"Qızışmış erməni başlarının soyudulması qaçılmaz ola bilər..." - Hərbi ekspert
Oxunub: 3095
27 Sep 2021 | 10:21
Azərbaycan üç tərəfli Birgə Bəyanatın yerinə yetirilməsi üçün illərlə Ermənistanın yırğalanmasını gözləyə bilməz...
 
Müharibədə təssəbüsün ələ keçirilməsi
 
Keçən ilin iyulunda Tovuzdan başlayaraq işğalçı Ermənistanın Azərbaycanla sərhəddə gərginliyi maksimuma çatdırması, avqust ayında isə kəşfiyyaat diversiya qruplarından istifadə etməsi, sentyabrda isə Qarabağ istiqamətində çox sayda müxtəlif silahlardan atəşkəsi pozmaqla yeni ərazilər əldə etmək cəhdi, danışıqlar prosesində nəticə əldə etmək ümidini itirən Azərbaycanın səbr kasasını daşdıran əsas faktorlardan oldu. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək və  təcavüzkarı dərhal cəzalandırmaq üçün dərhal fəaliyyətə keçdi. Bu ordumuzun istənilən zaman döyüşə hazır olduğunu nümayiş etdirir. Döyüşə hazırlıq səviyyəsini nümayiş etdirən faktorlardan biri də müxtəlif güc strukturlarının, xüsusilə də Müdafiə Nazirliyinin tabeliyində olan qoşun növlərinin, birlik və hissələrin müvafiq əməliyyat planlarının əvvəlcədən hazırlanmasından, yaranan yeni reallıqlar nəzərə alınmaqla həmin planlara korrektələr edilməsindən və müxtəlif hərbi təlimlərdə qoşun fəaliyyətlərin uzlaşdırılmasından ibarət idi.
Hücum edən Ermənistan tərəfi olsa da, Azərbaycan Ordusu təşəbbüsü ilk saatlardan ələ keçirdi. Müharibənin ilk günündən Azərbaycan Ordusunun torpaqları işğaldan azad etməklə Azərbaycan xalqına böyük sevinc bəxş etməyə başladı. 44 gün ərzində ordumuz bir dəfə də olsun müdafiə xarakterli əməliyyat həyata keçirmədi. Bir gözümüz Şəhidlərimiz üçün ağladı, bir gözümüz isə azad oluna ərazilərimiz üçün güldü.
 
Dəmir yumruq və onun mərhələləri
 
Dövətin əlində olan bütün resurslarını Qələbənin təmin edilməsinə yönəltməsi, xalqımızın bu taleyüklü məsələdə hakimiyyətə və orduya verdiyi birmənalı dəstək verməsi, Əsgərimizin döyüş meydanın düşmənə qarşı sarsıdıcı zərbələr endirməsi və fasiləsiz olaraq nailiyyətlər əldə etməsi, həyata keçirilən döyüş əməliyyatlarının sonradan “Dəmir yumruq” adlandırılması ilə nəticələndi. “Dəmir yumruq” əməliyyatı şərti olaraq əsasən aşağıdakı 6 mərhələdən ibarət oldu:
 
1.Müharibənin ilkin mərhələsində əsas və digər zərbə istiqmətlərində  düşmənin 30 il ərzində qurduğu “keçilməz Ohanyan xətti” darmadağın edildi. Düşmən müdafiə zolağı cənubdakı əsas zərbə isqamətində 15 km, şimal-şərq istiqamətindəki digər zərbə istiqamətində isə 5 km enində yarıldı. 
2.Azərbaycan 27 illik atəşks dövründə ilk dəfə rayon mərkəzi olan Cəbrayıl şəhərini azad etdi. Bununla Ordumuz Füzuli şəhərini azad edilməsi üçün mühüm plasdarm əldə edərək yenidən qruplşma həyata keçirməyə nail oldu. Hücum cəbhəsinin genişlənməsi Ermənistan ordusuna müdafiə olunmaqda çətinlik yaratmaqla bərabər onun geri çəkilmə templərini də artırırdı.  Cəbrayıl şəhəri azad ediləndə Ermənistan ordusunda fərarilərin sayı 1500 nəfəri keçmişdi.
3.Hadrut əməliyyatı ilə Azərbaycan artıq keçmiş Dağlıq Qarabağa aid ərazilərini azad etməklə Ermənistan cəmiyyəti daxilində parçalanmanı təmin etdi. 
4.Cəbrayılın Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin güclü müdafiə xətlərinin sıradan çıxarılması, Zəngilana yolun açılması və qarşıdan gələn dövrdə ordunun irəliləməsi üçün əlverişli şərait yaradıldı. 
5.Qubadlının azad olunması və Laçın rayonunun cənubuna çıxış, Laçın dəhlizinə nəzarət təmin edildi.  
6.Şuşanın azad edilməsi “Dəmir yumruq” əməliyyatının kulminasiya  nöqtəsidir. Əsl hərbi ustalıq və qəhrəmanlıq nümunəsi olan Şuşa əməliyyatı düşmənin  müqavimət potensialının sıfırlanmasına gətirib çıxardı. Xankəndi, Xocalı, Xocavənd və Əsgəran ərazilərinə vizual və atəş nəzarətinin təmin olunması, düşmənin təslim olması ilə nəticələndi.   
 
Qələbəni təmin edən faktorlar
 
Ali Baş Komandan İ.Əliyevin rəhbərliyi və Əsgərimizin qəhrəmanlığı sayəsində Azərbaycan Vətən Müharibəsi zamanı Ermənistan üzərində möhtəşəm bir Qələbə əldə etdi. Bu Qələbənin əldə edilməsində ən çox payı olan şəhidlərimiz, qazilərimiz və veteranlarımızdır.  Allah bizə Qələbə sevinci bəxş edən qəhrəman şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və veteranlarımıza isə can sağlığı versin.  
 
Azərbaycanda Prezident İlham Əliyevin güclü, müasir və qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik ordunun yaradılması istiqamətində həyata keçirdiyi planlı, uzaqgörən və prinsipial siyasət nəticəsində Azərbaycanın son 200 ilin ən böyük uğurunu əldə etdi. Azərbaycan dövləti minimal müddətdə və məqsədyönlü şəkildə bütün resurslarını Qələbənin təmin edilməsi üçün səfərbər edə bildi, xalqımızı, ordumuzu və dost ölkələri vahid ideya ətrafında birləşdirməklə işğalçı Ermənistanı Qarabağ məsələsində tamamilə təcrid edə bildi. Azərbaycanda mövcud olan əksəriyyət siyasi qüvvələrin Qarabağ məsələsində birmənalı olaraq iqtidara dəstək verməsi və ölkədə milli həmrəyliyin təmin olunması, Qələbənin əldə olunmasında  müsbət təsir göstərdi. 
 
Ali Baş Komandan İlham Əliyev Vətən Müharibəsində bütün məsələləri ən xırda detallarına kimi nəzarətdə saxlaması, ordu, qoşun və birlik komandanlarını şəxsən idarə etməsi, onlara yerinə yetiriləcək növbəti vəzifələrin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verməsi, hərbi  əməliyyatlara şəxsən rəhbərlik etməsi, vəzifə borclarının yerinə yetirilməsində ordu rəhbərlərinə qarşı maksimum tələbkar davranması, ən kritik qərarların qəbul edilməsində tərəddüd etməməsi, sonunda Azərbaycan xalqının çoxdan arzuladığı Qələbənin təmin edilməsində mühüm rol oynadı.  Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə bağlı paradda Prezident İlham Əliyevin səsləndirdiyi “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” fikri, 2 il 4 ay sonra artıq reallığa çevrildi. 
 
Qələbədə XTQ faktoru 
 
Qələbəmizin təmin edilməsində xüsusi təyinatlılar əsl peşəkarlıq, şücaət, qəhrəmanlıq və vətənpərvərlik  nümayiş etdirdilər. Onlar mürəkkəb iqlim və coğrafiya  şəraitində ən ağır və ağlasığmaz əməliyyatları məharətlə yerinə yetirdilər. 
 
Azərbaycanda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Xidməti, Hərbi Dəniz Qüvvələrinin və s. orqanların tərkibində fəaliyyət göstərən xüsusi təyinatlıların qarşılıqlı əlaqələndirilməsi və peşəkarlıqla idarə olunması Qələbənin təmin olunmasında mühüm və əvəzedilməz rol oynadı. Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri xüsusilə fərqləndi.
 
Azərbaycan müharibənin ilk günlərindən düşmənin fasiləsiz və müxtəlif  təxribatlarına yalnız döyüş meydanında reaksiya verməklə Ermənistanın münaqişəyə digər dövlətləri cəlb etmək niyyətini də fiaskoya uğratdı. Dağlıq ərazilərdə hazırlıqlı mövqelərə hücum əməliyyatlarının təcrübəsi, müadiə olunan tərəfin 4-5 dəfə az itki verməsini ehtimal etməyə əsas verir. Azərbaycan Ordusu isə düşməni dəfələrlə öz məqsədlərinə uyğun davranmağa məcbur etməklə həm yeni silahlı mübarizə metodlarını, həm də “maksimum təmassız müharibə” konsepsiyası  tətbiq edərək coğrafi mühitin çətinliklərinə baxmayaraq itkilərini minimallaşdırmağa nail ola bildi. 
 
Qələbənin təmin edilməsində müasir silahlanma faktoru 
 
Azərbaycan Prezidentinin siyasi iradəsi, Əsgərimizin qəhrəmanlığı, xalqımızın dəstəyi, Ordumuzun ən müasir silahlarla təchiz edilməsi, hərbi əməliyyatların yüksək peşəkarlıqla idarə olunması və verilən tapşırıqların dəqiq yerinə yetirilməsi Qələbəmizi təmin edən əsas amil olduğu şübhəsizdir, amma sialhalanma da mühüm əhəmiyyət daşıyır. Müharibədə pilotsuz uçuş aparatlarından kütləvi istifadə edən Azərbaycan Silahlı Qüvvələri, müxtəlif ölkələrin istehsalı olan və fərqli təyinatlı uçuş aparatlarının istifadəsinin sinxronlaşdırılmasına nail oldu. Onlardan digər qoşun növlərinin fəaliyyətinin təmin edilməsində geniş istifadə edildi. 
Müasir pilotsuz və pilotlu aviasiya silahların istifadəsi isə Azərbaycana müharibənin ilk günlərindən Qarabağ səmasında mütləq üstünlük əldə etməyə imkan verdi.  Düşmənin texnikalarının və müdafiə sistemlərinin dronlar vasitəsilə kütləvi şəkildə məhv edilməsi, düşmənin texnikadan sərbəst istifadə etməkdən çəkindirdi, bu isə bizim itkilərin minimuma enməsinin və çoxlu sayda düşmən texnikasının qənimət götürməyimizin əsas səbəbi kimi dəyərləndirilir. 
 
Erməni hərbi cinayətkarları məsuliyyətə cəlb olunacaq
 
Azərbaycan müasir texnologiyalar və silahlardan istifadə etməklə yalnız düşmənin döyüş mövqelərinə və hərbi obyektlərinə nöqtə zərbələri endirməyə üstünlük verirdi, bunlar vizual kadrlarda əks olunub. Əsgərimiz qarşı tərəfdən dinc əhalinin həlak olmaması üçün əlindən gələni edirdi, lakin bəzən mülki ermənilər hərbçilərinə dəstək məqsədilə döyüş meydanında olurdular və bu itkiləri qaçılmaz edirdi. Bunun erməni rəhbərlər  tərəfindən məqsədyönlü şəkildə edildiyi şübhəsizdir. Ermənistan tərəfindən müharibədə cəmi 30-a yaxın mülki şəxs ölüb. Əməliyyatların intensivliyini və mülki ermənilərin daim döyüş mövqelərinin yaxınlığında olmasını  nəzərə alsaq, bu rəqəmin proqnozlardan dəfələrlə az olduğuna əmin ola bilərik.  Ermənistanın isə Azərbaycanın yaşayış məntəqələrini- Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Naftalan, Kürdəmir, Xızı  və digər rayonları taktiki raket komplekslərndən atəşə tutmaqla mülki əhalimizi qətlə yetirərək hərbi və insanlıq əleyhinə cinayətlər törətməkdən çəkinmədi.  Ermənistan dinc əhalini hədəfə götürməklə Azərbaycan cəmiyyətində qorxu yaradacağını düşünsə də, buna nail ola bilmədi. Azərbaycan xalqının vətənpərvərliyi və Azərbaycan Ordusunun gücü Ermənistanın bu planlarını da alt üst etdi. Ermənistan Xocalıda, Malıbəylidə, Qaradağlıda, Quşçülarda, Baqanis Ayrımda və s. müdafiəsiz yaşayış məntəqələrimizdə dinc əhaliyə divan tutan cəlladları onillər boyu dünyaya “məğlubedilməz erməni ordusunun qəhrəman sərkərdələri” kimi təqdim etməklə bərabər hərbi cinayət törətdiyini etiraf edib. Azərbaycan bütün imkanlardan istifadə edrək erməni hərbi cinayətkarlarının məsuliyyətə cəlb olunması üçün çalışır. 
 
44 günə Qalib Xalq olduq
 
30 İl ərzində davam edən erməni işğalının çətinliklərini yaşayaraq mənəvi və fiziki iztirablar keçirən Azərbaycan xalqı cəmisi 44 gün ərzində məğlubiyyət sindromunu ciyinlərindən ataraq artıq Qalib Xalqa çevrildi. Bu Qələbənin simvolları arasında Bakıda keçirilən Hərbi paradı və Hərbi Qənimətlər Parkını göstərə bilərik. Bu simvollar Azərbaycan Əsgərinin əldə etdiyi Qələbənin miqyasını nümayiş etdirir və onun hərbi-mənəvi əhəmiyətini gələcək nəsillərimizə ötürmək üçün real vasitələrdir. 
 
Gələcək perspektivlər
 
Müharibə artıq başa çatıb və Ermənistan bununla barışmalıdır. Azərbaycan regionda dayanıqlı sülh prosesinə töhfə vermək üçün həm sərhədlərin delimitasiyası və demarkasiyasına, həm də paralel olaraq sülh müqaviləsi üzərində işlərin  aparılmasına hazırdır. Ermənistan hələ ki, bu məsələlərdə tərəddüd edir, bəzən isə “status” ilə bağlı məsələnin yenidən qaldırılmasına cəhd göstərilir.  Bu isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilir. Ərazi iddialarının Ermənistan üçün nə ilə nəticələnə biləcəyini isə dünya yaxın keçmişdə müşahidə edib. Rəsmi İrəvan müharibədə məğlub olduğunu qəbul etməli, ərazi iddialarının acı nəticələrindən ibrət dərsi götürməli, geosiyasi reallığı, qüvvələr nisbətini, regionda öz perspektivlərini ayıq başla analiz etməlidir. Əks halda isti erməni başlarını soyudulması qaçılmaz olacaq. Azərbaycan illərlə üç tərəfli Birgə Bəyanatın yerinə yetirilməsi üçün Ermənistanın yırğalanmasını gözləyə bilməz.  
 
Ədalət Verdiyev, hərbi ekspert
Oxşar xəbərlər
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
GÜNLÜK
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO