Rövnəq Abdullayevin 2016-cı il nağılı
İdman
Oxunub: 3835
05 Sep 2013 | 13:49
Rövnəq Abdullayevin 2016-cı il nağılı

Alış kişi 80 yaşına çatsa da, söyüşlərini yerə qoymazmış və tez-tez arvadını “pornoqrafik” söyüşlərə qonaq edərmiş. Günlərin birində yenə də Alış kişinin ağzı açılır və başlayır arvadı söyməyə: “Ay sənin”¦” Nə isə, ardını özünüz bilirsiniz. Arvad da dözür-dözmür, soruşur ki, “nəynən, Alış?””¦
Bu populyar lətifə artıq Azərbaycanda müxtəlif situasiyalar üçün atalar sözünə çevrilib. Bu dəfə milli komandamızın 2016-cı ildə futbol üzrə Avropa çempionatının final mərhələsinə çıxmaq planları barədə AFFA prezidenti Rövnəq Abdullayevin açıqlaması bu lətifəni yadıma saldı. Aha, deməli, Rövnəq müəllim Azərbaycanın futbol üzrə millisini 2016-cı ildə Avropa çempionatının qrup mərhələsindən final mərhələsinə çıxarmağı planlaşdırır. Baxaq və görək, “nəynən”...
Millinin baş məşqçisi Berti Foqts Rövnəq Abdullayevi şantaj edəndən bu yana AFFA prezidenti daha nə danışdığını özü də bilmir. Yadınızdadırsa, bir müddət əvvəl Foqtsun baş məşqçi postundan uzaqlaşdırılması məsələsi ciddi şəkildə gündəmə gələndə, alman məşqçi bildirmişdi ki, buradan gedəndən sonra onun danışacaqları UEFA-da çoxlarını sevindirəcək. Yəni Foqts AFFA-nı zibillərinin üstünü açmaqla hədələmişdi və Rövnəq Abdullayev də dərhal “sönmüşdü”. O vaxtdan bu yana baş məşqçinin əvəzlənməsi ilə bağlı sualları cavablandırarkən R.Abdullayevin qarşısında yalnız bir prinsip dayanır: Elə cavab vermək lazımdır ki, Berti Foqts əsəbiləşməsin.
Bu dəfə də eyni prinsip qüvvədə qaldı: “Bu məsələyə AFFA-nın İcraiyyə Komitəsi qərar verəcək. Hələlik isə baş məşqçi Foqtsdur”. Bura qədər aydındır: AFFA rəhbəri Foqtsun şantajlarından qorxub - maxinasiyaların üstünün açılması qorxusu onu son vaxtlar dəfələrlə Foqtsun biabırçı fəaliyyətini tərifləməyə məcbur edib. Amma hələ bu harasıdır?.. Rövnəq Abdullayevin açıqlamasının ardına fikir verin: “Elə seçim etməliyik ki, millimiz 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində çıxış edə bilsin”.
Əla! İndi gəlin, bu böyük uğurun ehtimalını hesablamağa çalışaq. Görək, nə etməliyik ki, Ermənistan və Gürcüstanı qabaqlayıb “Avro 2016”-nın qrup mərhələsindən çıxaq. FİFA-nın avqust ayında açıqladığı reytinq cədvəlində Azərbaycan 115-ci, Gürcüstan 97-ci və Ermənistan 66-cıdır. Amma söhbət Avropa çempionatından gedir axı. O zaman biz bu siyahıda yalnız Avropa millilərini saxlayaq. Bu zaman Azərbaycan 43-cü, Gürcüstan 40-cı və Ermənistan 34-cü olacaq.
Hələ ardına baxın. Azərbaycan milli komandası heyətinin ümumi transfer dəyəri 9 milyon 225 min avrodur. Ən bahalı oyunçumuz Rəşad Sadıqovdur ki, onun da transfer dəyəri 650 min avrodan çox deyil. Bütün heyət Azərbaycan klublarında oynayır.
Gürcüstan millisinin ümumi transfer dəyəri 26 milyon 625 min avrodur. Ən bahalı oyunçusu Quram Kaşiadır, transfer dəyəri 5 milyon avrodur, Hollandiyanın “Vitesse” klubunun oyunçusudur. Bir az da səy göstərsə, 26 yaşlı gürcü futbolçunun transfer dəyəri Azərbaycan millisinin ümumi dəyərini geridə qoyacaq.
Nəhayət, düşmən ölkə barədə. Bu hissəni Rövnəq Abdullayevin oxuması vacibdir, baxmayaraq ki, bu heç nəyi dəyişməyəcək. Ermənistan millisinin ümumi transfer dəyəri 50 milyon 300 min avrodur. Düz gördünüz, 50 (əlli) milyon 300 min avro!
Heyətin ən bahalı oyunçusu barədə danışmazdan əvvəl 2 başqa oyunçu barədə məlumata baxaq. Moskvanın “Spartak” klubunun heyətində oynayan Aras Ozbiliz transfer bazarında 6,5 milyon avro səviyyəsində qiymətləndirilir. Elə bu klubun heyətində oynayan Yura Movsisyan isə 7,5 milyon avro transfer dəyərinə malikdir. Yeri gəlmişkən, Movsisyan 1987-ci ildə Bakıda doğulub. Topla ilk ünsiyyətini Ermənistanda qurub və 1999-cu ildə ailəsi ilə birlikdə ABŞ-a köçüb. Avropaya isə artıq futbol ulduzu kimi qayıdıb.
Nəhayət, Ermənistanın ən bahalı oyunçusu: Henrix Mxitaryan. Onun transfer dəyəri 26 milyon avrodur. Bəli, bir erməni futbolçunun dəyəri Azərbaycan millisinin ümumi dəyərindən 3 dəfə çoxdur. Elə bilməyin ki, Mxitaryan futbolu haradasa Ermənistandan kənarda öyrənib. Qətiyyən elə deyil. Mxitaryan futbol sənətini nə vaxtsa Azərbaycan klubuna məğlub olmuş bir erməni klubunda mənimsəyib. O, 1989-cu ildə İrəvanda anadan olub. Elə orada da Bədən Tərbiyəsi İnstitutunu bitirib. Futbolu Ermənistanın “Pyunik” klubunda öyrənib. Uşaq yaşlarında bu kluba üzv yazılıb və artıq 15 yaşında bu klubdan ilk maaşını alıb. Səhv etmirəmsə, 2005-ci ildə Birlik Kuboku oyunlarında “Neftçi” bu erməni klubunu 2-0 hesabı ilə məğlub etmişdi. Amma nə fayda? Bu klub Mxitaryan kimi bir futbolçu yetişdirib, onun dəfəri milyonlarla ölçülür.
Mxitaryan futbol ulduzu olaraq Donetskin “Şaxtar” klubunda parlayıb, bu il isə dünya nəhənglərinin siyahısında yer alan Dortmund “Borussiya”sının heyətinə qatılıb. İndi daha hara qaçsaq da, Mxitaryandan yaxamızı qurtara bilməyəcəyik. Tez-tez bu oyunçu “İdman Azərbaycan” kanalının efirinə gələcək və top bu oyunçuda olanda aparıcılarımız susacaqlar. Heç birinin cəsarəti çatmayacaq soruşsun ki, “axı belə oyunçular bizdə niyə yetişmir?”.
”¦Və soruşuruq: Nədən Azərbaycanda da transfer dəyəri 20-30 milyona çatan və adlı-sanlı klublarda oynayan oyunçular yetişmir? Bu sualın cavabını Rövnəq Abdullayev hamıdan yaxşı bilir. Çünki məhz o, Azərbaycanın uşaq futbolundan tutmuş AFFA-nın ən yüksək kürsüsünə qədər korrupsiya maşınının necə işlədiyini aydın görür, daha doğrusu, bu maşını onun özü sürür”¦
Bəli, “Neftçi” ermənilərin “Pyunik” klubunu yenə də uda bilər, ancaq hələ yaxın perspektivdə Rövnəq Abdullayevin sevimli futbol klubunun öz xalqına Mxitaryan səviyyəli bir “Muxtarov” yetişdirib verəcəyini gözləməyin. Bütün bunlar Rövnəq Abdullayevdən sonra baş verəcək - o, bu uğuru görməyəcək”¦
P.S. Gürcüstan millisinin baş məşqçisi 45 yaşlı gürcü Temur Ketsbaya, Ermənistan millisinin baş məşqçisi isə 39 yaşlı erməni Vardan Minasyandır.
M.Tofiqoğlu

Oxşar xəbərlər
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:15
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
02 May 2024 | 14:10
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
02 May 2024 | 14:05
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 07:15
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
02 May 2024 | 07:52
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
02 May 2024 | 08:16
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 07:15
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
02 May 2024 | 07:52
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
02 May 2024 | 08:16
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb