Qarabağdakı İŞİD-çilərə dollar yardımı
Oxunub: 2771
26 Mar 2015 | 16:08
Qarabağdakı İŞİD-çilərə dollar yardımı
Amerikanın Ukraynaya hədiyyəsi olan 230 ədəd “Humvee” zirehli avtomobillərinin ilk partiyası artıq Kiyevdədir. Prezident Pyotr Poroşenko Amerika hərbi nəqliyyat təyyarəsinin gətirdiyi hərbi maşınlardan birini “Borispol” hava limanında şəxsən idarə edib. Qalan 220 “Humvee” isə 45 gün ərzində Ukraynaya çatdırılacaq. Yardımlara görə Amerikaya təşəkkür edən Ukrayna prezidenti deyib ki, müvafiq silahlar quraşdırıldıqdan sonra avtomobillər döyüş zonasında olan desant qoşunlarının sərəncamına veriləcək. 


Bundan qabaq ABŞ Nümayəndələr Palatası prezident Barak Obamanın Ukraynaya öldürücü silah ötürməyə çağıran qətnaməni bəyənmişdi. Sənədin lehinə səs verən 348 parlament üzvü arasında həm respublikaçılar, həm də demokratlar var idi.
Vaşinqtonun daha əvvəlki mövqeyi belə olmuşdu ki, öldürücü silah tədarükü imkanını nəzərdən keçirirlər, lakin hələ əldə edilən atəşkəsin nəticələrini gözləyirlər. ABŞ Dövlət Departamentində bəyan edirdilər ki, Ukraynanın şərqində böhranın hərbi həllini görmürlər. Lakin budur, artıq öldürücü silah yardımına səs verilib, zirehli maşınlar göndərilir”¦
Bu, o zaman baş verir ki, Azərbaycana qarşı təcavüzün və işğal faktının artıq 25 ili geridə qalıb. Lakin dünyanın söz sahibi olan Amerika rəhbərliyi Azərbaycana nəinki işğal altındakı ərazilərini geri qaytarmaq üçün “öldürücü silahlar” göndərməklə bağlı qərar verməyib, hətta Ermənistanın işğalçı dövlət olduğunu bircə dəfə də olsun bəyan etməyib. Hələ üstəlik, ABŞ konqresi hər il Ermənistana, həmçinin Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı göstərir. 

Son günlər Ermənistan rəsmiləri davamlı şəkildə Rusiyaya “asi” çıxmağa başlayıb. Hətta Serj Sərkisyan da “cəsarətlənib” qucağında oturduğu Moskvanı Azərbaycana silah satdığı üçün qınadı. Şübhə yoxdur ki, bu cür icazəli ittihamlar Qərbin xoşuna gəlmək üçündür. Erməni rəhbərliyi anti-Rusiya bəyanatları ilə ABŞ Konqresinin diqqətini özlərinə cəlb etmək və növbəti yardım payını almaq istəyirlər.    

Martın 26-da Konqres növbəti dəfə bu məsələni müzakirə edəcək. Azərbaycan və Ermənistan rəsmilərinin də ABŞ-da olduğu bildirilir. Ermənilər bu dəfə də Amerikadan maliyyə yardımı qopartmaq üçün dəridən-qabıqdan çıxırlar. Dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsi qədər olan, Amerikada, Avropada, Rusiyada dilənməklə pul toplayan Ermənistan hakimiyyəti üçün daha bir neçə milyonluq yardım almaq təbii ki, böyük hadisədir. Fakt budur ki, Ermənistan böhran içində, ordusu ac-yalavac, əsgərləri ağ bayraq qaldırıb Azərbaycan tərəfə qaçır, bir-birini güllələyir. 

Belə bir vəziyyətdə Ermənistana, üstəlik də Qarabağdakı separatçı ermənilərə maliyyə yardımı barədə qərarın verilməsi elə faşizmin, İŞİD-in, terrorun, işğalın maliyyələşdirilməsindən başqa bir şey deyil. Belə olan halda Azərbaycan rəsmilərinin antiamerikan çıxışlarını anlamaq çətin deyil. ABŞ 1992-ci ildən Ermənistana üst-üstə 2 milyardlıq maliyyə yardımı etməklə əslində elə Azərbaycan torpaqlarının azad olunmasına qarşı çıxıb. Rusiya bir neçə milyardlıq silah göndərib, Amerika da pul, nə fərqi? 

Amerikanın Bakıdakı səfirliyindən bu barədə sorğumuza cavab olaraq bildirilmişdi ki, Vaşinqtonun ayırdığı vəsait hərbi məqsədlər üçün nəzərdə tutulmur. Əvvəla, buna əmin olmaq mümkünsüzdür. Amerika nə bilir ki, Qarabağ ermənilərinə ayrılan yardım hansı dərədəki erməni terrorçusuna xərclənir. Lap elə dediklərində həqiqət olsa belə, özlərini Azərbaycan ərazisində “müstəqil dövlət” elan edənlərə yardımın ayrılması beynəlxalq hüququn prinsiplərinə ziddir. Elə isə niyə Amerika Konqresi Krım separatçılarına yardım yox, sanksiya qərarı verir? Necə olur ki, Haqa Tribunalı qarşısında dayanmalı olan erməni separatçısı Bako Saakyan Los-Ancelsdə canlı yayımla telemarafon keçirir? 

Suallar çox olsa da, illərdir cavabı yoxdur. Hələ ABŞ-ın keçmiş səfiri Metyu Brayza vida görüşündə bu haqda sualıma diplomatik cavab verməklə kifayətlənmişdi. Görüşüb ayrılanda isə elə əyilib qulağıma azərbaycanca “yaxşı sual” idi, deyib gülmüşdü. Bəli, ABŞ rəsmiləri də bilirlər ki, Qarabağ məsələsində tutduqları bu kimi mövqelərlə yanlış yapırlar, ancaq nə fayda... 

Hələ bu, azmış kimi 1992-ci ildən Azərbaycana qarşı “907-ci düzəliş”i qəbul etdi, bu günədək başımızın üstündə Domokl qılıncı kimi asılıb. Azərbaycan ordusu 1992-ci ildə uğurlu Ağdərə əməliyyatı ilə Xankəndinin bir neçə km-liyinə çatmışdı. Amerika Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək cəhdinə “907” ilə qarşılıq vermişdi. 

İllər keçib, siyasət isə dəyişməyib. Bəzən erməni lobbisinin gücündən danışılır. Necə olur ki, ABŞ hətta yəhudi lobbisinin iradəsinə zidd olaraq Fələstin dövlətinin yaranmasına xeyir-dua verir, ancaq erməni lobbisinin xətrinə dəyməkdən çəkinir? Deməli, başqa maraqlar var. 

“Əgər Qarabağa 100 mərmi düşəcəksə, onda bu, Azərbaycana düşmüş 10 mərmidən daha az effektiv olacaq. Çünki, Azərbaycanın ərazisində iri neft və qaz kəmərləri var və boru xətləri təhdid altında qala bilər. Azərbaycan bütün bunları itirə bilər”. Bu hədələr Qarabağ müharibəsinin iştirakçısı, general-mayor Arkadi Ter-Tadevosyandan gəlib. İşğalçılar Azərbaycanın neft və qaz kəmərlərini vurmaqla hədələyir. Ermənilər də anlayır ki, bu kəmərlər Avropa üçün alternativdir. Faktiki olaraq bununla erməni general Avropanı, elə Azərbaycanın Qərbə  inteqrasiyasında maraqlı olduğunu bəyan edən Amerikanı, onun maraqlarını hədəfə alıb. Bu, bir generalın hədəsi deyil. Öncə erməni rəsmilər də bu cür sayıqlamışdılar. 

Təbii ki, Azərbaycan Amerikadan yardım kimi “Humvee” zirehli avtomobili gözləmir. Heç Konqresin maliyyə yardımında da gözü yoxdur. Yetər ki, azğınlaşmış, hətta erməni xalqının da qanını içməyə hazır olan Ermənistan hakimiyyətinin və Qarabağdakı İŞİD-çilərin “yal”ını kəssin. Hətta Bzejinski də Azərbaycana yönələn təhlükənin real olması barədə xəbərdar edib. Görək ABŞ Konqresi bu dəfə nə deyəcək, Qarabağdakı İŞİD-i dəstəkləyəcək, yoxsa..?  Yeri gəlmişkən, keçən aylarda İŞİD Azərbaycanın neft yataqlarını vurmaqla hədələmişdi. Oxşar hədələrdir. Həm də İŞİD-in nə fərqi, ya Suriyada, ya Qarabağda olsun? 
Oxşar xəbərlər
15:40, Bu gün
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
15:35, Bu gün
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
15:30, Bu gün
Tanınmış xanəndə vəfat etdi - VİDEO
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
13:06, Bu gün
Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”
13:02, Bu gün
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
13:00, Bu gün
Fransa səfiri Azərbaycana QAYITDI
12:58, Bu gün
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
12:54, Bu gün
Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI
12:50, Bu gün
Mayın ilk gününün havası AÇIQLANDI
12:47, Bu gün
Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
12:43, Bu gün
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
12:38, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib - FOTO
12:33, Bu gün
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA + FOTO
12:29, Bu gün
Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq - FOTO
12:25, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşən 73 nəfərin taleyinə aydınlıq gətirilib - FOTO/VİDEO
12:23, Bu gün
Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edildi - FOTO
12:19, Bu gün
"Prezident Kubokunda 12 medal qazanmaq sevindirici haldır" - Məmməd Abdullayev
12:15, Bu gün
Havanı çirkləndirən müəssisələr cəzalandırıldı
12:10, Bu gün
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - SİYAHI
12:05, Bu gün
Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR
12:01, Bu gün
Afət Əkbərovaya vəzifə verildi
11:57, Bu gün
Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı - ANBAAN VİDEO
11:54, Bu gün
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
11:52, Bu gün
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görüldü - FOTO
11:51, Bu gün
Nizami Gəncəvi məqbərəsi: ot, zibil basıb? - Foto
11:48, Bu gün
Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO
11:44, Bu gün
Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü
11:40, Bu gün
Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək
11:35, Bu gün
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
11:31, Bu gün
"Nisə Qasımovaya halallıq vermirəm" - VİDEO
11:25, Bu gün
İTV “söyüşlü serial”la bağlı qərar verdi: Bundan sonra...
11:22, Bu gün
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib - FOTO
11:20, Bu gün
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
11:15, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalı başlayır
11:10, Bu gün
Əfqanıstanda məscidə hücum - Ölənlər var
11:05, Bu gün
20-dən çox insanın ölümünə səbəb olan “fironun lənəti”nin sirri AÇILDI - FOTO
11:00, Bu gün
Vəfa İsgəndərovaya yüksək vəzifə verildi
10:56, Bu gün
Azərbaycan kürüsü BU QİYMƏTƏ satılır  - VİDEO
10:52, Bu gün
Rubl və avro ucuzlaşaraq GÖRÜN NEÇƏYƏ OLDU
10:49, Bu gün
Natiq Həsənov YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU - Nazir ƏMR İMZALADI
10:42, Bu gün
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul edib
10:36, Bu gün
DİN məlumat yaydı
10:30, Bu gün
Çaykənd əməliyyatından 33 il ötür
10:21, Bu gün
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
10:15, Bu gün
Kreml Azərbaycan siyasətini niyə qəfildən dəyişdi? – Putinin Əliyevlə bağlı ilginc rəftarı 
10:04, Bu gün
Mayda bizi hansı sınaqlar gözləyir? Bütün bürclər üçün ulduz falı
09:59, Bu gün
Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək...
09:48, Bu gün
Bu həftə 6 gün işləyəcəyik?
09:44, Bu gün
Neftin bu günə olan qiyməti
09:39, Bu gün
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
09:35, Bu gün
Bu ərazilərdə qaz olmayacaq
09:30, Bu gün
İşıqpuluna görə qardaşını öldürdü, BƏRAƏT ALDI - ŞOK TƏFƏRRÜATLAR
09:21, Bu gün
Keçmiş daxili işlər naziri saxlanıldı
09:13, Bu gün
Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR
09:04, Bu gün
Nizami Kino Mərkəzi və "Azərbaycanfilm" AKİ-yə verilir?
09:02, Bu gün
DÜNYABu ölkədə homoseksuallar həbs ediləcəklər
08:19, Bu gün
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
08:07, Bu gün
Laçına növbəti köç karvanı yola düşdü - FOTO
08:01, Bu gün
“Polis tərəfindən insan hüquqlarının pozulması halları 20 faiz artıb...”- “Johovurd”
07:22, Bu gün
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
07:17, Bu gün
Xarabalığı xatırladan sağlamlıq mərkəzi:  10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
06:55, Bu gün
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
06:36, Bu gün
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
06:35, Bu gün
Telefonsuz qalmaq qorxusu...
06:14, Bu gün
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
GÜNLÜK
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
29 Apr 2024 | 15:49
"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO
29 Apr 2024 | 15:54
Salam Sarvanın son vəziyyəti açıqlandı
29 Apr 2024 | 16:07
Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı, bəzi məhsulların satışı dayandırıldı - FOTO
29 Apr 2024 | 15:58
Azad edilmiş ərazilərdə 159 mina aşkarlandı
29 Apr 2024 | 16:35
ADP İdarə Heyəti ABŞ-dan gələn zəngə münasibət bildirdi
29 Apr 2024 | 17:43
Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
29 Apr 2024 | 15:49
"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO
29 Apr 2024 | 15:54
Salam Sarvanın son vəziyyəti açıqlandı
29 Apr 2024 | 16:07
Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı, bəzi məhsulların satışı dayandırıldı - FOTO
29 Apr 2024 | 15:58
Azad edilmiş ərazilərdə 159 mina aşkarlandı
29 Apr 2024 | 16:35
ADP İdarə Heyəti ABŞ-dan gələn zəngə münasibət bildirdi
29 Apr 2024 | 17:43
Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi