Uşaqları məktəbdən qaçırdan kimdir: valideynlər, yoxsa...
Oxunub: 2608
05 Dec 2015 | 19:14
Uşaqları məktəbdən qaçırdan kimdir:  valideynlər, yoxsa...
Qonşumuzun oğlu XI sinifdə oxuyanda cəmi ikicə gün məktəbə getmişdi - bir dəfə dərs ilinin əvvəlində,  bir dəfə də “son zəng”də. Fərdi müəllimin verdiyi dərslərlə universitetə hazırlaşdığı üçün məktəbə vaxt ayıra bilmirdi. Amma sinif jurnalında adı gedirdi, gündəlik qiyməti də yazılırdı. Və buna görə məktəbin direktoruna 600 manat verməli idi. Dərs ilinin sonuna bir neçə ay qalmış direktor qiyməti 800 manata qaldırmışdı. Adı məktəbdə olub özləri fərdi müəllim yanında, hazırlıq kurslarında dərs alan uşaqların valideynlərini yığıb demişdilər ki, hansı valideyn 800 manat verməsə onun uşağı attestat almaya bilər. Hələ körpə ikən atasını itirən qonşu uşağın anası yalvar-yapış eləmişdi ki, 800 manat gücləri çatmır, 200 manatı onlara güzəşt eləsin. Amma bu xahiş-minnətdən sonra da direktor güzəştə getmədi, hamı kimi, atasız böyüyən uşaqdan da 800 manat aldı...

Məktəbdən yayınan şagirdin valideynlərinin 100 manat cərimə olunması barədə qanunvericiliyə dəyişiklik ediləcəyini eşidəndə bu hadisə yadıma düşdü. Atasız böyütdüyü oğlunu borc-xərclə fərdi hazırlıqda oxutduran ananın iztirabları, müəlliminin aylıq ödənişlərini vaxtlı-vaxtında çatdıra bilməyən uşağın sıxıntıları gözümün önünə gəldi. Yaxın münasibətlərimiz olduğu üçün hər şey bilirdim. Bilirdim ki, qonşunun oğlu daha yaxşı təhsil almaq, ali məktəbə daxil olmaq istəyirdi. 11 il oxuduğu məktəbə getməməsinin tək səbəbi də bu idi. O məktəbdən yayınmırdı, əksinə daha yaxşı təhsil almaq istəyirdi. Elə uşaqlarını təkbaşına böyüdən valideyni imkansız olsa belə, oğlunun yaxşı təhsil alması, ali məktəbə daxil ola bilməsi üçün hətta bacardıqlarından artıq çalışırdı. Yaxşı ki, uşağı universitetə daxil ola bildi. Yoxsa...

Azərbaycanda heç kəs təhsildən yayınmır, məktəbdən yayınır. Uşaq ki, böyüyüb VIII-IX sinfi bitirər-bitirməz məktəbdən qaçmağa başlayır. Onlar təhsildən qaçmır, əksinə, daha yaxşı təhsil almaq üçün yaxşı məktəb axtarır. Yaxşı, şagirdi təhsilin növbəti mərhələsinə hazırlaya bilən məktəb isə yoxdur! Məktəbdə verilən bilik şagirdi təhsilin növbəti mərhələsinə apara bilmir, uşaqlar məktəbdə aldığı təhsillə yox, repetitorun öyrətdiyi biliklə universitetə daxil olur. TQDK-nın keçirdiyi qəbul imtahanlarının nəticələri boyda böyük bir sübut ortadadır! Qəbul imtahanları zamanı orta bal göstəricilərindən yuxarı nəticə əldə edən bütün abituriyentlər ən azı 2 il repetitor yanına gedib. Qəbulda 250-300 və daha çox bal toplamış bircə nəfər abituriyent tapa bilərsinizmi ki, topladığı  biliyi 11 il oxuduğu məktəbdə əldə etmiş olsun? Əsla! Mümkün deyil!  Ona görə də valideynlər uşaqlarını məktəbdən ayırıb yaxşı təhsil dalınca göndərir. Hətta əlavə xərc bahasına olsa da. 

Bəs, onda parlamentdə orta məktəblərdəki gerçək durumu düzgün qiymətləndirə bilməyib yanlış düşüncədən doğan nəticəyə əsaslanan cərimə qanununu müdafiə edənlər kimlərdir? Ad çəkmək, məsələni fərdlərləşdirmək istəmirəm. Ancaq görünən odur ki, uşaqlarını məktəbdən yayındıran valideynlərin 100 manat məbləğində cərimələnməsini nəzərdə tutan qanunu əsas müdafiəçiləri məktəb və təhsil mühitindən uzaq, bu sahədəki vəziyyətdən bixəbər adamlardır. Bu qanunu hazırlayıb ortaya çıxaranların, şagirdin məktəbdən yayınmasına görə valideynlərdən  cərimə tutulmasının tərəfdarı kimi çıxış edən millət vəkillərinin məktəb, təhsil, tədris barədə anlayışları cəmiyyətdə şübhə yaradır. Onların fikirlərini dinlədikcə, mətbuatdakı çıxışlarını oxuduqca bu qanunun vacibliyini dönə-dönə təkrar edən deputatların məktəblə təhsili, təhsillə tədrisi bir-birində ayıra bilmədiyini məktəblə az-çox əlaqəsi olan hər kəsə bəlli olur. Cərimlələr tətbiq etməklə şagirdlərin məktəbə qayıdacağını düşünənlərin məktəblə, təhsillə və tədrislə bağlı düşüncələri o qədər yanlışdır ki, hətta “təhsil eksperti” adlandırdıqları professorların bu qərara tənqidi münasibətindən təəccübləniblər. Halbuki “təhsil eksperti” dedikləri həmin alimlər ömrünün 40-50 ilini elmə və təhsilə, məktəbə, pedaqoji fəaliyyətə, maarif işinə həsr ediblər, onlar məhz  məktəb, təhsil, pedaqoji fəaliyyətindəki nailiyyətlərinə görə alim olublar. Amma indi həmin professorların məktəb və təhsillə bağlı problemlərə münasibəti və fikri yanlış olur, bircə dəfə ictimai statusundan istifadə edib bir məktəbin qapısını açmayan, təhsil və məktəb mövzusunda bircə dənə məqalə yazmayan millət vəkillərinin doğru olmayan sözü və düşüncəsi həqiqət kimi təqdim olunur. Ən pisi isə odur ki, bu yanlış düşüncədən çıxan nəticə qanun halına salınır və hüquq qüvvəsinə alınır. 

Cərimələri, cəzaları daha yaxşı təhsil almaq arzusunda olan şagirdə, övladının gələcəyini yaxşı təhsil almaqda görən valideynə, ölkədə təhsilin bərbad vəziyyətdə olmasından əziyyət çəkən vətəndaşlara yönəltməyin, cənablar! Siz məktəb qurun, millətin vəkili statusundan istifadə edərək maarifçiliyə, məktəb quruculuğuna dəstək verin! Siz MƏKTƏB qursanız heç kəs əlavə xərc çəkib övladını repetitor yanına göndərməyəcək! MƏKTƏB qurun ki, övladlarımız təhsili ayrı-ayrı repetitor-müəllimlərin yox, dövlətin himayəsində olsun! 

Yanlış qərarlarla uşaqları məktəbdən qaçırmayın! Nə qədər ki, gec deyil, ləğv edin bu qərarı!
Oxşar xəbərlər
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
GÜNLÜK
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb