Hərbi hissə komandiri haqqında müdhiş cinayət iddiası...
Kriminal
Oxunub: 17089
09 Oct 2015 | 12:14
Hərbi hissə komandiri haqqında müdhiş cinayət iddiası...
Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsi, ev 7 ünvanda yaşayan fermer Əhmədov Etibar Söhbət oğlu Moderator.az vasitəsilə Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinə, Ombudsman Aparatı  rəhbərinə müraciət edib. 

Etibar Əhmədov iddia edir ki, əmlakları Milli Ordunun hərbi hissəsi tərəfindən qanunsuz olaraq məhv edilib, müxtəlif dövlət orqanlarına şikayət etsə də nəticəsi olmayıb.  

Şikayətçi məhz bu səbəbdən Azərbaycan vətəndaşlığından imtina etmək istədiyini bilidirib. 
 
Moderator.az fermerin müraciətini təqdim edir: 

"Mən, Etibar Əhmədov uzun müddətdir ki, ata-baba peşəmiz olan xırda buynuzlu heyvanların saxlanması və bəslənməsilə məşğul oluram. 2003-cü ildə Abşeron rayonun Pirəkeşkül qəsəbəsi ərazisində “Çərməməzar” adlı qış otlaq sahəsindən 100 hektar yerlə bağlı İH ilə 15 il müddətinə müqavilə bağlayaraq sahibkarlıqla məşğul oluram. (Hazırda həmin ərazi Xızı rayonun inzibati ərazisinə daxil olmuşdur.) Ərazidə uzunluğu 35mX6m ölçüləri olan qoyun ferması və 5 ədəd 1 və 2 otaqdan ibarət çobanların yaşaması üçün evlər tikib istifadə edirdim. 
    
03 oktyabr 2010-cu ildə saat 16-17 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus ZİL 131 markalı avtomobillərlə gələn 20-25 nəfər həbçi mənə məxsus qış otlaq sahəmə (çobanların evdə olmadığı vaxt) qanunsuz basqın edərək ferma və çoban evlərinin hamısını texnikanın köməyilə içərisində olan əşyalarla birlikdə darmadağın etmişlər. Xoşbəxtlikdən basqın zamanı evdə heç bir ailə üzvü olmamışdır. Apardığımız ilkin araşdırmadan məlum olmuşdur ki, mənə məxsus ferma və evlərin dağıdılamsı üçün N saylı hərbi hissənin komandiri olmuş polkovnik Hikmət Hüseyn oğlu Həsənov tərəfindən əmr verilmişdir. Halbuki bu ərazinin nə hərbi hissəyə, nə də hansısa təlim “poliqon”una aidiyyatı olmamışdır. Sifarişçi isə Salyan rayonundan olan fermer Sadayev Durəsən adı şəxsin olduğu bildirilmişdir. Bu fermer öhdəsində olan 100 baş iribuynuzlu, 2000 baş xırdabuynuzlu heyvanını otarması üçün yerli İcra hakimiyyətilə rəsmi müqaviləsi olmadığından mənim yerimə göz dikmiş və hərbi hissə komandiri vasitəsilə mənə məxsus ərazini dağıtmaqla ələ keçirmək niyyətində olmuşdur. Onun istintaqa verdiyi 23.09.2010-cu il tarixli ərizəsi bu faktı bir daha sübut edir. D.Sadayev öz mal-qarasını həmişə və elə indi də həmin ərazidə olan hərbi hissə və poliqonların ərazilərində otarmaqla məşğuldur. Əvvəllər general Rövşən Əkbərovun komandiri olduğu “yaşıl şəhərcik” ərazisindən istifadə etdiyi və beləliklə generalın sürücüsü ilə dostlaşdığı bildirilir. 
Şikayətimiz əsasında ərazi üzrə Xızı rayon Polis Şöbəsində araşdırma aparılmış və 30.12.2010-cu il tarixində aldıqları rüşvət hesabına cinayət işinin başlanmasının rədd edilməsi barədə əsassız qərardad qəbul edilmişdir. Mən törədilmiş cinayətlə bağlı yenidən yuxarı direktiv orqanlara şikayətlər etdim. Azərbaycan Respublikası Baş Prokurorluğun DİO-nın istintaq və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini cənab Elman Əliyevin 18.07.2013-cü il tarixli cavab məktubunda bir daha cinayət faktı təsdiq edilərək Xızı RPŞ-nin qəbul etdiyi əsassız 30.12.2010-cu il tarixli qərarı 22.05.2013-cü il tarixində ləğv edilərək material əlavə araşdırma aparılması üçün göstəriş verilmişdir. Material üzrə hərbi qulluqçu olan şəxslərin iştirak etməsi müəyyən olunduğundan aidiyyatı üzrə Hərbi prokurorluğa göndərilmişdir. İş materiallarının araşdırılması Sumqait şəhər Hərbi prokurorluğuna verilmişdir. İstintaqın gedişi zamanı hərbi hissə komandiri polkovnik H.H.Həsənov məni zərəçəkmiş tərəf kimi yanına çağıraraq dəymiş zərərin əvəzi kimi 25000 manat pul təklif etmişdir. (Pirəküşkül qəsəbəsi, “Avropa” kafesində, 877 saylı H/hissənin yanında) Mən razılaşmadım ki, axı Sumqait Hərbi prokurorunun müstəntiqinin iştirakı ilə dəymiş zərərin hesablanmasılə bağlı xüsusi komissiya 60-70000 AZN civarında ziyan olduğunu hesablamışlar. Təklif etdim ki, heç olmasa ziyanın yarısını ödəmək lazımdır ki, mən yenidən ferma və evləri inşa edə bilim. Razılaşma baş tutmamışdır. Və bundan sonra sanki istintaq dalana dirənmişdir. Mən vəziyyəti belə görüb əvvəlcə 30 may 2013-cü il tarixində  Prezident Administrasiyası rəhbərinin hərbi məsələlər üzrə müavini general Məhərrəm Əliyevin qəbulunda oldum. 2013-cü ilin oktyabrında Respublika Hərbi Prokuroru cənab Xanlar Vəliyevin qəbulunda oldum. Bundan sonra iki dəfə Hərbi Prokurorluğun istintaqa nəzarət şöbəsinin rəisi polkovnik Mahir Əliyevin qəbulunda oldum. 
    
Nəhayət, 27.02.2015-ci il tarixində Sumqayıt şəhər Hərbi prokuroru Rövşən Əfəndiyev məni yanına dəvət edərək bu məsələnin həll edilməsi üçün 5000 manat pul təklif etdi. Bu təklif 13 fevral 2015-ci il tarixində Baş Prokurorun qəbulunda olduqdan sonra baş vermişdir. Halbuki, Sumqayıt şəhər Hərbi Prokuroru özünün şəxsən imzaladığı 11.06.2014-cü il tarixli 001074 saylı Qərardadında şikayətimin təmin edilməməsi qərara alınmışdır.(Təbii ki, maddi maraqların təmin olunması  hesabına) Təbii ki, razılaşmadım. 
   
13 fevral 2015-ci il tarixində Cənab Baş prokuror Zakir Qaralovun Şamaxı şəhərində keçirdiyi səyyar qəbulunda oldum. Baş Prokuror məsələdən məlumatlı olduğunu və niyə bu vaxtadək problemin həll edilmədiyini soruşdu, yenidən köməkçisinə tapşırıqlar verdi. Söz verdi ki, prokuror Xanlar Vəliyevə ciddi tapşırıq verəcəkdir. 
   
08 iyul 2015-ci il tarixində Prezident Adminstrasiyasında Prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyevin qəbulunda oldum.O səmimi etiraf etdi ki, bu işdən ötürü mən Respublika Hərbi prokuroruna söz demək istəmirəm. 
  
Bütün bu rəsmi qəbulların nəticəsi olaraq  Hərbi Prokurorluqda Mahir Əliyevlə kabinetində  olan sonucu görüşdə o əsəbi halda üstümə hücum çəkərək niyə yenidən şikayət etdiyimə görə  məni yumuruqla vurmaq istədi. Yaxşı ki, yanımda tanışım Kamal kişi vardı və o Mahiri tutub saxladı. Sakitləşdikdən sonra o bildirdi ki, “... polkovnik Həsənov Hikmət cinayəti törədib. Amma nahaq edib. Neyləyə bilərik, indi ordumuzun belə zabitlərə ehtiyacı var. Bizdə hazırda hərbi kadr çatışmazlığıdır. Bu səbəbdən ona cəza verə bilmərik.” Beləliklə, 23 may 2014-cü il tarixli qərardadla  Sumqayıt Hərbi Prokuroluğunda cinayət işinin başlanmasının rədd edilməsi barədə saxta və əsassız qərardad qəbul etmiş  və sonradan Respublika Hərbi Prokurornun müavini səviyyəsində bu qərardad bu il bir daha təsdiq edilmişdir. 
   
Maraqlısı budur ki, qəbulunda olduğum bütün yüksək ranqlı dövlət məmurları hamısı eyni fikirdə olmuşlar və etiraf etmişlər ki, xoşagəlməz hal-cinayət faktı baş vermişdir. ( polkovnik Hikmət Həsənov da törətdiyi cinayətə görə mənə 25 min manat pul təklif etmişdi)
 
Mən, dövlət orqanı rəhbərlərilə görüşün mənasız olduğunu görüb 2014-cü ilin yazında “Bakı Press” qəzetinin baş redaktoru Novruz Qubadlıya müraciət etdim. O da hərbi hissə komandiri H.Həsnovla görüşüb müsahibə aldı. Komandir belə bir hadisənin olmasını təsdiq etdi və etiraf etdi ki, səhv iş görüb. Çalışarıq E.Əhmədovun təsərrüfatının bərpası üçün köməklik edək.” Amma nəticə olmadığından qəzetin 28 may 2014-cü il tarixli “N saylı hərbi hissədə özbaşnalıq cavabsız qalır”başlıqlı, “Müdafiə naziri Zakir Həsənov hara baxır?” yarımbaşlıqlı bir səhifəlik araşdırma məqalə dərc edilir. Amma nə fayda.

AR Hərbi Prokurorluğun istintaq nəzarət şöbəsinin rəisi Mahir Əliyevin 06 avqust 2015-ci il tarixli cavab məktubundan görünür ki, bizim 10.07.2014, 15.07.2014, 13.08.2014, 18.08.2014, 25.08.2014, 02.10.2014, 09.10.2014, 06.11.2014, 26.02. 2015, 21.05.2015, 22.06.2015 ”“ci il və digər tarixlərdə Respublika Hərbi Prokurorluğuna daxil olmuş müraciətlərimizə baxılmış və Sizə ətraflı cavab verilmişdir. Biz Sumqayıt Həbi Prokurorluğunun 23 .05.2014-cü il tarixli əsassız qərardadından şikayət versək də bu günədək cavab verilməmişdir.

Aldığımız son məlumata görə mənə məxsus əraziyə tabesində olan əsgərlər və texnikanı cəlb etməklə basqın törədərək əmlakımı dağıdaraq ağır cinayət törətmiş polkovnik Hikmət Həsənov  3-4 ay əvvəl general vəzifəsinə yüksələrək korpus komandiri təyin edilmişdir. 

Budur, Milli Ordumuzun texnika və şəxsi heyəti cəlb etməklə fermer təsərrüfatımı oktyabr ayında dağıtması nəticəsində 300-ə yaxın qoyun-quzu qışlaqda soyuqdan məhv olmuşdur. 5 ildir ki, mülkiyyətimə dəymiş ziyanla bağlı yüksək dövlət məmurlarının qapılarına ayaq döydüm. Nəticə olmadı. Və beləliklə mən hazırda tam müflis olmuşam. İndi ailəmi dolandırmaq iqtidarında deyiləm. Son ümid yeri kimi bu ilin avqustunda Cənab Ali Baş Komandana, Ombudsman Aparatına, MTN-ə,Müdafiə nazirinə, Baş Prokurorluğa, DİN-nə yazılı müraciətlər etdim. Faydası olmadı. Artıq bütün ümidlərim bitmişdir,  intihar həddinə gəlmişəm. Öncə şəxsi mülkiyyətimdən əsassız olaraq məhrum edildiyimə və bununla əlaqədar ölkəmizdə baş verən qanunsuzluqlara, süründürməçiliyə, məmur özbaşnalığına etiraz əlaməti olaraq Azərbaycan Vətəndaşlığından rəsmən imtina edirəm. 

Azərbaycanda fəaliyyət göstərən Norveç Krallığı Səfirliyindən xahiş edirəm, mənə və ailəmə adam kimi yaşamaq və bir parça çörək qazanmaq üçün təmsil etdikləri ölkələrdən birində sığınacaq versinlər. Əvvəlcədən minnətdarlığımı bildirirəm".
Oxşar xəbərlər
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 07:52
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
02 May 2024 | 08:16
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 07:52
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
02 May 2024 | 08:16
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik