Eldar Mahmudovun baş "torbatikən"i ona qarşı ittiham aktını “bədii əsər”ə bənzətdi...
Kriminal
Oxunub: 9473
12 Oct 2021 | 18:30
Eldar Mahmudovun baş

Xəbər verildiyi kimi ötən gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-nin İstintaq İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyevin və onunla birlikdə ittiham olunanların işi üzrə məhkəmə prosesi başlayıb. Məhkəmə qapalı keçirilir, çünki Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov və işə baxan hakim Elbəy Allahverdiyev jurnalistlərin məhkəmə zalına buraxılmamasına göstəriş verib. (M.Şıxəliyevlə birlikdə ötən ilin dekabrında həbs edilmiş digər MTN generalı, nazirliyin Hərbi Əks Kəşfiyyat İdarəsinin rəisi olmuş Nizami Şirinovun məhkəməsi isə açıq keçirilir,-red.)

M.Şıxəliyevlə birlikdə müttəhimlər kürsüsündə onun idarəsində şöbə rəisi olmuş Vüsal Ələkbərov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov, idarənin rəis müavini Yasin Məmmədov dayanıblar. Lakin onlardan təkcə M.Şıxəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Şıxəliyev və digərləri sahibkarlardan, bankirlərdən və digər imkanlı şəxslərdən hədə-qorxu, təhdid, şantaj, işgəncə, qanunsuz azadlıqdan məhrum etmə yolu ilə milyonlarla dollar ələ keçirməkdə ittiham olunurlar. KİV-lərdə Şıxəliyevin bu pulları necə aldığına dair çoxsaylı təfərrüatlı epizodlar, şahid ifadələri yer alır.

Jurnalistlər zala buraxılmasa da AzadlıqRadiosunun prosesdə iştirak edənlərdən  əldə etdiyi məlumata görə, keçmiş MTN-çilərin işində zərərçəkmiş qismində tanınan 32 nəfərin bir çoxu həmin üç nəfərin də həbsini tələb edib. Onlar bu barədə vəsatətlər qaldırıblar.

“Həbs olunsunlar, onların azadlıqda qalması bizi qıcıqlandırır. Bizim pullarımızı qaytarsınlar…”, – zərərçəkmiş Qulam Bağırov belə deyib.

Başqa bir zərərçəkən Əfsər Həsənəliyev təqsirləndirilən Yasin Məmmədovun da həbsini tələb edib. Həmçinin, işin daha ətraflı araşdırılması, əlavə adamların da cinayət məsuliyyətinə cəlb olunması üçün prokurorluğa qaytarılmasını istəyib.

Zərərçəkənlər vaxtilə MTN-də onlardan hədə-qorxu ilə külli miqdarda pul alındığını bildirərək onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə mülki iddialar qaldırıblar. Məhkəmədə bu məsələ ilə əlaqədar fikir ayrılığı yaranıb. Hakim deyib ki, mülki iddiaların qaldırılması üçün rüsum ödənilməlidir. Zərərçəkənlərdən Nizami Kazımovun nümayəndəsi, vəkil Elçin Sadıqov isə etiraz edib. Vəkilin sözlərinə görə, bu, mülki qaydada məhkəmə prosesinin başlanmasına səbəb olan adi iddia deyil. Qanun da bunu fərqləndirir və cinayət nəticəsində dəymiş zərərin ödənilməsi tələbi ilə qaldırılan mülki iddia üçün rüsum ödənişi nəzərdə tutulmayıb.

“Ziyan mənə dəysin, pulum getsin, canım getsin, indi də yenidən pul ödəyim… Özümü təhqir olunmuş hiss eləyirəm. Mənim iddiam cinayət nəticəsində mənə vurulmuş ziyanla bağlıdır. Mütəşəkkil cinayətkar dəstə məni girov götürüb, balalarımı gözüyaşlı qoyub, məndən zorla pul alıb, haqqımı yeyiblər. Buna görə gedib rüsum ödəməyi özümə sıxışdırmıram”, – zərərçəkənlərdən prokurorluq işçisi olmuş Zaur Əliyev bildirib.

Təqsirləndirilən şəxslər özlərini günahkar saymadıqlarını vurğulayaraq mülki iddiaların icraata götürülməsinə etiraz ediblər. M.Şıxəliyevin vəkili onun “xidmətlərini, ali rütbə daşımasını” nəzərə alaraq məhkəmə zalındakı şüşə kabinədən çıxarılaraq zalda oturdulmasını istəyib, habelə onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Hakim isə bu istəklərin heç birini qəbul etməyib.

M.Şıxəliyevin pul yığanlarından olan Sahib Ələkbərov isə belə deyib: “Mən istintaqa çağırılanda xaricdə idim. Amma qorxmamışam, gəlmişəm. Azərbaycanın hətta həbsxana divarları da mənə doğmadır. Xahiş edirəm, mənim xidmətlərim nəzərə alınsın. Təkcə özümü demirəm, Mövlam Şıxəliyevin də həbsdən buraxılmasını xahiş edirəm”.

Onun bu cür çıxışı zərərçəkənləri qəzəbləndirib, zalda səs-küy yaranıb.  “Mənim xidmətimin milyonda biri bunlarda olmayıb. Nəhayət, İlham Əliyevin dəmir yumruğu bunların başına dəydi. Mən bunların ucbatından evsiz-eşiksizəm. Bunların bizim ailənin başına gətirdiklərinə görə yoldaşımın başı xarab oldu, qalıb ortalıqda. Üç uşağımın evi banklarda batdı, qalmışıq kirayələrdə…”, – onlardan biri deyib.

Hakim Elbəy Allahverdiyev zərərçəkmişə fikrini davam etdirməyə imkan verməyib. Deyib ki, aidiyyəti olmayan məsələlərdən danışır.

M.Şıxəliyev isə heç kimdən pul almadığını iddia edib (cinayət işinin materiallarına əsasən onun hədə-qorxu, təhdid, şantaj yolu ilə zərərçəkənlərdən aldığı məbləğ 15 milyon dollardan çoxdur,-red.), üstəlik ittiham aktını “bədii əsərə” bənzədib.

“Bu ittiham aktı fərziyyələrlə tərtib olunmuş bədii əsərə bənzəyir. Vüsal Ələkbərovun ittiham aktına mənim adımı əlavə edib yeni ittiham aktı hazırlayıblar. Burada oturanların biri də deyə bilməz ki, mənə pul verib”,-o bildirib.

Məhkəmə baxışı oktyabrın 26-na təyin edilib.

Qeyd: General Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı. Onlardan Şıxəliyev və Məmmədov şahid qismində də dindirilmişdirlər. Vüsal Ələkbərov isə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra şərti azadlığa buraxılmışdı. (virtualaz.org)

Oxşar xəbərlər
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:08, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
12:28, Bu gün
DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək
12:27, Bu gün
Anar Bağırov: "Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür"
12:24, Bu gün
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
12:22, Bu gün
İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışladı
12:18, Bu gün
Mehriban Əliyevanın Desislava Radeva ilə görüşü olub
12:15, Bu gün
Yerdə həyat belə yaranıb – Böyük sirr Qırmızı dənizin dibində açıldı
12:12, Bu gün
Bu məşhur dünya ulduzu əslən azərbaycanlı imiş
12:10, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
12:08, Bu gün
Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək
12:05, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb
12:03, Bu gün
Bakı ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək
11:58, Bu gün
İstanbul aeroportunda qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi - FOTO/VİDEO
11:55, Bu gün
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO
11:52, Bu gün
"Mənim üçün utanmaq hissi yoxdur" - FOTO
11:48, Bu gün
Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir
11:42, Bu gün
Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub
11:36, Bu gün
Üçüncü mikrorayon dairəsi yaxınlığında dəhşətli qəza: Üç maşın toqquşdu - VİDEO
GÜNLÜK
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib