Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı
Kriminal
415
10:28, Bu gün

Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı

Aprelin 13-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər