"Elçilik" - Hekayə
Oxunub: 2250
10 Aug 2017 | 06:11

Nicatgilin  yaşadığı  bina Mərkəzi univermağın yaxınlığında, yolun kənarında  yerləşirdi. O,  həftənin  beş gününü  ofislərində çalışar,  qalan iki gününü isə  evdə  olardı. Anası  Nərgiz  xala  onu  hey danlayardı  ki, a bala,  bəsdir, evdə oturub  dizlərini qucaqladın, çıx  bir az da şəhəri dolan, gör, nə var - nə yox, xeyri olmazdı. Dostlarının təkidi ilə ildə bir-iki dəfə bulvara və ya  kinoya gedərdi, ya getməzdi. Nicat  gündüzlər  evdə olanda çox vaxt  pəncərə qarşısında oturub  yoldan  ötən  adamların  yerişlərinə,  geyimlərinə, sifət quruluşlarına tamaşa edər, cəmiyyət  haqqında  düşüncələrə dalardı.

Nərgiz  xalanın  ürəyində  tək bircə arzusu var idi; yaşı  otuzu adlayan oğlunu tezliklə evləndirib oğul-uşaq sahibi görmək və ömrünün qalan hissəsini nəvələrinə həsr etmək. Əslində Nadir müəllimin də istəyi elə bu idi. Ancaq o, aralarında müəyyən pərdə olduğu  üçün evlənməklə bağlı iradlarını oğluna  həyat yoldaşı  Nərgiz xanım vasitəsi ilə çatdırardı. Axırıncı dəfə  arvadına verdiyi göstəriş çox aydın  və qısa olmuşdur: “Onu başa sal ki, atan deyir, daha bəsdir!  Biz  də  yazığıq! Ona iki ay vaxt verərəm. Əgər bu müddət ərzində tərpənməsə, ürəyindən keçəni deməsə, onda məndən inciməsin. Gedib münasib qohumlardan birinin qapısını döyəcəyəm”. Nərgiz xala tez-tez Nicatın məhəllədəki dostlarından da xahiş edərdi ki, oğlunu dilə tutub  yola gətirsinlər. Həqiqətən onlar da davamlı olaraq Nicatla söhbətləşər, onu evlənməyə həvəsləndirərdilər. Özləri ailəli olduğundan evliliyin nə qədər mənalı, maraqlı və vacib olması haqqında söhbətlər aparar,  ciddi mülahizələr yürüdərdilər.

Nicatgilin  ofisi  proqramlaşdırma  üzrə  fəaliyyət göstərirdi. O, bəzən işlərini çatdıra bilməyəndə gəlib  davamı  ilə evdə məşğul olardı. Peşəsini  çox sevdiyindən Nicat saatlarla çalışsa da, yorğunluq nə olduğunu bilməz, yaxşı nəticələr  əldə  edəndə  isə  sevincindən az qala qanadlanıb uçardı. Bütün diqqətini mütaliəyə,  araşdırmalara  həsr etdiyindən, şəxsi həyatı yadına belə, düşməzdi. Yaşı artdığından  bir az da  çəkingən olmuşdu. Bilmirdi  ki, gənc qızlara necə yaxınlaşsın, sözünü necə desin. Sərt cavab almış olarsa, nə edəcəyini təsəvvürünə belə gətirə bilmirdi. Ancaq evlənməyin vacib olduğunu da  anlayırdı.

Həftənin  şənbə günü idi. Qonşuları  Oktayla  Hoqqa Hüsen qapılarını döyüb Nicatı səslədi. Nərgiz xala qapını açıb oğlunun dostlarını  görəndə çox sevindi:

-Xoş gəlmisiz, buyurun içəri.

-Sağ ol, Nərgiz xala. Keçmirik. İnteligent  evdədirmi? ”“ Hüsen soruşdu.

-Gəldim, gəldim, - deyə Nicat içəridən səsləndi.

Birlikdə  küçəyə  çıxıb  binanın  arxasında  piyada yolunun kənarındakı ağacın altında dayandırlar. Hüsen bir siqaret yandırıb damağına doydu. Evlənmək barədə əvvəlcə  Oktay danışmağa başladı:

-Nicat,  niyə  evlənmirsən? Hər  şeyin  bir  təhri var, qardaş. Yaşın  otuz beşi haqlayır.  Toy  elə,  biz  də bir  qol - qanad acaq.  Ã–zünə  yazığın  gəlmir, heç olmasa o anana, Nadir müəllimə yazığın gəlsin. Söz vermişdin ki, tezliklə bu problemi həll edəcəksən, bəs, nə oldu?

Nicat dillənmədi. Bu  dəfə söhbəti Hüsen davam etdirdi:

-Ə, peysər, niyə cavab vermirsən? Şəhərdə qız yoxdu? Sən öl, əgər evlənməsən, nənəmi gətirib ötürəcəyəm sizə. Hünərin var, evdən çıxart.

-Nicat,  bəlkə  bir  problemin  var, ona görə evlənmirsən? Bizdən gizlətmə, heç kimə demərik... ”“ bu dəfə Oktay maraqlandı.

-Yoox, Allah eləməsin... Bilirsən, Oktay, siz  dediniz, demədiniz - fərqi yoxdur. Mən başa düşürəm ki, bu işi yubatmaq olmaz. Atam da, anam da çox narahatdılar.  Artıq  səbrləri  çatmır,  qərar tuta bilmillər. Mən də  ki  səhər işə  yollanır,  axşam  da   evə qaydıram. O qızı hardan tapım? Tutaq ki, tapdım, bəs, onu tanımaq şərt deyilmi? Deyirsiz, gözüyumulu evlənim?!

-Bəs, iş yerində, qohumlar arasında tanıdığım biri yoxdumu? ”“ Hüsen soruşdu.

-İşdə yoxdur, hamısı gedib. Qaldı qohumlara, nə deyim, vallah... Məncə, yadla evlənmək daha yaxşıdır.

-Vaxtında  çox  dedik,  eşitmədin. Qızlar  elədilər də, gözünü açmamış uçub  gedillər. İndi sənin yaşına uyğun qız tapmaq da asan deyil. - Oktay bildirdi.

Bu vaxt Hüsen  piyada yolu ilə onlara tərəf gələn iki cavan qızı göstərib dedi:

-Bir  bax, Nicat. Gör, nə  qəşəng  qızlardı. Səliqəli, boyasız. Barmaqları da boşdur. Yəqin subaydılar. Bəlkə  Allah bunları sənin qismətinə çıxarıb? Hə, nə deyirsən, xoşuna gəldimi?

-Yaxşı, yaxşı, zarafatı burax.

-Nə zarafat, düz deyir də. - Oktay dilləndi. - Yaxınlaş də, səni yeməyəcəklər ki?

-Ciddi deyirsiz?

-Əlbəttə - Oktay dedi. - Kimliyini, zatını sonra öyrənərik.

Qızlar oğlanların yanından keçən kimi Nicat özünü ələ alıb onların ardınca yüyürdü. Qızlardan biri yaşıl, digəri qırmızı gödəkcədə idi. Özünü toparlayıb  yaşıl  gödəkcəli  qıza  yan  aldı.  Fikrini  cəmləyib  utana-utana  dedi:

-Bağışlayın,  mənə çox doğma gəldiniz, biz tanış deyildik?

-Bəlkə yuxuda görmüsüz? ”“ deyə yaşıl gödəkcəli qız  özünü itirmədən cavab verdi.

-Yox, mən ciddi deyirəm. Adım da Nicatdır.

-Xeyr, tanış deyilik, cavan oğlan.

-Əgər icazə versəydiniz tanış olardıq. Niyyətim pis deyil, xahiş edirəm mənə pis oğlan kimi baxmayasınız.

Bu vaxt qızlar gəlib univermağa çatdılar. Yaşıl gödəkcəli qız dedi:

-Nicat,  xahiş  edirəm  arxamızca gəlməyəsiz. Qohumlarımızdan görən olar, yaxşı düşməz.

-Baş üstə - deyib, Nicat içəri keçmədi. Bayırda bir kənara çəkilib səbrsizliklə qızların yolunu gözləməyə başladı.

Univermağa daxil olan kimi qırmızı gödəkcəli qız dedi:

-Ülkər, pis oğlana oxşamır. Səliqəli, qəşəng, tərbiyəli. Bəlkə  “həri”ni  verim, nə deyirsən?

-Boş-boş danışma. Nə bilirsən o, kimdir, nəcidir? Əgər yaraşıqlıdırsa, demək  yaxşı  oğlandır? Bir də  ki, bilmək olmaz.  hələ  onun  fikri,  niyyəti nədir. Bəlkə  bayıra çıxanda bizi heç tanımadı da.

-Elə şey olmaz, zarafat edirsən?

-Yox, zarafat eləmirəm, ciddi deyirəm. ”“ Bir az fikirləşib sonra əlavə etdi:

-Cəmilə, gəl, gödəkcələrimizi dəyişək, görək bizi səhv salmayacaq ki?

-Dəyişək, - deyə rəfiqəsi tez razılaşdı. 

Bir  küncə çəkilib üst geyimlərini dəyişdilər. Bəzi mallara nəzər yetirdikdən sonra özlərinə  əl gəzdirib aramlı addımlarla bayıra  çıxdılar. Nicat qapıdan  səkkiz-on  metr  aralı  ayaq üstdə dayanıb gözləyirdi. Qızları görən kimi tez onlara tərəf  yeridi.  Yaşıl gödəkcəli qıza yaxınlaşıb soruşdu:

-Hə, necə keçdi? Bir şey secə bildinizmi?

Qızlar  ikisi də birdən qəşş eləyib gülməyə başladılar.

-Niyə  gülürsünüz? ”“ Nicat özünü itirdi. ”“ Burda  gülməli nə var ki?

Cəmilə dedi:

-Qəşəng  oğlan,  ünvanı  səhv salmısız.  Biz içəridə olanda gödəkcələrimizi dəyişmişik. Bəs, siz kimə vurulduğunuzu  nə tez unutdunuz? Bundan sonra qız seçəndə  diqqətli olun. İndi isə, bay-bay, gedə bilərsiniz.

Nicat utandığından qulaqlarının dibinə kimi qızardı. Bilmədi nə etsin. Handan-hana özünə gəlib dedi:

-Siz  Allah,  bağışlayın,  məndə  günah  olmadı.  Hamısını  Hoqqa Hüsen elədi, o qızışdırdı. Siz Allah, bağışlayın, üzr istəyirəm.

Nicat  qızlardan  ayrılıb  evlərinə necə gəldi, hansı yolla gəldi özü də bilmədi.  Ürəyində  Hüseni  hədələyirdi: “Sən Hoqqa Hüsen ol, mən də  İnteligent  Nicat !  Görərsən  sənin başına nə oyun acıram”.

Anası  çay  gətirib. Nicatın qabağına qoydu.  Sonra  sağ  əli  ilə oğlunun başını sığallayıb dedi:

-Anan sənə qurban olsun! Atana nə deyim?  Bir qərara gələ bildinmi, oğlum?

Nicat gülümsəyərək  dedi:

-Gəldim, ana, gəldim. Xalam qızı Nahidə üçün elçi gedə bilərsiniz ”“ Sonra gözlərini tutqun səmaya zilləyib, verdiyi qərarla bağlı fikrə daldı.

 

Aləm  Kəngərli


Oxşar xəbərlər
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
GÜNLÜK
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...”