“İranda hərbi əməliyyatların bərpası ehtimalı daha böyükdür”
Ekskluziv
487
15:38, Bu gün

“İranda hərbi əməliyyatların bərpası ehtimalı daha böyükdür”

“İranda hərbi əməliyyatların bərpası ehtimalı daha böyükdür”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Politoloq qeyd edib ki, Tramp müharibədəki məğlubiyyətini etiraf etmək istəmir:

“Təbii ki, İranla ABŞ arasındakı iki həftəlik atəşkəsin uzunmüddətli sülhə çevrilməsi ehtimalı da var. Lakin indiki halda bu ehtimal elə də real görünmür. Məsələ burasındadır ki, ABŞ bu müharibədə faktiki məğlub olub. Öz məqsədlərinə çata bilməyib. Lakin Tramp bununla barışa bilmir. Daha doğrusu bu məğlubiyyəti xalqa etiraf etmək istəmir. Məhz buna görə də fərqli bəyanatlar səsləndirir, fərqli yanaşmalar ortaya qoyur. Lakin Tramp bir şeyi bilməlidir ki, əgər əməliyyatlar bərpa olunarsa, proseslər onun özünün hakimiyyətdən getməsi ilə nəticələnə bilər”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər