“Məzlum” faşizm, “diplomatiya cəngavəri” və sadədən sadə sual...
Oxunub: 3374
14 Nov 2020 | 09:13
“Məzlum” faşizm, “diplomatiya cəngavəri” və sadədən sadə sual...

Ermənilərin bütün tarixi dövrlərdə özlərini bəşəriyyətə dünyanın ən məzlum, əzabkeş xalqı obrazında təqdim etdiyi, yalançı göz yaşları, saxta ahu-zar, qondarma “fakt”lar və saysız-hesabsız riyakarlıqlarla dünyanı bu yalana inandırmağa çalışdığı şübhəsizdir. Bütün Qarabağı qan gölünə döndərən, bu torpaqları 30 ilə yaxın müddətdə işğalda saxlayan, Xocalıda faşizm ideologiyasının banisi və ilhamvericilərini belə dəhşətə gətirəcək soyqırımına imza atan Ermənistanın, bir əli qanda olduğu halda, digər əli ilə simasına məzlum maskası taxması ikiqat ikrahedici təsir bağışlayır. Bu baxımdan Hitler Almaniyası və Mussolini İtaliyasından fərqli olaraq, erməni faşizmini “məzlum” faşizm kimi xarakterizə etmək mümkündür. 

Çünki erməni faşizmi özünün bütün cinayətlərini məhz məzlum maskası altında – özünün əzildiyini, qırıldığını, zorakılığa məruz qaldığını car çəkə-çəkə, qurbanının başına gətirdiklərini sanki öz başına gəlibmiş kimi göstərərək törədib. Sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Azərbaycan ordusuna məğlub olan Ermənistanın Gəncə, Bərdə, Mingəçevir və s. şəhərləri raket zərbələrinə məruz qoyması, onlarla mülki şəxsin ölümünə imza atması faktının arxasında da məhz məzlum donunda zühur edən erməni faşizmi dayanır. Hansı ki, istər prezident İlham Əliyevin, istər Azərbaycan mediasının, istərsə də ölkə diplomatiyasının erməni faşizminin Vətən Müharibəsindəki cinayətlərini uğurla ifşa etdiyi birmənalıdır.

 

Diplomatik cəbhədən açılan “atəş”: Ermənistanı gözləyən ədalət divanı...

 

44 günlük Vətən Müharibəsi ilə bağlı başlıca məqamlardan biri də savaş dönəmində Azərbaycanın sadəcə hərbi müstəvidə deyil, həm də diplomatik müstəvidə ciddi aktivlik sərgiləməsi, böyük uğurlara nail olması oldu. Müharibə zamanı diplomatiyamızın ən mühüm xidmətlərindən biri Ermənistanın mülki insanlara, dinc sakinlərə qarşı həyata keçirdiyi qətliyamları, terror aktlarını çevik şəkildə ifşa etməsi, bunu operativ şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırması idi. Bu məsələdə ən böyük iş yenə də ölkə başçısının üzərinə düşdü. Məhz prezident İlham Əliyevin müharibə ərzində xarici mediaya verdiyi çoxsaylı müsahibələr Ermənistanın terrorçu mahiyyətini ifşa etdi, onun bütün iyrəncliklərini bəşəriyyətə ən xırda çılpaqlığı ilə göstərdi.

 

Ölkəmizin diplomatiya cəbhəsində yer alan, öz mübarizliyi, fədakarlığı ilə diqqət çəkən, erməni yalanlarını öz dəmir məntiqi ilə ifşa edən simalardan biri də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oldu. Ermənistanın işlətdiyi hərbi cinayətləri konkret faktlar  əsasında ifşa edən, Azərbaycanda fəaliyyət göstərən bütün səfirlik və diplomatik korpusların əməkdaşlarını bu barədə bilavasitə məlumatlandıran Hikmət Hacıyev, Vətən Müharibəsindəki fədakarlığı, məhsuldar fəaliyyəti ilə  “diplomatiya cəngavəri” statusuna layiqliyini sübut etdi. Habelə, o, öz əməyi, sadəliyi və peşəkarlığı ilə hər kəsə sübut etdi ki, bütün bu keyfiyyətlər sayəsində dövlətə layiqincə xidmət etmək, xalq üçün faydalı olmaq, millətin sevimlisinə çevrilmək mümkündür.

 

Bundan başqa, Hikmət Hacıyev işğalçı ölkənin terrorçu siyasətini ifşa etməklə yanaşı, həm də Ermənistanı gözləyən ədalət divanının uzaqda olmadığını göstərdi. Hikmət Hacıyevin açıqlama və bəyanatları bir kəs daha sübut etdi ki, Ermənistan xalqımıza qarşı yol verdiyi cinayətlərə görə beynəlxalq məhkəmələr qarşısında da cavab verəcək, bir kəs daha dünya ictimaiyyəti qarşısında ifşa olunacaq.

 

Sadədən sadə sual, yaxud matla nəticələnən gediş...

 

Hikmət Hacıyevin düşmənin terrorçuluq siyasətini ifşa etmək yönündə atdığı ən effektiv addımlardan biri, xarici dövlətlərin ölkəmizdəki diplomatik nümayəndələrinin Ermənistandan atılan raketlərlə dağıdılan şəhərlərə səfərlərini təşkil etməsi oldu. Məhz bu səfərlər sayəsində əcnəbi diplomatların baş vermiş dağıntı və tələfatı bilavasitə müşahidə etməsi, öz gözləri ilə görməsi təmin edildi ki, bu da həm erməni cinayətlərinin ifşası, həm də onların fakt qarşısıdna qoyulması baxımından son dərəcədə əhəmiyyətli idi.

 

Bu səfərlər əsnasında Hikmət Hacıyevin əcnəbi diplomatlarla rəfdarı, onlara verdiyi sual və izahlar da Ermənistanın dinc insanlara qarşı həyata keçirdiyi hərbi cinayətlərin ifşasında mühüm rol oynadı, xarici diplomatları erməni cinayətlərini görmək və etiraf etmək məcburiyyəti qarşısında qoydu. Millət vəkili Naqif Həmzəyev oktyabrın 15-də saytımıza verdiyi açıqlamada Hikmət Hacıyevin əcnəbi diplomatları öz sadə və məntiqli sualları ilə fakt qarşısında qoyduğuna diqqət çəkərək deyib:

 

“Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatların, səfir və atteşələrin Gəncəyə və Mingəçevirə səfəri təşkil edildi. Bu, çox gözəl bir addım oldu. Çünki həmin diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri öz gözləri ilə prosesi izlədilər. Gəncə sakinləri ilə ünsiyyətdə oldular. Onlar özləri də inana bilmirdilər ki, necə olur ki, uzaqmənzilli raket dinc əhalinin yaşadığı bir yerə atılır. Onlara hörmətli Hikmət Hacıyev dəfələrlə sual verdi ki, burada hansısa hərbi obyekt görürsünüzmü?

 

Diplomatlar özləri də şoka düşmüşdü ki, hərbi obyektlərin olmadığı bir yerə, dinc əhalinin yaşadığı bir yer necə, hansı məntiqlə raket zərbəsi endirilə bilər? Burada hər yer məktəblər, xəstəxanalar, yaşayış obyektləri, ticarət mərkəzləridir”.

 

Bu açıqlamadan da məlum olduğu kimi, Hikmət Hacıyev əcnəbi diplomatları “burada hansısa hərbi obyekt görürsünüzmü” kimi sadədən sadə bir sualla fakt qarşısında qoyur, onları üz-üzə dayandıqları reallığı görməyə, həqiqəti etiraf etməyə vadar edirdi. Bu, Hikmət Hacıyev tərəfindən həyaqta keçirilən və mahiyyət etibari ilə matla nəticələnən bir gediş idi. Çünki gördükləri mənzərə qarşısında heç bir əcnəbi diplomatın bu suala “xeyr”dən başqa veriləcək bir cavabı yox idi. Və bu “xeyr” sözü Ermənistanın hərbi cinayətinin etirafı idi. Hansı ki, indiki məqamda ehtiyac duyulan yeganə şey Ermənistanın  etdiyi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməsi, Azərbaycana kompensasiya ödəməsi və hərbi müstəvidə aldığı məğlubiyyətin acısını bütün sferalarda yaşamasıdır. Bunun üçün isə dünyanın erməni cinayətlərindən xəbərdar olması, haqqın Azərbaycanın yanında olduğunu etiraf etməsi və  ölkəmizi dəstəkləməsi vacibdir.

 

Seymur ƏLİYEV

e-mail: [email protected]

Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
AYLIQ
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək