Sən kimsən, müəllim?
Köşə
Oxunub: 6498
06 Jun 2017 | 13:34
Sən kimsən, müəllim?

Bu günlərdə ölkənin gündəmini ağrılı bir məsələ təkrar zəbt etdi. Ötən ilin dekabrinda mətbuat yazmışdı: “Cənub bölgəsində müəllimlərin imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən ”“ öz ixtisasından 0 (sıfır) qiymət alıb”. Sonra isə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov xəbəri təkzib etmişdi:  “Diaqnostik qiymətləndirmədə iştirak edən 35 min müəllimdən heç birinin nəticəsi 0 bal olmayıb”.
Yarım ildən sonra məsələnin yenidən gündəmə gəlməsinin səbəbi nədir görəsən? Bəlkə ali məktəblərə qəbulla bağlıdı? Bəlkə kimsə bu işdə maraqlıdı? Ya bəlkə də sadəcə təhsilin ağrılarına dözə bilməyənlər gündəmi “silkələyiblər”. Bütün hallarda gerçəklikdən qaçmaq olmur. Həqiqət ört-basdır edilsə də nə zamansa oratya çıxıb  özünü göstərir.
Deyirlər ki, od yanmayan yerdən tüstü çıxmaz. Əgər  kənd müəllimlərinin diaqnostik qiymətləndirmədə  sıfır almaqları hələ də danışılırsa, deməli bu od elə-belə,  istisi az olan balaca ocaq deyil. Bu od acı tüstüsü göylərə ucalan  tonqaldı ki, onun da alovunda yanan millətin gələcəyidi. Gələcək sağalmaz yanıq yarası və tam sönməmiş, içində qor olan kül kimi indidən boy göstərir.
Hələ sovetlər dönəmindən  cənub bölgəsindən ali  təhsil dalınca Bakıya gedənlər çox az olurdu. Bu, Masallı, Lənkəran, Yardımlı, yaxud da Lerikdə  işləyən müəllimlərin günahi deyildi.  O bölgənin insanlarının yaşam tərzində oxumaq, ali təhsil  almaq o qədər  də önəm daşımırdı. Xüsusilə də qızların oxuyaraq cəmiyyətdə görünməsi,  fəaliyyəti ilə başqalarına nümunə olması ailələr üçün başucalığı sayılmırdı. 
Bu, indi də belədi. Zaman dəyişsə də beyinlər, düşüncələr yenilənməyib, əksinə bir az da geriyə sıçrayıb. Ona görə də həmin bölgədə işləyən müəllimlər şagirdə bilik vermək üçün öz üzərində çalışmır, öyrənmir, biliklərini artırmağa  həvəs  göstərmirlər. Müasir elmi-texniki tərəqqinin,  internet və kompüter biliklərinin cəmiyyətdə rolunu görmürlər, ya da görmək istəmirlər. Bu səbəbdən də 300 müəllimin öz fənnindən yalan-doğru sıfır alması gözləniləndi.  Gözlənilən olduğu  qədər də faciədi.
Əvvəllər ali məktəblərə daxil olan abituriyentlərin  az qala  yarıdan çoxu, bəlkə də 80 faizi rayon məktəblərində,  ucqar kəndlərdə təhsil alan şagirdlər olurdu.  Xüsusilə də Azərbaycanın qərb bölgəsindən gələnlər bilik və bacarıqları ilə  hamını arxada qoyurdular. Kənd məktəblərində oxuyan həmin  şagirdlər  sonradan ali məktəblərdə də yüksək göstəricilərlə fərqlənirdilər. Bu, ona görə belə idi ki, kənd  müəllimləri güclü və savadlı idilər.  Şagirdlərə maksimum bilik verirdilər. Sənətlərini sevir, müəllim peşəsinin şərəfini hər şeydən üstün tuturdular.
Amma indi vəziyyət başqadı. Sanki şəhərlə kənd yerini dəyişib. Doğrudu  600-700 bal  toplayan  abituriyentlər  arasında rayon məktəbliləri də var, amma şəhərdəki özəl məktəblərdə oxuyanlarla müqayisədə azdı. Bu o demək deyil ki, özəl məktəblərdə işləyənlər müəllim peşəsini, şagirdlərini  çox sevir,  kənddəkilər isə barmaqarası baxırlar. Bu faktordan öncə maddi maraq məsələsi var ki, o da bütün parametrləri qabaqlayır. Özəl məktəblərdə işləyən müəllimlərin maaşı ilə  dövlət  məktəblərində çalışanların maaşı arasında 4-5  dəfə fərq var. Bu gün 200 manat maaş alan kənd müəllimindən 800-1000 manat əməkhaqqı alan özəl məktəb müəlliminin şagirdə göstərdiyi diqqət və qayğını tələb etmək olmur. Aylıq məvacibi yüksək olan müəllim heç bir kənar işlə məşğul olmur, bütün gücü ilə şagirdə bilik verməyə çalışır. Aldığı maaş bir aylıq kommunal xərcləri ödəməyə çatan digər müəllimin isə fikri-zikri məişət qayğılarında olur. Onu da danmaq olmaz ki, kənd müəllimlərinin çoxu bütün naqisliklərə baxmayaraq peşəsinə vicdanla yanaşır.
Mənim doğulduğum kənd Azərbaycanın qərbində yerləşir. Əvvəldə dediyim kimi bir zamanlar tək bizim kənd məktəbindən ildə 100-120 şagird ali məktəbə qəbul olurdu. Amma indi bu  rəqəm  10-15 dəfə azalıb. XXI əsrdi, hər problemi cibində gəzdirdiyin telefonla bir neçə dəqiqəyə həll etmək mümkündü. Valideynlər istədiyi zaman  Avropanı, Asiyanı gəzir, okeanın o tayina keçib Amerika qitəsinə səyahət edir, amma övladları məktəbdə bilik əldə edə bilmirlər. Səbəb nədi?  Məsələ ondadır ki, bu gün kənd müəllimlərinin vəziyyəti çox ağrılıdı. Maaşı ailəsini dolandırmağa  bəs etmir. Hər gün artan tələbat ailə  büdcəsinin “qanını işir”.
 Ona görə də müəllim səhər məktəbə gedir, günorta əkin-biçinlə məşğul olur, axşam mal-qara, qoyun-quzu fermalarında gecələyir, bazar günlərində isə bazarda alverlə məşğul olur. Dərsdən sonra taksi xidməti göstərən müəllim də var ki, onu  məktəbdə dərs dediyi məktəbli maraqlandırmır,  arxa oturacaqda oturub qonşu kəndə gedən şagirdinə müştərisi kimi baxır. “Oxuyur oxusun, oxumur da özü bilsin” şüarı öyrətmənlikdən çox fəhləlik edən kənd müəlliminin dilinin əzbəri olub. 
Deputat Hadi Rəcəbli iki il əvvəl  “müəllim dərsdən sonra getsin fəhləlik etsin” təklifini boş-boşuna etməmişdi. O, kənd müəllimlərinin vəziyyətindən çıxış edərək fikir bildirmişdi. Belə olan halda müəllimin diaqnostik  qiymətləndirmədən  sıfır alması təbiidi. Müəllimin qabarlı əlləri  qələm tuta bilmir. Halbuki müəllim əlinin yox, zehninin, beyinin qabarı ilə çörək qazanmalıdı. Müəllimin əlində, çiynində, çantasında kitab olmalıdı. Müəllim bunları bel, yaba, balta ilə əvəzləyəndə hər şey tərsinə çevrilir.
 Kənd yerində yaşayan müəllim  təbii ki, həyətyanı torpaq sahəsində çalışmalıdı. Bu, onun  hobbisi olmalıdı. Bu ona ağır zehni əməkdən sonra bir qədər  fiziki işlə məşğul olub dincəlmək effekti üçün lazımdı. Biz belə görmüşük. Biz gözümüzü açıb müəllimi MÜƏLLİM kimi görüb, MÜƏLLİM kimi dərk etmişik. Amma bu günün şagirdi bilmir ki, sinifdə ona 45 dəqiqə dərs deyən adam müəllimdi, yoxsa dünən varlı qonşularının beş hektarlıq əkin sahəsini şumlayan əkinçidi? Onu  yazı yazmaq üçün lövhəyə çağıran, gözlərindən yuxu tökülən bu gözəl-göyçək qadın müəllimdi, yoxsa parta yoldaşının 3 aylıq qardaşına gecələr dayəlik edən  qulluqçudu?...Və beləcə şagird dilemma qarşısında qalır: ondan dərs soruşan adam kimdi?
Əslində insanın beynini deşən,  ürəyini əzabla yükləyən,  hiss və duyğularına işgəncə verən bu sual kənd müəlliminin taleyində sıfıra bərabərdi. Çünki beş il universitet oxuyub aldığı  diplomu gərəksiz bir əşya kimi vecsizcəsinə ot tayasından,  pamidor yeşiyindən, kartof kisəsindən aşağıda tutan, müəllim adını tozun-torpağın  içində itirib-batıran adam  indi  zəmanənin böyük bir sualına dönüb: sən kimsən, müəllim? Cavab yoxdu.
Və beləcə cavabsız suala dönən müəllim diaqnostik qiymətləndirmədə çox sadə suallara cavab verə bilmir, sıfır alır...

Oxşar xəbərlər
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Avropa çempionu olan həmyerlimizə mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb