İmperiyanın süqutu və "Qu gölü" baleti...
Oxunub: 4439
29 Oct 2017 | 14:16
İmperiyanın süqutu və
ORT kanalı “Əsil həqiqətdə” verilişini təqdim edəndə onun siyasət dünyasının qaranlıqlarına işıq salmaq üçün necə uğurlu layihə ola biləcəyini çoxları düşünürdü,lakin ideya müəllifləri kütlələrin zövqünü “korlamayaraq”, ənənəvi şəxsi intriqalara daha çox meydan verirdilər.Nə edəsən,bazar qanunları və reklam şərtləri qeyri-rentabelli fəaliyyəti mümkünsüz edir.İnformasiya məkanının sərt rəqabətinə dözməlisən. Dekorasiyadan tutmuş sonuncu teleeffekt detallarına qədər,gərək hamısı pul tələb edir.Lakin dünən prorqam heyəti istisna hal kimi, Sovetlər Birliyinin sonuncu imperatoru və 20-ci əsrin ən ziddiyətli adamı Mixail Qorbaçovun “Foros əməliyyatı” ətrafında on illərdir davam edən suallara aydınlıq gətirməyə çalışırdılar.

Adətən, müasir Rusiya demokratlarının əsarətə və tiraniya rejimlərinə qarşı özlərini vəsf edən təbliğat materialları ilə müqayisədə bu dəfə mərkəzi televiziya rəsmi təbliğatın bir qədər xaricinə çıxmışdı.Gerçəkdən epoxal hadisələri o dövrün əsas qəhrəmanlarının dilindən eşitmək çox maraqlıdır və tarixi daha obyektiv anlamağa kömək edir.Çünki hələ də geriyə qayıdış arzusunda,yaxud qorxusunda olan, həmçinin,iqtisadi-siyasi transformasiyanın çətinliklərini öz dərisində hiss edən və desovetləşmə adı altında öz keçmişindən qoparılan milyonlarla insan üçün 1985-ci ildən başlayan yenidənqurma hərəkatının final nöqtəsi sirlər pərdəsinə bürünmüş şəkildə beyinləri qarşıdırmaqda davam edir.

Əvvəlcə,verilişin formatına uyğun olaraq,“yalan detektoru” qurğusuna qoşulmağa razılaşan müsahib o məşum günlərdə Baş Katibin yanında olan və Birinci şəxsin təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyan Vyaçeslav Generalov oldu.Çekist məktəbinin yetirməsi kimi sərt məntiqi,qətiyyətli və inamlı mülahizələri,eyni zamanda,xidməti fəaliyyətinə uyğun məxfi informasiyalara söykənən arqumentləri onu dinləyən hər kəsdə rəğbət doğururdu.Axı uzun illər müxtəlif səviyyələrdə,QKÇP haqda böyük əfsanələr dolaşıb.Kimi ona qırmızı imperiyanın ölümünə dözməyən və dünyanın üçdə birinə nəzarəti hər gün böyük ölçüdə əldən verən sadiq kommunist elitasının sonuncu xilas cəhdi kimi yanaşıb,başqa biriləri isə Krımda əyləşən və radikulit xəstləyini bəhanə gətirərək 6 il ərzində apardığı dağıdıcılıq missiyasını başa çatdırmağa çalışan və Qərb imperalizminə təslimçilik raportu verməyə hazırlaşan Qorbaçovun özünün rəzil oyunu olduğunu deyir,onu xəyanətdə suçlandırırlar.Zatən xarici kəşfiyyat mərkəzləri məxfi qrif altından çıxardıqları səhifələrdə çox düyünlər açılıb və Reyqan-Tetçer cütlüyünün bir-birindən fərqli,lakin mahiyyətcə eyni məqsədə xidmət edən SSRİ-ni daxildən dağıtmaq planları artıq heç kəsdə şübhə doğurmur.Lakin bizim qeydlərimizin məqsədi indi o deyil.
Vyaçeslav Generalovun studiyada dediklərini bir neçə tezisdə belə ifadə etmək olardı:

-Baş Katibin tam izolyasiyaya məruz qoyularaq, hakimiyyət çevrilişinə gedildiyinə dair deyilənlər tam cəfəngiyyatdır.Bütün telefonlar işləyir,gəmi və hava nəqliyyatı heç bir təhlükə siqnalı almadan ən yaxın çevrədə əmr gözləyrdilər..

-Aleksandr Yakovlev-hamının “boz kardianal” adlandırdığı fiqur Qorbaçovun bütün siyasi qərarlarına və hərəkətlərinə nufuz edirdi.Şübhə yoxdur ki,DTK rəhbəri Kryuçkovun dediyi kimi,burada “xarici barmağın” rolunu görməmək mümkün deyildi.Bütün həyatı boyu sovet quruluşuna nifrət edən və onun dağılacağını gözləyən Yakovlev Kaluqinlə birgə Amerikanın Kolumbiya Universitetində təhsil alarkən,casusluq fəaliyyətinə cəlb olunmuşdu və onu himayə edən “gizli əlllər” okeanın o tayında əyləşərək,Moskvaya-3cü Romaya yeritdikləri şəbəkə hesabına Alen Dallesin vaxtilə hazırladığı planları həyata keçirirdilər.Reyqan doktrinası ötən əsrin 80-ci illərinin çağırışlarına uyğunlaşdırlsa da mahiyyəti dəyişməmişdi.Qərb amansız rəqabətin hökm sürdüyü son 40 ildə ilk dəfəydi belə güclü və hazırlıqlı fiqurları sovet elitası sıralarına qoşa bilmişdi.Yakovlevin agent olmasına dair sənədlərlə tanışam və onun hansı tapşırıqlar əsasında hərəkət etdiyini yaxşı bilirəm;
- Qorbaçov sistemli şəkildə Qızıl ordunun nüfuzuna zərbələr vurandan,sosialist ölkələrini və Əfqanıstanı NATO-ya təhvil verəndən sonra müttəfiq respublikalarda baş qaldıran milli-azadlıq hərəkatları vasitəsilə rəhbərlik etdiyi imperiyanı dağıdırdı.Onun guya partiya və sovet idarəçilik həyatında köklü dəyişikliklər etmək istərkən,islahatların təsadüfən gətirib dövləti uçurumun bir addımlığına çıxardığı barəsində deyilən versiyalar tam əsassızdır.

Gerçəkdən də 70 il ərzində bolşevizmin “axilles dabanı”nı axtaranların nəhayət,əsrin sonlarında ən mühüm nöqtəni tapdıqları artıq hamıya bəllidir .Sən demə,ən “zəif bənd” elə Kreml sahibinin çiyni üstündə gəzdirdiyi başı imiş. Onsuz da öz quruluşuna görə saysız lətifələrə və mistik mühakimələrə səbəb olan Qorbaçovun kəlləsi ona qədər sovet manatları üzərində əbədiləşən Leninin əzəmətli və vahimə saçan başı ilə bağlı fantaziyaları da kölgədə qoymuşdu”¦

Yaşının ahıl çağlarında studiyaya gələn və o vaxtlar əbləh yerinə qoyulduqları üçün dərin qəzəb keçirən, keçmiş İttifaq rəhbərindən hesab sormaq istəyənlərdən biri də,Sovetlərin bütün Mayınqayırma və kosmik sənayesinə rəhbərlik edən, Mərkəzi Komitənin katibi və Siyasi Büronun üzvü,QKÇP-çi üsyançıların sırasında məşhur mətbuat konfransına qatılan və buna görə bir il yarım həbsxana həyatı yaşayan Oleq Baklanov idi.Əslində kim belə adamlara yalnız ideoloji təəssüb amilinə və daşıdıqları partbiletin rənginə görə qiymət verirsə,onlar səhv edirlər.Çünki kommunist əqidəsinə sadiq,leninçi və marksist təlimə dərindən inaanan,lakin Amerika ilə amansız yarışda nəhəng kosmik fəzanı fəth edərək dünyadakı hərbi balansı “Varşava paktı” ölkələrinin xeyrinə dəyişən,strateji miqyasda Qərbin hava məkanını vahimədə saxlayan “Buran orbital sistemi və Satana “ raketlərini yaradan,”nüvə çamadını”nı kəşf edən belə qurucu adamlar mənsub olduqları ölkəyə yüksək ideallarla xidmət etdikləri üçün istənilən formasiyada ehtirama layiqdilər. Xatirladaq ki,bir çoxları kimi Baklanov da Qriqoriy Romanovun Baş katib seçilməsini sovetlərin müasirləşməsi,iqtisadi staqnasiyadan və neft iynəsindən xilas olması üçün yeganə düzgün yol sayırdılar.Lakin 1982-85 ci illərdə 3 Baş katibi Kremlin sütunlu salonlarından o dünyaya yola salandan sonra o vaxtkı partiya elitası bir qədər gənc namizəd axtarışına çıxmışdı və nəzərlər karyara çarxı sürətlə yuxarı fırlanan Stavrapollu kəndli balasının üzərində dayananda apokalipsisin yaxında olduğunu dərk edən çox az adam vardı.Haşiyə çıxaraq xatırladaq ki,Britaniya məxfi arxivlərindən 2014-cü ildə gizli kod altından çıxarılan sənəddə deyilir ki, Londonda potensial namizədlər kimi tərcümeyi-halı nəzərdən keçirilən,həm də real olaraq sovet hakimiyyətinin birinciliyinə qadir şəxslər sırasında Heydər Əliyevin deyil,məhz Mixail Qorbaçovun üzərində dayanılmışdı..

Baklanovun söylədikləri onunla hazırda ömrünün 86-ci ilini ötürən keçmiş Baş katibin peşəkar casus obrazını və hazırda Roma papası kimi onun dünyaya oxuduğu messiyaların həqiqi mahiyyətini anlamağa imkan verir.Gəlin faktlara bir daha diqqət yetirək:Sovetlərin üzülən boğazının sonuncu iliyi olan “Foros əməliyyatı” qətiyyən dövlət çevrilişi cəhdi sayıla bilməzdi.Çünki Baklanovun dediyi kimi,Yanayev başda olmaqla,ürəyi yanan bir qrup genaral və siyasi rəbhər şəxs 18 avqustda istirahət mərkəzinə-Foros adasına yola düşmüşdülər.Əslində tarixdə belə analoji səhnələr çox olub.Bir vaxtlar ədalətli Çardan mərhəmət uman on minlərlə rəiyyət təmsilçisini keşiş qaponlar süngü ilə qarşılamışdılar.Krımda isə Maksimin qızı Raisanın əri üzərindəki hakimiyyəti çar 2-ci Nikolayı öz ovsunlayıcı əsarətində saxlayan Valentin Rasputindən çox idi və İblisdən nicat diləyən sadəlövh svita onları gözləyən daha məkrli plandan xəbərsiz Qara dəniz sahillərinə yola düşmüşdülər.Bir vaxtlar dünyanı lərzəyə salan mərkəzi hakimiyyətin yalançı kralın arxasınca düşməsi rüsvayçılqdan başqa bir şey deyildi.

Baklanov deyir ki,Qorbaçov onları soyuq kabinetində saatlarla dinləyəndən,çıxış yolları haqqındakı təkliflərini eşidəndən sonra əsil kahin leksinonu ilə silahdaşlarını yola salıb:”cəhənnəm olun,gedin nə istəyirsiz,onu da edin”!

Yəni,dövlət çevrilişi adlanan məzhəkədə baş rolu özü oynayan Qorbaçov ölümə göndərdiyi yoldaşlarını adbaad özü seçmişdi..

Bütün qardaş xalqları biri-birinə qırdırandan və imperiyanın məhək daşlarını yerindən oynadandan sonra Stalindən fərqli olaraq,müharibəni Qərbə uduzan Mixail Sergeyeviç öz çevrəsinə İudanın missiyasını tapşıraraq, həmin gecə dərin yuxuya gedir. Çoxmilyonlu ölkənin bel sütununu sındıran rəhbər özünün can ağrılarını birtəhər sağaltmalıdır axı.

Baklanovun daxil olduğu xüsusi xilas komitəsi paytaxta dönərək,səhəri diri gözlü açırlar və 19 avqustda əlləri-dizləri əsən kiçik bir heyətlə Leninin qurduğu dövlətin yerə qoyulmuş cəsədinə süni nəfəs vermək məqsədi ilə kürsüyə qalxırlar. İnqilab əksinqilaba qarışır və edam kötüyü Robespyerin öz başını tələb edən kütlələrin qarşısına diyirlənir..

Hadisələrin sonrakı inkişafı hamınıza bəllidir.4 günlük ev dustaqlığıından və “mənəvi iztirabları”ndan azad olan rəhbər paytaxta dönərək,ona xəyanət edən sonuncu sadiq kommunistlərdən canını qurtarır və yalın ayaqda səndələyən Rusiya imperiyasını alkaş Yeltsinə təhvil verərək,səhnəni tərk edir”¦
Baklanov ölümündən qabaq sanki özü məhkəmə quraraq,keçmiş rəhbərindən intiqamını almağa hazır idi.O yarımçıq qalmış qiyamın qisasını özü ilə o dünyaya aparmaq istəmirdi.Ona görə də tez-tez Qorbaçovu duelə çağırmadıqlarına görə proqram müəlliflərinə iradını bildirirdi.

Əlbəttə,tarixin təkərini heç kəs geri döndərə bilməz.Lakin “qırmızı imperiya və ya xaqlar həbsxanası” adlandırılmasından asılı olmayaraq,70 yaşlı sovet-bolşevik hakimiyyətli son dərəcə acınacaqlı şəkildə tarixə qovuşurdu.O üzdən,bir çox xalqlar minillik azadlıq arzularını çin etsələr də,millətlərin qanlı savaşına səbəb olan Qorbaçovun gerçək simasını tanımağa dərin bir ehtiyac var.Kimisə cəllad kimi Nürnberq məhkəməsinə çıxarmaq mümkün deyilsə də,xalq öz keçmişini bilməyəndə gələcəyini qura bilmir.Məgər,indiki dünya düzəni həmin ssenarilərin təkrarı deyilmi?

Keçmiş sovet elitasının sağ qalan üzvlərini Qorbaçova qarşı səmimi nifrət birləşdirir.Çünki satqınlıq və riyakarlıq məhkəmələrin bəraətini alsa da,xalq onları bağışlamır.

Tarix iki dəfə təkrar olunur,deyirlər:biri faciə,digəri komediya şəklində..

Ona görə 19 avqust 1991-ci ilin dövlət çevrilişi cəhdini ekranlara daşıyanda bir tərəfdə meydanlarda xaotik şəkildə şütüyən kütlələri və zirehli tankları nümayiş etdirirlər,o biri yanda isə Böyük Teatrda səhnəyə qoyulan “Qu gölü” baletinin həzin melodiyasını..

Millətlərin taleyi bax beləcə iki müstəvidə,lakin vahid quruluşda davam edir. Məgər, pərdənin arxasındakılar təkcə aktyorlardır?
Oxşar xəbərlər
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:43, Bu gün
İranda zəlzələ olub
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb