Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı
İqtisadiyyat
259
15:11, Bu gün

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı

Azərbaycanın bu il aprelin 1-nə 4 milyard 689,3 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,1 %-i elə dollarda olub.
 
Moderator.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
 
Məlumata görə, borcun tərkibində avro 6,1 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,1 %, yapon yeni 3,1 %, digər valyutalar isə 1,6 % paya malik olub.
 
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,1 %-ni, sabit dərəcə ilə olanlar isə 50,9 %-ni təşkil edib.
 
Xarici dövlət borcunun 59,2 %-i 5 ilə qədər olan müddətdə, 35,4 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər