“Ermənistan iqtisadiyyatı üçün yeganə inkişaf yolu qonşularla normal münasibət qurmaqdır”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib. Millət vəkili qeyd edib ki, Ermənistan hökuməti iqtisadiyyatını xilas etmək üçün ərazi iddialarından əl çəkməli, bütün qonşu dövlətlərlə normal münasibətlər qurmağa nail olmalıdır:
“Bütün qonşuların ərazi bütövlüyünü tanımaq, bu çərçivədə də iqtisadi əlaqələrin mərhələli şəkildə bərpa edilməsinə nail olmaq Ermənistan iqtisadiyyatını xilas etməyin yeganə yoludur. . Ermənistan qonşularla nə qədər məhdudlaşdırıcı münasibət qurmağa üstünlük verəcəksə, iqtsiadiyyatı o qədər çökəcək. Hansı ki, müharibədən sonra biz Ermənistan iqtisadiyyatındakı tənəzzülün daha da sürətləndiyini görürük. Əgər Ermənistan hökuməti öz siyasətində əsaslı dəyişiklik etməsə, o zaman yaxın gələcəkdə iqtisadi baxımdan daha ciddi problemlərlə üz-üzə qalacaq”.
Seymur ƏLİYEV