20 ilin həsrəti...
Oxunub: 5494
04 Sep 2014 | 20:23
20 ilin həsrəti...

25 ilə yaxındır ki, Qarabağ savaşı davam edir. 20 ildən çoxdur ki, guya atəşkəsdir. Əslində isə müharibə başqa bir formada davam etməkdədir. 100 ildən çoxdur ki, itirə-itirə gəldiyimiz Vətən torpaqlarının sovet dövründən bizim nəslə çatan hissəsinin də beşdə birini faktiki olaraq 20 ildən çoxdur ki, əldən vermişik. 20 ildən çoxdur ki, həsrətlə yaşayırıq. Vətən həsrəti, yurd həsrəti, torpaq həsrəti, uşaqlıq həsrəti, gənclik həsrəti və s. Sanki həsrət bizim nəslin taleyinə yazılıb. Amma  hələ ümidimizi üzməmişik, hələ itirdiklərimizin qaytarılacağına ümidimiz var. Çoxumuz bunun üçün heç nə etməsək də”¦ Lazım gələcək anı gözləyirik.  Bu “Lazım” kişinin də yolu BMT-dən, ATƏT-dən, Minsk qrupundan və daha haralardan keçir. Oralardan da biri "get" deyir, biri "getmə"”¦  Kişiyə lazım olanı etməyə imkan vermirlər”¦.

VƏTƏN dedikdə vətənpərvər insanın yadına öncə doğulduğu, böyüdüyü, başının daha sağlam və öyrənməyə qadir, qəlbinin daha təmiz və sevgi ilə dolu olduğu məkan yada düşür.  Bu məkanın hər çığırına, hər cizgisinə bələd olduğundan öz kəndi, öz bölgəsi, öz dünyası bilir və hər zaman ora can atır, hər tələsən yolların son ucu axırda insanın doğulduğu məkana çatır”¦  Ya ölümünə, ya dincliyinə.  Fərqi yoxdur, hər ikisində ruhi rahatlığa qovuşur”¦

20 ildir ki biz də vətən həsrətini, torpaq yanğısını hərəmiz bir cür ovuduruq”¦ Çoxları ruhu ilə reallığı uzlaşdıra bilib ”“ gündüzləri güzəranını təmin edir, gecələri yuxusunda keçmişinə qayıdır, kəndinə gedir, evinə-eşiyinə baş çəkir, ata-babasının qəbrini ziyarət edir”¦

Səsimizi çıxarsaq da, çıxarmasaq da çoxumuz barışmışıq bu laməkan taleyimizlə. Səbrimizin böyüklüyünə güvənib gözləyirik, gözləyirik ki, nə zamansa bizə yerimizə, yurdumuza ”“ torpağımıza dönmək ixtiyarı veriləcək, biz də ayağı yalın, başı açıq üz tutacağıq ANA TORPAÄžIN QUÇAÄžINA!

Amma Dilqəm kimi oğlanlar da var”¦ Ev mənim, torpaq mənim, yurd mənim, yaylaq mənim! Məcburən qovulsam da, dönmək ixtiyarımı heç kəsə vermərəm deyə, arabir dağdan-daşdan keçərək gedib məbədini ziyarət edir, ruhunu təzələyir; vətənə, torpağa, ölüsünə-dirisinə borcunu verib qayıdır”¦.

Kaş həmişə ki kimi,  bu dəfə də qayıdaydı”¦. Amma daha nə qədər olar axı... Kişi qorxu-hürkü bilmədən qapısı-qalası bağlı Kəlbəcəri su yoluna döndərib, az qala hər il gedib gəlirdi. Özü də erməni əsgərlərinin gözündən kənar.  Gücünə, qüdrətinə qürrələnən erməni ordusunun heç bir əsgəri, heç bir zabiti Dilqəmi və onun dostlarını Kəlbəcərə gedib-gələndə görməmişdi. Bəlkə də dəfələrlə olub ki, onlar erməni postlarından və ya ermənilərin yanından keçiblər. Amma heç biri bunun fərqinə varmayıb, sonradan Dilqəmin çəkdiyi videolar barəsində eşidiblər, bəlkə də haradansa əldə edərək baxıblar  və deyiblər: - Buna bax, ara, bu türk necə keçib bizim postları.  Burnumuzun ucuna kadar gəlibmiş”¦.

Dilqəm sadə bir vətəndaşdır! Orduda nə qədər xidmət edib, bilmirəm, amma profesional kəşfiyatçı olmadığı, xüsusilə, sonuncu videosunda aşkar bir yerdə dana kəsib, ocaq çatıb kabab çəkməsindən görünür. Həmişəkindən fərqli olaraq bu dəfə tutulmasında da, məncə, səhvi burada və bir də fermadan araq alıb içməsində olub. Kişi, nə olar oruc tutmayanda, Ramazan ayında belə ağır səfərə çıxırsan və Allahın bu müqəddəs ayda halal nemətlərini  belə haram buyurmasının fərqinə varmayaraq, hələ bir mənalı olaraq müqəddəs kitabda haram buyurduğu şərabı- arağı kafirdən alıb ləzzətlə içirsən. Bəs düşünmrürsən ki, Allahın sənə qəzəbi tutar? Allah günahından keçsin, qardaş! Allah qapını açsın!

Dilqəmin hər səfərində çəkdiyi videolarda bir çağırış varıdı. Bizlərə göstərirdi ki, baxın görün qondarma sərhədləri keçmək, yurduna qovuşmaq olar. Bu torpağa biz özümüz qayıtmalıyıq, heç kəs bizə torpaq qaytaran deyil. Dəfələrlə vurğulayırdı ki, mən lazım olsa, Azərbaycan ordusunun yüzlərlə əsgərini erməninin gözündən kənar Kəlbəcərə keçirərəm. Amma içi özüm qarışıq, nə xalq onun çağırışına qoşulmağa cəsarət tapdı, nə də dövlət onun bacarığından faydalandı. Bu da sonu...

Dilqəm sonunun necə olduğunu bilirdi, hər səfərində bu günki sonluğunu gözünə alırdı. İldən-ilə  doğma yurdu Kəlbəcərdə ermənilər daha sıx məskunlaşdığından, postlarının, əsgərlərinin çoxalması səbəbindən bu təhlükəli sonluğun baş vermə ehtimalının  daha da artdığını bilirdi. Amma ata yurdunu, məbədini, valideynlərinin qəbirlərini ziyarət etmək üçün hər şeyi göz önünə almışdı. Hər şeyindən "of" demədən  keçə biləcəyinə əmin idi. Alqış bu qeyrətə, insan iradəsindəki bu gücə alqış!

Dilqəmin yolu azadlığın fəlsəfəsini dərk edən bir insanın yoludur. Bu fəlsəfənin əsasında Babəkin “Bu dünyada bircə gün azad yaşamaq 40 il boyunduruq altında sürünməkdən daha üstündür”  və yaxud  Corc Vaşionqtonun “Ayaq üstə ölmək dizi üstə yaşamaqdan daha yaxşıdır” düşüncəsi dayanır...

Dilqəmin qaytarılması qeyrət məsələsidir. Bunun üçün hər kəs, ən azı bir sifarişçi olmalıdır. Özü də bu sifariş Qırmızı Xaç Cəmiyyətinə, ATƏT-in Minsk qrupu həmsədrlərinə, beynəlxalq təşkilatlara deyil, öz dövlətimizə, hökümətimizə, prezidentimizə olmalıdır. Belə məsələlərdə dövlət başçıları düşmən olsa da belə birbaşa təmasa keçməlidirlər. J.F.Kennedi demişkən: “Düşmənlərinizi əfv edin ”“ bu bir böyüklükdür. Amma onları unutmaq böyük bir abdallıqdır”. Bu fikridir, bizim durumumuza bu gün daha münasibdir. 20 ildir heç nə etmədən gözləyirik, guya torpaqlarımız böyük dövlətlərin iradəsi ilə, sülh yolu ilə azad ediləcək, ortada isə sıfır nəticə... Belə halda iki yolumuz var: ya donmuş müharibəni antiterror əməliyyatına çevirib işğal olunan ərazilərimizi terrorçulardan azad etmək, ya da Kennedi dediyi qədər böyüklük edib düşmənlərimizi əfv edərək bir formada onlarla iş birliyinə gedək.

Birinci yolu seçməkdə iqtidar sahibləri nə qədər maraqlıdır, anlaşılmır! Görünən odur ki, dünyanı idarə edən böyük dövlətlərin və ya qurumların təpkisindən çəkinirlər. Təbii ki, nə qədər haqlı da olsaq dini və milli mənsubiyyətimizlə əlaqədar onların nəzərində ən yaxşı halda ikinci dərəcəli mövqedəyik və bu mövqedən çıxmaq üçün 20 ildən bəri apardığımız siyasət heç bir nəticə vermədi...

Ikinci yolu seçməkdə iqtidar sahibləri yəqin ki, milli qınaqdan çəkinirlər, yoxsa heç kimə gizli deyil ki, bü gün hakimiyyətdə olanlardan bəzilərinin ermənilərlə bağlı əlaqələri, işbirliyi vardır... Ancaq toplum yavaş-yavaş bu durumu qəbul etməkdədir. Bunun da uğuru aparılacaq siyasətdən asılıdır. Bu siyasət haqqımızı hansı formada olursa-olsun, tələb etməyimizin, əks halda heç nəyə nail ola biməyəcəyimizin təbliği və əsaslandırılmasıdır. Necə ki, İ.V. Goethe deyirdi: “Babalarından sənə qalan haqqını tələb et! Yoxsa sənin olmayacaqdır!”. Təəssüf ki, digər ərazilərimiz bir yana, son müharibərə işğal edilmiş Qarabağ və ətrafı torpaqlarımız da artıq babalarımızdan qalan haqqa çevrilməkdədir...  Necə olur-olsun bu haqqı allmalıyıq, əks halda dünya xəritəsində mövcudluğumuz sual altına düşür...

Dilqəmin azad edilməsi bu haqqın alnmasının bir addımıdır!

Oxşar xəbərlər
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO