Səbail rayonunda soyğunçuluq edən şəxslər saxlanıldı
Hadisə
204
11:47, Bu gün

Səbail rayonunda soyğunçuluq edən şəxslər saxlanıldı

Paytaxtın Səbail rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, hadisə zamanı naməlum şəxslərdən biri zərərçəkənin diqqətini yayındırıb, digər şəxs isə mobil telefonu danışmaq adı ilə götürərək hadisə yerindən uzaqlaşıb.
 
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, Ş.Bağırov və Z.Məmmədov müəyyən edilərək saxlanılıblar.
 
Araşdırmalarla onların oğurladıqları mobil telefonu satdıqları müəyyən edilib.
 
Araşdırmalar davam etdirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər