Dövlət Sosial Müdafiə Fondunun hazırladığı xüsusi Pensiya Konsepsiyasına hökumətdə baxılıb və konsepsiya Prezident Administrasiyasına təqdim olunub.
Moderator.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev söyləyib.Onun sözlərinə əsasən, hazırda konsepsiyaya Prezident
Administrasiyasında baxılır:
“Konsepsiyada qeyri-dövlət pensiya fondlarının yaradılması
da əksini tapıb. DSMF bu sahədə beynəlxalq təcrübəni öyrənir”.
O qeyd edib ki, son maliyyə böhranı fonunda dünyada gedən
tendensiyalar da nəzərə alınır:
“DSMF bu istiqamətdə təkliflər üzərində çalışır. Fond tərəfindən
hazırlanmış layihə Avropa İttifaqı tərəfindən təsdiq olunur. İlk növbədə
qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üçün bu pensiya fondlarına yığım,
yığıma nəzarət, pensiyaların hesablanması və bu sahəyə dövlət nəzarəti
qaydaları hazırlanmalıdır və hazırda bu istiqamətdə iş aparılır”.
E.Mehdiyevin sözlərinə əsasən, bu sahədə müvafiq qanunverici
aktları qəbul edildikdən və qaydalar təsdiqləndikdən sonra Azərbaycanda
qeyri-dövlət pensiya fondları fəaliyyətə başlayacaq.