Rusiya təhlükəsi...
Köşə
Oxunub: 4266
14 May 2015 | 20:41
Rusiya təhlükəsi...
Cəmiyyətdə belə bir fikir formalaşıb ki, Azərbaycan dövləti üçün ən təhlükəli düşmən Rusiyadır. Məncə bu fikirdə tam olmasa da müəyyən qədər həqiqət payı var. Çünki, çağdaş Rusiya dövləti hələdə öz sələfi olan çar Rusiyasının imperialist və hegemonluq maraqlarından tamamı ilə imtina edə bilməyib. O dövrdən çox uzun sürə keçməsinə və bu sürədə dünyanın inzibati-siyasi xəritəsində, iqtisadi, siyasi inkişafında, idarəetmə sistemlərində, ən nəhayət insanların elm və təhsil səviyyəsində, dünya görüşündə böyük dəyişikliklər olmasına, eyni zamanda keçən əsrdə elə Rusiyanın özündə elmdə, iqtisadiyatda və siyasətdə ciddi inqilablar baş verməsinə baxmayaraq Rusiya hələ də çar monarxiyasının düşüncə və idarəetmə sistemlərindən köklü şəkildə qurtula bilməyib. Bu gün böyük dövlətlərin klassik müstəmləkəçilik formalarından imtina edərək yeni müstəmləkəçilik formalarına yiyələnib həyata keçirməsi, ərazi işğallarının iqtisadi, siyasi, ideoloji və idarəetmə işğalları ilə əvəzlənməsi belə Rusiyanın siyasət və idarəetmə düşüncəsinə tam hakim kəsilməyib. Elə bunun nəticəsidir ki, Rusiya iqtisadi, siyasi, ideoloji və idarəetmə baxımından nəinki rəqiblərindən, hətta keçmişdə müstəmləkəsi olduğu halda bu gün müstəqil olan, amma Rusiyanın yenə öz müstəmləkəsi kimi baxdığı (ac toyuq yuxusunda darı görər) bir çox dövlətdən belə geri qalır. Bu səbəbdən də Rusiya bu dövlətlərlə hər zaman və hər platforumda çağdaş inkişafın tələb etdiyi dildə danışa bilmir, çox zaman rəqiblərinin onunçün hazırladığı təxribatlara uyaraq güc dilində danışmağı özü üçün üstünlük və çıxış yolu görür. Burda həbsxanada bəzi məhbuslar tərəfindən sındırılmaq istənən məhbuslara qarşı işlədilən və veriləcək cavabın hər iki variantı uduzmağa məhkum suallardan biri yadıma düşdü. Sual belədi: Ağıl üstündü ya güc? Güc deyən məhbusa verilən ikinci sual belə olur: Sənə ağılla bir şey eləsəm (təbii ki, orda elənəcək şey çox açıq və sərt şəkildə deyilir) güclə qarşısını ala bilərsənmi (yaxud da əksinə)? Burda məhbusun bir yolu qalır. Rəqibə hücum etmək və ən azından xəsarət yetirmək. Bu isə həmin məhbus üçün yeni əzablar və faciələr doğurur. İndi Rusiya da sındırılacaq məhbusun gününə düşüb. Nə ona qarşı ağılla edilənə iqtisadi geriliyinin və zəifliyinin hesabına güclə cavab verə bilir, nə də güclə edilənə siyasi sisteminin və idarəetməsinin zəifliyi ucbatından ağılla cavab verəməyə imkanı var. 
Bəli keçmiş sovet respublikalarını utanmazcasına öz ərazisi sayan Rusiya bizim üçün çox təhlükəli düşməndi. İqtisadi cəhətdən bizdən çox güclüdü və hərbi cəhətdən isə bizdən üstünlü müqayisə olunmaz dərəcədə böyükdü. Rusiya istənilən vaxt Azərbaycanı daxildən qarışdıra biləcək imkanlara sahibdir. Yəni istənilən vaxt burdakı azsaylı xalqlardan istifadə edib Azərbaycanda süni çaxnaşmalar törədər, yaxud burda yaşayan rusların hüquqlarının pozulduğunu bəhanə edib müəyyən addımlar ata bilər, ya da Rusiyada yaşayan bütün azərbaycanlıları ölkədən çıxarmaqla Rusiya xüsusi xidmət orqanlarına cəlb etdiyi yurddaşlarımızla vətənimizdə gərginlik yaradar və yaxud da Azərbaycandan Rusiyaya təhlükə var bəhanəsi ilə sərt hərəkətlər edər. Yəni Rusiya istənilən vaxt qurd və quzu təmsilində olduğu kimi bir bəhanə tapa bilər. Ya da heç bir bəhanəyə ehtiyac olmadan öz forpostu olan Ermənistana hər cür yardım edərək Azərbaycana hücumu gerçəkləşdirər. Son anda isə ağılsızlıq edərək heç nədən çəkinmədən Kırımı olduğu kimi bizi də açıq və abırsızcasına işğal edə bilər (hərçənd ki, bu artıq Rusiyanın dövlət kimi mövcudluğunu sual altına qoyar). Bütün bunlar nəzəri cəhətdən mümkündü  (Niyə nəzəri cəhətdən? Çünki, artıq  Azərbaycan dövlətinin təhlükəsizliyini qoruyacaq milli kadrlardan oluşmuş xüsusi xidmət orqanları, sərhəd qoşunları, ordusu, siyasi, iqtisadi və idarəetmə sistemi formalaşıb).   Məlumdu ki, Rusiyanın etmə ehtimalı olan yuxarıda qeyd etdiyimiz hərəkətlərinin hər biri- dövlətimizin zəifləməsi, iqtisadi və siyasi sıxıntılar yaşanması, vətəndaşlarımızın yaralanması və ya ölməsi, ərazilərimizin itirilməsi və ən nəhayət 1920-ci il aprelin 20-də olduğu kimi dövlət müstəqilliyimizin itirilməsi bizim üçün çox zərərli və ağırdır. Bizim üçün bu dərəcədə zərərli və ağır olan bu hallar Rusiyanın özü üçün xeyir gətirərmi? Məncə yox. Bu Rusiya üçün çox böyük yanlış olar. Çünki, bu gün Rusiyanın son dövrlərdə özü üçün yaratdığı problemlərin onu kifayət qədər çıxılmaz duruma saldığı bir halda, bütün güc və imkanlarını səfərbər edib həm bu, həm də daxilindəki sorunları çözməsi gərəkdiyi bir vaxtda, yeni bir cəbhə açmaq Rusiya üçün intihar etmək olar. Və mən ona da əminəm ki, çağdaş Rusiyada bu hərəkətlərin yanlış olduğunu görən, bilən, eyni zamanda bu yanlışların Rusiyaya verəcəyi zərərlərin qarşısını alamağa çalışan kifayət qədər qüvvələr var. Əgər belə olmasaydı Rusiya hakimiyyətindəki avantüristlər bu hərəkətləri çoxdan edərdilər. Bəs bu hərəkətlər nədən Rusiyaya xeyir gətirməz?
Onsuz da qərb Rusiyanın qarşısına Ukrayna adlı bir zəhərli bir yem atıb. Rusiya bu yemi yesə də zərər görəcək, yeməsə də. Yesə və ya yeməyə davam etsə indikindən də artıq şəkildə iqtisadi sanksiyalar və siyasi təcridlə üzləşəcək, daxildəki narazılıqlar artacaq, günü gündən gücdən düşəcək. Yeməsə isə bütün maraqlarına təcavüz olunacaq. Indi Rusiyanın birinci zərərdən qurtarmamış ikinci zəhərli yemə tamah salaraq yanlışa düşməsi Rusiyanın təkcə zərərini artırmaz, həm də onu məhvə aparar. Bu iqtisadi cəhətdən rəqiblərindən çox zəif olan Rusiyanı çökdürər. Yaxud da qərbi Rusiyanı daha çox zərərə uğratmaq, zəiflətmək üçün ya bu bölgələrdə hərbi gərginliyi artırmağa, ya da Rusiyanın daxilindəki subyektlərdə mərkəzdənqaçma meyllərini və separatizmi gücləndirərək (Çeçenistan odunun közü hələ külə dönməyib) Rusiyanın demontajına sövq edər. 
Rusiya vətənimizin bir hissəsini ikiyüz ilə yaxın işğal etdi. Amma istədiyi sonucu əldə edə bilmədi. Çünki istənilən halda Rusiyanın bizim vətənimizi ilk dəfə işğal etməsinin tarixi bəllidir. Rusiya bizim tariximizi  kitablarda saxtalaşdırsada bizi özünə bağlaya bilmədi. Rusiya bizə mədəniyyət gətirdiyini iddia etdi, amma bizim tariximizin də mədəniyyətimizin də Rusiyanın tarixindən və mədəniyyətindən çox qədim və böyük olması qarşısında gülünc vəziyyətdə qaldı. Rusiya bizim genetik kodlarımızın dəyişdirilməsi üçün repressiyalar və digər ağır əməliyyatlar apardı, amma millətimizin böyük tarixi və mədəniyyəti, eyni zamanda türk kimliyi daşıyan dərin genetik yaddaşı onun istəyinə çatmasına imkan verədi. Rusiya özünü bizə “böyük qardaş” kimi sırımağa çalışdı, amma son anda anladı ki, bizim heç bir böyük qardaşa ehtiyacımız yoxdu və bizim Anadolu, Qazax, Qırğız, Özbək, Tatar, Başqurd türkü və saymadığımız başqa türk elləri kimi qardaşlarımız var. Düşünürəm ki, Rusiya bu gün də bir çox türk ellərini işğalda saxlamağın doğuracağı sonucları düşünməmiş deyil. 
Qeyd etdiyimiz kimi Rusiya vətənimizin bir parçasını iki yüz ilə yaxın işğal altında saxlamış, amma bu dövr heç də sakit dövr olmamış, xalqımız daim azadlığı uğrunda savaş vermiş və ən nəhayət iki dəfə buna nail olmuşdur. Birinci dəfə ilk işğaldan 115 il sonra 1918-ci ildə bağımsızlıq əldə edən dövlətimiz 23 ay yaşadı, ikinci dəfə isə ikinci işğaldan 71 il sonra 1991-ci ildə bağımsızlıq savaşı başarıyla tamamlanaraq müstəqil Azərbaycan dövləti bərpa olundu. Bu yaxınlarda bağımsızlığının 24 yaşını qeyd edəcəyimiz Azərbaycan Respublikasının təkrar olaraq bir də Rusiya tərəfindən hər hansı şəkildə işğal olunacağına heç bir ehtimal vermirəm (buna yuxarıda qeyd etdiyimiz səbəblərlə yanaşı, böyük dövlətlərin maraqlarının, dünyada gedən proseslərin  və Türkiyə amilinin də müəyyən qədər təsiri var). Hətta son nəticədə Rusiya buna getsə belə bu uzun sürməz və yuxarıda da qeyd etdiyimiz kimi Rusiyanın tamamı ilə dağılması ilə nəticəlıənər. Amma bütün bunlara baxmayaraq öncədə qeyd etdiyimiz kimi Rusiya öz məqsədlərinə çatmaq üçün müəyyən cəhdlər edəcək. Mənim fikrimcə bu cəhdlər də dövlətimizin apardığı müstəqil siyasət nəticəsində uğursuzluqla sonlanacaq, dövlətimizin inkişafını ləngitməkdən başqa heç bir işə yaramayacaq cəhdlər olacaq. Digər tərəfdən onu da vurğulamalıyıq ki, bizim müstəqil dövlət olmağımız (hərçənd ki, burda da Rusiya bizim güclü deyil, zəif, ondan asılı olan, ən azından bir çox məsələlərdə onun maraqlarına uyğun hərəkət edən bir dövlət olmamızı istər) Rusiya üçün heç bir təhlükə yaratmır, əksinə müstəqil dövlət kimi bizim Ruaiya ilə dostluğumuz və mehriban münasibətimiz bir çox hallarda- xüsusi ilə sanksiyalar və siyasi təcridlərlə üzləşdiyi indiki çağda Rusiyanın işinə yarayır. Bura qədər bütün dediklərimizin yekunu olaraq deyə bilərik ki, Rusiya bizimçün düşməndi. Həm də çox təhlükəli düşməndi, ancaq bizi çıxılmaz vəziyyətə salacaq və yaxud da millətimizin və dövlətimizin daha böyük faciələrlə üzləşməsinə səbəb olacaq dərəcədə ən təhlükəli və ya həlledici düşmən deyil. 

Bünyamin  Qəmbərli

Oxşar xəbərlər
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
GÜNLÜK
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?