Moderator.az xəbər verir ki, Kempo idman növü üzrə 24-26 iyun 2022-ci il tarixlərində Azərbaycanda keçirilməsi planlaşdırılan 22-ci Açıq Dünya çempionatı təxirə salınıb.
Bu barədə dünya kempo federasiyası qərar qəbul edib.
Dünya çempionatı 19-22 may 2022-ci il tarixində Gənclər və İdman Nazirliyi ilə birlikdə təsdiq olunmuşdur. Lakin sonradan müəyyən səbəblərlə əlaqədar olaraq dünya federasiyasının idarə heyəti yarışın vaxtını 1 ay irəli çəkdiyi üçün (24-26 iyun 2022), gənclər və idman nazirliyinin tövsiyyəsinə əsasən dünya çempionatının növbəti ildə Azərbaycanda daha mötəbər şəkildə keçirilməsi təklif edilmişdir.
Bu haqda Azərbaycan Okinava Qocyu-Ryu Karate-do və Kobudo-Kempo İdman Növləri Federasiyasının 1-ci vitse-prezidenti Vüsal Abdullazadə bildirib.
Qeyd edək ki, Dünya çempionatı təyinatla 2022-ci ilin noyabr ayında təyinatla Hindistanda keçiriləcək deyə federasiya rəsmisi bildirib.