Ayaq üstə durmuşdum, əynimdə də ağ kəfən. Qarşımdakı təmtəraqlı masaların arxasında möhtərəm görkəmli insanlar əyləşmişdilər. Bu insanlar saç -saqqallarından və libaslarından səhabələrə bənzəyirdilər.
- Sən Allahın rizası ilə məmləkət ordusuna qırx
il başçılıq etmisəm! - Onlardan ağsaçlı biri mənə tərəf üzünü tutaraq hökmranə
səslə dedi. - De görək nədən qoşuna yaxşı baxmırdın?
Ağ saçlı möhtərəmin dilindən ordu başçısı kəlməsini
eşidəndə, sağlığımda həqiqətən uzun müddət məmləkət ordusuna rəhbərlik
etməyim yadıma düşdü. O zamanlar əlim böyüklərin ətəyində idi. Ancaq xatırlama
prosesi yaman çox vaxt apardı. Qocalıq o dünyada da az qala məni pis vəziyyətə
salacaqdı. Bir xeyli fikirləşdikdən sonra etdiyim çox saylı pisliklər və tək-
tük yaxşılıqlar gözümün qarşısından kinolent kimi keçdi. Bir tərəfdən də canıma
düşən qorxu özümü ələ almağa imkan vermirdi.
- Qibleyi- Aləm! ”“
deyərək boynumu və qəddimi aşağı əydim. ”“ Mən qırx il ordu başçısı olduğum
zamanı çalışdım padşaha sədaqətlə xidmət edəm! ”“ Deyərək dilim topuq vura- vura özümü təmizə çıxartmağa çalışdım.
- Ay vicdansız tünbətün oğlu! ”“ Möhtərəmlərdən
başqa biri özünə məxsus ədəb ərkanla sözümü kəsdi. ”“ Sən at nalına, qalxanlara,
qılınclara, nə bilim nə zir -zibilə
xalqın sərvətini torbalarla xərcləyirdin, ancaq əsgərlərin çarıqda gəzir, at əvəzinə
eşşəyin belində döyüşə gedir, onun -bunun mal
pəyəsində yaşayırdı. Səni indi saldırım qır qazanına?
- Möhtərəm hakim, - deyərək özümü ələ almağa
çalışsam da yenə də
qorxudan canıma əsməcə düşdü, - üzüm ayağının altına, məndə günah yoxdur, mənim
dəstə başçılarım məni aldadırdılar! ”“ deyərək vəziyyətdən çıxmağa çalışdım.
- Sənə kim demişdi ki, iki eşşəyin arpasını bölə
bilməyən qohumlarını qoşunda özünə dəstə başçıları edəsən? - Bayaqdan sakit dəyanmış
möhtərəmlərdən başqa birisi məndən soruşdu. ”“ İndi də deyirsən ki, səni
aldadıblar!
- Mən, mən... - sözümü deməyə çalışsam da, ancaq dilim söz tutmadığı üçün gerisini gətirə
bilmədim.
- Nə mənildiyirsən? ”“ Ağ saçlı dişlərini üstümə
qıcadı.- Sən bəs bilmirdin ki, əzəl axır cavab verməli olacaqsan? ”“ deyərək
masasının üstündə olan su səhəngini əsəblə üstümə atdı. Səhəng elə sürətlə
üstümə gəldi ki, ondan yayına bilmədim. Bircə onu hiss etdim ki, nə isə başıma
isti şey dəydi. Huşum özümdən getdi. Gözümü açanda özümü yataqda gördüm.
Başımın üstündə ağ libaslı, lakin sarı saçlı biri dəyanmışdı.
- Qurban olum Əzrayıl, qıyma canıma! ”“ ağ xalatlını
cənabi Əzrayıla oxşatdığım üçün qışqıraraq yalvarmağa başladım.
- Sakit olun, yoldaş kapitan! ”“ ağ xalatlı üstümə
acığlandı. ”“ İmkan verin iynənizi vurum!
- Nə kapitan, mən bəyəm qoşun başçısı deyiləm?-
birdən -birə əsl
kimliyimi yadıma salaraq öz- özümə təəccübləndim. Olanları xatırlamağa çalışdım...
Aha...Yadıma düşdü...Bərk yağan yağış kirayədə yaşadığım evin içinə damırdı və
mən, mənim kimiləri bu vəziyyətə salan nadürüst məmurların olub- qalanına söyə- söyə nərdivanla evin damına qalxırdım...