Üzünü görmədiyim dost!
Oxunub: 3586
18 May 2018 | 15:31
Üzünü görmədiyim dost!

Həyatla vaxtsız vidalaşan, sadəliyi, mənəvi paklığı və təmənnasızlığı ilə hər kəsə örnək olan böyük insan, istedadlı  hüquqşünas, dostum Əyyub Kərimovun xatirəsinə sonsuz ehtiramla...

 

Arxanca danışmağa izn ver...

 

Salam əziz dost. Nəhayət günlər uzunudur ki, davam edən  ağır və üzücü düşüncələrin ardınca sənə bu məktubu yazmağı qərar aldım. Yazdığım bu məktubun sənə çatıb-çatmayacağını bilmirəm. Bəlkə də hər şey bu məktubsuz da bəllidir sənə. Bəlkə də heç vaxt heç bir şəkildə bu məktubdan xəbərin olmayacaq. Bəlkə də sən olmadığın dünyada sənə ünvanlanan hər şey kimi bu məktubun da artıq heç bir əhəmiyyəti yoxdur. Ancaq mən yenə də sənin haqqındakı düşüncələrimi səninlə bölüşmək istəyirəm. Istəyirəm ki, uzun illərdir ki, haqqında düşündüyüm, amma heç vaxt üzünə demədiyim həqiqətləri gec də olsa sənə çatdırım. Odur ki, sənin haqqındakı düşüncələrimə keçməmişdən öncə səndən sənin arxanca danışmaq üçün icazə istəyirəm dost. Mənə üzünə demədiklərimi arxanca danışmaq üçün icazə ver... Axı bilirsən, mən səninlə bağlı heç nəyi səninlə razılaşmamş etmədim heç vaxt. Necə ki, bu gün də etmək istmirəm. Baxmayaraq ki, sənin mənə inamın sonsuz idi və bu inam özlüyündə mənə hər cür icazəni verirdi.

 

Səninlə danışmaq heç vaxt belə çətin olmamışdı...

 

Biz heç vaxt üz-üzə, qarşı-qarşıya oturmadıq səninlə. Bir-birmizin gözlərinə baxaraq danışmadıq. Dediyimiz sözlərin təsdiqini axtarmadıq üz cizgilərimizdə. Bir-birimizə sınayıcı nəzərlərlə baxmadıq heç zaman. Çay içib çörək kəsmədik. Yanaşı bir şəklimiz belə olmadı. Amma hər gün qarşılaşdığımz, birgə çörək kəsdiyimiz çox insandan daha yaxın olduq səninlə. 12 illik dostluğumuz ərzində bir kəs belə olsun aramızda hər hansı anaşılmazlıq, narazılıq olmadı. Bir kəs belə olsun haçalanmadı düşüncəmiz. Bir kəs belə olsun məyus etmədik bir-birimizi. Ancaq bizi dost edən düşüncə və baxışlarımızdakı eynilik deyildi. Bizi dost edən ruhi-mənəvi dünyamızdakı eynilik idi. Məhz buna görə də biz bir-birimizi sözsüz də anlamağı bacarırdıq. Bizim aramızda deyilməyən sözlərin, bitməyən fikirlərin mahiyyətini anlamaq vərdişə çevrilmişdi. İndi mənə elə gəlir ki, biz sözsüz belə danışa bilərdik, anlaya bilərdik bir-birimizi. Kəlmə belə kəsmədən saatlarla söhbət edə bilərdik bir-birimizlə. Bəlkə də elə buna görə də heç vaxt məxsusi olaraq üz-üzə görüşməyə ehtiyac etmədik. Çünki biz bunsuz da bir birimizi görə bilirdik.

Ancaq indi bir şeyi etiraf etməliyəm. Etiraf etməliyəm ki, səninlə danışmaq heç vaxt belə çətin olmamışdı mənə. Heç vaxt belə üzücü olmamışdı susqunluğun. Bu susqunluq o qədər dərin, o qədər ümidsiz, o qədər hüdudsuzdur ki... Mən – səni sözsüz belə anlayan biri üçün belə qorxunc və hürküdücüdür bu susqunluq. Eyniylə səni alıb aparan ölümün özü qədər...

“Özünü də, məni də qoru” demişdin, amma...

 

Yadındadırmı, daim mənə yazılarımda diqqətli olmağı, emosidan, kəskin söz və ifadələrdən qaçmağın vacibliyini xatırladır və “özünü də, məni də qoru” deyirdin. Həssas bir dönəmdə yaşadığımızı, bəzən “heç nə”dən insanın problemlə üz-üzə qaldığını bildirirdin. Və mən hər zaman əminlik hissi ilə narahatlıq üçün heç bir səbəb olmadığını bildirir, daim diqqətli olacağıma söz veridim. Mən sözümü tutdum dost. Birgə əməyimizin məhsulu olan yazılarla bağlı nə sənə, nə də özümə bir dəfə də olsun problem yaratmadım. “Heç nə”dən nə özümü, nə də səni hansısa çətinliklə üz-üzə qoymadım. Ancaq o zaman ağlıma belə gəlməzdi ki, səni əsl qorumalı olduğumuz təhlükə başqadır. Və o təhlükə səni özünü ən çox güvəndə hiss etdiyin bir vaxtda, anidən yaxalayacaq. Və sənə sevdiklərinlə vidalaşacaq qədər belə zaman tanımayacaqdır.

 

Ən böyük arzuna çatdın dost, buna əmin ola bilərsən...

 

Mən sənə demək olar ki,  hər zaman sırf işlə bağlı zəng edər, hansısa məsələ ilə bağlı açıqlama alar, yaxud məsləhət verməyini xahiş edirdim. Sənsə bəzən şahid olduğun, içində təbəddülat doğuran, səni narahat edən, həyəcanlandıran, düşündürən məsələlərlə bağlı da mənə zəng edər, öz hiss və fikirlərini bir dost kimi mənlə bölüşərdin. Tarixini dəqiq xatırlamasam da, bu söhbətlərin birində həyatda ən böyük arzunun ömrünü ləyaqətlə başa vurmaq olduğunu söyləmişdin. Demişdin ki, bu dünyada insanın sahib olması gərəkən ən böyük var-dövlət onun ləyaqəti, mənəvi paklığıdır.

Sən ən böyük arzuna çatdın dost. Sən bu həyatı necə yaşadınsa eləcə də tərk etin – ləyaqətlə, mərdcəsinə, sifətdən-sifətə, dondan-dona düşmədən... Və sənin bu ölümün qarşısında çox insanın diriliyi inan ki, heç nədir... Heç nə...

 

Bilirsən, övladların ömrü atalarından uzun olur...

 

Ötən il “Femida”nın 25 illik ərəfəsində də mənə zəng etmişdin. Sevinirdin. Bu, doğma övladın kimi böyütdüyün “Femida”nın 25 illik zərvəyə yüksəlməsinin sevinci idi. O zaman səninlə “Femida”nın 25 illik inkişaf yolundan, bu yolda qazanılan dostlardan, düşmənlərdən bəhs etdik. Müsahibəyə çevrilən söhbətimizin gedişində söz qəzetin tirajından, satış faizindən düşdü. Bu zaman bildirdin ki, sənin üçün önəmli olan qəzetin satış faizi deyil, onun mövqeyi, simasıdır. Dedin ki, qəzet cəmi 3 ədəd də satıla bilər. Bu,faciə deyil. Əsl faciə qəzetin səviyyədən, simadan məhrum olmasıdır. (//moderator.az/news/174629.html ). Bu fikir sənin yaşamının, fəaliyyətinin bütün sahələrində ləyaqətli olmağa nə qədər dəyər verdiyini göstərirdi.

Bu gün “Femida” öz yaşamına sənsiz davam etmək məcburiyyətindədir. Eyniylə atalarını dəfn edən, onları son mənzilə yola salan oğullar kimi...

Bilirsən,övladların ömrü atalarından daha uzun olur dost. Bu mənada “Femida”nın da səndən daha uzunömürlü olacağına ümid edə bilərsən. Və sən hər zaman olduğu kimi bundan sonra da “Femida”nın bir parçası olaraq qalacaqsan.

 

Bu da mənim xoşbəxtliyimdir...

 

Artıq vəfatından aylar ötüb. Ancaq hələ də nömrən telefonumdadır. Baxmayaraq ki, daha bu nömrədən heç vaxt zəng gəlməyəcəyini, bu nömrəyə heç vaxt zəng etməyəcəyimi bilirəm. Ancaq yenə də nömrənlə vidalaşmağa əlim gəlmir. Baxmayaraq ki, sağ ikən nömrəsini telefonumuzdan, xatirəsini ürəyimizdən sildiyimiz o qədər doğmalar, yadlar var ki...

Bəzən kiminsə nömrəsini axtardığım zaman nömrən qarşıma çıxır və hirsli-hikkəli inadkar uşaq ədası ilə susan bu nömrə qəlbimdə uyuyan ağrı və nisgili yenidən oyadır. Amma bütün bunlara baxmayaraq nömrənin hələ də telefonumda olmağı mənə güvən verir. Məni daha da güclü edir sanki. Mənə elə gəlir ki, bu nömrə elə-belə, məqsədsiz susmayıb. O, daim mənə göz qoyur, məni izləyir və sanki mənim dara düşəcəyimiz günü gözləyir. Bəzən mənə elə gəlir ki, o nömrə məhz həmin an yenidən dilə gələcək, telefonumun ekranında əks olunacaqdır.

Sənin telefonunda həyatdan gedən, amma nömrəsini telefonunda hifz etdiyin kimsə olubmu, bilmirəm. Amma mənim həyatımda var. Hər dəfə bu nömrəyə baxanda keçmişimdə sənin kimi işıqlı bir insanın olduğunu xatırlayıram və istər-istəməz üzümdə kədərli bir təbəssüm yer alır. Sənin yoxluğundan doğan kədərlə sənin nə zamansa var olduğundan doğan sevincin təcəssümüdür bu.

Əslində bu da mənim xoşbəxtliyimdir dost. Səni tanımağın, səninlə çalışmağın, səninlə həmkar olmağın, səninlə eyni xatirəyə sahib olmağın xoşbəxtliyi... Və bu xoşbəxtliyə görə sənə minnətdaram... Çox sağ ol dost. Səni tanımağımıza imkan verdiyin, həyatımıza işıq gətirdiyin, bizə paklıq və ləyaqət nümunəsi olduğun üçün...

 

Seymur Əliyev

e-mail: [email protected]

Oxşar xəbərlər
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı