01:36
10°C
Bakı
İran və ABŞ arasında birbaşa danışıqların növbəti mərhələsinin keçiriləcəyi vaxt məlum olub.
Moderator.az xəbər verir ki, bu barədə "The Atlantic" jurnalının müəllifi Araş Əzizi "X" (keçmiş "Twitter") sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Müəllifin sözlərinə görə, tərəflər arasında danışıqlar aprelin 16-da Pakistanın paytaxtı İslamabadda keçiriləcək. Məlumatın Tehrandakı mötəbər mənbəyə istinadən yayıldığı bildirilir.