Dad yarımçıq əlindən!
Oxunub: 5728
10 Feb 2016 | 14:12
Dad yarımçıq əlindən!
Belə bir məsəl var, dad yarımçıq əlindən. Mənə elə gəlir ki, bizim sorunlarımızın kökündə bu yarımçığlıq durur. Bütün işlərimiz yarı-yarımçığdır. İşlərimiz ona görə yarımçığdır ki, iş tapşırılan adamlarımız-mütəxəssislərimiz, kadırlarımız yarımçığdır. Bir sözlə nə liderlərimizdə yetkinlik var, nə siyasətçilərimizdə, nə iş adamlarımızda bütövlük var, nə işçimizdə, nə dindarımız normal mömünlik edir, nə solçumuz normal solçuluq, nə alimimizdə alimlik keyfiyyəti var, nə jurnalistlərimizdə jurnalistlik keyfiyyəti. Bəlkə də mənim yarımçığlıqla bağlı dediyim sözlərlə çoxları razılaşmayacaq. Amma nə yazıq ki, o adamlar biraz diqqət etsələr görəllər ki, mənim dediklərim həqiqətə uyğundur.
Bu gün Türkmənçay müqaviləsinin-Azərbaycanın ikiyə bölünməsinin 188-ci ili tamam olur. Məncə bəlalarımızın kökü 1813-cü ildə qoyuldu. 1813-cü ildə Qacar dövləti ilə çar Rusiyasının savaşında ruslar qalib gəldi və Azərbaycan bölündü. Bu parçlanmanın, bu yarımçığlığın ağırlığını görən Fətəli şah Qacar bölünməyə son qoymaq, bütövlüyü əldə etmək üçün ruslarla təkrar savaşa girdi və savaş 1828-ci il fevral ayının 10-da Türkmənçay kəndində bağlanan razılaşma ilə nəticələndi. Yurdumuzun, vətənimizin bölünməsi ilə yaranan yarımçığlıq bütün həyatımıza, bütün ruhumuza işlədi. Nə iş görmək istədiksə yarımçıq qaldı, hansı işi başladıq başa çatdıra bilmədik. Yurdumuz kimi millətimiz, dövlətimiz, insanımız da darmadağın, yarı-yarımçıqdır. O gündən özümüzə gələ bilmir, gücümüzü toplayıb bu yarımçığlıq bəlasından, sıxıntısından qurtara bilmirik. İşə bax ki, Əbülfəz Elçibəy Azərbaycanın bütövləşməsinin vacibliyini dedi bəzi siyasətçilər, alimlər, elm və ədəbiyyat adamları az qaldı onu daş-qalaq etsin, dövlətin başçısı deyir mən 50 milyonun dövlət başçısıyam, amma bu dövlətin parlamenti qəbul etdiyi qanunlarla, hökuməti qəbul etdiyi qərarlarla, həmin prezidentin təyin etdiyi məmurlar yaramazlığı ilə bu 50 milyonun Təbrizdə, Borçalıda, Dərbənddə və Avropanın çeşidli ölkələrində yaşayan fərdlərinə öz doğma yurdunda-Azərbaycan Respublikası ərazisində yaşamaq haqqı vermir. Təbrizli, Urmiyalı, Zəncanlı, Ərdəbilli gəlib Qarabağ mənim vətənimdi deyib vuruşur, şəhid olur, amma burda söz sahibi olanlar onları iranlı adlandırır.
Bu gün Türkmənçay müqaviləsinin bağlanmasından 188 il keçir. Tarixdə 188 il böyük müddət deyil. Amma nə yazıq ki, 188 il bundan qabaq olan bir olayı biz öz adı ilə adlandıra bilmir, düşmənlərimizin təsirinə düşərək, təbliğatına uyaraq bilərəkdən ya bilməyərəkdən ulusumuza və dövlətçiliyimizə düşmən olanların dəyirmanına su tökməklə ulusumuzun məhvinə xidmət edirik. Bu gün səhər tezdən telekanllardan birində bu müqavilə ilə bağlı verilən məlumatda deyildi ki, “İran və Rusiya arasında bağlanan Türkmənçay müqaviləsi ilə Azərbaycan ikiyə bölünüb”. Düşündüm ki, bu jurnalist ciddi yanlışa yol verməklə tariximizin saxtalaşdırılmasına və bu saxtalaşdırılmanın təbliğinə xidmət edir. Amma bu da danılmaz həqiqətdi ki, bu təkcə bir jurnalisin günahı deyil, bütün tarixçilərin, ədəbiyyatçıların, elm, mədəniyyət və incəsənət adamlarının, siyasətçilərin, dövlət xadimlərinin və jurnalistlərin günahıdı. Nə yazıq ki, əhalinin oxuya biləcəyi bütün tarix kitablarında , kütləvi informasiya vasitələrində bu belə gedib. Dərd burasındadı ki, rus, ya fars uşağı olanlar, savadsız və qorxaq tarixçi, ədəbiyyatçı, elm adamı, siyasətçi və dövlət xadimləri cəhənnəm, ağllı, savadlı, vətənsevər olanlar da nəinki bu yanlışın düzəldilməsinə cəhd eləmir, əksinə axına düşüb gedir. Hətta bu axına çox sevilən, vətənsevərliyinə, millətçiliynə heç bir şübhə olmayan rəhmətlik Bəxtiyar Vahabzadə kimi aydınlar da düşdü. Tarix kitablarından, yazılan elmi, bədi və publisist yazılardan belə aydın olur ki, Azərbaycanın parçalanmasına səbəb olan 1813-cü ildəki Gülüstan və 1828-ci ildəki Türkmənçay müqavilələri çar Rusiya ilə İran dövləti arasında bağlanıb. Çox maraqlıdı, görən bu müqavilələr bağlanan zaman İran adlı dövlətin olmadığını bilməyən tarixçi varmı? Hansısa tarixçi çıxıb deyə bilərmi ki, həmin dövrdə İran adlı dövlət var idi və başçısı, hökümdarı filankəs, sərhəddi isə belə idi? Məncə kimsə bu iddiada olmaz və olammaz. Olmaz ona görə ki, tarixdə İran sözü siyasi anlamda iyirminci yüzildə işlənməyə başlayıb. Olammaz ona görə ki, iyirminci yüzilə qədər şərqdə demək olar ki, bütün dövlətlər ya dövlətin idarəetmə üsusluna uyğun, ya qurucusu olan şəxsin, ya da tayfanın adı ilə adlandırılıb. Bunu tarixə baxdıqda aydın görürük (Əməvilər, Abbasilər, Osmanlı, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar, Moğol, Hülakilər, Teymurilər və s.).  Bu müqavilələr bağlanan dövrdə isə nəinki İran adlı dövlət yox idi, hətta indi fars şovinizminin İran adı ilə iddia etdiyi bütün torpaqlar 700 ilə yaxın idi ki, müxtəlif türk tayfalarının qurduğu dövlətlər (Eldəgizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar) tərəfindən idarə olunurdu. Bu müqavilələr bağlanan dövdə isə indiki İran ərazisi Qacar dövlətinin tərkibində idi. Onda bu dövrdə İran adlı dövlət yox idisə necə ola bilərdi ki, müqavilə İran dövləti ilə çar Rusiyası arasında bağlansın. Deməli müqavilə İran dövləti ilə çar Rusiyası arasında bağlanmayıb. Həqiqət budur ki, çar Rusiyası Nadir şah Əfşarın qorxusundan döyüşsüz çıxdığı çox müham strateji əhəmiyyətə malik Qafqaza və Azərbaycanın qüzey torpaqlarına qayıtmağa çalışırdı. Həmin dövrdə də bu ərazilərdə Türk tayfalarının birliyi ilə qurulan Qacar dövləti buna imkan vermirdi. Bu səbəbdən baş verən savaşda çar Rusiyası qalib gəldi və Qacar dövlətinin böyük bir hissəsini-Azərbaycanın qüzey hissəsini işğal etdi. Bu işğalla barışmağa məcbur olan Qacar dövləti çar Rusiyası ilə müqavilə bağlamalı oldu. Bu bir həqiqətdir ki, çağdaş İran rejimi, fars şovinizmi bizim tariximizi, mədəniyyətimizi öz adına çıxmağa çalışır, özünüküləşdirmək istəyir. Eyni zamanda bu da danılmazdır ki, istər çar Rusiyası, istər sovet Rusiyası və istərsə də çağdaş Rus dövləti hər zaman imperiya siyasəti güdüb və bizim bağımsızlığımızla razılaşmayıb. Belə olan vəziyyətdə həm çar Rusiyasına, həm də indiki İran dövlətinə sərf edir ki, müqavilənin Qacar dövləti ilə çar Rusiyası arasında bağlandığı yox, (çünki bu zaman Rusiyanın bizə deyildiyi kimi xoşbəxtlik gətirdiyi deyil, bizim torpaqlarımızı işğal etdiyi, vətənimizin güney hissəsinin isə indiki İran rejimi tərəfindən işğalda saxlandığı və istismar olunduğu ortaya çıxır) İran dövləti ilə çar Rusiyası arasında bağlandığı qəbul edilsin. İndi yenə bir çox yarımçığ alim, siyasətçi, ya da yazı-pozu adamı  deyəcəy ki, müqavilə mətnində Rusiya imperiyası ilə İran dövləti arasında bağlandığı yazılıb. O zaman mən də o yarımçığlara bu başdan deyirəm ki, sən o müqavilənin əslini harda görmüsən? Sən yalnız sənə təqdim olunanı, sənin əlin çatanı görmüsən, yəqin ki, əslini heç vaxt görməyəssən də. 
Deməli bu birdəfəlik bilinməlidir ki, həm Gülüstan müqaviləsi, həm də Türkmənçay müqaviləs, işğalçı çar Rusiyası ilə öz dövlətimiz olan Qacar dövləti arasında bağlanıb. Müqavilənin yadlar-çar Rusiyası ilə İran dövləti arasında bağlandığını deyənlər bilərəkdən ya bilməyərəkdən bizə millətimizi yazıq, məzlum, bacarıqsız, başqalarının əlində oyuncaq kimi təqdim etməklə bizi millətimizin böyüklüyündən, dövlətçilik ənənəsindən yayındırmağa xidmət edir.
Oxşar xəbərlər
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:10, Bu gün
Ağdərədə sümük fraqmentləri aşkarlandı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...