Ya it günündə, ya da it kimi...
Oxunub: 4698
15 Oct 2014 | 09:11
Ya it günündə, ya da it kimi...

Verdiyim müsahibələrin birində xoşbəxtliyi müdrikliklə əlaqələndirmişdim. Bəzi dostlar fikrimi dolğun şəkildə izah etmədiyim üçün məni qınamışdılar. Bu gün isə daha bir neçə nəfər düşüncələrimin hardan qaynaqlanmasıyla maraqlandı. Mən də qərara aldım ki, məsələyə daha ətraflı izahat verim.

Hesab edirəm ki, hər bir məsələnin ən tutarlı izahını həyatımızda yaşadığımız hadisələrə sentemental yanaşma nəticəsində tapa bilərik. Ona görə də məsələyə yaşadığım həyati hadisələrdən birindən misal gətirərək münasibət bildirmək istəyirəm.
Ondan əvvəl isə qeyd etmək istəyirəm ki, kasıblıq nemətdir, amma onu çox az insan anlaya bilir. Təəssüflər olsun ki, kasıblar həyatın mənasını var-dövlətə çatmaqda, dövlətlilər isə daha çox var-dövlət əldə etməkdə, başqa imkanlılardan geri qalmamaqda görürlər. Əslində isə hər iki xislət xəstədir.

Yadıma yaxın dostlarla əlamətdar günümüzü qeyd etdiyimiz bir məclisdə qarşılaşdığım bir hadisə düşdü. Məclisimizin şirin yerində hamımızın ilk öncə övqatını  təlx edən bir hadisə baş verdi. Heç bir qapının gözətçisi olmadan azad yaşayan, boz rəngli, iri gövdəli bir it insanların sevinclərini paylaşdığı, şənlik məclislərini keçirdiyi bu məkana daxil olmuşdu. Belə iri və bədheybət itin birdən-birə insanların içərisində peyda olması ətrafdakılara, təbii ki, yaxşı təsir bağışlamırdı. Amma onun insanlara zərər verməyəcəyi tezliklə aydınlaşdı. İt sadəcə yemək qoxusuna gəlmişdi.

Bir müddətdən sonra bizim süfrənin üzərində də sür-sümükdən əlavə artıq qalmış təamlar toplanmışdı. Mən də süfrə üzərindəki sümüklərdən bir neçəsini itin qabağına atdım, it də onları dişinə alıb ortalıqdan itdi. Bir azdan sonra köpək yenidən peyda oldu. Mən təkrar bir neçə tikəni ona tərəf atdım. İt yenidən tikələri alıb yox oldu və yenə geri döndü. Bu dəfə itin həmin yeməkləri hara apardığını öyrənmək üçün ona təkrar sür-sümük atıb izləməyə başladım. Çünki bu qədər yeməyi belə tezliklə yeyib qurtarmaq mümkün deyildi. Köpəyin bizdən təxminən əlli metr kənarda yeri qazıb tikələrin bir hissəsini orada basdırdığını gördüm.

Bir neçə gün keçdi. Yolum yenə həmin restorana düşmüşdü. Ortalıqda it yox idi. Onunla maraqlandım. Restoran işçiləri itin bədheybət cüssəsi insanları narahat etdiyinə görə sanitarlar (köpəkvuranlar) tərəfindən güllələnərək qanına qəltan olunduğunu bildirdilər. Məni dəhşət bürümüşdü. Köpək öz var-dövlət hərisliyinin qurbanı olmuşdu. Axı həmin it bu restorana sadəcə qarın aclığından pənah gətirməmişdi. O, süfrələrdən qalan təamlardan yediyini yeyir, yemədiyini isə gizlində torpağa basdıraraq dar gününü düşünürdü. Bu dar gün düşüncəsi onun əsl dar duruma salmışdı. Köpək yalnız gündəlik tələbatıyla kifayətlənib insanları narahat etməsəydi, bəlkə də heç öldürülməzdi də.

Bəli, insan da azadlığını belə itirir. Var-dövlət əldə edir, daha çox qazanmaq və onu irtirməmək üçün əzab çəkir. Tələbatından daha artıq qazanmaq ehtirası isə bir gün onu qaçılmaz sonluğa doğru aparır.

Odur ki, əsl azadlıq dünya yüklərindən, yəni cismani və nəfsi istəklərdən qurtulmaqla qazanıla bilər. Bunu isə yalnız müdriklər başa düşür. Çox şeyi olmayan kiçik sahibkar belə kiçik mağazasına gəlib gedən oğruların və ya başqa bədxah kimsələrin ona vura biləcəyi zərərdən daima narahatlıq duyur, bu duyğu içində öz mülkünün ətrafında dolaşır və beləliklə də azadlığını itirir. Ən xoş gününü belə ailəsi ilə rahat keçirə bilmir. İstənilən an hansısa dövlət idarəsindən kiminsə mağazaya gəlib hansısa bəhanə ilə ona hədə-qorxu gələcəyindən ehtiyatlanır.

Kiçik məmurlar sabaha inanmadıqlarından özbaşınalıq edir, vara, mülkə və əmlaka sahib olmağa çalışırlar. Çünki yaramaz fəaliyyətləri üzündən sabah işdən azad ediləcəkləri təqdirdə həmişə yediklərini yenə dadmaq istəyirlər. Bu üzdən onlar da heç bir vaxt azad ola bilmirlər. Var-dövlət artdıqca isə azadlıqları əldən gedir.

O ki qaldı yüksəkçinli məmurlara, bu binəvaların halı daha acınacaqlıdır - onlar həmin hissi axırıncı dəfə nə zaman yaşadıqlarını belə xatırlamırlar. Başqa insanları kölə gözündə görürlər, amma özləri də azadlığı heç vaxt əldə edə bilmirlər. Ətrafdakılara düşmən gözüylə baxır, zavallı insanların bir gün ayağa qalxıb onların var- dövlətlərini əllərindən alacaqlarını düşünürlər. Sabah başlarına nə gələcəyi, hətta vəzifədən gedəcəkləri halda topladıqları var-dövləti saxlaya biləcəkləri belə onlar üçün qeyri-müəyyəndir.

Azadlığını və xoşbəxtliyini xarici dövlətlərdə axtaran insanlar da az deyillər. Halbuki, xoşbəxtliyi ağıl və ərdəmə sahib olmaqda yox, daha çox cismani əşyalara bağlanmaqda görənlər əmlaklarını artırdıqca özlərini (ruhlarını) daha möhkəm bir kəndirlə bağlamış olurlar. Xoşbəxt həyatları bununla da sona çatır. Yaşadıqları mənəvi işgəncə, zalımlıq və eqoizm hissləri bədənlərini zəhərləyir. Bu zəhəri qanlarının tərkibindən dalaq da təmizləyə bilmir. İnsan mal-mülk dalınca qaçdıqca özünə qəsd edərək mənəvi istiqlalını da əldən verir. Bu məmada insan həqiqətən də özünə zülm edəndir.

Yuxarıda haqqında söhbət açdığım itin başına gələnlər məni o qədər düşündürmüşdü ki, bu hadisədən cəmisi iki saat əvvəl özümə məxsus, içərisində heç bir tikintisi olmayan bağ (torpaq) sahəsinin vəziyyəti barədə dostumdan məlumat aldığım üçün xəcalət çəkdim. Gördüm ki, heç mən də azad deyiləm. Mənim də azadlığıma uzun müddətdir ki, baş çəkmədiyim həmin bağ son qoyub. Məhz bu zaman böyük müdrik, antik filosof Diogenin bir taxta su bardağından başqa heç nəyinin olmadığının səbəbini bütün incəlikləriylə anlamışdım. Hansı ki, o böyük şəxsiyyət bir dəfə kiminsə ovcuyla su içdiyini görüb həmin bardağı da özünü narahat etməsin-deyə, tullamışdır.

Rəvayətə görə, müdrik Diogenin sədası əfsanəvi fateh Makedoniyalı İsgəndəri çox maraqlandırdığı üçün bir gün onun ziyarətinə gəlir. Kötük üzərində əyləşmiş müdrikə yaxınlaşıb xeyli seyr etdikdən sonra ona öz səxavətini və sayqısını göstərmək üçün “məndən nə arzun var?”- deyə müraciət edir. Kötük üzərində əyləşən Diogen başını qaldırıb, qarşısında minbər kimi dayanmış fatehə “Arzum budur ki, günəşin qarşısından çəkiləsən, bir az qızınım”- deyir. Fateh onun nə qədər azad və xoşbəxt olduğunu başa düşür və ordusuna tərəf dönüb xəyanətkarlar barədə bir qədər fikrə dalır. Amma onun üçün artıq çox gec idi. İstəsə belə gəldiyi nöqtədən geri qayıda bilməzdi. Bütün bunları, sizcə, müdriklərdən başqa kimsə qavraya bilərmi?

Əlbəttə ki, cahil, yırtıcı təbiətli və kölə təfəkkürlü insanlara azadlıq hissi yaddır . Məhz, dünyamız insanların cılızlaşması və kütləşməsi üzündən tənəzzül edir. İndi isə siz deyin, azad olmayan şəxs xoşbəxt ola bilərmi? Şübhəsiz ki, yox! Deməli, mən səhv deməmişəm. Xoşbəxtlik yalnız müdrikliyə can atmaqdan başlanır.  

Oxşar xəbərlər
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
GÜNLÜK
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO