Tacikistan Futbol Federasiyası Zidanla bağlı xəbərləri təkzib edib
İdman
193
13 Apr 2026 | 23:33

Tacikistan Futbol Federasiyası Zidanla bağlı xəbərləri təkzib edib

Tacikistan Futbol Federasiyası Zinəddin Zidanın yığmaya baş məşqçi təyin olunacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Moderator.az xəbər verir ki, qurumun mətbuat katibi Faridun Saliyev bu iddiaların əsassız olduğunu deyib. Onun sözlərinə görə, federasiya nə Zidana təklif göndərib, nə də onu bu vəzifə üçün nəzərdən keçirib. Saliev əlavə edib ki, belə səviyyəli mütəxəssislə müqavilə bağlamaq üçün federasiyanın büdcəsi kifayət etmir.

Xatırladaq ki, ötən həftə yığmanın baş məşqçisi Qoran Stevanoviç postundan ayrılıb. Məlumata görə, tərəflər yeni müqavilənin maliyyə şərtləri ilə bağlı razılığa gələ bilməyiblər. Qeyd edək ki, Zidanın gələcəkdə Fransa millisinin baş məşqçisi olacağı ilə bağlı ehtimallar da səsləndirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər