Abşeronda bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanılıb
Hadisə
2383
04 Mar 2026 | 17:17

Abşeronda bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanılıb

Abşeron rayonunda silsilə oğurluq hadisəsi qeydə alınıb.

Moderator.az-ın məlumatına görə, naməlum şəxs ayrı-ayrı dörd evdən elektrik naqilləri, su qızdırıcılar, 1600 manat dəyərində 4 ədəd avtomobil təkəri və digər dəyərli əşyaları talayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə 28 yaşlı A.Məmmədov qeyd olunan əməlləri törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətlərini reallaşdırdığı məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər