Yamal Mbappenin rekordunu qırdı
İdman
301
08:26, Bu gün

Yamal Mbappenin rekordunu qırdı

"Barselona"nın 18 yaşlı hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasında 19 yaşına qədər vurulan qolların sayına görə "Monako" və PSJ-nin keçmiş forvardı Kilian Mbappenin rekordunu qırıb.
 
Moderator.az bu barədə championat.com-a istinadən xəbər verir.
 
Yamalın Çempionlar Liqasında 1/4 finalın cavab görüşündə "Atletiko Madrid"ə vurduğu qol onun bu turnirdəki 11-ci qolu olub. Mbappedə isə bu göstərici 10 qoldur.
 
Ümumilikdə, Çempionlar Liqasının cari mövsümündə Yamal 10 oyunda altı qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər