Fəlakətlərimizin baiskarı
Köşə
Oxunub: 7807
25 Apr 2014 | 17:07
Fəlakətlərimizin  baiskarı

Rusiyanın  Krımı ilhaqından sonra Kremlin digər respublikaların, eləcə də Azərbaycanın  müstəqilliyinə və ərazi bütövlüyünə zərər verə biləcək bəyanatları ölkədə  “beşinci kalon” deyilən rusiyapərəst qüvvələrin fəallaşmasına səbəb olub.    Təəssüflər olsun ki, bu cür insanların arasında təkcə sadə insanlar deyil, hakimiyyətdə yüksək post tutan məmurlar, uzun illər müstəqil Azərbaycanın parlamentində təmsil olunanlar, elm adamları kimi tanınan şəxslər də vardır. Uzun illər hakimiyyətin apardığı  siyasət nəticəsində ehtiyac içində yaşayan, repressiyanın qurbanı olan, səbatsız, yalnız sosial problemlərini düşünən  fatmanisələri, məhəmmədhəsənləri bəlkə də  nastoloji hislərlə yaşadıqlarına görə qınamaq  olmaz. Çünki onlar yağışdan çıxıb, yağmura düşmüş insanlardırlar. Burada 21-il hakimiyyətdə olan indiki iqtidarın günahı böyükdür. Hakimiyyətin bu illər ərzində yaratdığı sosial bərabərsizlik, insan haqların sahəsində baş verən pozuntular, seçki saxtakarlıqları, fərqli düşüncə sahiblərinə qarşı basqılar, kiçik və  orta sahibkarlığın inkişafında yaratdığı maneələr, məhkəmələrin müstəqil olmaması, iqtisadiyyatda yaradılan monopoliya, bütün sahələrdəki korrupsiya və rüşvətxorluq, qanunların işləməməsi, təhsil və səhiyyə sistemində olan eybəcərliklər insanları usandırır. Hakimiyyətin apardığı bu siyasət, yeri gəldi-gəlmədi Avropanın əleyhinə etdiyi  tənqid və bəyanatlar, demokratiya üzərində manipulyasiya məqsədli şəkildə sovet təfəkküründən tam ayrıla bilməyən insanlarda  demokratiyaya qarşı mənfi effekt yaradıb,  Sovetin “çiçəklənmə” dövründə yaşayan insanlarda nastoloji hislərin oyanmasında başlıca rol oynayır ki, bundan da həm içdə, həm də xaricdə bəzi güclər  dövlətin müstəqilliyi əleyhinə çox rahatca istifadə etməyə çalışırlar.

Onlardan  fərqli olaraq uzun illər hakimiyyətdə təmsil olunaraq xalqın talanmış sərvətləri hesabına  özləri üçün çox gözəl gün-güzəran yaradıb, müstəqilliyin əsil bəhrəsini görən şəxslərin dövlətin müstəqilliyi əleyhinə olan bəyanat, təbliğat və fikirlərdə yer alması anlaşılan deyil.

Çünki, bu insanlar müstəqilliyin nə demək olduğunu, dövlət müstəqilliyinin qazanılmasının nələrə başa gəldiyini, Çar Rusiyasının Azərbaycanı işğal etdiyi vaxtdan bu günə qədər millətin başına hansı faciələri gətirdiklərini bilməmiş deyillər. Bu adamlar unutmamalıdırlar ki, dövlət Azərbaycan vətəndaşlarının üzərinə  mövqeyindən, vəzifəsindən asılı olmayaraq  vətənin ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini qorumaq kimi müqəddəs bir vəzifə qoyub. Bu vəzifənin yerinə yetirilməməsi, ayrı-ayrı orqanlarda  bu vəzifəyə qarşı səs vermələr, müsahibələr, mövqelər sərgilənməsi yol verilməzdir. müstəqilliyimizin bərpasında 23 il keçməsinə baxmayaraq, müstəqil dövlətimizdə yüksək mənsəb sahibi olmalarına baxmayaraq hələ də Azərbaycan qanunlarını pozaraq iş yerlərində, görüşlərdə Rus dilində danışır, bir çoxları isə hətta Azərbaycan türkəsinində belə doğru dürüst  bilmirlər və uzun illərdir aidiyyəti qurumlar isə bu məsləyə biganə yanaşır.

Təəssüflər olsun ki, dövlət məmurlarının, o cümlədən seçilmiş şəxslərin bəzilərinin dövlətin maraqlarına xidmət edən siyasətin əleyhinə mövqe ifadə etmələri gələcəkdə Rusiya və yaxud da bir başqa dövlətin köləsi olmaq baxımından, həmin dövlətin apardığı  siyasətin önünə düşüb gedəcəyinə heç bir şübhə yeri qoymur. Baş verənlər onu deməyə əsas verir ki, vətəni dövləti sevmək, qorumaq anlayışı insanların hansı mənsəbdə , vəzifədə, sosial kateqoriyada olmasından asılı deyil, bu kökdən, zatdan, xislətdən irəli gələn bir şeydir. Demək ki, Əliheydər Qarayevlərin  tör-töküntüləri hələ də qalmaqdadır.

Yüz illər boyu faciələrimizin baiskarı olan Rusiyanın Azərbaycana gətirdiyi bəlaları qısa xronologiya ilə “ beşinci kalon” adlanan Rusiya yandaşlarına bir daha xatırlatmağı özümüzə borc bilirik. Bu adamlar unutmasınlar ki, 1813-ci ildə  Gülüstan müqaviləsi ilə Azərbaycanın parçalanmasının təməlini qoyan və  1828-ci il Türkmənçay müqaviləsi ilə başa çatdıran tərəflərdən biri məhz Rusiya idi. Elə bu dövrdən etibarən erməniləri Qarabağa kütləvi şəkildə köçürməklə   Rusiya bugünkü  Qarabağ konfliktinin də yaranmasına zəmin hazırladı. 1918-ci ilin mart  soyqırımında on minlərlə soydaşımızın öldürülməsini də Ermənilər Rus bolşeviklərinin dəstəyi ilə həyata keçirmədilərmi? Şərqdə qurulan ilk Azərbaycan Demokratik Cumhuriyyətini  11-ci qızıl ordu süquta yetirmədimi? Həmin dövrdə ərazisi 114 min km 2  olan Azərbaycan ərazilərinin bir hissəsi Ermənistana verilməklə 86 min km2-ə qədər azaldıldı. Təsəvvür edirmisiniz ki, əgər Cumhuriyyətimiz süquta yertirlməsəydi bu gün 95 illik güclü, qüdrətli, əhalisi firavan yaşayan  bir dövlətimiz var idi.  

30-cu illərin repressiya dövründə 30 mindən artıq ziyalımızın kəsilən başının fəsadlarını bu gündə yaşayırıq. Bəzən xalqı proseslərdə biganə, qorxaq olmaqda ittiham edənlər bilməlidirlər ki, bu gün xalqın qorxaq, müti, köləliyə meylli olmasının başlıca baiskarı məhz Sovetin 30-cu il repressiyasıdır. Millətin düşünən beyinləri, ziyalıları güllələndi, sürgün edildi əvəzində 70 ildə böyük bir kölə, müti, qorxaq bir zümrə yaradıldı.

Yəqin ki, yaxın tariximizdə yaşadığımız  20 yanvar, Xocalı faicəsini, hazırda Qarabağ uğrunda bu günə qədər verdiyimiz şəhidləri unutmamışıq.

Azərbaycan dövlətçiliyi əleyhinə fikirlər səsləndirərək, təbliğat aparan “beşinci kalon ”a məxsus şəxslərin əl qolunu sallayaraq gəzməsi, hələ də dövlətdə yüksək vəzifələr tutması, seçkili orqanlarda təmsil olunması başa düşülən deyil. Hesab edirik ki, başqa dövlətə cəsusluq etmək nə qədər təhlükəli hesab edilirsə, dövlətçilik əleyhinə çıxış edərək, açıq şəkildə Rusiyanı işğala çağırmaq bundan qat-qat təhlükəlidir. Hakimiyyət bu insanlara qarşı da hərəkətə keçməli, profilaktik tədbirlər görməlidir.

Bu zümrədən olan insanlar unutmasınlar ki, tarix təkrarlansa da, zaman o zaman deyil. Müstəqilliyimizin bərpasından 24 il keçir, 18-ci ildən fərqli olaraq bu gün oturuşmuş, müasir texnikalarla təchiz edilmiş ordumuz var. Dünyanın super gücləri ilə böyük müqavilələr həyata keçirilib və həmin dövlətlər Azərbaycana milyardlarla  sərmayə qoyublar. Bu illər ərzində Qardaş Türkiyə ilə, cənubda yaşayan 30 milyona yaxın soydaşlarımızla təmaslarımız qurulub. Bu gün sosial vəziyyətindən, vəzifəsindən, iqtidar və ya müxalifətdə olmasından, repressiyalara məruz qalmasından asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, dövlətçiliyimiz üçün canından keçə biləcək  yüz minlərlə vətənsevənlər var. Azərbaycanın müstəqilliyin əlindən almaq o qədər də asan deyil.Bu səbəbdən “beşinci kalon”  adlanan Rusiya yandaşlarının arzular gözlərində qalacaq. 

Elman Abbasov

 


Oxşar xəbərlər
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:15
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
02 May 2024 | 14:10
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
02 May 2024 | 14:05
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
02 May 2024 | 14:01
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
02 May 2024 | 13:58
Füzuli sakinlərinə ŞAD XƏBƏR
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?