"Ermənilər öz ağıllarıyla getsəydi... - İndi Bakıda hakimiyyətdə idilər..."
Köşə
Oxunub: 7068
03 May 2018 | 14:46

Ermənistanda etiraz aksiyaları başlayandan çoxumuzun ağzı açıq qalıb:” Sən öl, erməni olsalar da, halaldı o millətə, Rusiyanın arxasında durduğu Sərkisyanı bircə həftədə yıxdılar... Ayə, ağıllı millətdi, vallah!..”
*** 
Amma heç kəs sual etmir ki, axı, 1988-ci ilin mayında, noyabrında biz – Azərbaycan xalqı da nəinki  Bakıdakı  yerli hakimiyyətin, o boyda SSRİ-nin, Kremlin, Kommunist Partiyasının qarşısına bir dağ kimi çıxmışdıq... Həmin günlər ermənilər Şuşanın Topxanasında bir ağac kəsmişdi – onun harayına, az qala, 1 milyon Azərbaycan vətəndaşı yığışmışdı... Orta yaşlı və ahılların yaxşı yadında olar: həmin günlər Bakı şir kimi nərildəyirdi. Deyirdilər, guya ondan qabaq SSRİ-nin məşhur siyasi xadimi Qromıko deyib ki, Azərbaycan yatmış şirdi, oyatmayın... 


*** 
Amma unutmuşduq ki, şiri də əhlilləşdirib sirkdə oynada bilənlər var...
*** 
Azərbaycandakı Meydan hərəkatı vaxtı deyirdilər ki, bəs Yaponiyada kompüterlə hesablayıblar ki, azərbaycanlılar dünyanın ən qeyrətli xalqıdır, nə bilim... Qara Yanvar ərəfəsində  Amerikanın məşhur “Newsweek” jurnalı yazırdı ki, azərbaycanlılar ilin ən qeyrətli xalqıdır...
*** 
Heç hələ gəncləri demirəm, görəsən, 1988-ci ildən bəri meydanlarda, səngərlərdə canını qoymuş 45-70 yaşlılar özü-özünə sual verir ki, bəs hanı o 1988-1990-cı illərdəki dünyanın ən qeyrətli xalqı... Nədən bir armud ağacına görə, həftələrlə meydanlardan çəkilməyən belə bir xalq 25-26 ildir ki,olan-qalan hüquqi-tarixi torpaqlarının 25 faizinin işğal altda qalmasına dözür, susur?.. Niyə mayın 12-ə təyin olunmuş Qarabağ mitinqinə icazə almaq, onu keçirmək, “Məhsul” stadionuna 5-10 min adam yığmaq problemə çevrilib?..
*** 
Bəs hanı bizi tərifləyib, küyləyib aralarında erməni dığalarının da olduğu sovet əsgərlərinin tanklarının qabağına çıxarıb əzdirən, qırdıran, sonra da “bu, SSRİ-nin daxili işidir” deyən çoxüzlü Amerika? Niyə demirlər ki, “dünyanın ən qeyrətli” xalqının torpağının 25 faizini haqsız yerə əlindən alıblar, ay BMT,  ay NATO, ay AŞ, ay ATƏT, bunların arxasında durun, erməniləri başa salın, torpaqlarından çıxsınlar?..
***
Niyə təzə bir Nemət Pənahlı yetişdirib Azadlıq meydanına çıxarmırlar ki, ay camaat, torpağının dörddə biri işğal altındadır, qalx ayağa..
***
Həmişə demişik, yenə də deyirik: 1988-1992-ci illərdə ABŞ-ın, Avropanın bizi tərifləməsi, küyləyib meydanlara çıxarmasının səbəbi onun SSRİ-ni yıxmaq, parçalamaq məqsədi idi... Və bizi də bu xarici güclərin planlarına uyan öz daxilimizdən mərhələ-mərhələ hakimiyyətə gəlmək istəyən hakimiyyət aşiqlərinin əli ilə körükləyirdilər, yönləndirirdilər... Bir sözlə, xərcləyirdilər...
*** 
Düzdü, gerçəkdən Meydan hərəkatına qoşulan hər birimizin içində imperiyaya, daşnak ermənilərə qarşı nifrət qaynayırdı... Və hətta meydana toplaşanların bir hissəsi pulsuz, kabab, sosiska, peraşki yeməyə, yaxud  sadəcə, maraq üçün toplansa da belə, bu faktiki olaraq xalqın hərəkatı idi. Ancaq söhbət ondan gedir ki, bu hərəkat xalqın öz istədiyi, onun gələcəyi üçün faydalı istiqamətə yönləndirilirdi, yoxsa ayrı-ayrı xarici super güclərin və daxili klan və qruplaşmaların maraqlarına uyğun istiqamətdə gedirdi?.. 
*** 
Azadlıq uğrunda mübarizənin gerçək hədəfinə çatması, doğrudan da xalqın azadlığına nail olması üçün həmin mübarizənin özü də azad olmalıdır... Yəni, xalqa düşmən, yalnız öz maraqlarını güdən xarici və ya daxili güclər tərəfindən yönləndirilməməlidir...
***  
Xalqın öz ağlı ilə, kortəbii üsyanları ilə müvəqqəti olaraq nəyəsə nail olması orta əsrlərə qədər baş verə bilərdi.  Amma İngiltərə, Fransa burjua inqilablarından bəri baş verən əksər üsyan və inqilablar xarici və ya daxili məkrli güclərin əli ilə baş tutub...
*** 
Elə bilirsiz, türk xalqı öz istəyi ilə Osmanlı kimi ədalətli və qüdrətli bir müsəlman-türk dövlətini yıxdı. Əsla, bu mason-filan adlanan, ingilis-yəhudi-fransız, bir az da rus, yunan şəbəkələrinin təhriki və buna uymuş “gənc türklər”in-filanların əli ilə baş tutdu... Ona görə, bu gün qardaş Türkiyə xaricdən və daxildən min cür düşmənin əhatəsində vurnuxur...
*** 
Yoxsa ruslar Böyük Oktyabr İnqilabını öz ağıl və istəkləriylə həyata keçirdilər. Bolşevik-sovet hakimiyyəti SSRİ ərazisindəki digər xalqlar kimi heç ruslara da gün vermədi. Ən böyük vətəndaş müharibəsi, “ağlar-qırmızılar”ın savaşı, repressiyalar, kütləvi aclıqlar Rusiyada olmadı?..
*** 
Heç ən ağıllı xalq sandığımız yəhudilər də İsrail dövlətini öz ağıllarıyla  qurmayıblar. Həmin dövləti Qüdsü Osmanlının əlindən alan Britaniya dövlətinin dəstəyi ilə qurulmadımı? Əks halda yəhudi xalqı  70 il torpaqlarını zəbt etdiyi Fələstin xalqı ilə hərb vəziyyətində yaşamaz, daim, “HƏMƏS”, “Hizbulla” raketlərinin qorxusu altında qalmazdı...
*** 
Yoxsa İraqlılar Səddamı, liviyalılar Qəddafini öz ağıllarıyla yıxdılar...
***
Hətta bu gün çoxlarının ağzı sulana-sulana həsədlə baxdığı Amerika toplumu da öz ağlı ilə bu günlərə gəlib çatmayıb. Müxtəlif din və millət nümayəndələrində ibarət bu toplum öz ağlı ilə getsə, hər ay İsrailin saxlanması üçün vergi ödəməz, ölkə varidatının mənasız Vyetnam, Əfqanıstan, İraq, Liviya, Suriya  və s. savaşlarına  xərclənməsinə imkan verməz, həmin müharibələrdə övladlarının ölməsinə, şikəst edilməsinə müqavimət göstərərdi... Amerika toplumu öz ağlıyla getsə, Tramp gicbəsər Suriyaya bir gecədə 150 milyon dollarlıq raket ata bilərdi?.. Məhz bu ağılsızların ağlı ilə getdiyindəndir ki, bu gün ABŞ əhalisinin böyük əksəriyyəti öz qazancları hesabına yox, banklardan faizlə götürdükləri kredit hesabına yaşayır...
*** 
Bir sözlə, dünyanın hərbi-siyasi, iqtisadi sosial prosesləri ayrı-ayrı xalqların ağlı deyil, əsrlərdən bəri formalaşan transmilli sələm-kredit super oliqarxları, maqnat sülalələri yönləndirir... Onlar üçün, əksər siyasi liderlər üçün digər xalqlar da, öz xalqları da idarə olunmalı olan kütlədir... Sadəcə, hər bir kütlənin özünəməxsus yönləndirilmə üslubları var....
***
Deyilənlər baxımından,  nə qədər “milli azadlıq hərəkatı” adlandırsaq da, bizim 1988-1992-ci illərdəki xalq hərəkatımız öz ağlımızla deyil, deyilən güclərin ağlıyla yönləndirilib. Bizim  meydanlrda, səngərlərdə potensialımızı xərcləyib öz məqsədlərinə çatdıqdan, SSRİ-ni yıxdıqdan, neft və qazımızdan yüksək dərəcədə paylarını aldıqdan sonra həmin güclərin bizim Qarabağımızın işğal altında qalması, qaçqın, yoxsul olmağımız önəmli deyil... Yoxsa, öz ağlımıza qalsa, nə Qarabağ işğal edilər, nə 1990-cı illərin yanvar olayları baş verər, nə bu günədək xaricdən dəstəklənən korrupsiya şəbəkələrinin əlində girinc qalar,  nə bəzi icra başçılarımız bu qədər harınlayar,  nə də adi bir bank rəhbəri nazirlə əlbir olub milyardlarla pulumuzu havaya sovurmaz, xaricə qaçırtmazdı... 
***
Öz ağlımızla hərəkət etsəydik, yüksək vəzifələrə, icra başçılığına gətirilənlərin əsl kimliyini sonradan, çıxarılandan, tutulandan sonra bilib ifşa etməz, öncədən tanıyıb vəzifəyə gəlməsinə imkan verməzdik.... 
*** 
Odur ki, İrəvandakı son günlərin Paşinyan hərəkatına da ayıq baxmaq gərəkdi... Guya ermənilər indiyədək öz ağıllarıyla oturub-durub? Xeyr. Sadəcə, məlum güclər onların bədxahlıqlarından, nankorluqlarından, qaniçənliliklərindən istifadə edərək Türkiyə ilə, bizimlə qladiator savaşına çıxarıblar. Özləri də kənardan ləzzətlə tamaşa edirlər... Bu tərəf bir sərt  söz deyir, o tərəf daha sərtini söyləyir, bu tərəf 5 güllə atır, o tərəf 15 güllə atır... Bu minvalla  vaxt gedir... Ömrümüz bitir...
***  
Amma ermənilərin də çoxu dərk etmir ki, neçə əsrlərdir, öz ağıllarıyla getməyiblər... Onlar sionist-anqlosaks şəbəkəsinin planlarıyla yox, öz ağıllarıyla getsəydilər, tərkibində dinc-firəvan yaşadıqları Osmanlı dövləti ilə dil taparaq xaricilərin fətvasına uymadan bu günədək rahat yaşayardılar... Ermənilər öz ağıllarıyla getsəydilər, 1918-ci ildə Azərbaycanda soyqırım törətmək əvəzinə Azərbaycanla Gürcüstanla birləşib Rusiyanın bolşevik işğalının qarşısını alardılar... 
***
Bu nankorlar öz ağıllarıyla getsə idilər, artıq sovet dövründə Dağlıq Qarabağda Azərbaycanın digər  bölgələrindən qat-qat varlı, rahat yaşadıqları bir halda bizlərə qarşı qiyama qalxmaz, əksinə, mövqelərini daha da möhkəmləndirməklə neftimiz-qazımız hesabına daha da varlanardılar...  Rusiyanın hesabına zəbt etdikləri Laçında, Şuşada, Kəlbəcərdə, Qubadlıda it günündə yaşamazadılar...
Ermənilər öz ağıllarıyla getsə idilər, heç bir münaqişə qaldırmaz, 1989-1990-cı illərədək  Bakıda yarım milyona yaxın erməninin gücündən istifadə edərək Azərbaycanda daha hakim mövqelərə yiyələnərdilər... 
***
Yaşlılarımız 1970-ci illərdə Bakıda, Mərkəzi Komitədə, Nazirlər kabinetində onlarla erməninin yüksək vəzifələrdə olduğunu, paytaxtımızdakı əksər “sexovşik”lərin, qızıl ustaları və alverçilərinin və s. onlardan olduğunu, rayonlardan gələn azərbaycanlı tələbələrin ermənilərin evlərində sıxıla-sıxıla kirayədə qaldıqlarını gözəl bilirlər... Bundan artıq sizə nə lazım idi?.. Niyə harınladınız?..İndi Bakıdan ötrü ölürsünüzmü?..
***
Əgər Qarabağ münaqişəsini qızışdırmayıb öz ağıllarıyla getsəydilər, ermənilər indi bu saat Bakıda demokartik yollarla deputat da seçilmişdi, hakimiyyətdə vəzifədə tutmuşdular... Məgər 1918-1920-ci illərdə AXC parlamentində erməni deputatlar əyləşmirdi?..
*** 

Xülasə, bütün bunlar göstərir ki, bu alçaq olduqları qədər, həm də bədbəxt ermənilər  bu gün Rusiya ilə Qərb arasında odlu futbol topuna çevriliblər... Kimin o topu hansı istiqamətə vuracağı bəlli deyil. Heç bu Paşinyançılıq da erməni ağlının məhsulu deyil... Hələ qəfildən saqqal buraxıb meydanlara atılmış Paşinyanın kimin oyuncağı olduğunu da bilmirik. Amerikanınmı, Fransanınmı? Bəlkə elə Putinin adamıdır? Bəlkə Putin Sərkisyan rejimindən  Qərbə bir az yaxımlaşdığı, Avropa İttifaqı ilə sazişi imzalamasınn qisasını alır? Bəlkə Rusiyaya onun müvəqqəti olaraq iqtidara gəlməsi  sərf edir? Çox şeyi bilmirik...
*** 
Amma bircə şeyi dəqiq bilirik... Qarabağ, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Ağdam ... kimi dilbər guşələrimiz 25-26 ildir ki, işğal altındadır. Və biz gələcəyimiz üçün, özümüzü bir müstəqil dövlət olaraq isbatlamaq üçün o torpaqları azad etməyə borcluyuq...
*** 
Odur ki, gəlin bu dəfə öz ağlımızla gedək... ATƏT-ə, AŞ-a, ABŞ-a baxmayaq... Paşinyançılıq da erməni ağlının məhsulu deyilsə, biz  öz ağlımızla gedərək bu fürsətdən  yararlanıb təcili  torpaqlarımızı azad etməyin yolunu bulaq... Yoxsa yenə on illərlə ağılsızlığımızın peşimançılığını çəkəcəyik...

Sultan Laçın

Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
AYLIQ
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək