Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
265
16:30, Bu gün

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Ağcabədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdü Lətif Qaryağdı oğlu Nağıyev səhər saatlarında işə getmək üçün Mingəçevir-Bəhrəmtəpə magistral yolunun kənarında marşrut avtobusunu gözləyərkən Vəli Nüsrətlinin idarə etdiyi "Toyota Prius" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər