Türkiyə nədən hədəfdə?
Oxunub: 3236
10 Oct 2016 | 23:30
Türkiyə nədən hədəfdə?
Yaxın Şərqdə baş verən hadisələrin arxa planını, Mosul məsələsini, Türkiyənin nədən atəş altına alındığını, təmsili savaşların məntiqini, qüvvələr düzümünü anlaya bilmək üçün Moğol işğalından sonrakı dövrdə dinlər, mədəniyyətlər coğrafiyası Ortadoğunun yaşadıği ən böyük fəlakət olan Birinci Dünya müharibəsinə, onun nəticələrinə İslam dünyasının son siyasi birliyini təmsil edən Osmanlının parçalanmasına gedən yola hökmən nəzər yetirməliyik. Çünki bu gün üzərində yeni paylaşım savaşlarının, imperial oyunların həyata keçirildiyi dövlətlər, bölgənin etno-demografiq reallıqlarından uzaq süni şəkildə çizilmiş olan sərhədlər o gündən planlanmış bir müstəmləkə proyektinin, İslam dünyasına yönələn sonuncu və ən təhlükəli xaçlı yürüyüşünün gətirdiyi bir nəticə idi.
Artıq heç kəsə sirr deyil ki, bir əsrdir əməliyyat masasına yatırılan bütövlükdə İslam dünyasıdır. Xaçlı zehniyəti nə Azərbaycandan Anadoluya və oradan da Avropanın içlərinə, yəni Balkanlara uzanan nəhəng bir coğrafiyanın türkləşdirilib islamlaşdırılmasını, nə İstanbulun fəthini, nə də bu günə qədər tam dönüşdürə bilmədikləri, öz siyasi-demografiq-mədəni varlıqlarına təhlükə , alternativ olaraq gördükləri, kökünü qaza bilmədikləri İslam mədəniyətinin varlığını unutdu. İstanbulu hələ də xristiyanlığın mərkəzi Konstantinopol, Bakını hz.isanın ilk havarilərinin qutsal məkanı Albonopol olaraq görən bir anlayışın varlığını, xərçəng kimi hər tərəfi saran gücünü inkar etmək mümkündürmü? Bizə yönəlmiş saldırılar artdiqca zehinlərimizi işğal edən, gündəmimizi müəyənləşdirən, mədəni zənginliyimiz olan fərqliliklərimizi parçalanmaya dönüşdürməyi hədəfləyən qavramlar, arayışlar,alqılar da artdı. Bizi qəflət yuxusuna yatıraraq sosio-mədəni , dini kodlarımızı dəyişdirib dönüşdürməyə yönəlmiş bu dərin proyektləri başqa bir yazımıza saxlayaraq ana xətləriylə, xronologiya bilgiləriylə sizi yormadan Birinci Dünya müharibəsində əməliyyat masasına yatırılan Osmanlı coğrafiyasına, ərəb dünyasının içinə düşdüyü acı durumun köklərinə dönmək istəyirəm.  
Bir zamanlar Osmanlı idarəsi altında olan bu günkü Bolqarıstan, Yunanıstan, Macarıstan, Rumıniya , Serbiya kimi xristian ölkələri Macarıstanın Habsburq xanədanına tərk edilməsi ilə nəticələnən Karlofça anlaşmasından bu yana Rusiya, İngiltərə, Fransa və Almaniyanın təhrik və təşkilatlandırması ilə Osmanıya üsyan etdi, Balkan savaşı və ardınca da Birinci Dünya müharibəsi ilə birlikdə imperial həlqə daralaraq, müsəlmanların yaşadığı coğrafiyaları da dövrələdi. Avropadan əsən rüzgarların təsiriylə başda ərəblər olmaqla türk olmayan təşkilatlanmış müsəlman toplumların çoxu tərəddüt, xəta və xəyanətin içinə düşdükdən sonra ümmət coğrafiyasını qorumaq üçün cəbhələrdən-cəbhələrə can atan türklər hərb meydanlarında tək qaldılar. Hardasa iki əsr boyunca heç bitməyən müharibələrdə türk milləti qəhrəmanca savaşdı, şəhid qanları ilə o torpaqları sulayaraq Osmanlını ayaq üstə tutmağa çalışdı, ancaq olmadı. İngiliz ağlı Osmanlı torpaqlarında çoxdan fitnə toxumlarını cücərtmiş, Fransızlar milliyətçilik fikirini hər yerdə yaymış, yeraltı sərvətləriylə də zəngin olan dünyanın bu strateji coğrafiyasında hakimiyət qurmaq üçün planlar hazırlanmışdı. 1882 də Misiri yerli elita ilə əməkdaşlıq şəraitində qeyri-müəyyən müddətə işğal edən ingilizlər, Səudi xanədanına da çoxdan yatırımlar qoymuş, Məkkənin hakimi Haşimilər nəslinin təmsilçisi Şərif Hüseynə isə Birləşmiş Ərəb dövlətini vəd edərək Hicazda Osmanlı ordusunun qarşısına çıxartmışdı.

Ərəb elitası “parçala hökm sür” siyasətini oynanan tamaşanın tamamını görmədən, parçalanan Osmanlıdan öz hissələrinə düşəni almaq ümidi ilə səflərini Osmanlının qorunmasından, müsəlman türk qardaşlarından yana yox, şirin vədlərinə aldandıqları İngiliz-fransız ittifaqından yana müəyyənləşdirdilər. .Ancaq çox keçmədən də buna görə peşman oldular. Şərif Hüseyinin oğlu Faysal fransızlarla bərabər hərəkət edərək Şamı ələ keçirdi, gizli ingiliz-fransız sykes picot anlaşmasına zidd olaraq orada onlara vəd olunan Birləşmiş Ərəb Krallığını elan edincə, fransızlar hərəkətə keçdi və cəmi dörd ay sonra hücum edərək Faysalın ordusunu darmadağın etdi , özünü də Şamdan qovdu. 
Əlbəttə ki, “parçala və hökm sür” prinsipini özünün əsas siyasətinə çevirən ingiliz və fransızlar Umman dənizindən Atlantik okeanına, Aralıq dənizindən Hind okeanına uzanan bir strateji coğrafiyada birləşmiş, güclü bir ərəb dövlətinin qurulmasına imkan verə bilməzdilər və vermədilər də.Osmanlı idarəsi altında olan torpaqlarda, nə az nə çox, 22 ərəb dövləti meydana gətirdilər. Üstəlik, Balfour bəyənnaməsi deyilən İngiltərə Xarici İşlər Nazirinin qələmə aldığı dünya Siyonist hərəkatının liderlərindən olan Rotşildə ünvanlanan rəsmi bir sənədlə də Yaxın Şərqdə musəvi bir dövlətin qurulmasına tam dəstək verərək, ərəb dünyasını İsrail təhdidilə bir az daha özlərinə möhtac hala gətirdilər. Ərəb coğrafiyasında bu hadisələr cərəyan edərkən, Anadolu türklüyü də Hicazdan, Şamdan, Bağdaddan əlini üzmuş, heç olmasa Misak-ı Milli adlanan bugünkü Mosul-Kərkük bölgəsinin də daxil olduğu milli sərhədlərindən düşməni çıxartmaq üçün möhtəşəm bir dirənişə, Qurtuluş savaşına başlamışdı. İki əsirdir cəbhələrdən-cəbhələrə keçərək savaşan türk milləti Mustafa Kamal paşanın rəhbərliyi altında o məhdud imkanlarla işğalçı dövlətlərə qarşı dirənərək, düşməni əsasən məğlub etmiş və Lozannada sülh danışıqları masasına oturmuşdu. 
Lozann çox çətin danışıqlar prosesi idi. Türkiyə həm Misak-ı Milli sərhədlərindən güzəşt etmək istəmir, həm də artıq yeni bir savaşı aparmağa gücü, imkanı qalmadığı üçün sülh danışıqlarının müsbət nəticələnməsini istəyirdi. İnönünün Ankaraya göndərmiş olduğu şifrəli teleqramların şifrəsinin ingilizlər tərəfindən çözüldüyü və danışıqlar prosesində ona görə mövqe müəyyənləşdirdikləri, Lozan anlaşması imzalanandan bir il sonra şərtli olaraq xilafət Türkiyə Böyük Millət Məclisi tərəfindən ləğv edildikdən sonra İngiltərənin bu anlaşmanı parlamentində təsdiq etdiyi yönündəki iddiaları nəzərə almasaq, Lozannadan qismən Türkiyənin istədiyi bir nəticə çıxdı, uzun bir mübarizənin bir mərhələsi yekunlaşmış, ancaq bu mübarizə bitməmişdi, imkanların əl verdiyi ölçülər içində mümkün olan əldə edilmiş,ən əsası isə müstəqil Türkiyə dövləti qurulmuşdu. Atatürkün gizli vəsiyyətinin mövcudluğu , Lozannayla alınmayan Xatay bölgəsinin daha sonra alınması, hələ də açıq qalan Musul məsələsi və bu gün baş verənlər də qurtuluş savaşından başlayan o prosesin bitmədiyini zamana və şərtlərə görə Türkiyənin mübarizəsinə davam etdiyini göstərir.
Mosul-Kərkük məsələsi kimi İslam dünyasının gələcəyi baxımından xilafət və birlik müzakirələrinin də yenidən aktuallaşaraq, gündəmimizi məşğul etməsi labüddür. Bu gün Türkiyəyə qarşı davam edən post-modern xaçlı yürüyüşlərinə, qurulmaq istənən, Türkiyə ilə ərəb dünyasının bağını qoparmağı hədəfləyən kürt dövləti məsələsinə, ərəb dünyasında gedən proseslərə bu tarix perspektivindən baxmaqda fayda var. Dünən ərəblərin içindən elitanı ələ aldılar bu gün də kürdləri eyni oyuna gətirmək istəyirlər. . Dünəndən bu günə fiqurlar, şərtlər dəyişib, ancaq oyun və hədəf dəyişməyib.
Oxşar xəbərlər
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb