Almaniyadan İsrailə Livanla bağlı çağırış...
Dünya
224
13 Apr 2026 | 23:59

Almaniyadan İsrailə Livanla bağlı çağırış...

Almaniya kansleri Fridrix Merz İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb və söhbət zamanı onu Livan hökuməti ilə birbaşa sülh müzakirəsinə başlamağa çağırıb.

Moderator.az xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin sözçüsü Ştefan Kornelius deyib.

"Almaniya hökuməti ABŞ və İran arasında diplomatik anlaşmaya nail olmaq səylərini qətiyyətlə dəstəkləyir. Kansler qeyd edib ki, hərbi əməliyyatlar bitdikdən sonra Almaniya lazımi ilkin şərtlər mövcud olduğu təqdirdə Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsinə töhfə verməyə hazırdır.

Kansler həmçinin baş nazir Netanyahunu Livan hökuməti ilə birbaşa sülh danışıqlarına başlamağa çağırıb. O, Livanın cənubundakı döyüşlərin bitməsini istəyib və Hizbullahın silahı yerə qoymalı olduğunu vurğulayıb", - Kornelius bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər