Şəmkirdə avtomobil piyadanı vurub ÖLDÜRDÜ
Hadisə
211
09:44, Bu gün

Şəmkirdə avtomobil piyadanı vurub ÖLDÜRDÜ

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
 
Moderator.az-ın məlumatına görə, rayonunun Təzəkənd kənd sakini, 1982-ci il təvəllüdlü Yavər Hacılı idarə etdiyi "Mercedes Benz Vito" markalı avtomobillə təxminən 35-40 yaşlı, kişi cinsli, şəxsiyyəti məlum olmayan piyadanı vurub. Piyada hadisə yerində ölüb. Hazırda ölən piyadanın kimliyi dəqiqləşdirilir.
 
Qeyd edək ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonunun Çaparlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər