“Öncə yuxarıdan rüşvət alan əl kəsilməlidir!..”
Oxunub: 5519
12 Jun 2020 | 15:03
“Öncə yuxarıdan rüşvət alan əl kəsilməlidir!..”
...Haqq uğrunda mübarizə, savaş əzmi gərək insanın fitrətindən, içindən gəlsin. Düzdü, bir sıra din alimləri də, psixoloqlar da hər bir adamda doğuluşdan Allah, Haqq sevgisi olduğunu söyləyir. Hərçənd, bu, xüsusən dünyamızın son ifrat elmi-texnoloji inkişafı dönəmində artıq 3-4 yaşlı uşaqlarda da qeybə çəkilməkdə olan xislətə çevrilib. Cəmiyyətdə gerçəkdən baş verən olay və proseslər, eləcə də cizgi filmləri, kompüter oyunlarından tutmuş şou,  kinofilm və seriallaradək zorakılığın, haqsızlığın, anormal həyat tərzinin  təbliği bütövlükdə bəşəriyyətdə olduğu kimi, Azərbaycanda da haqsevərlik, xeyirxahlıq, ümumiyyətlə, ilahi, milli-mənəvi dəyərlərə bağlılıq duyğularını maksimum azaldıb. Bu da təbii ki, bir sıra həyati, iqtisadi, siyasi, elmi, tibbi və s. sahələrdə problemlərimizin çoxalmasında özünü göstərir...

*** 

Çağdaş Azərbaycanın ən ağrılı və əksər digər müşküllərin törədicisi olan problemi korrupsiya və rüşvətxorluqdur... 
Son xüsusən 40-50 ildə bu mərəz o dərəcədə dərinləşib ki,  nəinki onun kökü kəsilib, əksinə, zaman-zaman bu sosial-mənəvi xəstəliyə yoluxub nəfsini, tamahını idarə edə bilməyənlər ölkə, bölgə idarəçiliyinə irəli çəkilib...

***

Rüşvətxorluğa, saxtakarlığa, əliəyriliyə meyil də, təəssüf ki, insanın fitrətində olur...  Bəs Allahın qadağalarına ta qədimlərdən riayət edən, hələ İslamın qəbulundan öncə - təktanrılılıq dövründə halal, haram, günah, dürüstlük, səmimilik, mərdlik anlayışlarına  sahib olan Azərbaycan, türk, müsəlman xalqı  arasında bu qədər kütləvi əqidəsizlik, dələduzluğa, saxtakarlığa, rüşvətxorluğa meyillilik haradan qaynaqlanır, nə vaxtdan başlanıb?.. 

Necə oldu ki, XIX əsrin əvvəlində Fransa dahisi Aleksandr Dümanın  barəsində “Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı” -dediyi bir xalqın içində bu gün kasıbından tutmuş ən varlısınadək dələduz, insafsız, vicdansız, qaniçən rüşvətxor, korrupsioner,  inhisarçı kütlələr formalaşıb?..

***

İllər öncə yazdığımız kimi, bu suallar üzərində bir neçə yazar, jurnalist, sosioloq yox, böyük elmi institutlar, xüsusi olaraq bu məqsədlə yaradılmış tədqiqat, araşdırma qurumları baş sındırmalıdır...

Ancaq əsas səbəblər bəllidir...  Min illərlə xarici imperiya və işğalçı dövlətlərin maraq dairəsi olan Azərbaycanda yaşayan dədə-babalarımız ardıcıl olaraq əsrlərlə müxtəlif işğalçıların zülmünə, manqurtlaşmasına, repressiyalarına, deportasiyalarına məruz qalıblar...
Bu torpağa hər ayaq basan yadelli bu xalqı ram etməyə, sındırmağa, əzməyə, mənəviyyatsızlaşdırmağa çalışıb ki, sərvətlərini asanlıqla talasın...
Kimlər ağalıq etməyib, etməyə çalışmayıb və hazırda da çalışmır bu torpaqda?.. Yunan, romalı, makedoniyalı, fars, ərəb, rus, ingilis...

*** 

Bildiyimə görə, Azərbaycanda 1863-cü ilədək qapılara qıfıl vurulmayıb... Çünki nadir istisnalarla oğurluq olmayıb. 1863-cü ildə  qıfılı Çar Rusiyası gətirdib ölkəmizə. Elə həmin illərdən də ruhumuza da “qıfıl vurmağa” başlayaraq istədiklərini mənəviyyatımıza yeritməyə baş vurub  işğalçılar… 

Bundan sonra Cavad xan, Sultan bəy ruhlu əsil bəylərin kökü kəsilməyə başlandı. Əvəzində rüşvət verib Çar  hökumətindən saxta “bəylik” statusu alan zülmkar, rüşvətxor Xudayar bəylər, əyyaş, bambılı, rus ağalarının itinə də baş əyən Qurbanəli bəylər yetişdi... Ardınca da rüşvət verib saxta kommunist, deputat,  kolxoz sədri, raykom,  1-ci katib, deputat olanlar... Nə yazıqlar ki, bu gün də həmin silsilə davam edir...

*** 

Mərzbanların,  naiblərin, amillərin(vergiyığanlar), Xudayar bəylərin, Qurbanəli bəylərin, kolxoz sədrlərinin, raykomların, 1-ci katiblərin, saxta deputatların, başçıların daim qorxutduğu, gözüqıpıq etdiyi və əsasən savadsız, siyasi şüursuz aşağı təbəqələr də həmişə özlərini, ailələrini qorumaq instinktinə uyğun olaraq elə həmin saxta bəylərin, raykomların, deputatların getdiyi eyni yollarla özlərini, ya övladlarını, qardaş-bacılarını “irəli” çəkməyə, “sistem”ə, vəzifəyə keçirməyə çalışıb ki, həm qarınları tox olsun, həm də fiziki, fizioloji cəhətdən əzilməkdən, məhv  olmaqdan qorunsunlar... Eləcə də digər, adi məişət məsələlərində də süründürməçilikdən,  bürokratiyadan qurtulmaq üçün bir parça kağız –arayış-filan almaqdan ötrü də rüşvətxor mirzələrə, katiblərə “hörmət” edib bu zavallılar... Nəticədə cəmiyyət maddi cəhətdən “irəli” getdiyinə,  adamlar biri-birinə  bu cür  “hörmət” etdiyinə görə, bu gün bir xalq olaraq özümüzü elə öz yetişdirdiyimiz dələduz korrupsionerlərin qarşısında hörmətdən salıb heç etmişik və uçurumun, bataqlığın lap dibinə doğru irəliləməkdəyik...

***

Və nə yazıqlar ki, son 29 illik müstəqillik dövründə bu mərəzlər müalicə olunmaq əvəzinə daha da çox yoluxduruldu cəmiyyətə...

***

70-80 yaşlı ahıllarımızın çoxundan soruşanda deyirlər ki, Azərbaycanda rüşvətxorluq əsasən 1960-cı illərdən - SSRİ-nin başına Leonid İliç Brejnev gələndən sonra kütləviləşməyə başlayıb... Məhz həmin illərdən milisdə, xüsusən “QAİ”də, yəni o vaxtkı DAM-da- Dövlət Avtomobil Müfəttişliyində və  ali məktəblərdə alış-veriş başlayıb... 1950-ci illərdə belə hallar çox nadir hallarda olub, rüşvət alanlar da həddindən artıq qorxa-qorxa, çox gizli şəkildə alıb...

*** 

Amma 1970-ci illərdə respublikamızda rüşvətxorluq və korrupsiyaya qarşı  SSRİ miqyasında səs salan mübarizə başladığı da deyilir... Amma  gerçək nəticə
 oldumu?.. Xeyr. Çox cüzi... Elə gözümüzü açandan, 1970-ci illərin sonu, 80-ci illərin əvvəllərindən bilirdik, eşidirdik ki, filankəs filan qədər rüşvət verib milisə keçdi, yaxud bəhmənkəs  bu qədər pul verib “AMİ”yə(indiki Tibb Universiteti”, “Yurfak”a(hazırkı BDU-nun hüquq fakültəsi), “Narxoz”a(indiki İqtisad Universiteti) girdi və s. və i.a....

*** 

Özünütərif üçün yox, bir fakt, nümunə üçün Azərbaycanda sovet imperiyası dövründə də  4 “beşillik”dən çox yaşamış bəndənizin həyati təcrübəsindən bəzi məqamları misal gətirəcəm...

***

Yalançılığa, saxtakarlığa, fırıldağa nifrət uşaqlıq fitrətimlə yanaşı, ailə tərbiyəmdən də irəli gəlirdi... 8-9-cu siniflərə qədər çoxumuz uşaq sadəlövhlüyü ilə sovet hökumətinə, Lenin, kommunizm ideologiyasına inanırdıq. Ancaq yeniyetmə illərində  gerçəkliyi görüb dərk etdikcə, komsomol, partiya təşkilatlarında, kolxozda-filanda baş verən prosesləri anladıqca ayıldıq...

***

1985-ci ildə artıq orta məktəbi bitirməyə hazırlaşanda həvəsim jurnalistikaya idi. Yadımdadır ki, o vaxtlar bu fakültəyə daxil olmaq üçün iki il iş stajı tələb olunduğundan, eyni zamanda   əksəriyyətin Bakıda imtahandan rüşvətsiz keçməyin mümkün olmayacağını söylədiyindən Rusiyanın bir sıra universitetlərinə sorğu göndərmişdim. Cavab gəlmişdi ki, hərbi xidmətdən sonra buyurub imtahan verə bilərsən... 

Ancaq böyüklərin məsləhəti bir il kolxozda-filanda işləyib əsgərliyə gedib-gəldikdən sonra Rusiyada öz biliyimlə universitetə  qəbul olmaq arzumu qəlbimdə qoydu və başqa ali məktəbə imtahan verəsi oldum... Həmin instituta da imtahanlarda pulsuz heç “3” qiymət yazmadıqlarını söyləyirdilər. Lakin özümə güvənirdim ki, rüşvətxor müəllimlərdən ən azı “3” qopardıb keçə biləcəm. Beləcə, deyəsən, 4 imtahandan, real qiymətim “4”-“5” olduğu halda “3”lə keçə bildim... Sonuncu – 5-ci imtahandan öncə atam və qohumlarım yığışdı ki, bəlkə institutdakı qohum müəllimlərdən birinə 2-3 min verək, səni keçirsin, birdən “kəsilər”sən... Qəti şəkildə imtina etdim və nəticədə elə həmin qohum müəllim rüşvət vermədiyim üçün mənə azı “4” əvəzinə  “3” yazdı... Beləcə qəbul oldum...

*** 

Birinci kursdan özümə söz verdim ki, əgər öz biliyimlə bütün imtahanlarda 5-dən aşağı qiymət alsam, “zaçot”kamı(qiymət kitabçası) cırıb ataraq institutu tərk edəcəm... 5 il eyni prinsiplə oxudum... Elə olurdu ki, imtahanda qrupumuzdakı 30 nəfərdən, uzaqbaşı, məndən savayı 4-5  nəfər rüşvət vermir, yaxud tapşırmırdı.. Hətta bəzən tamamilə tək qalırdım. Yenə də prinsipimdən geri dönmür, nə kiməsə ağız açır, nə də pul verirdim... 

***

Elə tələbəlik illərindən, xüsusən hərbi xidmətdən sonra – 1988-ci ilin payızından – milli azadlıq hərəkatı adlanan proseslərin gücləndiyi bir vaxtda qəlbimdə rüşvətxorluğa, saxtakarlığa, riyakarlığa, dələduzluğa qarşı nifrət get-gedə artırdı. İnstitut qəzetində Azərbaycan xalqının rüşvətxorluq mərəzi sayəsində artıq tənəzzülə, deqradasiyaya uğraması haqda məqalələr dərc etdirməyə çalışırdım. Sadəcə bir “3” qiymət almaqdan ötrü yüz cildə girən, müəllimlərə, dekanlara, kafedra müdirlərinə və s. rüşvət verən tələbə yoldaşlarıma da acıyırdım. Amma gerçəkliyi də görür, anlayırdım ki, artıq bu xəstəlik kütləviləşib(diqqət edin, hələ 32 il öncə)... Və ona  qarşı mübarizə aparmaq, rüşvətxorluğun kökünü kəsmək mümkün olmasa da, heç olmasa, mümkün qədər azaltmaq üçün, ən azı, bir ictimai təşkilat yaratmaq gərəkdir... Bu məqsədlə barmaqla sayılası bir neçə - gerçəkdən öz bilikləri hesabına əlaçı, yaxud "4"-"5"-lə oxuyan əqidədaşımla birləşib “Rüşvətxorluğa Qarşı Mübarizə İttifaqı” adlı bir təşkilat yaratmaq qərarına gəldim. Onun ali məktəb çərçivəsində proqramını da yazdıq.  Hətta bir neçə dəfə həmin qurumun yaradılması elanlarını institutun foyesindəki elanlar guşəsinə də yapışdırdıq. Lakin hər dəfə biz yapışdırdıqca həmin elanlar rəhbərlik tərəfindən qopardılırdı... Sonradan  Meydan  hərəkatı, Qarabağ məsələsi beyinləri zəbt etdiyindən rüşvətxorluğa qarşı mübarizə arxa plana keçdi... Digər tərəfdən aşağılar, yəni tələbələr arasından da belə bir qurumun yaradılmasını dəstəkləyən az oldu. Çünki  və nə yazıqlar ki, əksəriyyətə əziyyət çəkib oxuyub savadlanmaqdansa, bu cür dolayı yollarla qiymət alıb  savadsız qalmaq sərf edirdi... Ancaq bu yolda mübarizə eşqi məni tərk etmirdi...

*** 

1992-ci ilin yazında – Xocalı faciəsindən az sonra bir neçə tələbə həmkarım və müəllimlərlə birgə Azərbaycanda demək olar ki, ilk rəsmi könüllü tələbə dəstələrindən(811 saylı Laçın alayı tərkibində əlahiddə vzvod) birini yaradıb Qarabağa yollandıq... Bir sıravi döyüşçü kimi əlimizdən gələni etsək də, Şuşa və Laçın işğal olundu...

***    

Laçının işğalından az sonra -1992-ci ilin iyununda fənlərdən birindən dövlət imtahanında yenə də “3” qiymət üçün bir neçə nəfərdən başqa bütün qrupun dövlət komissiyasına verməkdən ötrü rüşvət topladığını eşidib bərk əsəbiləşdim...  İmtahan biletini çəkəndə bütün acığımı dövlət imtahan komisiyyasında əyləşən müəllimlərin və tələbə həmkarlarımın üzərinə tökdüm. Dedim ki, torpaqlarımızın, Qarabağın, Şuşanın, Laçının işğalı da məhz sizin kimi rüşvətxor və manqurtların ucbatından baş verir... Dekan və müavinləri gəlib bəndənizi zorla sakitləşdirdilər...

***

Demirəm, mən çirkab içində olan bu cəmiyyətdə huri-mələk olmuşam... Zaman-zaman bəndəniz də məcbur qalaraq xəstə doğmasının xilası xatirinə həkimlərə, tibb bacılarına qanunsuz şəkildə pul ödəyib. Yaxud jurnalist işlədiyi ilk  təcrübəsiz  olduğu illərdə  “ağıllı”, “təcrübəli” bəzi rəhbər həmkarları tərəfindən qanunsuz əməllər törədən, rüşvətxorluq edən məmurlardan, imkanlılardan guya “Robin Qud”luq, “Qaçaq Nəbi”lik edərək pul qoparmağın halal olması təlqin edilərək əyri yollara təhrik olunub... Amma sonradan, təcrübə qazandıqca, xüsusən müsəlmanlığı əsil mənada qəbul edib, İslam ibadəti ilə məşğul olmağa başladığım illərdən bəri dərk etmişəm ki,  müfəttiş, polis, prokuror, təhlükəsizlik əməkdaşı   kimi, jurnalistin də hər hansı bir sahədə çalışan əliəyri məmurun cinayətlərinə göz yumub “haqq” alması belə məmurların özbaşınalığının, rüşvətxorluğunun daha da artmasına və cəmiyyətdə korrupsiyanın daha da vüsət alaraq şəbəkələşməsinə şərait yaradır... Və bundan sonra istər jurnalist, istər müəllim, istərsə də direktor kimi çalışdığım dövrlərdə rüşvətxorluğa qarşı bir fərd olaraq müharibə elan etmişəm...

***

Elə 1991-ci ildə hüquqi müstəqillik əldə etməyimizdən bəri  hələ aşağı görünən səviyyələrdə rüşvətxorluğun yoxa çıxmasının şahidi olmadım. Əksinə, müstəqilliyimiz gücləndikcə(!), neft-qaz hasilatımız artdıqca korrupsiya halları haqda informasiyalar  getdikcə daha da artmağa başladı... O cümlədən çalışdığım təhsil və jurnalistika sahəsində də...

***
Soruşa bilərlər ki, bəs bu cinayətləri görüb niyə xəbər vermirdin? Cavabında mən də sual edirəm: əvvəla, ətraf başdan-ayağa rüşvət alıb-verən idi, hansını xəbər verəydim? İkincisi də dövlətin müvafiq orqanlarından niyə soruşan yoxdur ki, bəs siz niyə bu cinayətləri görüb xəbər vermir, tədbir görmürdünüz? Üçüncüsü də mən, əvvəla, özüm mümkün qədər bu proseslərdən uzaq olurdum və üstəlik,  bir yazar kimi ölkədəki belə faktları yazılarımda ümumi şəkildə ifşa edirdim... Hərçənd, ayrı-ayrı qurum və şəxslər barədə konkret yazılarım da olub... Və öncəki yazılarımda dediyim kimi, 2011-ci ildə dövlət başçısı İlham Əliyev korrupsuyaya qarşı mübarizə ili elan etdikdən sonra təmiz işlədiyim məktəb direktorluğu vəzifəsindən öz ərizəmlə uzaqlaşmağa məcbur oldum... Və haram qazanc -rüşvət hesabına villada yaşamaqdansa, halal zəhmətlə yataqxanada yaşamağa üstünlük verdim...

*** 

...Nəhayət, 2005-ci ildə bir rəsmi xəbər məni sevindirdi: Prezident Administrasiyası İcra Aparatının rəhbəri, akademik(!)  Ramiz Mehdiyevin başçılığı ilə  Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yaradıldı.  Tələbəlikdən arzusunda olduğum təşkilat dövlət səviyyəsində yaradıldı... 

***

Yaxşı ki, Allahdan savayı, heç kəsə 100 faiz inanmıram... 

***

Şübhələrim özünü doğrultdu... Adı çəkilən komissiyanın korrupsiyaya qarşı mübarizədə gerçək işi görünmədi. Təhsildə, səhiyyədə və s. hamının şahidi olduğu rüşvətxorluq halları davam etdi... Yəni gerçək nəticə olmadı...

***

Bunu sübut etmək üçün Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın 
Öz vəzifələrini yerinə yetirmək məqsədi ilə malik olduğu əsas hüquqlarını xatırladıram:

“-Korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin icra vəziyyətini öyrənir və ümumiləşdirir, bu barədə hüquq mühafizə və digər dövlət orqanlarının rəhbərlərinin məlumatlarını və hesabatlarını dinləyir;

-dövlət və yerli özünüidarə orqanlarından zəruri məlumatları və materialları alır;

-Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə müvafiq dövlət orqanlarından məlumatları alır və görülən işlərin vəziyyətini təhlil edir;

-korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür;

-korrupsiya ilə bağlı ictimai rəyin öyrənilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;

-qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər ilə əməkdaşlıq edir və zərurət olduqda onları müəyyən işlərin görülməsinə cəlb edir…" Və s.

***

Bunları yadınızda saxlayın. İndi isə görək bu Komissiyanın yaradılması ardınca nələr baş verdi?.. 

***

Düzdü, bir neçə nazir-filan dövlət çevrilişinə cəhdlə paralel korrupsiya ittihamları ilə də həbs edildi... 

Amma ən əsas sual:

Sözügedən komissiya yaradılandan 11 il sonra -2015-ci ildə 2004-cü ildən, yəni Eldar Mahmudov həmin quruma nazir təyin olunandan  bəri Milli Təhlükəsizlik Nazirliyinin
Həmin 11 il ərzində misli görünməmiş korrupsiya, dələduzluq və digər cinayətlərlə məşğul olduğu bilindi və rəsmən açıqlandı. Kütləvi həbslər, serial məhkəmə prosesləri... Amma əsas fiqurant hələ də evində istirahət edir...

Bəs yuxarıda göstərilən hüquq və digər vəzifələrinə uyğun olaraq  Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya bu 11 il ərzində digər dövlət qurumlarından necə məlumatlandırılıb və ictimai rəyi necə öyrənib ki, bu boyda ölkənin təhlükəsizliyinə cavabdeh olan o boyda  keçmiş MTN-in işlərindən xəbəri olmayıb?.. 

*** 

Hələ 2004-cü ildə yaradılmış Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən danışmıram...

Yaxşı ki, həmin idarə son illər dövlət başçısının rəhbərliyi və DTX-nin böyük dəstəyi ilə bir sıra icra başçıları və digər məmurların korrupsiya əməllərini ifşa edərək onların həbsinə nail oldu.... Bütün bunlar bizi xeyli ruhlandırdı...  

***

Deyilənlərdən bu nəticəyə gəlmək olur ki, təxminən 50 il öncə korrupsiyaya qarşı başlanan mübarizə hələ də real nəticəsini verməyib. Və xüsusən 26 illik atəşkəs dönəmindən istifadə edən korrupsioner şəbəkə xalqın əksəriyyətinin əqidəsini pozmağa, rüşvətə, saxtakarlığa, dələduzluğa meyilli etməyə nail olub...

*** 

Bəs çıxış yolu nədədir?..

Əvvəla, (bu fikri Respublika Prezidenti də söylədi), yuxarıdan alan olmasa, hansısa vəzifəyə təyin olunan başçı və digər məmur korrupsiya ilə məşğul olmağa cəsarət etməz... Odur ki, Respublika üzrə ictimaiyyət nümayəndələrinin, ziyalıların, mütəxəssislərin iştirakı ilə böyük bir Korrupsiya və Rüşvətxorluq Hallarının Araşdırılması Komissiyyası yaradılmalı və bu günədək,  ən azı, 1994-cü ildən bəri yüksək vəzifəli məmurların təyunat prosedurları araşdırılaraq həmin yuxarıdakı əllərin kimlərə məxsus olduğu müəyyən edilərək rəsmən xalqa açıqlanmalı və onlar layiqincə cəzalandırılmalıdır... Yəni öncə yuxarıdan rüşvəti alan əl kəsilməlidir... Və bundan sonra korrupsiyaya qarşı hüquqi mübarizə ilə yanaşı, məlum Komissiyanın işinin maddələrindən biri kimi cəmiyyətdə güclü maarifləndirmə işi də aparılmalıdır...   

Bu tədbirlər görülməyəcəyi təqdirdə xalq, bir vətəndaş kimi bəndəniz də daxil olmaqla, bundan sonra 10 icra başçısı həbs edilsə də, baş verənləri bir şou kimi qəbul edəcək...

***

Bu günlərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibində dəyişikliklər olub. Yenə də pərişan olmamağımıza böyük ümidlə uğurlar diləyirəm...

Sultan Laçın

Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."