Xarici investisiyaları qeyri-neft sektoruna cəlb etməyin 11 yolu...
Oxunub: 10125
23 Apr 2014 | 09:36
Xarici investisiyaları qeyri-neft sektoruna cəlb etməyin 11 yolu...
Prezidentin 13 aprel müşavirəsində xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsi barədə verdiyi göstərişin reallaşmayacağı ehtimalı daha çoxdur. Çünki hamı bilir ki, indiki şərtlər daxilində və korrupsiyanın, məmur özbaşınalığının, inhisarçılığın tüğyan etdiyi bir ölkədə bunu etmək üçün təxirəsalınmaz qərarlar qəbulu lazımdır. Görəsən, nələri etmək lazımdır ki, xarici investorları Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa cəlb etmək mümkün olsun?
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Moderator.az-a açıqlamasında prezidentin müşavirədə hökumətə verdiyi tapşırıqların reallaşması üçün ilk növbədə görülməli olan işləri sadalayır:

“Bu il “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilib. Yeni proqrama əsasən, regionlardakı iqtisadi imkanların səfərbər edilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, investisiya qoyuluşunun artırılması, yeni müəssisələrin və iş yerlərinin açılması ilə bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.Bu, digər şərtlərlə yanaşı həm də  regionlarda həm daxili, həm də xarici sərmayədarların fəaliyyətinin genişləndirilməsi istiqamətində əlverişli şəraitin yaradılması tələb edir. Son 10 ildə Azərbaycan iqtisadiyyatına 156 milyard dollar məbləğində sərmayə qoyulub. Sön illər iqtisadiyyata qoyulan sərmayələrin struktur nisbətinin əsaslı surətdə dəyişməsi özünü daha qabarıq şəkildə göstərir.Əgər əvvəllər ölkə iqtisadiyyatına qoyulan sərmayələrin əksər hissəsi neft sektorna yönəldilirdisə və bu da daha çox xarici sərmayədən ibarət idisə, indi həmin nisbətlər tərsinə dövran etməyə başlayıb.Belə ki,əgər 2003-cü ildə Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin 78 faizə yaxını xarici, 22 faizi daxili sərmayənin payına düşürdüsə, 2013-cü ildə 22 milyard manat (28 milyard dollar) məbləğində sərmayə qoyuluşunun 62 faizi daxili, 38 faizə yaxını isə xarici sərmayə olub.Həmin sərmayənin 5,6 milyard manatı (7,2 milyard dollar) və ya 26 faizi neft-qaz sektoruna,16,3 milyard manatı(20,8 milyard dollar)və ya 74 faizi isə  iqtisadiyyatın qeyri neft sahələrinin və maliyyə bazarının inkişaf etdirilməsinə yönəldilib.Azərbaycan iqtisadiyyatına yönəldilən daxili sərmayənin 89 faizi, xarici sərmayənin isə 50 faizi qeyri-neft sektorunun payına düşür. Rəqəmlərin müqayisəsindən görünür ki, son illər qeyri- neft sektoruna sərmayə qoyuluşu prioritet təşkil edir və xarici sərmayənin də yarısı həmin sahəyə yönəldilməyə başlayıb. Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edən ölkələr sırasında olduğundan, kreditə və  sərmayə qoyuluşuna böyük tələbat var. Bununla belə, hələlik istər daxili, istərsə də xarici mənbələr hesabına sərmayələrin qeyri-neft sektorunun istehsal sahələrinə qoyulan hissəsi investisiya tələbatından xeyli  aşağıdır.Belə ki, emal sənayesinə yönəldilən sərmayə Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin 6 faizinin altında, kənd təsərrüfatına yönəldilən sərmayə-3 faizi qədər, yüngül və  yeyinti sənayesinə qoyulan sərmayələr isə bundan da azdır. İnformasiya kommunikasiya sektoru istisna olmaqla, sadalanan həmin sahələrə yönldilmiş xarici sərmayələr də çox azdır.
          İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun apardığı  tədqiqatların nəticələrinə əsasən deyə bilərik ki,regionlara sərmayədarların, o cümlədən xarici investorların sərmayə yatırmasında fəallıq göstərməmələrinin bir sıra obyektiv və subyektiv səbəbləri var. Burada Azərbaycanda bazar münasibətlərinin inkişafının hazırkı səviyyəsindən doğan problemlərlə yanaşı, iqtisadi azadlıqlar sahəsində bürokratik əngəllər, korrupsiya, məmur özbaşınalıqları, yerli sahibkarlar üçün biznes kreditlərinin faiz dərəcələrinin yüksək olması və əlçatanlıq səviyyəsinin problemli olması və sair bu kimi amillər öndə gedir. Xarici investorları Azərbaycanın qeyri-neft sektoruna cəlb etməkdən ötrü xeyli iş görülüb, amma həmin prosesin coğrafiyasını genişləndirmək və müasir tələblər səviyyəsinə qaldırmaqdan ötrü  hələ çox iş görmək lazımdır. Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında xüsusi yer tutsa da, iri xarici sərmayədarların nəzərində Azərbaycan bazarı kiçik bazarlar kateqoriyasına aid edildiyindən, bura xarici sərmayədarları cəlb etməkdən ötrü əlavə tədbirlər görülməsinə ehtiyac var....Onların arasında aşağıdakı məqamlar xüsusi yer tutur: 
1.“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində  bir sıra məqsədli alt proqramların, o cümlədən Azərbaycanda neftdənknar sahələrə həm daxili, həm də xarici sərmayə qoyuluşunun təşviqləndirilməsinə dair xüsusi  proqramın qəbul edilməsi və sistemli şəkildə həyata keçirilməsi.
2. İqtisadiyyatımızın qeyri-neft sektoruna xarici sərmayədarların gəlməsinə əlverişli şərait və mane olan amillərin, o cümlədən müvafiq qanunların monitorinqinin keçirilməsi və  təkmilləşdirilməsi.Xarici sərmayələrin toxunulmazlığına hüquqi və gerçək təminatın gücləndirilməsi.Rəqabət Məcəlləsinin qəbulunun sürətləndirilməsi və ölkədə iqtisadi fəallığın artmasına əlavə təkan verə bilən səviyyədə sağlam rəqabət mühitinin formalaşmasına xidmət edən islahatlar paketinin həyata keçirilməsi.
3.Xaici investisiya sahəsində vahid idarəetmə orqanının yaradılması 
4.Regionların potensialından səmərəli istifadənin optimal və magistral yolu  yerlərdə iqtisadi azadlıqların artırılması, liberal iqtisadiyyatın və sahibkarlığın hərtərəfli dəstəklənməsi və inkişafının sürətləndirilməsindən keçir. Regionların hüquqlarının artırılması və orada xarici sərmayə cəlbinə mane olan amillərin aradan qaldırılması.Bu yöndə tədbirlərin həyata keçirilməsi yerli investorların regionlarda perspektivli sahələrə sərmayə qoymasına sövq etdirə bilər. Həm də Azərbaycanda kapitala aministiya verilməlidir ki,həmin vəsaitdən reionların qalxınmasında geniş istifadə edilsin.Yerli investorların regionlarda problemsiz, maneəsiz işləyə bilməsi xarici investorların da regionlarımıza geniş planda gəlməsi üçün çox güclü bir siqnai və impuls rolunu  oynaya bilər.
5.İqtisadi azadlıqların genişləndirilməsi,bürokratik əngəllər, korrupsiya, məmur özbaşınalıqlarının aradan qaldırılması istiqamətlərində təsirli tədbirlərin görülməsi.
6.Azərbaycanda artıq 2 sənaye parkı və 3 texnoparkın təsis edilməsi işi həyata keçirilir.Həmin işlərin və xüsusii iqtisadi zonaların yaradılması istiqamətində görülən işlərin sistemli şəkildə sürətləndirilməsi. Yəni burada əsas məsələ normal iqtisadi mühitin yaradılması,  investisiyaların təmin olunması və əsasən insan kapitalının inkişafıdır.
7.Azərbayvanda yerli istehsalın inkişafına təkan verə biləcək sahələrdə birgə müəssisələrin yaradılması və fəaliyyətinin  genişləndirilməsi 
8.Xarici investorların Azərbaycan regionlarının potensial imkanları barədə informasiya təminatının gücləndirilməsi.
9.Vergi stimullarından istifadə edilməsi
10.Gömrük tənzimlənməsi sahəsində mövcüd olan məlum  problemlərin aradan qaldırılması
11. İnfrastrukturun inkişafı məsələrində həm xarici,həm də daxili sərməyədarlara dəstək verilməsi.
        Həmin tədbirlərin sistemli şəkildə həyata keçirilməsi qeyri- neft sektorunda istehsala qoyulan hər manatın, ticarətə qoyulan hər manatdan daha çox gəlir gətirməsi və beləliklə də istehsal sahələrinə həm daxili,həm də xarici sərmayələrin gəlməsi üçün əlverişli şərait yaratmış olar.”
Oxşar xəbərlər
23:03, Bu gün
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
22:23, Bu gün
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
22:22, Bu gün
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
22:04, Bu gün
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
21:38, Bu gün
İsrail HƏMAS-a bir həftə vaxt verdi
21:18, Bu gün
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
21:16, Bu gün
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
21:13, Bu gün
Məktəb direktoruna yüksək vəzifə verildi
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
GÜNLÜK
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
AYLIQ
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video