Dünya islam bankçılığına can atır, bizimkilər də lombardların sayını artırır. Hökumət sözçüləri də utanmadan deyirlər ki, ötən il 600 lombard vardı, bu il sayı mini keçib. Bu dinamika ölkədə şeytanın əl-qolunun açıldığı anlamına gəlirmi?Moderator.az-ın sualına tanınmış iqtisadçı alim, keçmiş millət vəkili Nazim Məmmədovun cavabını təqdim edirik:“Lombardların sayının çoxalması əhalinin iqtisadi vəziyyətinin pisləşməsi ilə düz mütənasibdir. Cari xərclərini ödəyə bilməyənlər, tez və yüksək faizli borc götürərək bu sektorun inkişafına təkan verirlər, bu həm də "çirkli pulların yuyulmasının" mexanizmlərindən biri kimi qiymətləndirilir. Bank sektoru daha konservativ siyasət apardıqca, rəqabət olmadığına görə hegemon vəziyyətlərini diktə etdiyindən əhali banklara da "sələmçi" kimi yanaşmağa məcburdurlar. İqtisadiyyatda kompleks addım atılaraq inhisarçılıq aradan qaldırılmasa, məmur özbaşınalığına son qoyulmayana qədər proses daha da pis ssenari üzrə gedəcək.”