Qisas meydanı...
Oxunub: 4522
28 Apr 2015 | 22:49
Qisas meydanı...
Gücsüz ədalət və ədalətsiz güc-hər ikisi dəhşətdir. 
(J.Juber)

İndi bizim adı var, özü yox ədalət məhkəmələrimizdə mühakimə olunan şəxsləri saxlamaq üçün səskeçirməz şüşə qəfəslərdən istifadə etməyə başlayıblar. Adını da qoyublar ki, bəs deməzsən, xaricdə, Avropada bu qəfəslərdən gen- bol istifadə edirlər.

Qatı cinayətkarlar bizdədir?! Mən ha fikirləşirəm, yaddaşımı ha silkələyirəm, hər dəfə eyni fikrə gəlirəm ki, hətta dünyaya səs salan qatı cinayətkarları belə şüşə qəfəsə salmamışlar, yəni nə 79 nəfəri öldürmüş norveçli Andres Breyviki, nə 85 qadını öldürdüyünü etiraf etmiş alman Brino Ludkeyi, nə 150 qadını aldadaraq malikanəsinə gətirən, burada işgəncələrlə öldürən amerikalı Herman Vebster Mudgenti, nə 200 -ə qədər uşağı qaçırıb öldürməkdə günahlandırılan fransız əsilzadəsi De Reysi, nə 650 qadını işgəncədən keçirib öldürmüş, dünya tarixinin ən dəhşətli qatillərindən biri, macar Elizabet Batori Sejteni, nə də 931 qurbanını boğaraq öldürən hindistanlı qəbilə başçısı Bəhram Tuğu şüşə qəfəsdə olmamışlar.

Cibişdan maraqları Sadaladığım qatı cinayətkarların əvəzində suçu ancaq hakimiyyətə baş əyməmək olan akademik Əli İnsanovu, ədalətli cəmiyyət uğrunda mübarizə aparan, çəkinmədən hakim ailənin biznesindən yazan Xədicə İsmayılı şüşə qəfəsdə gördüm. Bəli, bu psixoloji işgəncə xaricdə tətbiq olunursa və hakimiyyətin işinə möhkəm yarayırsa, deməli, bizim də üstümüzdə hökmən sınanmalıdır. Onda belə çıxır ki, əgər Avropada, Amerikada kişi kişi ilə, qadın qadınla evlənirsə, onda bu hökmən bizdə də olmalıdır. Necə olmasa, son nəticədə şəxsi mənafe, cibişdan maraqları milli mentalitetdən yüksəkdədir axı!

Bu şüşə qəfəslər hələlik indiki hakimiyyətə biət etməyən, məmurların qanunsuz əməllərinə, özbaşınalıqlarına, cinayətlərinə göz yummayan şəxslərə qarşı tətbiq edilir, onlardan qisas almaq məqsədi güdür. Doğrudur, hələ ki, bir istisna olmuşdur, o da sabiq millət vəkili Gülər Əhmədova idi, o da susmağı bacardığına görə şüşə qəfəsdən zindana yox, azadlığa göndərildi. Onun zindana salınması da qəfəsə salınması kimi məqsədli şəkildə, gözdən pərdə asmaq üçün edilmişdi. Divin canı şüşədə olduğu kimi, bu hakimiyyətin də canı saxtakarlıqdadır və bu saxta addımı ilə o, bizə bir daha sübut eləmək istəyirdi ki, görürsünüzmü, biz hamıya qarşı eyniyik...

Çatmırdı saqqal-darağımız, Dünya Bankının pulu ilə guya məhkəmə sistemimizi təkmilləşdirən, əslində isə o pulların da bir qismini basıb yeyənlər bizi inandırmağa çalışır ki, məhkəmə zallarında şüşə qəfəslərin quraşdırılması çox mütərəqqi addımdır və bu təcrübəni Avropadan götürüblər. Guya, bizim məhkəmə zallarında hər şey yerində idi, bircə səs buraxmayan, havası çatmayan şüşə qəfəsimiz çatmırdı. Sizi deyə bilmərəm, şəxsən mənim qənaətimcə qoy müttəhimləri lap məhkəmə salonunun ortasında başı üstə saxlasınlar, tavandan assınlar, nə edirlər etsinlər, təki  onları ədalətlə, vicdanla mühakimə etsinlər, robota çevrilmiş hakimlərdən çirkin siyasi məqsədlər üçün istifadə etməsinlər.

Arxalı köpək qurd basar. Bu yerdə hələ ki, layiqincə qardaşlıq edə bilmədiyimiz, 100 ildən bəri xristian dünyası ilə təkbətək çarpısan, arxalı köpəyin-erməninin əlində girinc qalmış türk qardaşlarımızın bir deyimi yada düşür ki, ” Məmləkətin ən güvənli yeri məhkəmə salonudur. “

Haqq-hesab meydanı bizdə isə bir qayda olaraq məhkəmə salonları hakimiyyət üçün siyasi rəqibləri-müxalifətlə haqq -hesab çürütmək üçün ən ideal məkanlardan birinə çevirmişlər. Əvvəllər heç olmasa dəmir barmaqlıqlar arasında olsa da müttəhimlər ən azından, istədikləri kimi rahat nəfəs alırdı, lazım olanda məhkəmənin gedişinə etirazını bildirirdi, bacardığı qədər özünü müdafiə edirdi, ən nəhayət, çətinə düşəndə istədiyi vaxt vəkilləri ilə məsləhətləşmək imkanı əldə edirdi. Bəs, indi nə baş verir?

Kodlaşdırılmış hakimlər. Şüşə qəfəsə hava xüsusi boru ilə axıdılır, orada quraşdırılmış mikrofonun düyməsi də özünün düyməsi yuxarıların barmağı altında olan hakimin əlinin altındadır. Kodlaşdırılmış hakim də kefi istədiyi vaxt müttəhimin səsini kəsir, heç kəsi vecinə almadan ona qanunla verilmiş hüquqları xəyalına belə gətirmir. Çünki, onun xəyalı ancaq və ancaq yuxarıların tapşırığının yanındadır.

Hava verin... İlk dəfə belə qəfəs sabiq səhiyyə naziri Əli İnsanovun məhkəməsində quraşdırılmışdı. O da xatirimdədir ki, 70 yaşlı, YAP-ın ilk qurucularından olan bu insan qəfəsin içindən “hava verin, havam çatmır” deyə qışqırırdı. Hələ heç müttəhimin çıxışının qanunsuz olaraq hər dəqiqə kəsilməsini, haqlı etirazlarına əhəmiyyət verilməməsini, yaxşı nümunə kimi bizə sırınan bir düymə ilə səsinin alınmasını demirəm. Bax bu yerdə öz hüquqlarını məhkəmə salonunda qorumaqdan məhrum edilən, bununla da həyatı alt-üst edilən biçarə müttəhimin, qohum-əqrəbasının bağrı çatlamasın, neyləsin?

Şüşə qəfəs “çiçə”dir... Çox qəribədir ki, hakimiyyətin insanları alçaldan bu yeniliyi hüquqşünaslar, vəkillər tərəfindən bir növ, sükutla, laqeydliklə qarşılandı. Hətta bəziləri, misal üçün , Müzəffər Baxış kimi tanınmış hüquqçular bu anormal hala normal yanaşdılar. Görünür, bunu da müttəhimlərin metal qəfəsdə saxlanmasının Avropa Konvensiyasının 3-cü maddəsinin pozulması olduğu barədə Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə əlaqələndirirlər. Belə çıxır ki, şüşə qəfəs “çiçə “dir, dəmir qəfəs isə “ xıxə “? Halbuki, mövcud qanunvericilik şübhəli bilinən şəxslərin, ən qatı cinayətkar olsa belə, qanunla qorunan hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına, psixoloji təzyiqlərə məruz qalmasına qadağa qoyur.

Femidanın üzünə tüpürənlər ... Bakı Apellyasiya məhkəməsinin salonunda quraşdırılmış şüşə qəfəslə bağlı bu yaxınlarda daha bir hadisə, daha doğrusu, rüsvayçı hadisə baş verdi. Binəqədi rayon məhkəməsinin hüquqi yox, siyasi qərarına əsasən tanınmış jurnalist Xədicə İsmayıl 2500 manat cərimə edildi. Mübariz jurnalist sifarişli qərarla razılaşmayaraq apellyasiya məhkəməsinə şikayət vermişdi. Əsassız qərardan apellyasiya şikayətinə baxılanda Xədicə xanım məhkəməyə gətirilsə də, şüşə qəfəsdə saxlanmışdı. Desəm bəlkə də inanmazsınız, amma bu faktdır ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi ilə vəkillər arasında tarixdə görünməmiş, femidanın üzünə tüpürülən bir dialoq olmuşdur.

Hakim konvoydan icazə istəyəndə... vəkillər məsləhətləşə bilmələri üçün şikayətçinin onların yanında oturmasına hakimdən icazə istəmişlər. Hakim isə : “Mən icazə verirəm, amma konvoy icazə verirmi?” demişdir. Vəkillər hakimin bu sözündən dəhşətə gəlmiş və “Siz necə hakimsiniz ki, konvoydan icazə alırsınız?” deyə soruşmuşlar. Hakim konvoyun rəisinə müraciət etsə də, o, rədd cavabı vermişdir. Bu biabırçı, biabırçı olduğu qədər də faciəvi hadisə bizim ədalətdən uzaq məhkəmələrin, hakimlərin əsl simasını bir daha göstərmirmi ? Burda belə rüsvayçı məhkəmə prosesi aparan hakimin adını çəkməyə də lüzum yoxdur. Çünki buna min faiz əminəm ki, Bakı Apellyasiya məhkəməsinin 49 nəfər hakiminin mütləq əksəriyyəti, eləcə də siyasi oyunlara cəlb edilmiş digər rayon, şəhər məhkəmələrinin, yuxarı məhkəmələrin hakimləri də bu cür hərəkət edərdi.

Pisdən nümunə... İndi haqlı olaraq çoxları maraqlanacaq ki, müttəhimlərin hüquqlarının qorunması məqsədi ilə onların zalda yerləşdirilməsinin mən hansı formasını məqbul hesab edirəm? Nə qədər təəccüblü olsa da və bizim hakimiyyətin Rusiyaya qarşı ifrat sevgisini nəzərə alıb bu işdə elə rusları nümunə göstərmək istəyirəm. Orada artıq nə dəmir, nə də şüşə qəfəsə üstünlük verilmir. Müttəhimlər kürsüsündə oturanlara elə şərait yaradılır ki, onun taleyi həll edilən prosesdən lazımı qaydada yararlana, zəruri hallarda etirazını sərbəst formada bildirə, müdafiə tərəfi ilə istənilən vaxt məsləhətləşə bilsin. Bundan başqa, müttəhimin oturduğu oturacağın aşağı hissəsinə xüsusi qurğu bərkidilir ki, bu da onun orada artıq hərəkətini məhdudlaşdıra bilir .

Azərbaycan-açıq məhbəs. Bir sözlə, bizi çapmaları, talamaları bəs deyilmiş, az imiş kimi, hakimiyyət bizi ləyaqətli və müstəqil məhkəmələrdən məhrum etmiş, ədalətli məhkəmələrə tamarzı qoymuşdur. Bu gün hakimiyyətdə təmsil olunan bir çox şəxslərin şakərininə çevrilmiş, kütləvi hal almış şər, böhtan selindən müdafiə olunmaq yolları da tükənmiş, bizi müdafiə edən sayma, seçmə vəkillər ya vəkillikdən uzaqlaşdırılmış, ya da zindanlara doldurulmuş, ölkədən didərgin salınmışlar. Vaxtilə yolunda can qoyduğumuz, indi banditlərin əlində əsir yesir qalmış Azərbaycan bəlkə də dünyada yeganə rüsvayçı ölkədir ki, ləyaqətli vəkillərin çoxunu çıxdaş edən Vəkillər Kollegiyası adlanan ictimai bir qurum, hakimiyyətin əlində cəza alətinə çevrilmiş, ölkə isə vicdanlı insanlar üçün üstü açıq məhbəsə çevrilmişdir.

Kola hürənlər... Belə bir vaxtda, hakimiyyət öz vətəndaşlarını, daha dəqiqi, insan saymadığı, kölə kimi gününü keçirən, arvad kimi küncdə, bucaqda qeybətdən başqa iş görməyən, kola hürən zümrəni yox, vətəndaş mövqeyini cəsarətlə ortaya qoyan insanları sındırmağın müxtəlif, iyrənc yollarını axtarır, onları Avropa nümunəsi adı ilə sıxmağa, boğmağa çalışır. Amma onlar unudurlar ki, təsir əks təsirə bərabərdir və gün gələcək, bu qəfəsləri kəşan kəşanla düzənlər bir gün özləri bu qəfəsə doldurulacaqlar...
Oxşar xəbərlər
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO