Lənkəranda maşın təmiri sexində partlayış, usta ağır yaralandı
Hadisə
277
17:24, Bu gün

Lənkəranda maşın təmiri sexində partlayış, usta ağır yaralandı

Lənkəranda maşın təmiri sexində bədbəxt hadisə baş verib.

Hadisə Lənkəran Füzuli küçəsi "Kürə" deyilən ərazidə qeydə alınıb.

Lənkəran şəhər sakini, sözügedən sexdə usta işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlı benzinlə ehtiyatsız davranıb. Bu zaman benzin alovlanıb və yaranan partlayış ustaya ciddi xəsarət yetirib. İ.Qasımlı yanıq xəsarətləri ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanıq diaqnozu təyin ediblər. Xəsarət alana ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

(apa)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər