Moderator.az xəbər verir ki, 19 dekabr 2013-cü il tarixində Azərbaycan Milli Paralimpiya Komitəsinin BP şirkəti ilə rəsmi tərəfdaşlıq çərçivəsində Sumqayıt Paralimpiya İdman Kompleksində “Paralimpiya İdman Festivalı” keçirilib. Festivalın keçirilməsində əsas məqsəd əlil idmanı və Paralimpiya dəyərlərini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları və gəncləri Paralimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.
Festivalda Azərbaycan Milli Paralimpiya Komitəsinin, Gənclər
və İdman Nazirliyinin, BP şirkətinin, Milli Olimpiya Komitəsinin, Sumqayıt Gənclər
və İdman Baş İdarəsinin, həmçinin digər təşkilatların rəsmiləri iştirak edirdi.
Eyni zamanda Festivalda Paralimpiya çempionları İlham Zəkiyev, Oleq Panyutin,
Oluxan Musayev və digər paralimpiyaçılar iştirak edirdi
Festivalı
giriş sözü ilə açan Milli Paralimpia Komitəsinin vitse prezidenti Şaiq Həmidov
ölkədə idmana və bədən tərbiyyəsinə olan dövlət qayğısından, cənab İlham
Əliyevin bu sahəyə, xüsusən paralimpiya hərəkatına verdiyi dəstək barədə geniş
danışdı. O, Azərbaycan Milli Paralimpiya Komitəsinin fəaliyyəti və əldə olunmuş
nəailiyyətlər, o cümlədən AMPK-si ilə BP şirkətinin əməkdaşlığı haqqında məlumat
verdi.
Daha sonra BP şirkətinin Azərbaycan, Gürcüstan
və Türkiyə regionunda Xarici Əlaqələr və Təhlukəsizlik
üzrə vitse-presidenti Hüseyn Məmmədov çıxış etdi. O, Milli Paralimpiya və Olimpiya Komitələri
ilə olan rəsmi tərəfdaşlığın şirkət üçün olan əhəmiyyətindən və vacibliyindən
danışdı. H.Məmmədov London 2012 Oyunlarından sonra da Paralimpiya hərəkatına dəstəyin
davam etdirildiyini və bu dəstəyin 2016-cı ilə kimi dəvam edəcəyini qeyd etdi.Çıxışının
sonunda H.Məmmədov BP şirkəti adından
Ford tipli mini avtobusun açarlarını və 13 əlil arabasını Milli Paralimpiya
Komitəsinə təqdim etdi.
Sonra Gənclər və İdman
nazirliyinin sektor müdiri Aydın Məmmədov və ikiqat paralimpiya, ikiqat dünya və
beşqat avropa çempionu İlham Zəkiyev çıxış edərək paralimpiya hərəkatının
inkişafı və bu sahəyə olan dövlət qayğısı haqqında danışdılar.
Rəsmi çıxışlardan sonra meydançaya gənc idmançılar və sənətçilər dəvət olundular. Onlar nümunəvi idman növləri və
bir-birindən gözəl şux musiqi nömrələri ilə tədbir iştirakçılarına bayram əhval-ruhiyəli
bir gün yaşatdılar.
Tədbirin sonunda Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti
Natiq Qasımov Paralimpiya hərəkatının
inkişafında və Paralimpiya dəyərlərinin təbliğində göstərdikləri dəstəyə görə
BP Azərbaycan şirkətinə, Sumqayıt Gənclər və İdman Baş İdarəsinə, Sumqayıt
Paralimpiya İdman Kompleksinə və “İnkişaf Naminə İdman” ictimai birliyinə Milli
Paralimpiya Komitəsinin diplomlarını təqdim etdi.
Tədbirdən sonra Milli Paralimpiya Komitəsinin işçiləri və idmançıları ilə
BP şirkətinin nümayəndələri arasında görüş keçirilmiş və gələcək əməkdaşlıq barəsində
müzakirələr aparılmışdır.