, gündə bir dəbin meydana gəldiyi dünyamızda indiyədək sağlam həyat tərzi üçün yaradılmış moda yoxdur.

Gözəl xanımlar, yaşınızdan asılı olmayaraq yuxu və istirahət rejiminizə əməl edin. Bilirəm, bu həmişə alınmır. Amma siz imkan daxilində cəhd edin. İmmun sisteminizi daim gücləndirin. Təmizliyi əldən qoymayın. İntim gigiyenanıza xüsusilə diqqət yetirin. Təmizkarlıq sizi qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərinə yoluxmaqdan və xəstələnməkdən qoruya bilər.

Söhbətimizin yekununda fibromiomalardan, həmçinin süd vəzinin mastopatiyasından qorunmaq istəyənlərə daha bir neçə yaddaqalan profilaktik məsləhətlər vermək fikrindəyəm. Şərtlər o qədər sadədir ki, onu hər kəs yerinə yetirə bilər.

- Əsasən meyvə-tərəvəzlə, dənli və bitki mənşəli qidalarla qidalanmağa çalışın.

- Hər gün, xüsusilə yay aylarında 2 litrədək maye qəbul edin.

- Bədən çəkinizə diqqət yetirin. Yadda saxlayın ki, artıq olan hər 10 kq çəki mioma riskini 20 % artırır.

- A, C, E vitamini və antioksidant təsirli mikroelementlər (selen, dəmir, sink, mis, maqnezium, yod) qəbul edin.

- Soyuqdəymədən qorunun. Orqanizmin soyuqlamasına izn verməyin.

- Unutmayın ki, şəxsi və intim gigiyenaya diqqət etmək vacibdir. Əks halda iltihabi proseslərlə qarşılaşa bilərsiniz.

- Dəb dəyişdikcə siz də onunla ayaqlaşmağa çalışırsınız. Amma bilin ki, tez-tez solyariyə getmək, həddindən artıq günəş vannaları qəbul etmək olmaz. Həmin hallarda günəş kremlərindən yerli-yerində istifadə edin.

-Sinir sisteminizi gücləndirməkçün tədbirlər görün: müntəzəm idman hərəkətləri edin, kontrast duş qəbul edin və s.

Bizə qulaq asın və xəstələnməyin. Gəlin sağlamlığınızı birlikdə qoruyaq.
Oxşar xəbərlər
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib